Səndən başqa (3-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 6
Baxılıb: 5 822
Səs ver:
(səs: 0)
Bölüm 3

Yol boyu nə o danışmışdı, nə də mən. Şirin sözünü düşündükcə, beynim dəli olmağa başlayırdı. Bu sözdə böyüdüləcək bir sey olmasada, mənə qəribə gəlmişdi. Üstəlikdə, xalamın sözünü xatırlamışdım... Burda mənə kurs tapdığını, onlarda qala biləcəyimi desədə, Renat barəsində xüsusən diqqətli olmağı mənə tapşırmışdı. İndi görürəmki haqqlı imiş. 2 gün içində Renat roldan rola girirdi. Sanki, qarşında 5 yaşlı bir uşaq var idi. Və onun başını müxtəlif oyuncaqlarla qatmağa çalışırdı. Belə idi hər şey... Bunun fərqində olmağım isə, mənim üçün avantaj idi. Onunla olduqda hər şeyi ciddiyə almalı deyildim. Bir az rahat olmaqda fayda vardı mənə. Yol boyu olan səssizlik canımı sıxsada, bir kəlimə belə etmədim. Sözdə, mən onu danışdırmayacaqdım... Kursa gəlib çatdığımı gördükdə, telefonu çantadan çıxardıb saata baxdım. 5 dəqiqə tez gəlmişdim. Dediyi kimi çatdırmışdı məni... Maşın dayandıqda "Çox sağ ol"dedim nəzakətən. Məni dərs çıxışı götürəcəyini yenidən xatırladadıq, içimdə bir ah çəkdim. Yenə sıxıcı bir yol olacaqdı?

"Dəyməz... Dərs çıxışı mənə yazarsan, gəlib alaram"dedi.

Nəyə yazaqdım? Bir nömərsi yox idi...
"Nömrən məndə yoxdu" dedikdə, cibində olan telefonu çıxardıb, kiməsə zəng etdi. 5 saniyə sonra isə, mənim telefonum çaldı. Tanımadığım bir nömrə, çox güman Renatın nömrsəi idi. Zəngi sonldadırıb "İndi var. Nömrəni xalamdan almışdım. Gecikmədən dərsinə get. Uğurlar sənə"dedi. Telefonu çantama atıb maşından aşağı endim. 5 dəqiqə tez gəlsəmdə, maşında danışdığımız mövzuya görə gecikmiş sayılırdım artıq. Tez bir şəkildə, kursa daxil olub, dərs kecəcəyim sinifin qarşısına gəlib, qapını döyərək içəri daxil oldum. Dünən xalam ilə gəldikdə, bizi qarşılayan Aytəkin müəlliməyə gülümsünərək "Salam... Bağışlayın bir az gecikdim" dedim. Dünən tanısamda, xoş bir insana bənzəyirdi. "Salam İlknur. Kec əyləş amma birdə olmasın" Dediyi bu sözdən sonra kicik olan sinif otağına baxdım. 3 oğlan və 1 qız vardı. Arxa sırada oturan qızın yanına keçərək əyləşdim. Qız sarışın, uzun saçlı, mənim kimi çəkisi az biri idi. Əlini mənə uzadıb gülümsəyərək "Mən Ləman" dedi. Eyni istilik ilə ona qarşılıq verib, əlini sıxaraq "Məndə İlknur... Şad oldum"dedim. Bu anda bizim qarşımızda, tək oturan oğlan mənə dönüb "Qızlar birliyi. Oğlanlar yenə təkdi. Məndə Röyal"dedi. Önümdə oturmuş bu oğlan bizdən 3-4 yaş böyük olardı. Ağ dərili, azacıq sacları, sport geyimi ilə diqqət çəkici bir tip idi.

"Adımızı eşitdiyinə görə yenidən təkrarlamayacam"dedim.

Cavab vermək istədiyim an, Aytəkin müəllimə "Uşaqlar gəlin indi dərsə kecəcək. Sonra tanış olarsız"dedi. Bizə başqa söz demək düşməzdi. Bura söhbət etməyə deyil, dərs keçməyə gəlmişdik. İlk öncə bizə suallar verdi, daha sonra isə dərs etməyə başladıq. Bu dəfə iradəli olub, istədiyim fakültəyə daxil olmalı idim. Ona görə, İlknur bütün fikrini dərsə ver... Dərsin sonunda Ləman və Röyal ilə birlikdə sinifdən çıxdıq. Röyal "İşiniz yoxdusa bir çay içə bilərik?"dedi. İşim yox idi... Amma Renata məni alsın, deyə mesaj yazmışdım.

"Bu gün olmaz. Çünki, bir işim var. Amma Ləmanı bilmirəm" dedim.

Çay içməkdə, bir niyyət görməmişdim. Nə də olmasa 2 ay bir yerdə oxuyacaqdıq. Ləman "Mənim bir işim yoxdu olar. Amma İlknur növbəti dəfə səndə bizlə gedəcəksən"dedi. Ona başımı aşağı - yuxarı tərpədərək razılıq əlaməti verdim. Onlar getdikdən sonra isə kursun çıxış qapısında Renatın gəlməyini gözlədim. Bu gün iki yeni insanla tanış olmuşdum. Ləman deyəsən, dostluğa daha çox önəm verən bir qız idi. Düzün desəm, ətrafımda çox insan olsada, hec vaxt dost deyə biləcəyim biri olmayıb. Yalnız olanlardanam mən. Həyatımda bircə dəfə dostum və bircə dəfədə sevdiyim insan olub... Sonrasın nə siz soruşun, nə də mən danışım... Həyatımda olan O iki insan, mənə dünyanın ən ağır yükünü qoyub, həyatımdan rədd olub getdilər! Fikirləşdikcə belə, damaramdakı qanım donmağa başlayır. Bir gün sizə bu hekayəmidə danışacam. Amma indi olmaz... Renatın uzaqdan gələn maşınını gördükdə, az əvvəlki düşüncələrimi beynimdən silməyə çalışdım. Hər xatırladıqda, canımdan bir şey qopurdu sanki... Nəysə... Renat maşınını saxladıqda, maşına mindim. Maşını işə salıb "Necə keçdi ilk günün?"dedi. Beynimdə olan görüntünü silib, üzümə yalandan bir gülüş qataraq "Yaxşı idi... Dərs etdik..."dedim. Dərs etməyə getmişdik onsuzda...

"Dərs etdiyini bilirik, başqa nə? Məsələm, dost tapdın ilk gündən özünə?"dedi.

Axı ona nə vardı, mənim dost tapıb tapmadığımdan...?! Dost kəliməsinə nifrət edirdim... Səsimin tonunu qaldırmadan "Dost nəyə deyirsən sən? Dost falan yoxdur bu həyatda"dedim. Özünü ələ, al İlknur... Sən gələcəyin psixoloqu olacaqsan...

"Belə cavab verdiyinə görə, dostdan zərbə almısan demək"dedi.

Bir şeyidə bilmə! Çoxbilmiş adam! Səssiz durub bir cavab vermədim. Bu səssizliyimin ardından, Renatın telefonuna zəng gəldi. Qulağında olan qulaqcıq ilə danışmağa başladı. "Eşidirəm Malik" dedikdə, qarşı tərəfin nə dediyini bilmədən, yenidən "Sizə yaxınam amma indi gələ bilmərəm"dedi. Mənə görə gedə bilmirdi... "İsrar eləmə. 1 saata falan gəlirəm yanınıza. Səyidəyə de əsəblərimə toxunmasın mənim!" Səyidə kim idi görəsən? "Bir dəqiqə" deyib maşını saxlayaraq mənə döndü. "Çox yox yarım saatlıq mənim ilə birlikdə, dostlarıma baş çəkə bilərik? Qız da var, tək qalmarsan yəni..." Beynimin içinin təmizlənməsi üçün razılaşmalı idim. Yoxsa evə gedib, öz otağıma çəkilərək,keçmişi ya da salmağa başlayacaqdım.

"Olar bir problemi yoxdu"dedim.

Hara getdiyimizi, bilmədən maşını işə saldı. Maşın dayandıqda ətrafa baxdım. Deyəsən, bir karoeke məkanına gəlmişdik. Renat kimilərin gəzdiyi yerlər belə olmalı idi. Sadə bir kafe deyil... Maşından enib, içəri daxil olduq. Ətrafa baxa - baxa Renatın ardıyca irəlləməyə başladım. Renat dayandıqda, məndə onunla birgə dayandım. Dayandım və qarşımda olan insana baxdım... Sanki, zaman durdu mənim üçün... Mən belə təsadüfləri sevmirdim! Renat onlarla görüşdükdən sonra "İlknur, bu Səyidədi, bu Malik, bu isə Fəqandı"dedi əli ilə onları işarət edərək. Sonda mənə dönüb "Bu da gələcəyin psixoloq xanımıdı"deyə mənidə onlarla tanış etdi. Yuxu olsun, Allahım... Fəqan... Həyatımı, bərbad edən insan ilə üz - üzə idim hal hazırda... Mənə bir günahkar kimi baxmırdı... Mənə sanki, bütün günahlar məndə imiş kimi baxırdı... İnana bilmirdim, Fəqanla Renatın bir dost olduğuna... Burdan getmək istəyirdim... Nəfəsim daralırdı.. Fəqan ayağa qalxıb, əlini mənə uzadıb "Bu gözəllik ilə tanışmaq xoş oldu mənə"dedi arsızca. Yox! Onun qarşısında aciz bir qız olaraq dayanmayacaqdım! Yalandanda olsa gülümsə İlknur! Düşdüyün bu vəziyyətdən xilas ol! Əlini sıxmadığımı gördükdə, Renat mənə dönüb "Bizim qızımız belə seyləri sevmir"dedi. Renat özüdə bilmədən, məni xilas etdi bu vəziyyətdən. Fəqanın yanında durmuş, gözəl saya biləcəyim qızda, məni altdan yuxarı süzürdü. Renatı sevdiyi, mənə bəlli oldu artıq. Renatın yanına keçib oturduqda, burdan tez çıxaq deyə dua edirdim. Adının Səyidə olduğunu öyrəndiyim qız "1 aydı söhbətin gedirdi aramızda. Nəhayət, tanış ola bildik"dedi. 1 aydı mənim söhbətim niyə bunların arasında gedirdi? Bunun cavabın verəcəksən sən Ziyadzadə!

"Nə çox maraqlı imişsiz məni tanımağa"dedim.

Əlacım olsa, burdan indi durub gedərdim. Amma olmazdı! Olmazları sevmirdim... Bu sözümə Səyidə deyildə, var olmasını istəmədiyim Fəqan cavab verdi.

"Sənin kimi, gözəli tanımağı kim istəməzki?" dedi göz vurub mənə. Dodaqlarımı aralayıb cavabını vermək istədikdə, Renat məndən cəld davranıb "Fəqan, gözəl deməyin hec də xoş deyil. İlknur belə seylərdən xoşlanmır"dedi. Renat, məni qoruyurdu? Evdə yola gedə bilməsəkdə, insan içində mənimlə belə rəftar etməsi gözəl bir sey idi. Fəqan "İlknurun nəyi sevib, sevmədiyini sən bilə bilməzsən" dediyi an ayağa qalxıb "Renat mən getmək istəyirəm daha"dedim. Mən pis vəziyyətdə qalmadan, burdan getməli idim... Arada olan gərginliyi, daha çox kiminsə hiss etməsini istəmirdim. "Yaxşı, gedək biz onda"deyərək Renatda ayağa qalxdı. Ordan çıxıb maşına mindikdə, dərin bir 'oh' çəkdim. Az əvvəl yaşadıqlarım nə idi? "İlknur, sən yaxşısan? Rəngin soldu sanki?"deyən Renata gözlərimi yumub açaraq yaxşı olduğumu bildirdim. Ona hər seyi danışacaq deyildim... Evə gəldikdə ilk iş otağıma çıxıb, üstümdəki geyimdən azad olub, rahat bir sey geyinmək oldu. Daha sonra fikirləşməyə başladım. Niyə, onu görməyə məcbur oldum mən? Halbuki, onu daha görməyəcəyimi sanırdım... Çarpayıma uzanıb, yatmağa çalışdım. Hətda, yatmışamda... Yuxudan ayıldıqdan sonra aşağı endim. Axşam üstü idi artıq. Deyəsən, bizimkilər yenə baxçada idi. Su içmək üçün mətbəxə gedib, su içdikdən sonra mətbəxdən çıxdım. O an qulağıma bir mesaj səs gəldi. Masanın üzərində olan, telefon Renatın idi... Ekranı hələdə yanıqlı qaldığı üçün, masaya yaxınlaşıb telefona göz ucu baxdım.

Gələn mesajda "Feko: O gözəlliyin nörməsini mənə at"yazılmışdı...

Mesaj Fəqandan idi... Mənim nörməmi istəyirdi hə?! Renat atmazdı nömrəmi... Bu gün məni orda qoruyan insan, bunu etməzdi... İçim rahat bir şəkildə, məndə xalamın yanına gəldim. Xalamın yanına gəlməyim ilə, Renatın içəri keçməyi bir oldu. Xalam ilə bir az söhbətləşdikdən sonra, atamla danışmaq üçün ayağa qalxdım. Bu gün onlara hec zəng etməmişdim. İçəri evə girdikdə, Renatı qonaq otağında gördüm. Ona gülümsədikdə, telefonuma bir mesaj gəldi. Tanımadığım bir nömrə... Həycanlanma, İlknur...

Mesajda "Səninlə qarşılaşdıq, gözəllik" yazılmışdı.

Boğazımdan yaranan o ağrını udub, ağlamamaq üçün özümü güclə tutdum. İri addım ataraq, Renatın qarşısına keçib "Nömrəmi sən verdin hə?!"dedim səsimin titrəyişinə əngəl ola bilməyib ...

Bölüm sonu...

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 5 822
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri