Günahkar (15-ci bölüm)

Müəllif: Love Angel
Şərhlər: 2
Baxılıb: 2 505
Səs ver:
(səs: 0)
Saat 11:00 olurdu. Ancaq Hüsna hələ də oyanmamışdı. Yazıq qız yaşadığı stresdən sonra necə yatmışdısa oyana bilmirdi. Elmiri alış-verişə yola saldıqdan sonra Həsən qapının çərçivəsinə yaslanıb Hüsnasını seyrə dalmışdı. O qədər məsum görünürdü ki.......Həsən üçün o,dünyanın ən gözəl və cazibədar qadını idi çünki o,Həsənə aid idi.......Qəlbi,ruhu,sevgisi ümumi hər şeyi ilə bu qadın Həsənə aid idi. Bir qədər izləmişdi ki,Hünanın yerində qımıldanaraq oyandığını görüb irəli addımladı. Yatağın yanında aşağı əyilib qızın üzünə dağılan saçları qulağının arxasına sıxışdırdı.
-Sabahın xeyir canım.
-Sabahın xeyir.
-Rahat yata bildin?
-Çox yaxşı rahat yatdım.
Hüsnanın dodaqlarına qonan təbəssüm Həsənə dünyaları bəxş edirdi.
-Saat neçədi?
-11:00.
-Nə? Yəni mən o qədər yatmışam?
Hüsna yatağından qalxıb əynini geyind daha sonra yatağını toplayıb bərabər salona keçdilər. Bu sırada Elmir əlində torbalarla evə daxil olub narazı baxışlarını Həsənə zillədi.
-Həsən sənə tapşırmışdım axı çatanda zəng vuracam gəlib mənə kömək edərsən?
-Zəng vurmadın ki.
Həsən telefonu çıxarıb cavabsız zəngləri gördükdə gülümsəyərək başını əydi.
-Səssizdə qalıb.
-Ehh Həsən.......qollarım qopdu.
-Bir şey olmaz gənc adamsan. Hər gün qızlara sərf etdiyin enerjini bu gün alış-veriş üçün sərf etdin.
-Gəlinbacı görürsüz dəə.
-Elmir,biz bir ailəyik ona görə xaiş edirəm mənə "sən" de.
Hüsna sözünü deyib mətbəxə keçərkən Həsən böyük bir zövqlə süzdü qadınını. Çox xoşu gəlmişdi Hüsnanın onları bu cür mənimsəməsindən.
-Ağzını yum mədənə soyuq dəyər.
Elmirin zarafatına sərt baxış atıb torbaları götürərək mətbəxə keçdi. Hər ikisi deyə-gülə ərzaqları yerləşdirdikdən sonra səhər yeməyi hazırlamağa başladılar. Hüsnanın əhvalının biraz yaxşı olması evin abu-havasına öz müsbət təsirini göstərirdi. Masaya oturub yeməyə başlamışlardı ki,qapı döyüldü. Həsən ayağa qalxıb qapını açdı. Malik əlində çantalarla içəri daxil olduğunda Hüsna masadan qalxıb dolmuş gözlərini çantalara zillədi.
-Yoxsa......Atam məni evdən.....
Qəhər boğmuş cümləsini tamamlamasına izin verməmişdi.
-Yox yox........Geyimlərinizi və sevdiyiniz kitablardan bir neçəsini Gülnarə xanım(Səlim bəyin həyat yoldaşı) göndərdi. Digər çanta isə Həsənin sifarişidir.
-Nə sifarişi?
-Sonra bilərsən.
Həsən Hüsnanın sualını cavabsız qoyub tələsik çantayı götürdü və Elmirin otağında gizlətdi.
-Malik,atam necədir?
-Narahat olmayın Hüsna xanım yaxşı olacaq hər şey.
Hüsnanın göz yaşları yanağından süzülməyə başlamışdı.
-Mən onu incitməyi istəməzdim.
Həsən tez yaxınlaşıb qucaqladı.
-Söz verirəm düzələcək hər şey.........Ağlama artıq gözündə yaş qalmadı.
Malik stulu çəkib oturdu.
-Mənim sizə bir xəbərim daha var.
-Nə olub?
-Elyar.......Axşam narkotik maddə və içkini bir-birinə qatıb. Nəticə də xəstəxanadadı,vəziyyəti yaxşı deyil.
-İnsan yaşatdığını yaşamadan ölməzmiş deyiblər.........Eldənizə etdiklərini yaşayır. Yenədə gəncdir ALLAH ailəsinə bağışlasın.
Həsənin sözlərindən sonra Hüsnanın səssiz axan göz yaşları hıçqırıqla əvəzləndi.
-Hamısı mənim axmaq qərarıma görə oldu.
-Sən əvvəldəndə belə sulu göz idin? Yoxsa hamiləlikdən sonra başladı?
Həsən yarı zarafat,yarı ciddi sualını ünvanlayıb Hüsnanın fikirini dağıtmağa çalışırdı.
-Təbrik edirəm hər ikinizi. Gülnarə xanımdan eşitdim mən də.
-Malik,Gülnarəyə deyərsən ki,atama yaxşı baxsın.
-Baş üstə........Onun da sizə ismarıcı var. Dedi ki,cəsarətini itirməsin və heç nə düşünmədən sadəcə xoşbəxt olsun.
Hüsna gülümsəməklə yetinmişdi. Malik ayağa qalxıb cibindən bir miqdar pul çıxararaq masanın üstə qoydu.
-Həsən,götür bunları. İş tapana qədər.
-Çox sağol Malik sən əsl dostsan amma pul ehtiyac yoxdu. İş tapmışam,qısa zamanda başlayacam.
-Yaxşı.......Mən gedim. Nəsə lazım olsa xəbər edin.
Həsən Maliki yola saldıqdan sonra üzünü Hüsnaya tutdu.
-Gözəlim mən çıxıram bir neçə işim var. Sən heç bir iş görmürsən bol-bol istirahət edirsən. Elmir gəlinbacın sənə əmanət.
Həsən sağollaşıb evdən ayrıldı və rəsmi nigah üçün lazımi sənədləri hazırlamağa başladı. İşlərini bitirib taksiyə əyləşərək gedəcəyi ünvanın yolunu tutdu. Ünvana çatıb qapını döydüyü zaman qapını açan gənc Həsəni gülümsətmişdi.
-Həmişə ayaq üstə Eldəniz.
Eldəniz qaşlarını düyünləyib qarşısındakı adamı süzdü.
-Həsən,sən xoş gəlmisən mənim balam.
Nənəsinin səslənməsi ilə Eldəniz başa düşdüki qapıda dayanan,heç tanımadığı bir ailəyə dəstək olan Həsəndir. Qeyri-ixtiyari qucaqladı onu daha sonra içəri dəvət edib qapını bağladı. Masa ətrafına toplaşıb hər biri öz yaşadıqlarını başına gələnləri danışmağa başladı.
-Mən çox səhvlər etdim amma bu səhvlərimin içində öz doğrumu,həqiqi sevgimi tapdım.........
Mənim buraya gəlmə səbəblərimdən biri də,10 gün sonra Hüsna ilə rəsmi nigahımızdı. Mənim bu şəhərdə heç kimim yoxdu sizdən bu günümdə yanımda olmağınızı istəməyə gəldim.
-Həsən,mən səni tanımırdım amma oyandığım gündən bəri bizim evdə ən çox səndən danışılıb. Heç tanımadığı insanlara görə həyatını təhlükəyə atmaq hər kişinin işi deyil amma sən etmisən. Mənim vəziyyətimə laqeyid yanaşmaq əvəzinə səhv də olsa nəsə etməyə çalışmısan. O,alçaq ailəmin dərdli olmasından faydalanıb onları öz yalanlarına inandırıb və səhv yönləndirib. Oyanan kimi ifadəmi vermişdim amma deyəsən pul gücünə ört-basdır ediblər.........Mən Hüsna xanımı az da olsa tanıyıram o,xoşbəxtliyə laiq bir xanımdır. Əminəm ki,sən onu xoşbəxt edəcəksən........Bir az əvvəl bir söz dedin,bu şəhərdə heç kimim yoxdu dedin. Yanılırsan qardaşım........Sənin burda ailən var.
Eldənizin sözləri ailə üzvlərini eləcə də Həsəni kövrəltmişdi. Ayağa qalxıb hər ikisi bir-birini qucaqladı.
-Mən artıq gedim. Hər şey üçün sağolun. Nikahda görüşərik.
9 gün sonra.
Sabah Həsən və Hüsna rəsmi ər-arvad olacaqdı. Hüsnanın çox iş görməsinə izin olmasa da yüngülvari işlər görərək fikrini dağıtmağa çalışırdı. Onsuz ev balaca idi,yorulmurdu. Əhvalı-ruhiyyəsi düzəlmirdi çünki atası onu hələ də bağışlamamışdı. Bir neçə dəfə zəng vursada danışa bilmədən telefonu söndürürdü.
Evlənirdi.......Sözün əsl mənasında sevinib xoşbəxt ola bilmir sevinci yarım qalırdı çünki atası yanında olmayacaqdı.
Evlənirdi........Amma gəlinlik geyməyəcəkdi. Bu içindən keçsə də Həsənə hiss etdirməməyə çalışırdı.
Evlənirdi.........Kimsəsiz biri kimi təkbaşına. Bu çox canını yandırırdı.
Bu günlər də onu sevindirən tək şey Həsənin yeni işə başlamış olması idi. Şirkətlərin birindən göndərdiyi özkeçmişinə müsbət cavab gəlmiş və Həsən işə başlamışdı.
Axşam düşürdü yava-yavaş. Hüsna eyvana çıxıb oturacağa oturaraq çayından yudumlamağa başladı. Gün boyu evdə tək çox sıxılırdı sadəcə axşam Həsən evə gəldiyində keyfi yerinə gəlir,ətrafa işıq saçırdı. Həsənin gəlişinə bir neçə saat qalmış açılan qapı səsi onu tədirgin etmişdi. Arxaya dönüb qapıda dayanan Həsəni gördüyündə suallarını ünvanlayaraq ona tərəf addımladı.
-Həsən? Niyə tez gəlmisən? Gəliş saatına vardı axı.
-Gedəcək yerimiz var deyə izin aldım.
-Hara gedirik ki?
Həsən yaxınlaşıb Hüsnanın üzünü əlləri arasına aldı.
-Sabah biz evlənirik elə deyilmi?
-Hə.
-Səncə mən sənin belə boynu bükük qalmana izin verərəm? Təbii ki,atana gedirik.
Hüsnanın göz yaşları yenə yanağı boyu süzülməyə başladı.
-Nə oldu yenə sulu göz? Atanı görmədən başladın sən.
Həsən Hüsnanın yanaqlarını qurulayıb onu bağrına basdı.
-Hazırlaş çıxaq.
Hüsna xəfifcə başını tərpədib otağına keçərək hazırlaşmağa başladı. Səlim bəyin evində necə qarşılanacaqlarını bilmədən yola çıxdılar. Yol boyu Hüsnanın həyəcandan əli-ayağı əsirdi. Həsən onu sakitləşdirmək üçün sinəsinə sıxıb saçlarına öpüş qondurdu. Beləcə çatmışdılar........Taksidən enib əl-ələ evə tərəf addımladılar. Həsən bir an dayanıb Hüsnasını bağrına basdı.
-Nə olur olsun mən hər zaman yanındayam bunu unutma.
Daha sonra Hüsnanın əlindən tutub əlini yumruq halında sıxaraq qapını döydü. Xadimənin qapını açdığında kandarda dayanan üzləri görməsi bir növ şok keçirməsinə səbəb olmuşdu. Özünü ələ alıb kənara çəkildi. Həsən Hüsnanın əlini sıxaraq ona güclü olmasını bildirməyə çalışırdı. Salonun girişində dayandılar. Masa arxasında yemək yeyən Səlim bəy onları görən kimi əlindəkı çəngəli boşqabın kənarına qoydu.
-Ata.
Hüsna titrək səslə dilləndi. Səlim bəyin üzünü yana çevirməsi ilə Hüsnanın göz yaşları axmağa başladı.
-Ata,üzümə baxmayacaqsan?
Səlim bəy ayağaqalxıb iti addımlarla pillələrə yanaşdı.
-ATA!
Hüsnanın çığırması ilə hər kəs diksinmişdi. Səlim bəy geri dönmədən olduğu yerdə ayaq saxladı.
-Sabah evlənirəm amma tək başıma,kimsəsiz kimi.(Hüsna danışa-danışa Səlim bəyə yaxınlaşdı) Uşaq vaxtı mənə deyirdin ki,qızım sən çox gözəl gəlin olacaqsan. İndi görmək istəmirsən? Məni boynu bükük qoyacaqsan?
-Sən mənim o,saf qızımı,məsum qızımı aldın məndən. Uşaq vaxtı səni gəlin köçürəcəyim günün xəyallarını qururdum. Qızma bir toy edəcəm nağıllardakı kimi deyirdim,xəyallarımıda apardın Hüsna. Sən..........Sən mənim başımı aşağı əydin......Gedin burdan.
-Bağışla məni bağışla ata,qurban olum bağışla. Mən sadəcə çox sevdim və sevgimin arxasında durdum. İlk dəfə cəsarətli davrandım.
Hüsna atasının əlini tutub dodaqlarına yaxınlaşdırdı.
-Ata,qurban olum üzümə bax. Məni sənsiz qoyma.
-Sənin mənə ehtiyacın yoxmuş.
-Belə danışma yalvarıram.
Səlim bəy sərt şəkildə Hüsnanın əlindən əlini çəkdi.
-Səlim bəy.
Qadınının gözləri önündə acı çəkməsinə dayana bilməyən Həsən dilləndi.
-Mənim heç kimim yoxdu Səlim bəy. İstəmirəm Hüsnamda mənim kimi boynu bükük qalsın. Mən onu nə qədər çox sevsəmdə sizin qədər sevə bilmərəm. Mənim etdiklərimin cəzasını qızınız çəkməməlidi. O,sizin övladınızdı,sizin qanınız sizin canınızdı..........Sabah biz evlənirik ailə olmağa doğru gedirik bunun üçün sizin xeyir-duanıza ehtyacımız var. Mən demirəm düz etdik xeyir əsla,səhvlərlə günahlarla başladı münasibətimiz amma indi səhvlərimizi düzəltməyə çalışırıq. Böyüyümüz olaraq sizdən bu yolda dəstək istəyirik. Qərar sizindi...
Səlim bəy Həsənin sözlərini sonuna qədər dinləyib ağır addımlarla pillələri qalxmağa başladı. Hüsna dayana bilməyib hönkürərək dizləri üstə çökdü. Həsən tez yanına qaçıb onu yerdən qaldıraraq bağrına basdı.
-Söz verirəm atan gələcək...

Yazar: Afaq. Q
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 505
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri