Səndən başqa (17-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 4 921
Səs ver:
(səs: 0)
Bölüm 17

Ah, bu 2 gün
Onsuz keçən 2 gün... Artıq Ağsuda idim. Yenə bir qaranlığa çəkilmişdim. Renatı orda buraxıb, gəlmək asand olmadı... Onun sevgisini bildikdən sonra, dahada qəribə olmağa başladım.

Nə qəribə... Qəribələşdik...

2 gün indi ondan xəbər almırdım. Mənə yazmırdı... Niyə belə oldu deyə düşünürəm. Amma bir cavab yoxdu ağlımda... Sevmək hissini mən özümə qadağan etmişdim. Sevə bilməzdim... Hər nağıl, xoşbəxt sonluqla bitə bilməzdi.

Yenə eyni hisslər... Yenə eyni düşüncələr...

İndi belə olmağımın səbəbi nə idi? Geridə qoydum onu... Mənim yolum onsuz idi.

Sevmirdim axı... Sevmirdim...

Yox, mən bir bağlılığı sevgi adlandıra bilməzdim... Onu görmədikcə, içimdə yaranmış bu hiss kecəcəkdi. Kəcəcəkdi elə deyilmi? Ondanda keçsin istəyirdim. Mənə görə acı çəkməli deyildi. Bacarmadım mən... Aramıza məsafə qoymağı bacarmadım. Onun üçün hər iş çətinləşdi... Kaş,belə olmasaydı... Həyatımda o qədər kaşki varki... Onlardan qalın bir kitab çıxar. Mənim həyatımı bir kitab deyə yazsam, yarsında oxuyucular kitabı bağlayıb, mənə əsəbləşər... Səbəb? Səbəb çox sadədir... Mən nə istədiyini bilməyən, ağılsız bir qızam. Başda məqsədlərim uğrunda mübarizə aparırdım, amma sonra isə işlər dəyişdi. Hansı ara insanların qəlbini qıracaq bir insana döndüm mən? Hansı ara özümü Renata sevdirdim...? Bunlar necə baş verdi...? Və mən işin içindən çıxa bilmirəm. Çıx ki çıxasan indi... Həllini bilmədiyim, riyaziyyat misalını həll edirəm sanki. Səhv olduğunu bilirəm, amma yenə bir nəticə almaq istəyirəm. Yenə özünü başa düşməyən, bir ədəd İlknur... Yenə onun beynindəkilər... Bundan sonra nə olacaq? Mən yoluma, O öz yoluna...? Nə dəyişik bir cümlə oldu... Eynən mənim kimi...


Müsbət tərəflərin düşün... Daha ora yoxdu... Nə Fəqan var, nə Röyal var... Həyatımda var olmaqlarına, məna verə bilmədiyim insanlar... Qəbul olduqdan sonra hər sey daha fərqli olacaqdı. Bir az yaxşı seylər düşünməli idim. Bir çoxunuz kimi məndə neqativ olmağa başlamışdım. Hey, səndə gözəl bir seylər düşün... Sıxıcı həyat hekayəmi bir kənara atıb, telefonu əlimə alıram indi. Eynən, sizin əlinizdə olan telefon kimi. Bu telefonlar, bizi özlərinə həbs ediblər. Sosial şəbəklər olmasa, kimin nə etdiyini bilməzdik. Bilməsəydik, daha yaxşı olardı məncə. Əvvələr 'Görəsən onlinedi' düşüncəsi yox idi... Onda nə rahatlıq idi... İndi isə hər dəqiqə bunu düşünürük. Beynimizin bir yerində bu ifadə, işlək vəziyyətdə dayanıb. Onun üçün də səmimlik yoxdu daha... Dediyim kimi, telefonu əlimə aldıqda ilk iş Renatın profilinə daxil olmaq oldu. Online idi... Yazsammı?

Yox... O,yazmır...

O yazmırsa niyə mən yazmıram? Niyə yazmalıyam ona? Yenə beynim qazan kimi oldu... Təbrik edə bilərəm özümü! Barmaqları yoxdumu? Özü yazsın... Amma onda olan barmaqdan məndə də var... Elə isə məndə olan bu tutarsızlıq nədi.

Addım atmağa qorxar olduq daha... Bizədə, yazıqlar olsun...

Mən yazım yazmayım deyə düşünərkən, Renat ofline olmuşdu. O yazmalı idi mən yox... Telefonu çarpayının üstünə atıb, otağımdan çıxdım. Qurur qazanmışdı yenə... Aşağı düşdükdə, mətbəxdən səslər gəldiyini eşitdim. Anamla, atam nəyi isə müzakirə edirdi. Mətbəxə addımı atmaq istədikdə, anamın "Bu gün Zərifə zəng etmişdi"deməsi ilə ayağımı saxladım. Bəlkə, Renatdan bir xəbər deyəcəkdi... Anam sözünə davam edərək "Salman bizim qızı çox bəyənib, böyük oğlu üçün... Zərifə bir fikirləşin dedi"dedikdə bilmədiyim bir qəhər boğdu məni. Atamın cavabını gözlədim...

"Elmira, bizim qız hələ oxuyur. Mən qızımı ora elçi düşməkləri üçün göndərmişəm bəyəm?! Sənə vaxtında O qızı ora göndərməyək dedim! İki gənc adam bir yerdə olmaz dedim!"

Atamın hirslə verdiyi cavaba gülümsədim.

Anam isarla "Əsəd, bu qədər niyə hirslənirsən... Renat çox yaxşı oğlandı... Zərifədə əvvəl bu işə razı deyildi, amma sonra Renatın çox dəyişdiyini dedi. Həmdə nəticədə bir gün evlənəcək bu qız"dedi.

Nəyin israrı idi axı? Of ana...

"Bu söhbəti burda bağla. Vaxtı çatanda, qızı Natiqin oğluna verəcəm"

Atamın bu sözü ilə qaçaraq ordan uzaqlaşdım. İlahi, mənim eşitdiklərim nə idi...? Anamın atamın fikiri niyə birdən - birə belə dəyişmişdi? Otağıma gəlib, qapının ardına söykənərək ağlamağa başladım. Zərifə xalam əvvəl Renatdan uzaq durmağımı istəmişdi, indi isə məndən xəbərsiz mənə elçi düşürdülər. Anam xalam tərəfə idi... Atam... Atam isə... Atam mənim oxumağımı gözləyirdi... Natiq əmi isə oğlunun bir az daha böyüməsini... Axı hansı dövrdə yaşayırdıq?! Göz yaşlarımı sildim... Yox mənim dediyim olacaqdı... Renatla bu yaşımda evlənmək?! Mən sevmirdim onu... Ayağa qalxıb, çarpayımın üstündəki telefonu əlimə alıb, Renata yazmağa başladım.


İlknur: mən səninlə evlənməyəcəm!
İlknur: bunu beyninin bir kənarına yaz!
Renat: nə evlənmək yaxşısan sən?
İlknur: evinizdə gedən söhbətlərdən xəbərin yoxdu?! Sənə istəmirəm dedim! Niyə elçi düşmüsən mənə?!
Renat: Of... Zərişə belə bir sey etmə demisdim.Mənə qulaq asmayıb. Belə bir sey ola bilməz təbiki
İlknur: mənim anam dünəndən razı imiş kimi hərəkətlər edir!
İlknur: Renat məni o Bakıya getirmə! Səni çox pis döyərəm!
Renat: Mələk əsəbləşdi
Renat: Kaş gəlsən, kaş döysən, kaş sevsən
Renat: Səni istəmədiyin bir seye hec kim məcbur edə bilməz
Renat: Səni sevsəm belə
İlknur: əla onda! Xalama de əl çəksin məndən! Başda da atana!
Renat: yəni məni hec sevmirsən?
İlknur: bu dəqiqədən sonra nə istəyərəm səni, nə də sevərəm! Mən oxuyacam!
Renat: günahkar mən oldum? Başa düş, mən xalama ona elçi düş deməmişəm! Mən o qədər ağılsız biriyəm? Sənin evlilik üçün balaca olduğunu görə bilmirəm?
İlknur: Ağlımı qarışdırma mənim. Sözümdən dönmərəm mən!
Renat: Çox olmağa başladın
Renat: Meydan oxuyuram sənə
Renat: Mənim ilə evlənəcəksən!
İlknur: Evlənməyəcəm!

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 921
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri