Səndən başqa (15-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 4 084
Səs ver:
(səs: 0)
Bölüm 15

Tam 2 həftə idi... 2 həftə idiki, o səbəbin nə olduğunu tapmağa çalışırdım. Amma olmurdu... Bu ağlıma bir şey gəlmirdi... Mənədə hec bir sey demirdi. İşin başqa bir qəribə tərəfi vardı. Röyal artıq kursa gəlmirdi... Onu kursda görmürdüm. Nə də mənə yazmırdı. Nə dəyişmişdi? Dava etmək səbəbləri nə idi? Hec bir seyi bilməmək, yorucu və sıxıcı idi. Söhbətin əsl qaynağı mən olsamda, Renat hər seydən məni uzaq tuturdu. Qoruyurdu məni... Mənim üçün nigaran qalırdı. Gün ərzində kursda olanda, ya da özü evdə olmayanda mənə mesajlar yazırdı. Evdə olmadığı vaxtlar nadirən olurdu. Dərslərimə kömək belə edirdi. Mənə öz əlləri ilə çay dəmləyib, şirniyyatlar yedizdirirdi. Onunla zaman necədə tez keçirdi... Unutmuşdum mən bu hissləri... Amma yenidən mənə xatırladı hər seyi... Ondan sizə bəhs edərkən belə üzüm gülür indi mənim. Qəmzəsini sevdiyim adam, gülüşülərimin səbəbkarıdı... Onun fərqliliyi mənədə keçmişdi... Bu 2 həftədə hər zaman olduğu kimi gah yola gedirdik, gahda dava edirdik. Amma Renat məni incitmirdi daha. Bunu sevməyə başlamışdım... Onunla yola getməyimiz şəkili daha əvvəlki tək deyildi. Lakin, hər onunla bərbər vaxt keçirtdikdə xalamın sözlərini xatırlayırdım. Niyə mənə elə demişdi axı? Ondan uzaq durmaq fikri belə məni boğurdu... Hə, boğulurdum bu fikirlə... Nə qəribə... Halbuki, imtahanlarımın vaxtınada az qalmışdı... İmtahanlarımı verdikdən sonra burdan gedəcəkdim. Tələbə olduqda isə daha burda qalmayacaqdım. Kirayə ev tutmalı idim. İlk dəfə bura gəldikdə, bu fikirlərlə gəlmişdim. İndi nə dəyişdi axı? Niyə bu fikiri hər düşündükdə, qəlbimdə bilmədiyim bir ağrı yaranırdı. Deyəsən, ona bağlanmışdım... Bağlılıq idi bu... Onu görmədikdə, kecəcəkdi... Mən yenidən Ağsuya qayıtdıqda, bu hal kecəcəkdi... Elə sanıram... Başqa bir adı ola bilməz çünki.
Olmaz deyilmi? Olmaz...
Burdan gedəcəm və bitəcək. Fikirlərimi toplayıb aşağı endim. Yenə evdə hec kim yox idi. Tək idim... Havalar artıq düzəlmişdi... Yağış getmiş, yerini günəş almışdı... Günəşli olmağıda normal bir hal idi. Artıq yay girmişdi... Amma mən günəşi sevmirdim... Günəşi hər kəs sevər, ayı isə çox az adam... Ay'ı sevən insanların başqa biri olduqlarını düşünürəm. Sanki, bu planetə aid deyilmiş kimi... Ya da mənim beynimdə qurduğum, mənasız bir seydir bu. Ah mənim bu ağlımın içindəkilər... Bir gün onlara bütün dünya şahid olacaq. Nəyə görə psixoloq olmaq istəyirəm hec bilirsiz? Çünki, insanlara kömək olmaq istəyirəm. Kiməsə, yardım əlimi uzatmaq, tutulan əlim ilə kiminsə işıq qaynağı olmaq istəyirəm. İstəmirəmki, insanlar özünə qapanıq olsun... Özlərini tək hiss etsinlər... İstəyirəmki, hər kəsin ruhu azad olsun... Hər kəs azad ruhlu olsun... Xoşbəxt deyildə, hüzurlu olsunlar... Xoşbəxtlik ani bir seydir... Kecicidir... Hüzur isə qalıcı... Onun üçün, ilk öncə xoşbəxt olmaq yerinə hüzurlu olun. Onda həyat sizin üçün çox gözəl bir dünya olacaq. 'Yenə bu qızın psixoloqluq tərəfi tutdu' dediyinizi eşidirəm kimiyəm. Ona görədə susuram artıq. Nə edim amma, ruhuma işləmiş mənim... Ruhum demiş, ruhumda çox dəyişmişdi. Bu aralarda, hər şey çox dəyişir... Xüsusi ilə ölü sandığım ruhum... İndi, çox dəyişikdi... Üzərində çiçəklər var.. Hər gün o çiçəyi sulayan biri... Amma suyuna diqqət edir. Nə az verir, nə çox... Onu qurumağa qoymur... Onu böyüdür... Həmdə, sevgi ilə...

Belə idi ruhumda olan son vəziyyət. Gülüşümdən bir miqdar özümə bəxş edib, mətbəxə gəldim. Bu arada 'Bir miqdar' sözünü çox sevirdim. Hər şeyin bir az, azı... Bir azda çox'u idi... Sizdə özünüzə 'Bir miqdar' gülüşünüzdən bəxş edə bilərsinizmi? Edin məncə... Edin ki, dünya gözəl bir gülüş görsün. Mətbəxə keçdikdə, masanın üzərində olan keksdən bir dişləm aldım. Əla idi dadı... Çiyələkli keksi kim sevməzki? Amma sevməyəndə olar aranızda. Nəticədə, hər kəs çiyələyi sevəcək deyə qanun yoxdu. Keksdən daha çox yeməyə başladıqda, qapı səsi eşitdim. Deyəsən, gələn Renat idi. Çünki, özündən əvvəl qoxusu yayılmışdı ətrafa. Mətbəxin qapısından durub ona baxmağa başladım. Gözü sağı - solu gəzirdi. Mənimi, axtarır O? Səsimi çıxartmadan məni tapmağını gözlədim. Məni gördükdə isə, gülümsədi. Axtardığı mən imişəm...

Məndə ona gülümsünüb "Çiyələkli keks var. Yemirsən?"dedim.

Yanıma yaxınlaşaraq "Bir nəfər əllərindən olsa, yeyərəm"dedi.

Gülüşüm üzümdə böyüyərək mətbəxə keçdim. Oda ardımca gəldi. Keksi əlimə alıb, dodaqlarına yaxınlaşdırdım. Amma bilin görüm nə oldu? Ağzını açmadı... Gülüşümü üzümdən silib, tərs - tərs ona baxdıqda "İlk əvvəl sən bir dişləm al. Sonra mən yeyim"dedi. Dəli idimi, nə idi... Keksdən kicik bir dişləm alıb ona uzatdım yenidən. Amma Renat öküz kimi, keksi birdən yedi. Əsəbləşdiyimi təxmin edəcək ki, üzündə yaranan gülüşü basdırmağa çalışdı. Basdırma gülüşünü, adam... Qəmzələrini, gizlədirsən onda... Ona baxmağı kəsib, əlimə bardaq alaraq su süzdüm. Mən şirniyyatları, çay ilə içən bir insan deyildim. Çay tək içilər... Elə daha səmimi olur... Suyu içmək istədikdə, Renat keksi yeməyi bitirib "Öküz, falan olduğumu düşündün?"dedi. İçmək istədiyim suyu saxlayıb "Onsuzda eləsən!"dedim. Yenə başa dönmüşdük! Dilinə yiyəlik edə bilmirsən İlknur!

"Mən bilən, öküzlərin qəmzəsi olmur..." deyərək işarət barmağını qəmzəsinə toxundurub "Hansı ki, bu qəmzəyə mələklər toxunmaq istəyir"dedi.

Mənə söz atmışdı! O, mənə mələk deyirdi... Bir əlimdə olan bardaqdakı suya, birdə Renata baxdım. Mənimlə eyni fikirdə olanlar? Meydan oxuyacaqdım ona! Suyu anidən onun üzərinə tökdüm. Saclarından aşağıya enən sulara, baxıb gülümsündüm. Renat isə oralı deyildi...

"Sən nə etdin, İlknur... Bura gəl"deyərəkən qaçaraq mətbəxdən çıxdım. Qonaq otağının masasının yanında fırlanırdıq indi. Suyu tökərkən bu qədər əylənəcəyimi sanmırdım.

"Sənidə belə isaladacam. Qaçma daha özün təslim ol"

Renatın bu dediyinə daha çox güldüm. Təslim olmaq yox idi! Qonaq otağından qaçaraq bağçaya qaçdım. Oda ardımca gəlirdi. Daha qaçacaq bir yerim yox idi. Nəfəs-nəfəsə qaldığım üçün "Daha bəsti... Bağışla"dedim. Dərindən nəfəs aldıqda, Renat gülməyə başladı. Niyə belə gülürdü. Ağlında nə var idi?

"Elə niyə gülürsən? Mən təslim daha" dedim.

"Vaxtında təslim olmaq lazım idi. Sən bitdin İlknur" dedikdə əlində olan su borusunu gördüm.

Yox etmədi deyilmi... Mən ağac deyildim... Məni islatmazdı... Tam bunu düşündüyüm an, su üstümə gəldi. Hara qaçsamda faydası yox idi...

"Renat bəsti, daha Renatt"dedikdə su borusunu məndən çəkib, öz üstünə tutdu. Yox, bir daha əmin oldumki, bu oğlan dəli idi... Su borusunu yerə atıb, saclarını qarışdırmağa başladı. Ona inanılmaz bir gözlər ilə baxırdım. O, möhtəşəm bir sey idi... İkimizdə bir - birimizə gülümsədikdə, sağ əlini mənə uzatdı.

"Mənimlə dans edərsən?"dedi səsinin ən zəif tonunda.

Musiqi vardı mənmi eşitmirdim? Amma bir kitabda oxumuşdum

"Musiqinin səsini eşitməyənlər, onları dəli sanırdı"

Bizidə bir dəli sanın... Əlini tutduqda, boşda qalan əli ilə yavaşca belimdən tutdu. İki dəli, bir yerdə rəqs etdikdə, qulağıma bir seylər pıçıldamağa başladı. Musiqinin ritmin tutaraq

"Məhəbbətin yurd yerində
Bir həsrət var lap dərində
Bu sevginin əllərində
nə qaldı ki qəmdən başqa
Yana yana söndü odum
Birdən dilə düşdü adın
Yoxsa məni tanımadın
Kimim varki səndən başqa"

Röyanın - Səndən başqa mahnısının nəqarətini söylədi. Daha sonra dayandıq... Kicik bir səssizlik... Sadecə O və mən...

Ürəyimin sürətli döyüntüsünə fikir vermədən "Sən Başqasan..."dedim.

Gözlərimə narin - narin baxaraq "Sənə başqayam..." dedi

Bölüm Sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 084
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri