Səndən başqa (9-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 5 265
Səs ver:
(səs: 0)
Bölüm 9

Üzbəüz uzanaraq yatmağa çalışdıq. Amma, O yanımda ola - ola mən yata bilməzdim... Bu qaranlıqda otaqda onu yatarkən, izləməkdə varmış... Renat gözlərini yumub, dərindən nəfəs alırdı. Mən isə ona gülümsəyərək baxırdım. Mənə görə evə tez gəlmişdi... Mesaj yazdıqdan sonra özümün haqqsız olduğunu düşünsəmdə, son nəticəyə əsasən mən haqqlı imişəm. Mənim sözümü dinləmişdi... Yenidən qeyd edirəm, mənim... İçimdə bir sevinc vardı. Hansı səbəbdən yarandığını tam olaraq bilmirdim... Renatın belə etməsinə görə olmuşdu? Ya onunla xəyallarımız barəsində danışmağımız necə? Ondan çox gözəl ata olacaqdı... Onu bir ata kimi təsəvvür edə bilməzdim. Qız uşaqlarını bu qədər çox sevdiyini deməsəydi, bəlkədə onu bağışlamayacaqdım. Amma Renat bütün divarları yıxmışdı... Gələcəkdəki, qızının saçlarını hörüb, o hörüyə gül - çiçək taxmaq hər adamın işi deyil... Yalnız, adam kimi adam ola bilənlərin işidir... Düzün desəm, onun xəyallarını qısqandım. Çünki, qız uşaqları anaya deyil ataya daha bağılı olur. Mənim xəyallarım yalnız mavi tavan və narıncı bir divar olar... Son zamanlar mavi tavanı və narıncı divar sözlərini nə çox işlədirdim... Bezmədiniz? Neynəyim, mənimdə ruhumu bu 2 sey ifadə edir. Onlardan kənara çıxa bilmirəm... Renata baxmağı kəsib, gözlərimi yumdum. Amma içimdə olan, bu hissi sizə necə izah edim hə mən? Onunla yan-yana olmaq hissi... Qəribədi... Çox qəribədi... Mən bu hissləri ən son Fəqanı sevərkən keçirtmişdim... Yenidən, bu hissləri hiss etməyim nəyə işarət idi? Nə hiss edirdim bilirsiz? Sanki, ürəyim yerindən çıxacaqmış kimi döyünürdü... Sanki, uzun müddət idi Renatı arzulayırdım... Əlim onun saclarına və gəmzəsinə toxunmaq istəyirdi. Amma edə bilmirdim... Məni saxlayan bir sey var idi... İnsan düşünmədən bir hərəkət etsə sonu necə olar görəsən? Atdığımız addımları hər zaman niyə düşünərək atırıq görəsən? Ürəyimiz bir şeyi istəyirsə, onu etməliyik məncə... Aramızda olan kicik məsafə, mənə əngəl ola bilməzdi. Əlimi yavaşca qaldırıb, Renatın saçlarına yaxınlaşdırdım. İlk əvvəl saçlarının uclarına qorxaraq yavaş - yavaş toxunmağa başladım. Yatdığını, zənn edirdim... Əlimi saclarından çəkib, üzünə gətirərək barmaqlarımı üzündə gəzdirdim. O an üzünün genişləndiyini hiss etdim və Renat əli ilə üzümdə olan əlimdən tutdu. Yatmamışdı...

Utancdan əlimi çəkmək istədim amma daha möhkəm tutub "Bir gün bu qəmzəyə toxunmaq istəyəcəyini, bilirdim"dedi olduqca yavaş səs tonu ilə. Haqqlı idi... Nə deyə bilərdim axı ona? Axmaq İlknur! Sənin məqsədlərin vardı... Nə tez unutdun... Arana niyə məsafə qoymursan axı?! Xalam mənə israrla ondan uzaq durmağımı, dedikcə mən niyə ona bu qədər yaxınlaşırdım?! Mən niyə ondan uzaq durmurdum?! Bu gün belə, sabah başqa cür olan adamla niyə yan - yana uzanmışdım indi?! Axmaqsan İlknur... Səsimin titrəməməsinə çalışaraq "Renat... Öz otağına get" dedim. Getməli idi... Yoxsa bu gecə burda yata bilməzdim... Renat "Yarım saat belə mənə yaxşı təsir etdi. Şirin yuxular sənə şəkər qız"deyərək ayağa qalxıb otağımı tərk elədi. Şəkər qızda yeni çıxmışdı deyəsən... Hər gün dəyişik - dəyişik adlar eşidirdim. İsrar etmədən getmişdi... Bunuda sevmişdim... Bu oğlan mənə yaxşı gəlmirdi... Çünki, mən bu deyildim... Mən belə bir qız deyildim... Mənə nə etdin belə Ziyadzadə?! Bütün gecə düşüncələrim ilə yatmağa çalışmışdım. Gah yatmış, gahda ayılmışdım. İndi isə ayağa qalxıb, səhər yeməyi üçün aşağı enirdim. Bu gün kurs yox idi... Hər gün kursa getməyimə sizdə öyrəşmişdiz hə? Bu gün ancaq dərs etməli idim. Beynimdəki düşüncələri silib, bir az daha ciddi məşğul olamalı idim. Hava azacıq soyuq keçdiyindən süfrə qonaq otağında olan masada qurulmuşdu. Məndən başqa hər kəs masa ətrafında idi. Gülümsünərək "Sabahınız xeir" deyib Renatın yanında olan boş masaya keçdim. Çünki, bir tək orda boşqab var idi... Əlimi zeytuna uzatdıqda, Renat məndən cəld davranıb, boşqabıma zeytun əlavə etdi. Yalandan gülümsəməyə çalışdım. Bu oğlan nə edirdi? Əlimi yenidən pendirə uzatdıqda, yenə məndən cəld davranaraq boşqabıma bir dilim pendirdə qoydu. Ailəsinin yanında bu nə hərəkət idi edirdi?! Ona gözlərimi bərəldib baxdıqda, mənə təbəssüm etdi. Əlimi hec nəyə uzatmayacaqdım daha... Xalam ilə Salman əminin kursla bağlı olan suallarını cavablandırdıqdan sonra hər zaman olduğu kimi Salman əmi işə getmək üçün ayağa qalxmışdı, xalamda onun ardıyca getdi. Qaldıqmı baş - başa?

Bu dəfə bıcağı əlimə alıb, Renata tərəf tutub "Bu artist - artist hərəkətlər nədi?!"dedim. Əlimdəki bıcağa baxaraq gülməyə başladı.

"Afərim sənə çəngəl tutmadın bu dəfə. Qeydinə qalmaq nə vaxtdan günah olub şəkər qız?"

Mən ondan uzaq duracaqdım... Durmalı idim... Qeydimə niyə qalırdı? Niyə şəkər qız idim mən?

"Mən şəkər deyiləm! Qeydimədə qalma!"dedim böyük əsəblə... Renat gülümsəməyin kəsib, əlimdəki bıcağı alaraq "İlk əvvəl bunu əlindən alaq, nəməlum əsəbisən hər an hər sey ola bilər "deyib gülməməyə çalışaraq masaya qoydu. Daha sonra "Niyə bu qədər əsəbisən bu gün? Dünən dünəndə qaldı... Dünənlə bağlı sənə hec nə deməyəcəm. Qorxun budu? Unut getsin. Bundan sonrada yeni adın şəkər qızdı. Öyrəşsən yaxşı olar. Bu arada çayını təzələyim?"dedi.

Hansı dediyini düşünüm axı? Dünəni xatırlamaq istəməmsini? Şəkər qızı? Yoxsa yeni çayımı?

"Təzələsən sevinərəm..."dedim söhbəti yayındırmağa çalışıb. Renat ayağa qalxıb, mətbəxə üz tutduqda, məndə axşamdan bəri ağlımda qurduğum bütün düşüncələri bir qırağa qoydum. Renat məni utandıracaq bir söhbət açmamışdı... Utanmağım boşuna idi... Ya da onun üçün o qədərdə önəmli deyildim. Renat çayımı gətirib, masaya əyləşdikdə, xalamın kim iləsə söhbətləşdiyini eşitdim. Az keçməmiş içəri Fəqan ilə, adının Səyidə olduğunu öyrəndiyim qız daxil oldu. Səyidə qaçaraq, Renatın yanına gəlib, qollarını Renatın boynuna sardı. Fəqan isə özündən razı addımlar ilə masaya yaxınlaşdı. Deyəsən, oyun yeni başlayırdı...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 5 265
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri