İftira (2-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 3 032
Səs ver:
(səs: 0)
Gecəni fikirdən yata bilməyən Akif, yorğun və kədərli gözlərlə səhərini açır. Naməlum qadının, Ceyla haqqında dediyi sözlər bir an ağlından çıxmırdı. Bir tikə çörək belə yemədən, əsəbi halda evdən çıxıb, O, dediyi məkana gəlir.
Ayla, güzgünün qarşısına keçib bəzənib-düzənir. Mini donunu, topuqlu ayaqqabısını geyinib, tələm-tələsik evdən çıxır. Həmin parka gələrək, arxadan sakitcə Akifə yaxınlaşır:
- Xoş gəldiniz Akif bəy!
Akif arxaya çevrilib baxır, onu görcək bir xeyli susur...Qarşısında gördüyü bu qarabəniz qız, sanki hardansa tanış gəlirdi ona...
Ayla gülümsəyərək, yenidən sözünə davam edir: Deyəsən, çox düşündürdüm sizi?
Akif: Dünən mənə zəng eyləyən naməlum xanım?!
Ayla: Bəli!
Akif və Ayla skamyaların birində əyləşib, dünən ki, telefonda yarımçıq qalmış söhbətlərinə davam edirlər.
Akif: Hardan tanıyırsız Ceylanı?
Ayla: Çox xahiş edirəm, mənə yersiz suallar verməyin. Hardan tanıyıram, nəyimdi, kimimdi, nəyinizə lazım?! Əsas odur, sizdən fərqli olaraq, mən onu yaxşı tanıyıram və heç kim mənim qədər onu tanıya bilməz!
Ceyla, çantasındakı rəsm albomunu çıxardıb, albomun ən arxasında gizlətdiyi bir şəkili Akifə göstərib deyir: Baxın! İnanmırdınız mənə. Ceylanın həyatının yeganə sevgisi və o, bu gün həyatda yoxdu! Bilirsən niyə?! Çünkü O, Ceyla üçün ölən yeganə oğlandı.
(Şəkildə bir-birinə sevgiylə sarılmış Ceyla və onun şəhid qardaşı Cəmil idi)
Akif, yerindəcə donub qalmışdı. Aylanın Ceylaya atdığı iftiralara, şayələrə çox asanca inanmışdı. Ayla yenidən sözünə davam edir:
- Elə bilirsiz o, sizi sevir? O, bir daha sevə bilməz Akif, onun ürəyi o oğlanla bir yerdə getdi qara torpağa. Kaş bilsəydiniz onlar bir-birini necə sevirdi. Hələdə Ceyla onu sevir, onun şəkilini qucaqlayıb yatır. Sizi aldadır, o, heç vaxt sizi sevməyib və sevməyəcəkdə! Ailəsi olsun deyə sizlə ailə quracaq, vəssalam! Siz isə hər halda axmaq deyilsiz ki, kiminsə əlindən çıxmış bir qızı sevəsiz. Sizə təmiz qız lazımdı, açın gözünüzü, bir az ayıq olun!
Akif, heç cürə hirsini cilovlaya bilmirdi. Nifrət dolu gözlərini şəkilə zilləyərək: Eybi yox! Eybi yox Ceyla! Heç eybi yox! - deyib, yumruğunu bir birinə sıxır.
Ayla: Özünüzü ələ alın, siz aldanmağa layiq deyilsiz. Mən heç vaxt imkan verməzdim ki, kimsə sizi aldatsın. Siz yaxşı oğlansız, siz əsl sevgiyə layiqsiz...
Ayla, həyəcandan titrəyən əlləriylə onun əlinə toxunur. Akif, gözlərini qaldırıb yenidən Aylaya baxır, Ayla gülümsəyib deyir: Nə zaman istəsəniz bir insan kimi, bir dost kimi sizi dinləməyə hazıram!
Akif: Çox sağolun! Gözlərimi açdığınız üçün çox sağolun. Yoxsa mən bu çirkaba bata-bata gedəcəkdim...
Ayla: Heç vaxt! Mən buna imkan verməzdim...
Akif: Kimsiz axı siz? Məni hardan tanıyırsız?
Ayla: Adım hələ ki, sir qalsın. Vaxtı gələndə mən sizə hər şeyi deyəcəm.

Artıq axşam olmuşdu. Ceylanın gözləri yolda idi. Nə Akifdən, nə də Akifin elçilərindən heç bir xəbər yox idi. Neçə dəfə Akifə zəng etsə də, zəngi cavabsız qalır.
Ceylanın anası Rühengiz xala, deyinə-deyinə:
- Biabr etdin özünü atanın yanında. Ayıbdır vallah. Sən niyə belə sadəlöfh oldun bilmirəm, məgər hər oğlana inanmaq olarmı ay qızım?
Ceyla: Ana, o, hər oğlan deyil axı. O, mənim sevdiyim insandı, mən ona özüm kimi inanıram. Yeqin ki, başına nəsə pis iş gəlib. Yoxsa o, belə etməzdi...
Ruhengiz xala: Eh! Eh! Sən hələ çox şey görəcəksən həyatda, hələ bu harasıdır. İnsanları tanımırsan sən Ceyla...
Ceyla, yenidən pəncərənin qarşısına keçib, intizar gözlərini yola dikir.

Bir müddət sonra:

Ceyla- Ürəyim partlayır Ayla... O, niyə məndən qaçır axı, bilmirəm. Belə getsə fikirdən dəli olacam. Nə üzümə baxır, nə zənglərimi açır. Heç elə bil ki, həmin Akif deyil. Bir vaxt mənə sevdiyini deyən, mənsiz bircə an belə qala bilməyən... Nə oldu axı, heçnə anlamıram...
Ayla- Bəlkəm heç vaxt sevməyib səni? Ola bilsin sənlə vaxt keçirirmiş, hər şey ola bilər...
Ceyla- Yox ola bilməz! O, məni sevdiyinə and içmişdi. O, heç vaxt boşuna and içməzdi ...
Ayla- Həyatda hər şey ola bilər Ceyla, oğlanlara inam yoxdu
Ceyla, bir qədər susaraq, rəfiqəsi bildiyi Aylanın boynuna sarılır. İçin-için ağlayaraq, ürəyini bir tək ona boşaldırdı:
- Ayla, mən indi onsuz necə yaşayım? O, mənim nəfəsimdir, havamdır...Boğuluram Ayla...boğuluram onsuz...
Ayla, ona təskinlik verməyə çalışsada, yenə də, şeytani əməllərindən əl çəkmirdi. Bir tək istəyi Ceylanın sevdiyi Akifi özünə aşiq etmək idi.
Elə bu vaxt, Nurlan qapını açıb içəri daxil olur. Ceylanı öz evində görcək, gözləri sevgidən parıldayır:
Nurlan: Xoş gəlmisən qonşu qızı...
Ceyla: Çox sağol Nurlan.
Nurlan: Necəsən Ceyla? Gözümə qəmgin dəyirsən, kim incidib səni?
Ceyla: Boş ver Nurlan, hər şey yaxşıdır narahat olma...
Ayla, qardaşının Ceylaya olan münasibətindən xəbardar idi. Dodaqaltı bic-bic gülümsəyərək, sakitcə kənardan onları izləyirdi.
Nurlan- Ceyla, bilirsən ki, mən səni necə çox istəyirəm. Əgər kimsə səni incitsə, mütləq mənə de, həmin adamın payını yaxşıca verim
Ceyla- Narahat olma Nurlan, mən uşaq deyiləm. Özümü qorumağı bacarıram. Yenədə çox sağol...
Ayla: Yaxşı da, Nurlan! Çıx otağdan, görürsən ki, biz qızlar söhbət edirik. Mane olma
Nurlan: Siz qızların söhbəti qurtarmır ki, elə nə vaxt görürəm söhbət edirsiz. Arada mənidə yada salın, qoşulum o söhbətinizə ))
Nurlan, qizlarla bir az zarafatlaşıb otağdan çıxır. Ayla, yenidən Ceylaya baxaraq söhbətə davam edir:
- Sən çalış ki, Akifi unut. Əgər o, səni sevsəydi, belə asanlıqla ayrıla bilməzdi. Demək ki, o, heç vaxt səni sevməyib!
- Bacarmıram Ayla, unuda bilmirəm. Heç cürə unuda bilmirəm...
- Unutmağa məcbursan!- deyə, Ayla sərt cavab verir.
Ceyla mat-məətəl, təəcüblə Aylaya baxır. Ayla, qəh-qəhə çəkib gülür və yenidən dillənir: Ay qız, nə baxırsan? Qorxdun?
Ceyla- Dəli qız! Elə qışqırdın ki, elə bildim bu deqiqə durub məni döyəcəksən...
Ayla- Hə, belə getsə səni döyəcəm. Çünki, mənim sözümü ciddiyə almırsan ...

Beləliklə, günlər öz axarıyla davam edirdi. Ceyla hər dəfə Akifi görüb, yaxınlaşmaq istəsədə, Akifin soyuq davranışı hər şeyi alt-üst edirdi. Ceyla, birdən-birə nə baş verdiyini heç cürə anlaya bilmirdi.

Ayla və Akif, yenə həmişəki parkda görüşməyə davam edirdilər. Arada isti bir münasibət var idi. Akifin dostluq bildiyi, Aylanın sevgi bildiyi gizli bir münasibət ...Artıq, rəsmiyyət belə götürülmüşdü aradan.
Akifin sınmış ürəyi bir tək Ceyladan bəhs etsə də, Aylanın tək niyyəti ona Ceylanı unutdurmaq idi.
Akif- Hər dəfə onu görəndə özümü zorla saxlayıram. Bir yandan nifrət edirəm, bir yandan sevgim mənə əzab verir. Kaş ki, şirin yalanım olaraq qalsaydı, həqiqəti heç bilməsəydim...
Ayla- Akif, yenə deyirəm. Özünü əl al. O, səni sevmir. İmkan vermə ki, kimsə sənin ürəyinlə oynasın. Sənə ürəyim yanır, inan mənə...
Akif- Niyə axı? Niyə mənə ürəyin yanır? Nə üçün bu qədər yaxın oldun mənə?
Ayla- Səni ilk gördüyüm o andan... sene aşiqəm desəm? Bəlkədə güləcəksən mənə, amma etiraf etmək tək kişilərə məxsus deyil ki...
Akif- Ayla... Mənə zaman ver... Unutmalıyam!
Akif, skamyadan qalxaraq məkanı tərk edir. Ayla isə dodaq altı mızıldanaraq- Sevəcəksən məni həmdə çox sevəcəksən- deyib, öz-özünə təskinlik verirdi.
.... .... ....
Ayla, şeytani nəfsinin quluna çevrilmişdi. Ən yaxın rəfiqəsini gözü yaşlı qoyub, xoşbəxt olacağını sanırdı. Bu dəfə öz cirkin niyyətinə qardaşı Nurlanıda qatmalı olur. Nurlanın yanına gələrək, Ceyla haqqında danışmağa başlayır:
- Qaqa, bilirəm ki, Ceyladan xoşun gəlir
- Bilirsənsə, daha niyə soruşursan Ayla...
- Sözümün canı varda, bir qulaq asda...
- Eşidirəm...
- Sən heç bilirsən ki, Ceylanın her gün bir yeni aşiqi peyda olur? Demək olar ki, məktəbimizdə onu sevməyən oğlan qalmayıb. Sən isə yatmısan ey fil qulağında... Bu gün sabahda biri götürüb qaçacaq qızı, qalacaqsan baxa-baxa. Onda ki, gec olacaq, sonra mənə deməki demədin!
Nurlan Aylaya baxaraq, bir qədər fikrə gedir. Ceylanı itirmək qorxusu vəlvələ kimi düşürdü canına.
Ayla: Nə baxırsan? Nəsə etmək lazımdı. Gəlib bu yaşa çatdın, amma bir kəlmə də olsun Ceylaya ondan xoşlandığını demədin. Qorxaqsan Nurlan qorxaq!
Nurlan: Hə! Mə qorxaqam Ayla! Onun gözündən düşəcəyimdən qorxuram! Ona sevgimi etiraf etsəm, yox cavabını almaqdan qorxuram! Özün bilirsən ki, onu necə çox sevirəm...Bəs, birdən o mənə yox desə?! Mən ölərəm Ayla, ölərəm...susmaq ən gözəli sanıram, onu gizli sevməkdə yetər mənə...
Ayla: Yetməz! Sən nəsə etməlisən, başa düşürsən?! Nəsə etməlisən! Sevmək belə olmur Nurlan. Sevən oğlan sevdiyinidə alıb qaçar buralardan, lap yeri gəlsə zorla qaçırdar. Səndən artığına gedəcək bəyəm? Hələ bir minnəti olsun! Get! Dur get kişi oğlu kimi qızı çək kənara öp! Ona sevdiyini de! Unutma ki, qızlar cəsarətli oğlanları sevir, qorxaqları deyil!
Nurlan xeyli düşüncəyə gedir. Eqoist bacısının sözləri, sanki onu yatdığı qəflət yuxusundan oyadır. Əlini qəzəblə stola çırpıb, dərhal evdən çıxır. Beynində isə ancaq, axmaq bacısının mənasız sözləri dolaşırdı.

Yazar: Şəms Hacızadə
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 032
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri