Günahkar (9-cu bölüm)

Müəllif: Love Angel
Şərhlər: 1
Baxılıb: 2 380
Səs ver:
(səs: 0)
Hava aydınlanır yeni gün başlayırdı. Yeni ümidlər doğuran yeni bir gün.......Həsən oturduğu yerdən qalxıb ağır addımlarla mətbəxə keçərək çayın altını yandırdı. Dolabdan çıxardığı təzə üyüdülmüş qəhvədən fincana bir qaşıq qəhvə və qaynar su əlavə edib qarışdırmağa başladı. Qəhvəsi soyuyana qədər səhər yeməyində lazım olanları masaya düzərək Elmir üçün süfrəni hazır etməyə çalışdı. Hərəkətləri o qədər yavaş idi ki,sanki nə etdiyini anlamırmış kimi. Daha sonra qəhvəsini götürərək eyvana çıxıb gözlərini yumdu və səhərin təmiz havasını içinə çəkdi. Axşamdan bu yana başında hiss etdiyi küt ağrı keçmək bilmir əksinə hər dəqiqə daha da artırdı. Eyvandakı oturacağa oturub fincanı masaya buraxdıqdan sonra arxasına yaslanaraq gözlərini bərk sıxdı. Əli ilə başına yüngül masaj edərək axşam olanları bir daha düşünməyə başladı. Hüsnasını itirmişdi həmişəlik.........Axşam köksündə bir şeyin parçalandığını hiss etmişdi. Necə olurdu ki,o ağrı,o sızıltı heç azalmır tam tərsi şiddətlənirdi getdikcə. Gecə gec saatlarda dönmüşdü evə sonra da hava aydınlanıncaya qədər heykəl kimi oturmuşdu. Hüsnanın sürəti gözlərinin önünə gəldiyində vücudu buza dönür,nəfəsi daralırdı. Onu dəlilər kimi sevdiyinin fərqinə itirdikdən sonra varmışdı. Hüsnanın axşamkı pərişan halı bir an belə ağlından çıxmırdı. Sevdiyinə,qadınına nələr etmişdi belə? Özünə qarşı nifrət yaratmışdı onda. Guya qisas alıb Səlim bəyi alçaldacaqdı. İstədiyni etmişdi amma əsas zərbəni özü almışdı. Çox sevimiş sevdiyinidə itirmişdi. Həm də bir heç uğruna. Həqiqətləri öyrənməli idi yoxsa dəli olacaqdı. Necə öyrənəcəyi haqqında heç bir fikrə sahib olmasada öyrənməkdən başqa çarəsidə yox idi. Başını arxaya atıb bir qədər düşünmüşdü ki,ağlına gələn fikirlə yerindən sıçrayıb telefonu əlinə aldı.
-Alo Malik,necəsən?
-Yaxşıyam Həsən sağol.
-Malik səninlə danışmalıyam.
Danışıb günorta saatlarında görüşməyi qərarlaşdırdılar. Görüş saatına çox vardı hələ. Həsən evdə necə gözləyəcəyini bilmədiyindən hazırlaşıb çıxdı. Avarə kimi küçədə gəzinərkən ayaqları onu yenə dəniz kənarına gətirmişdi. Hüsnasını burda tapmış eyni zamanda burda itirmişdi. Oturacağa oturub başını əlləri arasına aldı. Bundan sonra nə olacaqdı? Həqiqətləri öyrəndiyi zaman nə edəcəkdi? Hüsna günahkardırsa sevgisi qəlbindən silinəcəkmi? Bəs dediyi kimi heç bir günahı yoxdursa nə olacaq? Həsən ən başda düşünməli olduqlarını indi düşünməyə başlamışdı. Fikirlər beyninə hücum çəkdikcə ürəyi lap sıxılırdı. Könəyinin bir neçə düyməsini açaraq dərin nəfəslər almağa başladı. Yox......Yox nə olur olsun artıq Hüsna olmadan yaşamağı mümkün deyildi. Sevirdi onu həm də çox sevirdi. Həqiqət nə olur olsun Hüsnasını geri qazanmaq üçün əlindən gələni edəcəkdi. Bəs onda həqiqəti öyrənmək üçün niyə bu qədər can atırdı? Artıq önəmsiz idi axı. Yenə sıxışmışdı.....
...özünü dünyanın ən aciz adamı kimi hiss edirdi. İç çəkib cibindən siqaret qutusu çıxardı. Adəti olmasada bu an ən çox ona ehtyac duyurdu. Damağına yerləşdirib yandırdı və dərin bir qullab alıb boğazını yandıran dumanı ciyərlərinə hopdurdu. Malikin gəliş zamanına az qalmış Həsən oturduğu yerdən ayağa qalxdı. Nə olur olsun nəticə dəyişməyəcəkdi onsuzda. Hüsnayı sevirdi sevəcəkdi. Telefonu götürüb ismarıcla Malikə təcili işi çıxdığını,getməli olduğunu bildirdi. Artıq heç nəyi öyrənib bilmək istəmirdi çünki anlamışdı ona lazım olan tək şey Hüsna idi. Dərin bir "oh" çəkib üzündəki qəmgin ifadəni gülüşlə əvəzlədi. Çox rahatlamışdı və verdiyi qərara tamamən əmin idi. Ayağa qalxıb kəskin baxışlarını yola sabitləyərək iti addımlarla ordan uzaqlaşdı. Gedəcəyi ünvan bəlli idi.........Uni
versitetin qarşısında dayanıb tələbələrin çıxış saatını gözləyirdi. Zaman yetişdikcə həyəcanı daha da artırdı. Bir qədər gözlədikdən sonra yanında dayanan maşını görüb qaşlarını düyünlədi. Malik Hüsnayı aparmağa gəlmişdi.
-Həsən,sənin burda nə işin var?
-Hüsna ilə danışmalıyam.
-Olmaz.
-İcazə istədiyimi xatırlamıram.
-Həsən, Səlim bəyin qəti əmri var. Sənin Hüsna xanıma yaxınlaşmağın qəti qadağandı.
-Sən bu işə qarışmasan daha yaxşı olar.
-Bax sənə hörmətim var amma etdiyin alçaqlıqdan sonra yaxınlaşmasan yaxşıdı.
-Kəs səsini.
Həsən önə doğru bir neçə addım atıb Malikin boğazından tutdu.
-Nə oldu doğrular acıdı? Elədiyin əsl şərəfsizlik idi.
-Kəs səsini dedim,əlimdə qalacaqsan kəs.
-Burda nə baş verir?
Hər ikisi eşitdikləri əsəb dolu səsə tərəf dönüb Hüsnanın atəş püskürən gözləri ilə qarşılaşdı.
-Hüsna xanım,keçin maşına getməliyik.
-Qal orda!
Həsənin çığırması ilə Hüsna qeyri-ixtyari yerində dayandı.
-Malik,sən gedə bilərsən.
Həsən onu maşına tərəf itib Hüsnanın əlindən tutdu. Hər kəs eləcə də Hüsna şok halında baxırdı.
-Sən......Sən nə edirsən? Özünü nə zənn edirsən? Burax əlimi.
Həsən heç onu eşitmirdi belə. Əl edib taksi çağırdıqdan sonra üzünü Hüsnaya tutdu.
-Mənimlə gəlirsən. Danışmalıyıq.
-Mən heç yerə gəlmirəm.
-Zorla çiynimə atmamış maşına otur.
-Dedim gəlmirəm. Sənin kimi biri ilə.......
Hüsnanın sözü ağzında qalmışdı çünki Həsən onu çiyninə atıb maşına tərəf gedirdi.
-Burax məni burax.
-Həsən neynirsən sən? Qızı yerə qoy.
Hüsnanın çırpınışlarını və arxadan Malikin səslənməsini önəmsəməyən Həsən qızı maşına qoyub yanında əyləşdi. Taksi son sürət ordan uzaqlaşarkən Hüsna qışqırmağa başladı.
-Hüsna,qışqırma. Sadəcə danışacayıq heç nə etməyəcəm.
-Sən mənə eləyə biləcəyin hər şeyi etmisən. Saxla bu zibili. İstəmirəm danışmaq. Bu da təzə oyundu?
-Oyun yoxdu daha.
-Nifrət edirəm sənə.
-Bilirəm.
-Onda burax məni.
-Dedim ki danışmalıyıq.
-Başa düş mən səni eşitmək istəmirəm.
-Hüsna,bəlkə sakit dayanasan?
-Sən.......Sən normal deyilsən. Dəli.
-Aycan.
Həsənin rahatlığı qarşısında Hüsna söz tapa bilməyib susmağı seçdi. Maşın şəhərdən biraz aralıda uçurum kənarında dayanar dayanmaz Hüsna maşından enib addımlamağa başladı. Həsən taksi pulunu verib qızın arxasınca qaçaraq qolundan tutdu. Özünə tərəf fırladıb nəfəs-nəfəsə dayandılar.
-İrəli uçurumdu. Getmək olmaz.
Həsən gözlərini Hüsnanın od püskürən gözlərinə sabitləyərək yaxınlaşmanın təsirindən dolayı alçaq və xırıltılı səs tonu ilə dilləndi. Biraz daha elə qalsalar Hüsna anın sehrinə qapılacağından qorxub qolunu geri çəkdi.
-Daha yaxşı,atamdan alacağın qisasın tamamlanmış olar.
-Hüsna,xaiş edirəm belə danışma.
-Bəs nə danşım? Həm sən məni bura niyə gətirmisən?
-Danışmaq üçün.
-Şəhərdə danışa bilmirdik?
-Hüsnaaa.
-Nə Hüsna Hüsna salmısan? Nə var,nə istəyirsən?
-Dinləməlisən məni.
Hüsna baxışlarını devirib təəssüflə gülümsədi.
-Dinləməliyəm........Əlbəttə sən istəyirsənsə dinləməliyəm (baxışlarını sərtləşdirərək) Başın qaçıb? Bizim danışılacaq nəyimiz var?
-Hüsna,mən səni sevirəm.
Həsənin etirafından sonra Hüsna qəh-qəhələrə boğuldu.
-Bəsdi güldün. Hə başda atana olan qəzəbimdən sənə yaxınlaşdım ama indi doğurdan sevirəm.
-Doğurdan sevirsən? Bəs Eldənizə etdiklərim?
-Hüsna,mən başqalarının həyatı ilə yox öz həyatımızla maraqlanmaq istəyirəm.
-Niyə ki? Bax Eldənizə nələr etdim. Qorxmursan sənədə edərəm?
-Hüsna xaiş edirəm bəsdi. Mən bilirəm sənin heç bir günahın yoxdu.
-Araşdırıb öyrəndin?
-Yox sadəcə sənə inanıram ona görə öyrənmədim heç nə.
Hüsna bir addım önə atıb Həsənlə üzbəüz dayandı.
-Doğrusunu mən danışım.
-Lazım deyil.
-Lazımdı. Dinlə........Eldəniz mənim sürücüm idi və mən onun xətrini çox istəyirdim elə o,da mənə hər zaman hörmətlə yanaşırdı. Pulunu qazanıb sevdiyinə qovuşmağa çalışan biri idi. Eldəniz yaraşıqlı gənc olduğundan Elyar guya qısqanırdı. Hüsna öz sürücüsü ilə eşq yaşayır deyə ətrafa söz yaymışdı. Yadındadı tanış olduğumuz gün? Elə həmin gün Eldənizlə danışıb işdən çıxmasını istədim çünki xəstə idim və Elyara qarşı özümü müdafiə edəcək halda deyildim. Daha sonra Elyar əl çəkməyib tapıb dalaşıb.
-Elyar edib?
-Hə.
-Onu tapıb öldürəcəm.
-Öldürmə oyun qur. Sən onu daha yaxşı bacararsan.
-Hüsna!! Gənc oğlanı o vəziyyətdə gördüyümdə sənə atana olan qəzəbim heç nə ilə ölçülməyəcək qədər idi. Ailəsinin pərişan halını görüncə məndə sizi pərişan etmək istədim.
-Təbrik edirəm bacardın.
Hüsna sözünü deyib alqışlamağa başladı.
-Yox bacarmadım çünki hesabda sənə aşiq olmaq yox idi. Mən sənə dəli kimi aşiq oldum.
-Gülməli danışırsan.
-Səni sevməyimdir gülməli olan?
-Yox gülməli olan sənin sevgidən danışmağındı. Sevgi yaralamaz,sevgi qırmaz,sevgi incitməz amma sən hamısını etdin.
-Bilirəm. Mən əsl axmağam. Sənə çox şey etdim. İndi izin ver dağıtdıqlarımı təmir edim.
-Sən heç düşünmürsən? Dediklərin mümkünsüzdü.
-Mən o mümkünsüzü mümkün qılmağı bacaracam.
-Boş söhbətti.
-Bu qədər qəddar olma. Səhvlərimi düzəltmək üçün şans verməlisən.
-Demişdim sənə gecdi.
-Mən çox peşmanam,it kimi peşmanam.
-Məndə peşmanam. Səni sevdiyim üçün çox peşmanam.
-Bağışla məni yalvarıram bağışla.
-Hansını bağışlıyım? Yalan danışmağnı? Oyun oynamağını? Olmayan günahı mənə yükləməyini? De də hansını?
-Hüsa bilirəm mənə inanmırsan amma mən əlimdən gələni edəcəm.
Hüsna bezgin bir ifadə ilə başını yelləyərək dilləndi.
-Nə edirsən et artıq inanmıram. Bax dinlə sənə bir şey danışım..........Üç yoldaş olur SEVGİ,DOSTLUQ,İNAM. Günlərin bir günü sevgi yoldaşlarına deyir: mən gedirəm artıq bura gəlməyəcəm əgər mənim üçün darıxsanız onda ətrafa baxın harda yan yana cütlük görsəniz bilin ki,ordayam. Sevgi gedir.....Bir neçə gün sonra dostluq deyir: mən də burda sıxılıram gəlmyəcəm əgər darıxsan ətrafa bax harda ağlayan iki insan görsən bil ki,ordayam. Dosluq da gedir........İnam isə onların arxasıyca gülümsəyir və deyir: mən getsən siz əsla məni tapmayacaqsınız.......Həsən mənim sənə olan inamım çoxdan gedib.
Gənc qız cümləsini tamamlayıb əlinin tərsi ilə yanaqlarını quruladı.
-Həsən,bizim danışılacaq heç nəyimiz qalmadı. Qarşıma çıxma artıq. Bitdi...
Hüsna ağır addımlarla ordan uzaqlaşarkən Həsən duruşunu daha da dikləşdirdi.
-Hüsna.
Gənc qız geri dönmədən olduğu yerdə ayaq saxladı.
-Mən ilk dəfə birini bu cür dəlicəsinə sevdim və heç bir qüvvə məni sevgimdən vaz keçirə bilməyəcək. Bu da sənə sözüm olsun Həsənin Hüsnası...

Yazar: Afaq. Q
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 380
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri