Səndən başqa (16-cı bölüm)

Müəllif: Lusi
Şərhlər: 6
Baxılıb: 6 281
Səs ver:
(səs: 0)
Bölüm 16

Başqa idik biz birimizə... İlk başlarda iki yad insan idik sadecə. İndi isə daha çox fərqli idi hər şey. İçimdə olan, ruhumu qanadlandıran bu hiss hər nə idisə, mənə yenidən yaşam həvəsi vermişdi. Ona nə desəm, indi az idi... An'ın gözəlliyini hec pozmaq istəmirdim. Əlləri ilə belimi sıx sararkən, qollarım boynunda idi. Biz göz - gözə çox gəlmişdik. Amma bu dəfəki baxışlar çox fərqli idi. Üzündəki getdikcə böyüyən gülüşü ilə "Deyəsən, dilini utdun"dedi. Ah, bu cümləni ondan ikinci eşidim idi. Çünki, utanırdım... Amma bu dəfə ağlımda olan sualları ona vermək vaxtı idi.

"Renat, məni nəyə görə qoruyursan?"

Gülümsəyərək dediyim sözə, O üzündən gülüşü silib, əllərini yavaşca belimdən çəkdi. Çətin bir sual vermişdim? Sonra məcburi bir şəkildə üzünə bir gülüş taxıb "Unutmusan? Sən bir mələksən... Mələkləridə qorumaq lazımdır"dedi. Yenə Renat, yenə onun çoxbilmişcə olan cümlələri...

"Mələklərin qorunmağa ehtiyyacı yoxdu. Çünki, mələklər insanların qoruyucusudur"

Bizim an'ımızın gözəlliyidə bu qədər ola bilərdi ancaq. Hər sey yenə korlandı...

"Səni bəzən həqiqətən başa düşmürəm. Nəyə görə eyni sualları verirsən? Bilirsənki, cavabı gəlməyəcək..."

Başa düşülməz bir ikili idik... Bilmək istəyirdim axı, nəyə görə cavabı yox idi. Cavab olduğu halda, mən hec nə bilmirdim.

"Gəlməsini istəyirəm... Tam 2 həftədi, səbəbi düşünürəm amma tapmıram. Haqqım yoxdu bilməyə?"

Vardı məncə... Hər bir insanın, bütün həqiqətləri bilməyə haqqı var. Mən Renatın gözlərinə baxırdım. O isə gözlərini məndən qaçırdırdı. Hər zamanki, kimi...

"Vaxtı çatdığında biləcəksən..."

Sadecə bir cümlə... Bu cümlədə, mənə hec nəyi izah etmirdi. Faydasız idi deyəcəyim hər şey... Onunla əyləncəmiz bura qədər imiş... Qəsdən, qoluna dəyərək evə girdim. Üstümün halına bax bir... Uşaq kimi...

***

Aradan keçən uzun bir müddət. Bu müddət ərzində imtahanımı vermişdim. Cavablar isə 1 ay sonra bilinəcəkdi. Son günlərim idi... Sabah Ağsuya qayırdım. 1 ay bura qala bilməzdim. Ailəm, məni gözləyirdi... Renatdan ayrı qalmaq mənə çətin gələcəkdi. Dediyim kimi, mən sadecə ona bağlanmışdım. Bu gün isə getməmiş onunla danışacaqdım. Bu dəfə ki danışmam, suala cavab tapmaq olmayacaqdı. Çünki, sualımın cavabsız olaraq qalacağını bilirdim yenə. Bəlkədə, ona bu gün son dəfə sarılacaqdım... Bəlkədə, onu görmək şansım azalacaqdı... Bəlkədə, daha başqa bir mələk tapacaqdı... Mənə 'başqa' olan insan... Ondan başqa məni başa düşən, ondan başqa mənə belə çox sahib çıxan olmadı. Getməyimi hec istəmədi... Amma hər gözəl son bitər bir gün... Gözəl idik biz... Gedişim, canımı alırdı... Can alıcı, birini burda tək başına buraxdığım üçün. Renat gedəcəyimi bildiyi gündən, məni danışdırmırdı. Bildiyiniz, küsmüşdü mənə... Balaca uşaqlar tək... Çamadanı yığıb, otağa baxdım bir az. 2 ayın sonuna gəlmişdik... Bu otaq mənə əziz olmuşdu... Otaqdan çıxıb, dərin nəfəs alıb irəli addım atıb Renatın qapısının kənarında dayandım. Özümdə o gücü toplamışdım. Qapını 1 dəfə döyüb dayandım. İçəridən səs gəlmədi. İkinci dəfə qapını yenə döydüm. Qapını açmasını gözlədim... Amma elə olmadı... Üçüncü dəfə döyərək, içəri daxil oldum. Renatı divanına yaslanıb oturmuş bir vəziyyətdə gördüm. Niyə səsimə bir səs vermədi axı? Bu küslük daha nə qədər davam edəcəkdi?

"Renat daha mənə nə qədər küs qalacaqsan?"

"Mən sənə küs deyiləm... Mən sənə küsgünəm... Bunların ikisidə çox fərqli seylərdi"

Fərqli idi ya deyildi... Nəticədə, məni görmək belə istəmirdi. Ona yaxınlaşıb, yanına oturdum məndə.

"Küsgün olma mənə... Renat başa düş mən getməliyəm. Mən bura 2 aylıq gəlmişdim. Məni Ağsuda ailəm gözləyir. Sənində burda öz həyatın var"

İçim qan ağlaya - ağlaya deyirdim bu sözləri... Sırf, O daha pis olmasın deyə...

"Mənim bu 2 ayda bütün həyatım səndən ibarət oldu... Səni düşündüm... Yalnız səni..."

Ondan belə bir söz deməsini gözləmirdim. Yox bu ola bilməzdi... Renatda mənə bağlanmışdı...?

"Bu bağlılıq kecici bir seydir... Kecəcək yəni... Məndə sənə bağlanmışam... Mənədə çətindi burdan getmək... Amma getməliyəm... Bunu qəbul etməliyik. Üzməyək bir - birimizi daha. Həyat qısadı çünki"

Nə dediyimi özümdə anlamış olmadım. Yarı - yarıya deyə bildiyim qədər... Getmirdi sözlər... Üzünə yaraşan gözəl gülüşlərdən, indi məni məhrum edirdi Renat... Gülmürdü... Oysa, son dəfə gülsə... Mənimdə bu üzümü güldürsə... Renat saçlarını qarışdırıb, ofladı...

"Sadecə bir bağlılıq ha? Aramızda olan bu hissin adı sadecə bağlılıqdı?! Səbəb deyirdin ha, səbəb sənin qarşındadı... Səbəb, hal hazırda sənə böyük bir eşq ilə baxır...! Bunu gör daha! Gör..."

Bu bir eşq etirafı idi...? Bu idimi səbəb...? Sevirdimi...? Mən aramızda olan bu hissi kicik bir bağlılıq bilərkən, onun hiss etdikləri dahamı böyük idi? Ona baxdım... Baxdım... Baxışı ilə qəlbimi yaraladı... Kicik bir uşağın, istədiyi bir oyuncağı ala bilməyib, küncə sığışıb oturaraq ağlamaq istədiyi baxışlar idi bunlar... Elə baxma adam... Canımdan can gedir... Dilim bir söz tutur deməyə... Bir sözümdə, daha çox yara alacağını sanıram... Niyə sevdi axı? Mənə sevgi yaraşmadığı halda... Bu idimi qorxusu? Məni itirmək idimi? Mən ona təklik hissin yaşadırdım... Qorxusu başına gəlmişdi... İtirmişdi məni... Gedirdim...

Dizlərimin üstündə olan əllərimdən tutaraq "Mələyim... İçimdəki hissi sənə necə izah edim? Birin izah etsəm, digəri inciyəcək... Gəl, sən başa düş mənim bu halımı... Səndə özümü tapdım... İllərdir axtardığım insanı səndə tapdım. Mənə yoxluğunu yaşatma... Sənə eşq ilə baxıram mən, sən mənə başqa gözlə baxma..."dedi.

Ağzı açıq bir şəkildə ona baxırdım. Qəbul et ürəyim, O səni sevirdi... Və sənə ona yoxluğunu yaşadacaqdın... Əllərimi, əlindən çəkib ayağa qalxdım. Ona istədiyi bir cavabı verə bilməzdim... Mənim sözlərim, vədlərim vardı...

"Bağışla, qəmzəli..." dedim.

Bağışlamayacaqdı... Məndə özümü...

Renat "Səni sevdiyimi deyirəm, səndə bağışla deyirsən... Yaxşısan sən? Sevmirsən yəni məni? Sənin gözündəki, sevgi deyilsə, bəs nədi?!"dedi əsəbi şəkildə. Başa düşmürdü, O... Olmazdı, bizdən... Olmaz...

Bölüm sonu

Müəllif: Goncha

Ps. "Səbəb deyirdin ha, səbəb sənin qarşındadı... Səbəb, hal hazırda sənə böyük bir eşq ilə baxır...!"
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 6 281
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri