Günahkar (17-ci bölüm FİNAL)

Müəllif: Love Angel
Şərhlər: 0
Baxılıb: 3 909
Səs ver:
(səs: 1)
Qəbirsanlığın,alçaq qapısını itərək taybatay açılmasına səbəb olmuşdu. Paslanmış qapının ətrafa yaydığı cığıltıları önəmsəmədən əlindən tutduğ balaca ilə yoluna davam edirdi. Görmək istədiyi qəbirə yaxınlaşdıqca qeyri-ixtiyari addımlarını yavaşlatdı və istəmsizcə çiyinlərini büküb yaxınlaşdı. Qəbirə ötəri nəzər yetirməsi ilə,dodaqlarına acı bir təbəssümün yerləşməsi bir oldu. Göz kənarlarındakı qırışlar daha da bəlirginləşmişdi bu zaman.
-Hüseyin,bax anan bizi gözləyirmiş.
Balaca Hüseyin anlamaz gözlərlə atasına baxdıqdan sonra aşağı əyilib qucağındakı qərənfilləri məzarın üzərin qoydu.
-Ata,anam niyə ordadı? Niyə bizimlə deyil?
İlk dəfə eşitdiyi suallara çox təəccüblənmişdi. Onun balaca oğlu bu cür suallar verəcək qədər böyümüşdü? Hansı ara? O,niyə görməmişdi? Bu suallardan sıyrılıb Hüseyini cavablamağa çalışdı amma yetərli olmayacaqdı,bunu bilirdi hətta əmin idi. Heç bir cavab Hüseyinin anasız böyümüş olmasına açıqlama deyildi. Çiyinlərini çəkib aşağı əyildi.
-Ananın harada olması,bizim ona olan sevgimizi dəyişirmi?
Hüseyinin başını tez tez etiraz mənasında yelləməsinə məmnun bir ifadə ilə nəzər yetirib dilləndi.
-Afərin.....İndi orda gözlə gəlirəm.
Hüseyin onun işarət etdiyi yönə doğru gedərkən ayağa qalxıb məzara tərəf döndü.
-Oğlumuz böyüyür......( dodaqları yana qıvrıldı) Verdiyi sualları eşitdin? 5 yaşı tamam oldu........Bu gün o gündur Hüsnam oğlumuzun doğum,sənin isə ölüm günün.....Bilirsən Hüseyin hər il soruşduğu kimi bu ildə soruşdu "ata ad günüm olacaqmı deyə" hər zaman olduğu kimi yenə dinə bilmədim.....Bir gün həqiqəti öyrəndiyi zaman mənə nifrət edəcəyindən qorxuram. Anasınız qalmasına səbəb olduğum üçün mənə çox öfkələnər? Bilirəm öfkələnəcək çünki sənsiz çox darıxır......Məndə......Heç nə ilə ölçülməyəcək qədər......İndi sən de Hüsna mən nə edəcəm? Hüseyinin eləcə də özümün sənə olan özləmini necə dindirəcəm?......Zamanla keçər unudarsan dedilər......Keçmir (qısıq səslə davam etdi) Sənsizlik keçmir......Əksinə hər gün böyüyür......Ar
tıq necə başa çıxacam bilmirəm......G
ücsüzləşirəm......Darıxıram sənsiz.....Geri dönməkdən başqa çarəm qalmadı.....Geri dönəcəm......Ən çox da oğlumuz üçün dönməliyəm.....Bağışla məni.....Səni sevirəm.
Gənc adam cümləsini bitirib baş barmağı ilə sol gözündə ki,damlanı yox etdi. Gözəl Hüsnasının məzar daşındakı şəklni öpüb dua etdi. Daha sonra Hüseyinin əlindən tutub arxasına baxa baxa ordan uzaqlaşdı......
Həsən gözlərini açıb ətrafa boylandı. Bu nə idi belə? Necə kabus idi? Səhər-səhər çox qəribə yuxu görmüşdü sanki həqiqət idi. Yerindən sıçrayıb pəncərə önünə keçdi. Hüsnası hələ də aparatlara bağlı şəkildə yatırdı. 2 gün olmuşdu........Hüsnanın vəziyyətində heç bir dəyişiklik yox idi. Hələ də bir mələk kimi yatırdı. Dodaqları yana qıvrıldı gənc adamın. Onun həyat yoldaşı bu solgun halda belə çox gözəl və çox məsum görünürdü. Alnını şüşəyə dayayıb gözlərini sıxdı.
-Etmə mənə bunu........Bu qədər günahla baş-başa qoyma məni........Mən o,uşağın heç bir sualına cavab verə bilmərəm. Etmə yalvarıram.....
...Gördüm mən. Gələcəkdə onun məndən hesab soruşan gözlərini gördüm. Günahkar olduğumu,sənə çox acı çəkdirdiyimi hayqırırdı gözləri. Mənə bunları yaşatma Hüsnam yalvarıram aç gözlərini.
Çiynində hiss etdiyi əl ilə tələsik yanağını qurulayıb geri döndü. Səlim bəy məyus gözlərini ona zilləyib dilləndi.
-Oğlum,pərişan görünürsən. Keç otur.
Həsən dinmədən oturacağa oturub başını arxaya atdı.
-Sən oğlunu görməyə niyə getmirsən?
Həsən çiyinlərini çəkməklə yetinmişdi çünki verəcək cavabı yox idi. 2 gündə körpəsini görməmək üçün əlindən gələni etmişdi.
-Oğlum,onun heç bir günahı yoxdu. O,dünyanın ən məsum insanıdı.
-Bilirəm amma əlimdə deyil.
Ortaya dərin bir sükut çökmüşdü. Səlim bəy nə deyəcəyini Həsənə necə təskinlik verəcəyini bilmirdi.
-Oğlum,iki gündür pərişan oldun.......Evə get bir duş al üstünü dəyiş biraz dincəl sonra gəl.
-Olmaz mən Hüsnayı tək qoya bilmərəm.
-Tək deyil mən burdayam. Məni dinlə,götür maşının açarlarını get evə. Həm qızım oyandığında səni belə görməsin.
-Amma...
-Həsən,söz dinlə.
Həsən əlavə nəsə demədən açarları götürüb həyətə çıxdı. Ötən iki gündə heç çölə çıxmamışdı deyə üzünə dəyən soyuq hava sarsmışdı onu. Xəstəxananın divarına yaslanıb dərin nəfəslər alaraq özünü ələ almağa çalışdı. Daha sonra maşına əyləşib işə saldı və evin yolunu tutdu. Yol boyu Hüsna ilə keçən gözəl günləri film lenti kimi gözləri önündən axıb gedirdi. Nə çox incitmişdi,nə çox yaralamışdı onu və indi onu itirmək təhlükəsi ilə üzbəüz idi. Evə çatdığında paltarlarını götürüb hamama keçdi. İsti suyu açıb geyimlərini çıxarmadan suyun altında dayandı. Gözündən süzülən damlalar suya qarışırdı. Əlini divara dayayıb hönkürməyə başladı. Anasına çox ehtiyacı vardı.........Başını onun çiyninə yaslamasına,onun "keçəcək oğlum" deməsinə çox ehtiyacı vardı. Keşgə Hüsnayı dinləsəydi.....
...Keşgə onuda alıb burdan getsəydi. Həsən ana sevgisinə,ana nəvazişinə möhtac böyümüşdü. İndi öz oğluda elə böyümək təhlükəsi ilə üz-üzə idi və Həsən heç nə edə bilmirdi. Bir zamanlar Hüsnanın ölüm qorxusunu indi Həsən yaşayırdı. Hətta indi anlamışdı ki,ölüm qorxusu dedikləri əslində sahib olduqlarının qeydinə qalmaqmış. Həsən indi bu qorxunu iliklərində hiss edirdi. İsti suyun altında olmasına baxmayaraq üşüyürdü. Yerə oturub daha bərk ağlamağa başladı. Canı çox yanırdı sanki onu diri-diri oda atmışdılar. Canımdan can dediyi Hüsnası əlləri arasından sürüşüb gedirdi və o,heç nə edə bilmirdi. Bir anda qulaqlarında "Canımdan can dediyin biri gözünün önündə yox olar və sən heç nə edə bilmədən sadəcə izləyərsən. Bu sənə bədduam olsun" sözləri əks-səda verməyə başladı. Zahidə xanımın bədduası tutmuşdu onları. Tələsik suyu bağlayaraq islaq geyimlərini çıxardı və quru qiyafələrini geyinərək iti addımlarla evdən çıxıb maşına əyləşdi. Malikə zəng vurub gedəcəyi ünvanı dəqiqləşdirdikdən sonra maşını işə saldı. O sözlər ağlına gəldikcə sürəti artırırdı. Son həddə çatdırdığı sürətlə ünvana çatmışdı. Maşından enib qaçaraq həyətə daxil olub qapıya yaxınlaşdı. Bir yanı burda nə işi olduğunu sorğulasa da digər yanı Hüsnası üçün hər şeyi edə biləcəyini deyirdi. Qapını dayanmadan döyməyə başladı. Qapını açan xadimə qarşısında dayanan adamı təəccüblə süzərkən Həsən dayana bilməyib əli ilə onu yana itdi. Zahidə xanım eşitdiyi səs-küyə ayağa qalxıb baxışlarını qapıya sabitlədi. Həsən salona daxil olduğunda qadın yerində donub qalmışdı. Onu tanımışdı amma bu halda görə biləcəyi heç ağlına gəlməmişdi. Saçlarında su damlaları,geyimləri yarı islaq,gözləri şiş bir sözlə pərişan.
-Sən........Sənə nə olub?
Zahidə xanım zorla sualını ünvanladı.
-Bədduanızı geri götürün.
-Nə?
-Qarğışınızı geri götürün Zahidə xanım,sizə yalvarıram geri götürün.
Həsənin ayaqda duracaq taqəti qalmamışdı artıq. Dizləri onu daşımaqdan imtina etmiş və nəticədə dizləri üstə çökmüşdü.
-O,ölür Zahidə xanım..........Gözlərimin önündə əriyir.........Mən heç nə edə bilmirəm........Əlimdən heç nə gəlmir.........Sadəcə izləyirəm.
Həsənin canın necə yandığı sözləri aramla deməsindən bəlli olurdu.
-Kim? Sən kimdən danışırsan?
-Hüsna.......Məni həyata bağlayan sevib-sevilməyi öyrədən qadın. Həyatıma doğan günəşim. Oğlumun anası.(sevdiyi qadından bəhs edərkən buruq bir gülümsəmə yaranan sima,biranda bulud kimi doldu) Dediyiniz oldu.........Canımdan can dediyim həyat yoldaşım məni tərk etmək istəyir..........Sizə yalvarıram qarğışınızı geri götürün.
Zahidə xanım böyük bir çaşğılıqla izləyirdi qarşısında diz çökmüş aciz gənci. Bu həqiqət idi? Axı necə ola bilərdi? Bir adam bir qadını bu qədər sevə bilərdimi? O,görməmişdi........Nə 35 ildir bir yastığa baş qoyduğu həyat yoldaşından,nə də oğlunda anasına və ya hər hansı bir qadına qarşı bu cür məhəbbət görməmişdi. Özündən asılı olmadan qəlbində qısqandı Hüsnanın bu cür dəli eşqlə sevilməsini. Adam yad birinin qarşısında diz çökəcək qədər aşiq idi Hüsnaya. Bu cür sevilmək hər qadına qismət olmurdu. Zahidə xanımın göz yaşları yanağı boyu süzülməyə başladı. Həsən və Hüsnaya yaşatdıqlarından dolayı çox utanmışdı. Yerə əyilib əlini Həsənin çiyninə qoydu.
-Bu cür məhəbbət qarşısında bütün bəddualar aciz qalır. Həm anaların qarğışı tutmaz ki.
Həsən ayağa qalxıb dölmüş gözlərini Zahidə xanımın üzündə sabitlədi.
-Tutmazmı?
-Tutmaz........Sənin sevgin onu sənə qaytaracaq. Mən bundan əminəm.
Həsən dinmədən başını razılıq mənasında yelləyərək ordan uzaqlaşdı. Xəstəxanaya geri döndüyündə hava qaralırdı artıq. Birbaşa yeni doğulmuş körpələrin olduğu şöbəyə yaxınlaşdı. Pəncərədən izlədi bir müddət oğlunu. 2 gündür gəlmədiyi,ondan qaçdığı üçün lənət oxuyurdu özünə. Necədə məsum idi eynən anası kimi.
-Niyə burdan izləyirsiz? Mənimlə gəlin.
Tibb bacısını sözlərindən sonra Həsən səssizcə onun arxasınca addımlayıb qapıda dayandı. Tibb bacısı körpəni götürüb Həsənə yaxınlaşdı.
-Mən necə tutacam çox balacadı.
-Narahat olmayın. Siz hələ açın qollarınızı.
Həsən onu qollarına aldığı an içində o qədər qəribə hisslər yaranmışdı ki,gözləri dolmuşdu.
-Bağışla oğlum bağışla məni,hər şey üçün bağışla məni.
Körpə qımıldanmağa başladığında Həsən tamam özünü itirmişdi.
-Narahat olmayın sadəcə atasını tanımağa çalışır.
Tibb bacısının sözləri onu sakitləşdirmişdi.
-Onu anasın götürmək istəyirəm.
-Bunu həkimlə danışmalısız.
Həsən həkimlərlə danışıb razılıq aldıqdan sonra oğlu ilə bərabər Hüsnanın otağına daxil oldu. Çarpayının yanın qoyulmuş oturacağa oturaraq Hüsnanın əlindən tutdu.
-Hüsnam bax kimlə gəldim........Oğlumuzla. Aç gözlərini yalvarıram........Mən anasız böyüdüyüm üçün qəlbim kin və nifrətlə dolu idi. Onu sən böyüt ki,oğlumuzda mənim kimi kinli biri yox məhz anası kimi sevgi dolu olsun. Bunu ancaq sən bacararsan,bizi güclü ailə etməyi tək sən bacararsan..........Biz səni gözləyirik,oğlumuzda məndə qapıda səni gözləyirik.
Həsən cümləsini tamamlayıb getmək istərkən Hüsnanın tutduğu əlini yavaşca tərpətdiyini hiss etdi. O qədər sevinmişdi ki,qışqırmamaq üçün özünü zorla tuturdu.
-Hüsna.........Bilirdim........Bilirdim..........Bizi tək qoymayacağını bilirdim.
2 il sonra.
Həsən evin qapısını açıb içəri daxil oldu. Mətbəxdən gələn qoxular evi sarmışdı. Mətbəxə keçib 2qollarını başı yeməyi qarışdırmağa qarışan Hüsnasının belinə doladı.
-Həsən.
-Aycan Həsəni Hüsnası.
-Xoş gəldin canım. Əllərini yu,süfrəyə əyləş yemək hazırdı.
Həsən əllərin yuduqdan sonra masaya əyləşdi.
-Hüseyin hanı?
-Anan dedi sabah Bakıya gedəcəksiz çox darıxacam bir neçə saat bizdə dursun. Çox qalacayıq?
-Yox gözəlim. Elmirin nişanını yola verək qayıdarıq işlərim var.
-Lap yaxşı. Unutmayaq canım Eldənizlə Səkinənin uşağını görməyə getməliyik.
-Unutmadım ağlımdadı.
-Malikin evinə də nəsə almalıyıq.
-Ona niyə?
-Necə yəni niyə? Toydan sonra yeni evə köçdülər. Biz ilk dəfə gedəcəyik əliboş olmaz.
-Düzdü.......Mən gedim Hüseyini gətirim darıxdım.
-Yaxşı canım.
Həsən evdən çıxıb küçədə irəllərkən 2 il də yaşadıqlarını düşündü. Hüsna sağaldıqdan sonra doğulub-böyüdüyü kəndə geri dönmüşdü. Nənəsindən qalan torpağı geri almış və ev tikdirmişdi. Sadəcə iki otağını təmir edib orda yaşamağa başlamışdılar. Təbii ki,bütün bunları təkbaşına edəcək gücü yox idi. Yeni bir başlanğıc etmələri üçün Səlim bəyin köməyini qəbul etmişdi. Rayon bankında işə başlamışdı və bu sayədə heç kimin köməyi olmadan ailəsinin hər ehtiyacını özü qarşılayırdı. Anasını tam olaraq bağışlamasa da barışmışdı. Bütün bunları həyat yoldaşının sevgi dolu qəlbi və ona olan sonsuz inamı,dəstəyi sayəsində bacarmışdı çünki o,HƏSƏNİN HÜSNASI İDİ...

Son.

Yazar: Afaq. Q
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 3 909
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri