Səndən başqa (19-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 4 131
Səs ver:
(səs: 0)
Bölüm 19

Müəllifin dilindən
Nə demişdi şair? "Məni gözəl xatırla..."
Xatırlamaq insan, həyatının keçmişinə dayanan bir anıdır. İnsan xatırladıqca gah yaxşı olar, gah da pis... Gah üzü gülər, gahda gözü ağlar... Onun üçün xatirələrinizə gözəl izlər bəxş edin. Bilirəm, bu o qədərdə alınan bir iş deyil. Amma həyatınızdan pis günləri çıxardın. Düşünməyin... Çünki, bu zamanla sizə təsir edəcək. Necə ki, İlknura təsir etdiyi kimi... İlknur nə hisslər keçirtdiyini bilmirdi. Arzusu yalnız oxumaq olan qızın, qarşısına birdə evlilik işi çıxmışdı. Gənc qızımız çıxılmaz bir vəziyyətdə idi. Canından çox sevdiyi anasının, xəstə olduğunu öyrəndikdən sonra birdə, Renat ilə sərt danışmışdı. Sonda ondan gələn mesajı oxuduqda nə qədər səhv hərəkət etdiyini başa düşdü. Onu ondan belə çox sevən bir insan vardı. Amma İlknur hər keçmişini xatırladıqca, ondan soyumağa başlayırdı. Səbəb, xatırlamaq idi... Çünki, O gözəl xatırlamırdı... Xatırladığı çirkin bir mənzərə idi. Boş - boş divarda aslı olan saatın əqrəbinə baxıb durdu. Gözünü əqrəbdən hec çəkmirdi... Dəqiqlər keçirdi... Dəqiqələr ömürdən gedirdi...

İlknur "Ana... Sənə görə... Sənə görə, qəbul edəcəm" dedi iç çəkərək.

Beyni qarışmış olan, qız özünü belə başa düşmürdü. Renat, onun üçün ideal bir secim idi. Gözünün qarşısına, Renatı gətirdi... Renatın dağınıq olan saçların... Üzündəki qəmzəsin... Ona 'Mələk' deməsini... Üzünün güldüyünün fərqinə vardıqda, üzündəki gülümsəməni yavaş - yavaş silməyə başladı. Ona 'şərəfsiz adam' dediyini təkrardan xatırladı. Yanırdı canı...
Gözündən yanağına düşən, damlanı əlinin tərsi ilə sildi. Beləmi yazılmışdı qisməti? Bu evi, bu otağı tərk edəcəkdi... Düşündü, gənc qız... İçi parça - parça olmuşdu...

"Yox... Mən gəlinlik falan geyinməyəcəm!"deyə özünü danlamağa başladı.

Hər qızın xəyalı olan, ağ gəlinlikdə özünü görmək istəmirdi. Söykəndiyi çarpayıdan ayağa qalxıb, güzgü qarşısına keçərək özünə baxdı.
Güzgüdə, bulanıqlaşmış əksinə... İslaq gözlərinə, saçları qarışmışdı... Əli ilə saç tellərini, üzündən çəkib, gözlərini silib təkrardan güzgüyə baxdı. Yox dəyişən bir sey yox idi... Güzgüdəki, ruhu çökmüş qız idi yenədə. Bu qız başa düşmək istəmirdi... Başa düşmək istəmirdiki, ona hec kim kömək edə bilməz. Bəzi yaraların, tikiş tutmadan sağalmağa məhkum olduğu kimi... Bir anlıq cəsarət ilə otağından çıxıb, qonaq otağına gəldi. Gözü anasını axtarırdı... Mətbəxdən onun səsini eşitdikdə, iri addımlar ilə mətbəxə keçdi. Qazın yanı başında olan anasını gördükdə, ona tərəf irəlləyərək arxadan anasını möhkəmcə qucaqladı. Ana övladdan hec vaxt keçə bilməzmiş. İndi isə övlad anadan keçməyəcəkdi.

Anasının qulağına "Razıyam..."deyə pıçıldadı. Anası ona döndükdən sonra "Amma bir şərtim var. Mən toy istəmirəm... Mən gəlinlik geyinmək istəmirəm..." dedi. Ağlamasın deyə, dişlərini bir - birinə sıxıb dururdu. Anası isə eşitdiklərinin qarşısında səssiz qaldı. Qızının belə evlənməyini istəmirdi. Amma onunda ürəyi sözünə baxmırdı. İlk başlarda Zərifənin bu sözləri ona xoş gəlməsədə sonradan razılaşmışdı. Niyə gənc bir qız gəlinlik geyinmək istəməsin axı?

"Qızım... Niyə axı... Sənin üçün ən xeyirlisi budu. Yoxsa başqa bir istədiyin var? Bax əgər Renat olmasa qorxuramki atan Natiqin oğluna verər səni"

İlknur göz yaşlarını daha çox tuta bilmədən, yenə ağlamağa başladı.Onun yolu artıq bəlli idi. Amma o yolu, öz istədiyi kimi gedəcəkdi...

"İstəmirəm ana... İstəmirəm... Yaşımdan böyük gəlinliyi, bu bədənə geyinməyəcəm..."deyib mətbəxdən çıxdı.

Niyə belə olurdu? Niyə istədiyimiz kimi olmurdu bu həyat? İlknur, kimi Renatında fikirləri qarışıq idi. Sevgisinə qarşı bir şühbəsi yox idi. Amma İlknuru hələdə balaca biri olaraq gördüyü üçün ilk başda onunla olan evlilik fikrinə isti yanaşmadı. Sonra isə işlər dəyişdi... Onun ən zəif nöqtəsi, ana idi... Son dəfə İlknuru yola gətirmək üçün, uzun bir mesaj atmışdı. Amma İlknurun sonuncu telefon zəngindən sonra yıxılmışdı... 'Şərəfsiz adam' sözünə qırılmışdı. Onunda bir qəlbi vardı... O qəlbdə, qırıla bilirdi... Daşdan deyildi ki... Fikirli - fikirli otağından çıxdıqda, gözü İlknurun otağının qapısına sataşdı. Əvvəl tərətdüt etsədə, sonradan qapını açaraq içəri keçdi. Ətrafa bir xeyli baxdı... Çarpayıya yaxın gəlib, yastığı əlinə alıb, qoxlamağa başladı. Yastıq, İlknur qoxurdu... Üzü gülümsündü...

"Səni çox sevirəm" dedi mavi tavana baxıb.

Yastığı yerinə qoyub, çarpayıya uzandı. Mavi tavana yenə baxıb "Bura qızımızın otağı olacaq" dedi öz özünə. 'Qızımın anası, sən olacaqsan' deyə keçirtdi içindən.... O an cibində olan telefonun mesaj səsini eşitdi. Cibindən telefonu çıxardıb ekrana baxdıqda, İlknurdan gələn "Qəbul etməkdən başqa bir çarəm yoxdu" mesajını oxudu. Telefonu söndürüb yenidən tavana baxdı. Gözündən axan bir damla yaş saç telini islatdı... Belə olsun istəmirdi... Onun məcbur olduğunu bilirdi... Amma özünü ona sevdirəcəkdi...

1 ay sonra
İlknur mebelləri dəyişmiş olan otağa nəzər saldı. Tam bir gəlin otağı idi... Amma üstündəkilər hec də gəlinə aid bir sey deyildi... Cins şalvar, üstünədə də ağ rəngli sadə bir köynək geyinmişdi. Ruhu, üzünə yasınmışdı... Çox solğun idi. 1 həftə əvvəl kağız üstündə olan imzalar atılmışdı. Evli idilər... Bu gün isə artıq atasının evindən köçmüşdü... Dediyi kimi, yaşından böyük gəlinliyi əyninə geyinməmişdi... Bu qədəri onun üçün çox idi. Onları baş - başına buraxmaq adına evdə hec kim yox idi. İlknur, mavi tavanı, narıncı divarı istəyirdi... Bahalı, mebelləri deyil... Gözü otağı gəzdikdə, qapı açılaraq içəri Renatın daxil olduğunu gördü. Bu otaq artıq onların idi... Renatla eyni otaqda olmaq onun içinə qorxu salmışdı. Renat İlknurun qarşısına keçib, ona baxdı. Onun yanında olması belə ona yetirdi...

Renat "Yatmırsan? Gecdi daha" dedikdə İlknur bir adım arxaya getdi.

İlknur baxışlarını yerə saldı. Dilini udmuşdu... Evlənmişdi onunla... Evlənmişdi... Düşüncələrindən, qoluna dəyən əl ayıltdı onu.

"İlknur, sən taxtda yat, mən yerdən yataram" deyən Renata baxdı. Bu adamın necə qəlbi vardı... Qorxduğu sey, ona toxunması idi... Onu belə etməmişdi bu adam. Üzündə kicik bir təbəssüm yarandığında, Renatda gülümsəməyə başladı. Onu gülümsətməyi sevirdi... İlknur dil ucu "Çox sağ ol..."dedi. Hər sey onlar üçün daha yeni başlayırdı. Yeni bir şans, yeni bir həyat...

Bölüm Sonu...

Müəllif: Goncha
Ps. "Yaşımdan böyük gəlinliyi, bu bədənə geyinməyəcəm..."
- Nə acı bir söz. Təsüfki buna bəziləri məcbur edilir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 131
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri