Səndən başqa (13-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 7
Baxılıb: 3 816
Səs ver:
(səs: 0)
Bölüm 13

Renatın dilindən

Mən hələdə, 3 yaşında anası ölmüş balaca bir uşağam. Necə yaşımda olarsam, olum bu belədə davam edəcək. Özümü dərk etdikdən sonra, anasızlığın nə olduğunu daha yaxşı anladım. Mən bu həyatı uşaq yaşımdan uduzmuşam. Böyüdükcə isə qazanmağa çalışmadım... Olduğum bir kimi yaşamadım... Hər zaman içimdə, ikinci özümü yaratmağa çalışdım. Bacardımda... Çünki, hər gün anamın ölümünü mənə xatırladan bir əmim oğlu vardı. Filimlərin və hekayələrin hec sevmədiyiniz obrazdı mənim əmim oğlu... Elə birinin mənim soyadımı daşıdığı üçün soyadımada nifrət edirəm mən. Böyüdükcə, aramızda olan anlaşılmamazlıqda dahada böyüdü. Bir birinə zidd olan iki insan olduq. Amma yenədə, O hər fürsətdə mənim yanıma qaçır... Etdiyi pisliklərdə yadına düşürəm... Bir əmisi oğlunu olduğunu onda xatırlayır... Söhbət bilirsiz kimdən gedir? Söhbət Röyal Ziyadzadədən gedir... Böyük bir şok... Ya da təxmin etdiyinizi sanıram. Üzündən mələk kimi görünən adamın, içi pisliklərlər doludur. Röyalın bənzəri isə Fəqandı... Necə dostam hə onlarla? Məndə iki üzülüyəm... Yox... Mən daha çox üzlüyəm... Etdiklərini səssiz - səssiz izləyirəm. Niyə? Çünki, məndən birinə toxunmurlar... Mən onlar kimi ola bilmədim hec vaxt. Birinin hissləri ilə oynamadım... Birinə ümüd verib, işıq yeri olmadım... Bunları etmədim deyəmi sevilmədim? Məni sevənləri mənimlə sevgili olmaq istəyən hər kəsi bir - bir rədd etdim... Sonunda Səyidədə var... Əvvəlcə mənə dost gözündə gördüyünü sanırdım. Amma zaman keçdiyicə onunda, yanlış bir secim olduğunu anlayıram. Mən "Badboy" kimi görünən yaxşı insanlardanam. Bir az fərqli... Bir azda dəyişkən... Mənim öz dünyam var. Dünyanın içində bir dünya olduğunu düşünün. İçinizdə yaratdığınız dünyanı reallaşdırmağa çalışın. Bəzən özümü anlamıram... Etdiklərimə bir məna verə bilmirəm...
Sonda özümə bu "Mənəmi?" Bu "Renatdımı?"deyirəm... Əsasda son vaxtlar... Son vaxtlar özümü tanıya bilmirəm. İlknurun evimizə gəlməsi ilə çox şey dəyişdi. Onu ən son 12 yaşında görmüşdüm... Onda balaca bir sey idi... Yola getmirdim onunla... İndidə gedə bilmirəm, bu ayrı bir məsələ... O gecə mətbəxdə onu görəndə, donub qalmışdım. Qarşımda 12 yaşında bir qız yox idi. Onun bu qədər böyüdüyünü təxmin etməzdim... Gözəlləşmişdi...
1 ay əvvəldən söhbəti gedirdi evdə. Bu evdə yaşamasını istəmirdim. Çünki, rahat olacağımı sanmırdım. Amma tam tərsi oldu... Ya da ona öyrəşdim... Sanki, illərdir burda yaşayırmış kimi hiss etdim. Baxışı, gülüşü, səsi də özü kimi gözəl idi... Tam bir mələk... Birinci dəfə idi bir qıza qarşı, bu qədər diqqətcil oldum. Özümü, içimi ona açdım... Həyatıma girməsinə, həyatımda bir yeri olmasına öz əllərim ilə icazə verdim. Bunu ilk dəfə idi edirdim... Fəqanın keçmişdə sevgilisi olduğunu öyrəndiyim gün yıxılmışdım... Onu yanlız buraxmayacaqdım... Nə qədər onu tərsləsəmdə, tərs davransamda onu düşünürdüm mən. Ən son hec kimi düşünməmişdim mən... Onun sacını hörmək, onunla yağışda islanmaq mənim bir xəyalım idi. Xəyalımı isə İlknur ilə yaşayırdım. O xəyallarımda hər zaman bir qızım olurdu... Bəziləri qız uşaqlarını sevməzkən, mən onlara xəstə idim. Xəyalımdaki qızımında mənim kimi yanağında bir qəmzəsi vardı.
Balaca əlləri...
Qıvırcıq sacları...
Şirin gülüşü...
Sevilməzmi?
Sevilməz...
Bu mənzərəyə ölünər...
Birdə baxdım, bu xəyallarımı İlknur ilə danışıram. Mənim xəyallarıma onun 'mavi tavanı, narıncı divarı' çox yaraşırdı... İlk başda bilərək, bəyənmədiyimi demişdim. Çünki, onu əsəbləşdirməyi sevirdim. Mənim kimi dəyişik idi... Anamın il dönümü günü... O gün səhər ona tərs davranmışdım deyə, bütün günü onu necə incitdiyim haqqında düşünüb durmuşdum. Son mesajında isə özümə gəlmişdim. Bunu bu qıza qarşı etməli deyildim... Məni düşünən birinə bunu niyə etməli idim? Özüm olmaq istədim, o gecə... Onun üçün içmədən evə qayıtdım. Həyatımda etdiyim ən düzgün sey idi... O gecə, İlknurun yanına getməyim... O gecənin bərbad bir sabahı vardı... Parti gecəsi... Röyalı İlknurun yanında gördükdə, dəliyə döndüm. Sadecə bir anlıq, Röyalı İlknur ilə yan - yana görməyim bəs etdi mənə. Röyalın ona yaxınlaşmasını həzm edə bilməzdim. Sonrasınıda bilirsiz...

İlknuru bu gün kursa aparıb qoyduqdan sonra içim içimi yeyirdi. Ya onun beynini qarışdıracaq nəsə desəydi? Hələdə özümə gələ bilməmişdim mən... Ondan uzaq durmalı idi... Bunun üçün hər şeyidə edəcəkdim! Hər zaman getdiyimiz karoeko məkanında indim. Yanımda Fəqanla Malik vardı. Fəqanın hər üzünə baxdıqda, İlknurun necə ağrı, acı çəkdiyini göz önümə gətirirdim. Fəqan niyə belə bir sey etmişdi axı?! Niyəə! Malikin yanımızdan qalxdığını gördükdə "Fəqan, bundan sonra İlknuru incidəcək bir kəlimə belə danışmayassan!"dedim. Onu incidənlər qarşılarında, məni görəcəkdi daha...

"İlknuru az qoru... O gedicidi, mən qalıcı"

Fəqanın özündən razı halda qurdugu bu cümləyə, qaşlarımı çataraq ona baxdım. Mən zarafat etmirdim...

"Mən ciddiyəm... Əgərki birdə onu üzsən, incitsən qarşında məni görcəksən!"

Dediyim sözə qarşılıq "Oo deyəsən keçmişimizi danışıb sənə... Narahat olma sadecə əylənirəm"dedi.

Əylənirdi hə?! Onunla... Sən hələ əylənmək görməmisən! Ayağa qalxıb, yaxasından yapışaraq ayağa qaldırdım onu.

"Dostluğa falan baxmaram, səni məhv edərəm! O, əyləniləsi bir qız deyil! Get oyuncaqların ilə oyna! Aydın oldu?!" deyərək yaxasından tutduğum əli buraxıb, onu itələdim. Fəqan tarazlığın itirib divana düşdükdə "Onu məndən deyil, öz əmin oğlundan düşün. İndi kim bilir, ağlından nələr keçirir bu dəqiqə. Bəlkədə, artıq yatmağı fikirləşir onunla"dedi. O an əlimi yumruq edib ona vurmaq istədim... Amma yumruğu son an əlimdə sıxdım. Mən onu qorumalı idim... Burda vaxt itirə bilməzdim... O kəllənin hesabını, İlknura çəkdirə bilməzdi... Məkandan tez bir şəkildə çıxıb, maşının sürətini artıraraq kursa gəldim. İlknur bir azdan çıxacaqdı. Hansı, ara həyatım bu nöqtəyə gəlmişdi mənim? Hansı, ara İlknuru bu qədər çox... Bu qədər çox nə? Niyə, ona bir sey olsa, mən ondan daha çox incinəcəkmişəm kimi gəlirdi mənə? Qəribədi idi...

İlknur maşıma mindikdə, rənginin solduğunu gördüm. Başının ağrısı keçməmişdi? Maşını işə salmamış "İlknur, hər sey qaydasındadı? Niyə bu haldasan?"dedim.

"Hec nə qaydasında deyil... Mən çox qorxuram... Amma özümə görə yox, sənə görə..."dedi.

Röyal onu qorxutmuşdu... Bunun başqa mənası ola bilməzdi...!

"Röyal sənə nəsə etdi?!"dedim səsimin tonunun qalxdığına mane ola bilməyib... İlknur çantasını açıb, telefonun ekranını mənə göstərdi. Oxuduğum mesaj ilə nə qədər düz düşündüyüm anlamış oldum. Mən onun üçün qorxurdum, O isə mənim üçün... Nə qəribə... İlknura görə azacıq, gülümsəməyə başladım. Onun daha çox qorxmasını istəmirdim...

"O, sadecə belə boş mesaj yazar. Sən mənə görə narahat olma. Unutmusan? Mən super güclü qəhrəmanam. Üzün gülsün sənində"

Dediyim sözlərdən sonra azcıq gülümsündü... Sən gül... Sən həmişə gül, gözəl gülüşlü... İlknurun gülüşünün ardından "Mən sənə inanıram... Hər seyi silib, sənə inanıram..."dedi. Bu cümlə bəs idi mənə... 'İnanıram' sözü mənə yetirdi... "Mələyin inamını geri qaytara bildim deyə sevindim"deyərək maşını işə saldım.

Nə edəcəyim çox bəlli idi... İlknuru evə qoyduqdan sonra, Röyalın yanına gedəcəkdim... İlknuru evə qoyduqdan sonra əmim gilin evinə gəldim. Onu bu saatda yalnız evdə tapa bilərdim. Qapının zəngini basıb, sağa sola baxdım... Axrıncı dəfə bu evə nə vaxt gəldiyimi xatırlamırdım... Qapı açıldıqda qarşımda, Röyalı gördüm...

"Otağımın pəncərəsindən gəldiyini gördüm. Dedim əmim oğlun özüm qapıda qarşılayım"

Dediyi iynələyəci sözlərə sadecə gülüdüm... Gülünüləsi bir halda idi... Üzümdən gülüşü silib, sərt ifadə alaraq "Röyal, İlknurun telinə belə zərər gəlsə sən tərəfdən, inanki səni yaşatmaram! Ağlının ucundan belə onu keçirmə..."dedim. Özümə hakim ola bilmirdim...

Röyal qəh - qəhə çəkib "Oo deyəsən bəyimiz aşiq olub" dedi. Əsəbimlə üstünə gedib "Aşiqəmsə aşiqəm! Sənə nə?! O mənimdi başa düşdün?! Ağıllı ol!"dedim

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 816
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri