Səndən başqa (11-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 2547
Səs ver:
(səs: 0)
Bölüm 11

Piləkanları çıxarkən, Renatın "Parti bitdi! Dağlışın evinizə!"deyişini eşitdim. Partinin bitməsi üçün, mənim aşağı düşməyim və Renatın Röyala kəllə atması lazım idi?! Otağıma gəldikdə, qapını arxadan kilitləyib, pəncərədən aşağı baxmağa başladım. Bilirdim, qonaqlarını yola saldıqdan sonra mənim yanıma çıxacaqdı. İstəmirdim onunla danışmaq... Gözüm aşağıda Renatı gördü. Onun gözü pəncərədən məni tapdıqda bir birimizə baxdıq. Gözləri çox sərt və əsəbi baxırdı. Sanki, hər şeyi mən etmişəmmiş kimi. Bu baxışın sonrası vardı... Sonrası sən bitdin İlknur demək idi... Gözlərimi ondan çəkib, çarpayımda oturdum. Röyalı burda görməyim, təsadüf idi... Eyni ilə Fəqanı görməyim kimi. Hər sey üstümə - üstümə gəlirdi. Niyə onları tanımaq məcburiyyətində idim? Niyə mənim həyatıma daxil olmuşdular. Niyə hec bir sey bilmədən, Renat Röyala kəllə atdı? Nə çox, cavabsız suallar... Suallar başını alıb gedirdi. Mən isə cavablarını bilmirdim. Özümə güclə gəldiyim halda, bura gəlməyim ilə hər sey dağılmışdı. Özümə verdiyim sözləri unutmuşdum... Bəli, unutmuşdum... Mən axı keçmişimlə bağlı hər seyi silib, gələcəyə ümüd ilə baxacaqdım. İndi isə bu halımla bir gələcək görmürdüm. Oysa, bura gələndə nə ümüdlərlə gəlmişdim. Nə ümüdlərim vardı... Hanı indi? Mən bu idim...? Bir partini gözümdə böyüdən qız?! Mən bəzi baş qəhramanlar kimi çox bilmiş deyiləm. Ya da onlar kimi, güclü... Mən İlknur buyam... Səhvlər edə bilən biri... Ümüd edib, sonda ümüdünü özü məhv edən biri... İndi içimə ağlamaq istəyirmişəm kimi bir hiss dolub. Amma yox ağlamayacam. Asanda qaçmayacam... Çünki, ağlasam kecəcək... Keçməsini istəmirəm... Mən həqiqətləri görməliyəm artıq. Bu hiss bu gün yaşadığım hissə görə deyildi. 1 il əvvəl içimə həbs etdiyim hisslərə görə belə idim. Onlar, artıq azad olmaq istəyirdi. Niyə istəmədiyimiz, həyatı yaşayırıq axı? Bilirəm, bizdən daha bərbad vəziyyətdə olan insanlar var. Amma niyə bu yaşımızda, bu ağrıları çəkmək məcburiyyətindəyik? Tanrım, əgər varsansa bitsin bu acılarım... Gizlənən gülüşlərim çıxsın üzə... Ümüdlərim yox olmasın... Güclü deyil, xoşbəxt olum... Mənə dəyər verən insanlar olsun yanımda. Qırmadan, incitmədən sevsinlər məni... Mən çox yoruldum Tanrı... Ölmək istəmişdim o gün... O gecə, səndən ölümümü istəmişdim... Kimə və nəyə görə? İnsan özünə nifrət edərmi hec? Mən etmişəm... İnandım deyə... Güvəndiyim deyə... Tanrım, yanına gəlmək istəmişdim o gün. Amma sən məni yanına qəbul etmədin... Buna belə layiq biri deyildim? Görünən oduki, yaralarımı qanadmağa davam edirəm mən. Ən pisidə budu... Ağlamamaq üçün burnumu çəkib durduqda, qapının qulpu hərəkət etməyə başladı. Bağlamışdım, deyə açılmırdı... Bir daha hərəkət etdikdə "İlknur bu qapını aç"deyən Renatın səsini eşitdim. Səssiz qaldım... Açmayacaqdım... Qapını döyməyə başlayıb "Bu qapını özün aç. Mən açsam pis olacaq!"dedi. Bundan daha pis nə olacaqdı? Mən psixoloq olmaq istəyirdim, amma mənə psixoloq lazım idi artıq...! Pis olub neynəyəcəkdi? Necə bir fərqlə? Axı Renat fərqli idi... Qapını açmağa çalışdıqda, ayağa qalxdım. Niyə qaçıramki ondan? Üzləşmək ən yaxşısıdı... Qapını açıb, bədbin bir halda ona baxdım. Renat qapını döydüyü üçün əli havada qalmışdı. Məni gördükdə, əlini yavaşca aşağı endirib "Sənə çıxma demişdim bu otaqdan!"dedi. Onu hər halda bu halımla ciddiyə alacağımı sanmırdı... Bir şey demədən arxamı dönüb, yenidən çarpayıma qaydıb oturdum. Sonra ona dönüb baxdım. İçəri keçib qapını bağlayaraq, qapıya yaslandı.

"İlknur mənə elə baxma cavab ver mənə!"

Dediyi söz ilə göz önümə düşən sacları qulaq ardıma verib, sərt şəkildə ona döndüm.

"Nə cavab verim hə?! Hə çıxdım! Çünki, lənətə gəlmiş telefonuna baxmırdın! Çünki, o ləntə gəlmiş musiqinin səsi mənim qulaqlarımı burda kar etdi! O səslə necə dərs edim hə?! Bilib bilmədən kəllə atan sənsən!"

Dediyim sözlərdən sonra nəfəs-nəfəsə qalmışdım. Və içimdə olan o ağlamaq hissini, dəf edə bilməmişdim. Balaca uşaqlar tək ağlamağa başladım. Bu an Renatı yanımda hiss etdim. Qolları ilə məni sarmaq istədikdə, onu geri itələyib "İstəmirəm səni! Buranıda istəmirəm! Bu otağıda...! Bakıya gələndə hər seyin gözəl olacağını sanırdım... Amma olmadı... Gülmədi, bu dəfədə bu həyat mənə!"dedim axan göz yaşlarımla. Renat göz yaşlarımı silməyə çalışıb "İlknur özünü al... Bağışla məni... Üstünə bu qədər gəlməli deyildim. Ağlama..."deyib mənə sarıldı. Nə qədər ayrılmağa çalışsamda, məndən qopmadı. Məni daha möhkəm qucaqladı... Verdiyim sözləri tuta bilmirdim... Bilirsiz indi ürəyim necə ağrıdırdı? Sanki, əlimi bıcaq kəsmişdi... Bilmədən, yarasına duz dəymişdi... Elə bir hiss idi. Yarası balaca, amma ağrısı böyük... Ağlayışımı kəsib "Sənin fərqli olduğunu düşündüm... Elə deyilmişsən amma..."dedim. Məndən azacıq ayrılıb, ona baxmağım üçün çənəmdən yavaşca tutdu.

"Mən fərqli deyiləm... Fərqli olan sənsən, sənin mənə yaşatdıqlarındı"

Çənəmdə olan əlini çəkib, üzümdə olan göz yaşlarımı silərək "Mən Röyalın sənin kurs yoldaşın olduğunu hardan bilə bilərdim axı? Sənə elə yaxınlaşdığını gördükdə, səni narahat etdiyini düşündüm. Bilirəm, indi sırf buna görə ağlamırsan... Necə müddətdi içində yığılıb qalan, xatirələrə görə ağlayırsan. Amma onlara görə ağlama... Bir dəyərsizə görə göz yaşı tökmə... Getmə burdan... Getmə məndən..."dedi.

Son sözləri... Vaxtı çatanda gediləcəkdi... Gedilməsi lazım idi.

"Mən yatmaq istəyirəm..." deyərək ayağa qalxdım. Daha çox danışmaq, daha çox Renat ilə yan - yana qalmaq istəmirdim. Beynimdə olan hər şeyi silməli idim. Kaş, telefonda olan bu özəllik bizdə də olmuş olsaydı... Bir işarətlə hər şeyi silsəydik... Renat ayağa qalxdıqda, üstümün rahat olduğunu görərək çarpayıma uzandım. Gözlərimi yumub "İşıqları söndür"dedim. Yatmaq lazım idi... Sadecə yatmaq... İşığı söndürdüyünü hiss etdikdə, qapının açılma səsini gözlədim. Amma qapı açılmaq əvəzinə çarpayımda ağırlıq hiss etdim. Yenəmi yanıma uzanmışdı? Gözlərimi acdıqda yanıma uzandığını deyil, oturub mənə baxdığını gördüm. Adam sənin başqa işin gücün yox idimi? Məsələm, qonaq otağı onu gözləyirdi!

"Sən niyə gedmədin?" dedim.

"Get, demədin"dedi.

Gedməsi üçün gedmi deməli idim? Beynim ged sözü ilə yandı!

"Ged o zaman!"dedim səsimim tonun azacıq qaldırıb.

Renat "Səni izləyəcəm..."dedi tarazlığın hec pozmadan.

Sanki, az əvvəl dalaşan biz deyildik!

"Bu qaranlıqda?"dedim başqa bir söz tapa bilməyib.

"İşığı söndürməyimi sən istədin"dedi yanıltmaca bənzədməyə çalışaraq.

Hər sözə söz tapırdı! Bunu sevmirdim... Dahada üstünə getmədən gözlərimi yumdum. Mən indi necə yatacaqdım? Beynim hazır boşkən niyə çıxıb getmirdi? Gözlərimi açmadan "Hey bəlkə çıxıb, gedəsən artıq"dedim. Bu qaranlıqda, onun gülümsəməsini hiss etdim. Hiss etmək, istəməsəm belə... Zərif bir səs tonunda "Burda qalacam... Mələklər necə yatır görmək istəyirəm" dedi Renat. Mələk yox idi daha... Qanadlarını qırmışdılar...

"Mələk yoxdu. Öldürdülər onu"dedim.

"Mələk var... Ölümdən xilas olunmağını gözləyir..."dedi əllərini saçlarımda gəzdirərkən.

"Onu sən xilas edə bilməzsən..."dedim gözlərimi açıb.

Gözləri, gözlərim ilə kəsişdikdə, gülümsündü...

"Mən deyil, başqa bir şey xilas edəcək" deyərək ayağa qalxıb otağı tərk elədi...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2547
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 3774
Xəbər sayı: 109
ÜlSi❤
Renat gah eledi,gah bele!
22 iyun 2020 14:07
5
... -'tek kişilik miydi ki bu şehir? Sen gidince bomboş kaldı da...✌❤☀:)
Şərh sayı: 1491
Xəbər sayı: 9
sevgi qatarı
heyecanli bolum idi
17 noyabr 2019 14:15
4
Sevgi Qatarı
Şərh sayı: 627
Xəbər sayı: 341
Lusi
Sitat: Cema_Axodova
Ilknur xarakteri hec xowuma gelmir belke yawi azdi deye bu qeder sehvler buraxir bilmirem.ama bir tek onu bilirem agilla yox urekle hereket edir.buda yalniwlara getirib cixarir

Adetim deyil obarazlar haqqinda fikir bildirmək amma bunu demek isteyiremki yaratdigim İlknur obrazi 18 - 19 yasinda bir qızdı. O yaşda hər kəsin həyatinda bir səhvi olur. Mən mükkəməl bir obraz yarada bilməzdim. Səhvləri ilə yaradıramki kimsə oxuyanda bu qızın etdiyi seyləri etməsin. Səbəb və nəticəsini görsün. Fikirin üçün tesekkür :)
4 noyabr 2019 00:02
3
'- Dünya mavidir, tıpkı portakallar gibi ^^
Şərh sayı: 439
Xəbər sayı: 0
Ays
Sitat: Cema_Axodova
Ilknur xarakteri hec xowuma gelmir belke yawi azdi deye bu qeder sehvler buraxir bilmirem.ama bir tek onu bilirem agilla yox urekle hereket edir.buda yalniwlara getirib cixarir

Mene gorede qadin ureyiyle yox aqli ile sevmelidi
3 noyabr 2019 22:36
2
Şərh sayı: 6391
Xəbər sayı: 0
Cema_Axodova
Ilknur xarakteri hec xowuma gelmir belke yawi azdi deye bu qeder sehvler buraxir bilmirem.ama bir tek onu bilirem agilla yox urekle hereket edir.buda yalniwlara getirib cixarir
3 noyabr 2019 11:20
1
p.s

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri