Günahkar (12-ci bölüm)

Müəllif: Love Angel
Şərhlər: 2
Baxılıb: 2 096
Səs ver:
(səs: 0)
Səhərin ilk saatlarında Malik Səlim bəyi aparmaq üçün həyətdə gözləməyə başlamışdı. Hüsnayı görüb Həsənin yaxşı olduğnu bildirmək istəyirdi ona görədə gözlərini Hüsnanın otağının pəncərəsindən çəkmirdi. Onun nə qədər narahat olduğunu düşünə bilirdi.
-Malik,nəsə olub?
Səlim bəyin səsinə yerində diksinərək baxışlarını pəncərədən ayırıb kəkələyərək dilləndi.
-Yox.....Yaxşıdı.....Yəni hər şey yaxşıdı.
-Onda gedək.
-Bəs Hüsna xanım?
-Uşaqlardan birini çağırdım. Sənlə başqa işimiz var.......Dünən ki,məsələ nə oldu?
-Həll olundu. Hər şey istədiyiniz kimidir o,artıq buralara gələ bilməz.
-Lap yaxşı gedək.
Səlim bəy və Malik maşına əyləşib ordan uzalaşarkən,bu söhbəti qapı aralığından eşidən Hüsna əlini ağzına tutub olduğu yerdə dayandı. Maşının səsin eşidib Maliklə danışa bilmək üçün tələsik aşağı enmişdi ancaq eşitdikləri yerində donmasına səbəb olmuşdu. Həsənə nə etdilər? Yoxsa onu öldürdülərmi? Yox yox........Bu mümkün deyil çünki atası ona söz verib. Bəs nə etdilər axı o,Malikə güvənmişdi........Fikirləri tamam alt-üst olmuşdu. Yavaş-yavaş arxaya doğru addımlamağa başladı. Nə edəcəyi haqqında heç bir fikrə sahib olmasa da iti addımlarla otağına qalxıb qapını bağladı. Tez Həsənin nömrəsini yığdı ancaq qarşı tərəfdə operatırın səsini eşitmək onu məyus etməyə yetmişdi. Həsəni görməli ya da ona nə etdikləri haqda nəsə öyrənməli idi amma necə? Bütün gözlər üzərindəikən evdən çıxmağı qeyri-mümkün idi. Otağına qapanıb bir çıxış yolu düşünməkdən başqa çarəsi qalmamışdı...
Maşın şəhərdən bir qədər aralıda bir villanın qarşısında dayandı. Malik çaşğın baxışlarını ətrafda gəzdirək harda olduqlarını başa düşməyə çalışırdı.
-Səlim bəy bura haradı?
-Əşrəfin məkanı.
Niyə burda olduqlarını bilməsə də anlaşılan tək şey vardı. Bu bilinməzlik heçdə yaxşı hadisələr doğurmayacaqdı...
Axşam olub hava qaralsada Hüsna hələ də nə edəcəyini bilmədən otağında gəzinirdi. Həsənin nömrəsinə zəng çatmadıqca narahatçılığı qat-qat artırdı. Bir qədər keçmişdi ki,atasının maşınının həyətə daxil olduğunu görüb qaçar addımlarla pillələri endi. Qapı döyülmədən açıb təlaşla boylandı. Səlim bəy qızını görüb gülümsədi.
-Gözəl qızım məni qapıda qarşılayır.
-Pəncərədən gördüm gəldiyinizi.
-Malik,sən burda gözlə sənədləri gətirim.
Səlim bəy qızını qucaqlayıb öpdükdən sonra içəri keçdi. İstədiyi fürsəti tapmışdı Hüsna.
-Malik,bütün gün atam yanındadır deyə zəng vura bilmədim. O,necədi? Yaxşıdı? Hardadı? Nə etdiniz ona?
Hüsnanın pıçıldayaraq bir nəfəsə sual atəşinə tutması gülümsətmişdi Maliki.
-Yaxşıdı narahat olmayın. Turp kimidi. Qorumalar biraz əzişdirmişdilər. Evindədi indi.
-Mən səhər atama dediklərini eşitdim. Çox qorxdum,nəsə etdiniz sandım.
-Elə deməyə məcbur idim. Yaxşıdı sakitləşin.
-Mən onu görmək istəyirəm xaiş edirəm kömək et.
Hüsna utana sıxıla kömək istəmişdi.
-Bu çox təhlükədi. Atanız bilsə heç yaxşı şeylər olmayacaq.
-Bilməyəcək.......Atam heç nə bilməyəcək. Çox xaiş edirəm Malik,onu bir dəfə görüm yoxsa sakitləşən deyiləm.
Malik bir qədər düşünüb dilləndi.
-Yaxşı mən sabah sizi apararam.
Səlim bəyin gəlməsi ilə hər ikisi susmuşdu. Malik sənədləri götürüb sağollaşaraq ordan ayrıldıqdan sonra Səlim bəy qızını qucaqladı.
-Danış görüm bu gün nələr etdin?
-Heç nə evdə idim bütün gün.
-Bəs demişdin kitabxanaya getməliyəm.
-Hə......Getməli idim amma şey.......Nə bilim getmədim sabah gedərəm deyə düşündüm.
-Aydındı.
Hər ikisi salona keçib divana oturdular. Səlim bəyin baxışlarını qızından çəkməməsi nəsə demək istədiyini göstərirdi.
-Ata sözlü adama oxşuyursan.
-Hə qızım. Əslində sənə gözəl bir xəbərim var.
-Eşidirəm ata buyur.
-Qızım mən bu gün Əşrəflə görüşdüm və belə qərara gəldik ki,Elyar xaricdən dönən kimi sizin nişanınızı edək.
-Nə?.........Bu zarafatdı?
Hüsna çaşğınlıq içində baxşlarını atasına zilləyərək sualını ünvanladı.
-Yox niyə zarafat olsun.
-Elyar və mən?.......Ata,sən nə danışdığının fərqindəsən?
-Fərqindəyəm Hüsna........Sənin üçün ən düzgün olanı seçməyə çalışıram.
-Elyardı düzgün olan? Onun necə biri olduğunu bilmirsən?
-Qızım,mən nə edirəmsə sənin yaxşılığın üçün edirəm.
Hüsna oturduğu yerdən ayağa qalxdı.
-Ata,mən səni başa düşə bilmirəm. Onun nə cür adam olduğunu bilə-bilə hansı yaxşılıqdan danışırsan? Eldənizə nələr etdiyini unutdun?
-Hüsna,Elyar səni çox sevir. Qısqandığı üçündə bəzi səhvlər edib.
-Bəzi səhvlər? Eldəniz komadadı ata.........Onun həyatı bu qədər bəsitdi?
Səlim bəy də qalxıb Hüsna ilə üzbəüz dayandı.
-Əlbəttə yox qızım amma hər şeyin səbəbi sənə olan sevgisidir.
-Mən onu sevmirəm,onun sevgisinidə istəmirəm.
-Sənin sevdiyini də gördük.........Hüsna mənim ağzımı açdırma qızım,qalx otağına və yaxşı-yaxşı düşün. O zaman görəcəksən ki,sənin üçün ən doğrusu budu. O,alçaq ətrafında gəzdiyi müddətcə sən nəyin pis nəyin yaxşı olduğunu ayırd edə bilmirsən.
-Sən Həsəni məndən uzaq tutmaq üçün bu qərarı verdin?
-Tək səbəb bu olmasa da bəli.
-Mən inana bilmirəm.
Hüsna özünü itirmiş halda ətrafına boylanmağa başladı. İkinci dəfə ən sevdiyi adam tərəfindən zərbə alırdı.
-Görün artıq,mən insanam -bir anda avazı yetdiyi qədər bağırmağa başladı -Bir gəlir əsəbini məndən çıxır,biri mənim yerimə qərarlar qəbul edib həyatımı məhvə sürükləyir. Bəsdirin.......Başa düşün........Mən insanam oyuncaq deyiləm.......B
öyüdüm mən ata böyüdüm.(Dizləri üstə çöküb qısıq səslə davam etdi) -Haqqında qərarlar verdiyin o,xəstə qızcığaz deyiləm..........Böyüdüm mən.
Qızını bu halda görmək Səlim bəyi pərişan etmişdi. O,qızına bağlı bir ata idi indi onun ucbatından can parçası üsyan edirdi. Tez əyilib qızını bağrına basdı.
-Bağışla qızım bağışla........Mən sənin üçün yaxşı olacağını düşündüm bağışla.
Hüsna atasına sarılıb daha şiddətlə ağlayırdı.
-İstəmirəm ata........Mən Elyarla evlənmək istəmirəm.
Ağlamağına ara verib hıçqıraraq istəyini bildirdi.
-Yaxşı qızım. Sən sakitləş yetər ki.......Mən ləğv edərəm. Səlim bəy Hüsnanın saçlarını sığallayıb tez-tez öpüş qonduraraq sakitləşdirməyə çalışırdı. Bir qədər ağladıqdan sonra Hüsna elə atasının qollarında da yuxuya daldı. Uşaq vaxtıda belə idi,axşamlar atasının qucağında yatardı. Səlim bəy yerdən qalxıb qızını qucağına almaq istəsədə bacara bilmədi. O an anladı ki,Hüsna həqiqətən böyüyüb,doğurdan da o,artıq balaca qızcığaz deyil.
-Hüsna qızım qalx otağına.
Hüsna atasının səsləməsinə gözlərini açıb yerdən qalxdı. Ağır addımlarla otağına qalxarkən Səlim bəy məyusluq dolu baxışlarla süzdü qızını.
-Gözəl qızım bağışla ki,səni qoruya bilmədim.
Peşmanlığını dilə gətirərək salondan ayrılıb otağına qalxdı.
Ağır keçən gecənin ardından səhər Hüsna son dərəcə canlı və yüksək əhval-ruhiyyə ilə yuxudan oyandı. Çünki bu gün Həsəni görməy gedəcəkdi. Hazırlaşdıqdan sonra yemək belə yemədən evdən çıxıb maşına yaxınlaşdı.
-Əvvəlcə Həsəni görmək istəyirəm.
Malik bəlkə də,ilk dəfə idi ki,onu belə bəzənmiş və ətrafa işıq saçarkən görürdü. Malik çaşğınlıq içərisində arxa qapını açıb Hüsna əyləşdikdən sonra sükana keçdi. Bu bəzənmənin məhz Həsən üçün olduğunu bilmək onu çox sevindirmişdi və sevinc içində maşını işə salıb Həsənin evinə doğru yol aldı. Yol boyu Hüsnanın ağlında tək fikir vardı. Həsəni görər-görməz qucaqlamaq. Məhz onun qollarında rahatlıq tapacağına,hər şeyi unudacağına inanırdı. Çox darıxmışdı.....
....Bağışlamamışdı amma çox darıxmışdı. Axşam yaşananlar bunu bir daha anlamasına səbəb olmuşdu. Maşın binanın həyətində dayandığında Hüsna ətrafına boylandı.
-Neçənci mərtəbə?
-3. Qara qapı.
Dodaqlarına qonan təbəssüm ilə maşından enib binaya daxil oldu. Pillələri qalxarkən tək düşündüyü həsrətin sona çatdığı idi. Qapı önündə dayanıb əlini yumruq halında sıxaraq döyməyə başladı. Ürək döyüntüləri qapının döyüntüsündən daha güclü idi. Bu qədər həyəcanlaması gülümsəməsinə səbəb olurdu. Qapının açılması ilə Hüsna özünü ələ aldı çünki ona tuşlanan baxışlar son dərəcə öfkəli idi.
-Sabahınız xeyir. Siz Elmir olmalısınız.
-Bəli.
Qarşı tərəfin qəzəbli baxışlarını başa düşə bilmirdi.
-Mən Hüs....
-Kim olduğunuzu bilirəm. Ancaq nə üçün burda olduğunuzu bilmirəm.
Hüsna üzərindəki çaşğınlığı atmağa çalışaraq dilləndi.
-Şey mən.......Mən Həsəni görmək üçün.......Onu görmək istəyirəm.
-Niyə?
-Başa düşmədim?
-Yaşayıb yaşamadığını öyrənmək istəyirsiz?
Hüsna nə baş verdiyini anlaya bilmirdi ona görə də gözlərini iri-iri açıb baxırdı.
-Nə oldu? Niyə baxırsız? Siz Həsəninin qarşısına çıxdığınız andan bu yana onu tanımaq olmur. Bir baxırsan çox şəndi üzü gülür daha sonra baxırsan pər-pərişan bulud kimi dolu. Ən sonda bu döyülmüş halda xəstəxanalardan tapılması........Siz qardaşıma nə edirsiniz Hüsna xanım?
-Mən......Mən......Heç nə.......Heç nə etmədim......İzin verin onu görüm.
-Olmaz.......(Elmir əlini önə uzadıb davam etdi) Olmaz. Siz ona heç yaxşı gəlmirsiz başa düşün. Uzaq durun artıq Həsəndən.
-Elmir kim gəldi?
İçəridən Həsənin səsi eşidildiyində Hüsnanın dizləri titrəməyə başladı. İçəri boylanmağa çalışsada heç nə görməməsi gözlərinin dolmasına səbəb olurdu. Qarşısındakı öfkə və qəzəb dolu baxışlar "Mən gəldim" deyə qışqırmasına mane olur,bütün cəsarətini yox edirdi.
-Heç kim. Ünvanı səhv salıblar.
Elmir cümləsini tamamlayıb sərt baxış ataraq qapını örtdü. Hüsna arxaya doğru bir neçə addım atıb divara yaslanaraq əlini ağzına tutdu. Bu nə idi belə? Necə yəni? Hüsna ona yaxşı gəlmirdi? Elmir bu cür düşünürdüsə bu Həsənində onunla eyni fikirdə olduğunu göstərirdi çünki onlar bir evdə yaşayırdı. Hüsnanın səhər ki,halından əsər-əlamət qalmamış gözləri dolmuşdu. Bir əlini divara yaslayıb çətinliklə də olsa pillələri endi. Malik onun bu qədər tez enəcəyini gözləmirdi əsasən də bu halda.
-Hüsa xanım,yaxşısız? Nə oldu?
-Məni atama apar.
Malik heç nə demədən Hüsnanın maşına oturmasına kömək etdikdən sonra sükana keçib maşını işə saldı. Yol boyu höküm sürən səssizlikdə Malik nə baş verdiyi haqda düşünərkən,Hüsna sadəcə ağlına qoyduğunu həyata keçirməyi düşünürdü. Məkana çatdıqlarında maşın dayanar-dayanmaz Hüsna enib birbaşa atasının otağına doğru irəlilədi. İçəri daxil olub atasının qarşısında dayandı.
-Qızım,yaxşısan?
-Razıyam ata........Elyarla evlənməyə razıyam...

Yazar: Afaq. Q
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 096
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri