Səndən başqa (20-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 4
Baxılıb: 5 510
Səs ver:
(səs: 0)
Bölüm 20

Bu gün mənim üçün yeni bir səhər idi. Bu səhər, bir başqa idi... Gözlərimi acdıqda ilk tavana baxdım. Daha mavi tavanım yox idi... Hər şeyi qəbul etmişdim, bu 1 ay içində həyatım dəyişmişdi. İstədiyim fakültəyə daxil olmuşdum. Həyatımda olan tək yaxşı sey bu idi. Bir çox seyi qəbul etmək çətin oldu mənim üçün. Bu da bir sınaqdır deyib, keçə bilmədim amma üstündən. Niyə bu sınaqlar, imtahanlar ilə sınanırıq hər zaman? Hər şey qaydasında getsə, olmazmı? İç səsim 'Olmaz' deyə danışdı. Gercekləri qəbul edib, ətrafa nəzər saldım. Renat yox idi... Otaqda olmamağına, məndən tez durmasına sevinmişdim... Məndə ayağa qalxıb, üstümü dəyişərək otaqdan çıxıb, aşağı endim. Qonaq otağında olan masanın üstündə hazır səhər süfrəsi gördükdə, bunu Renatmı hazırlayıb deyə düşündüm. Mətbəxdən çıxan Renatın, çörəklə gəldiyini gördükdə, düşüncəmdə haqqlı olduğumu anladım. Renat "Sabahın xeir. Keç əyləş, məndə çayları gətirim" dedikdə, bir söz demədən dediyini etdim. İçim niyə görə bu qədər narahat idi? O mənə xoş rəftar edirdi... Amma ya mən? İçimdə olan hissləri, basdıra bilmirdim. Əlində gətirdikləri çayları masanın üstünə qoyub, özü də masa arxasına əyləşdi. Biz hansı ara bu qədər səssizləşmişdik? Hər vaxt yanımda olan insana qarşı niyə bu qədər soyuq idim? Niyə bu içim isinmirdi mənim? Boş - boş süfrəyə baxıb, sadecə çayımı içməyə başladım. Bu sırada Renat hazırladığı sosili yumurtadan boşqabıma qoydu.

"Bunlar sənin üçün hazırlamışam bir sey ye. Birdə, üzünə de gülsün artıq. Mənim niyyətim sadecə üzünü güldürməkdi. Bax, tələbə adınıda qazandın. 10 gün sonra dərslərin başlayır. Yeni həyatın, yeni dost - tanışların olacaq. Bunları fikirləş."

Renatın dediklərinə sadecə kicik təbəssüm etdim. Mənim üçün yeni bir həyat idi. Amma mən bu həyatda tək deyildim... Mən evli idim...

"Hər seyi düz deyirsən. Amma mənim üzüm bu saatdan sonra gülməz daha. Həyat mənim üzümə gülmədi... Mənə bax bir... 10 gün sonra dərsim başlayır. Mən isə dünən evləndim. Mənim bir həyat yoldaşım var. Bu adi söz deyil... Bunun bir ağırlığı var... İstədiyimi edə bilməyəcəm... Nə rahat gəzəcəm, nə o dediyin dost - tanışlara qaynayıb qarışacam..."

Nə qədər acı olsada, deməli idim... Bu idi mənim içimdəkilər... Bu idi məni yeyib - bitirən... Renatın üz ifadəsinə baxdıqda, səhərdən gülən üzünün düşdüyünü anladım. Onuda üzürdüm... "Budu sənin tərk dərdin?"deyə gözlərimə baxdı. Başımı yuxarı - aşağı edərək "Həə.."dedim. Nə deyəcəkdi? Mənə daha nə qədər dəstək olacaqdı? Dünən axşam etdiyi hərəkət ilə məni özünə heyran buraxmışdı... Kim edərdi elə...? Üzünün güldüyünü gördükdə, maraqlı gözlər ilə ona baxdım. Onun nə deyəcəyi mənim üçün əhəmiyyət daşıyırdı...

"Mələyim, bunu düşünmüşəm. 1 həftə bu evdə qalırıq. Sonra atamla danışacam, başqa bir evə çıxarıq. Səndə rahat istədiyin vaxt yeni dostlarınla, görüşə biləcəksən. İstədiyin vaxt kitabxanalara baş çəkib, saatlarla orda qala bilərsən. Mən sənə ağırlıq yükləməyəcəm. Rahat yaşayacaqsan. Sadecə istədiyim odu ki, mənimlə pis rəftar etmə... Mənə pis davranma... Mən çox sey istəmirəm..."

Axı kim belə edərdi? İç səsim yenə 'Sevən adam' deyə bağırdı... Bu qədər seviləsi hansı yanım vardı? Dediklərinə sevinmişdim yenə... Burda qalmağı hec istəmirdim... "Yaxşı..." deyə dil ucu danışıb, yumurtadan bir çəngəl aldım.

"Yaddan çıxmadan, hazırlaş sənə dərs üçün geyimlər almağa gedək"

Bu sözlə gülümsəməm getdikcə üzümdə böyüdü. Bunada sevinmişdim... Səhər yeməyimizi yedikdən sonra, süfərini yığışdırmağa ona kömək etmişdim. Qabları yumaq istədikdə, icazə vermədi... Özü yumağa başladı. Mən də onu seyr etdim... 'Kaş' dedim, kaşki onunla başqa yerdə, başqa zamanda qarşılaşmış olsaydıq... O zaman hər şey fərqli olardı... Başqa, olardı... Aramızda divarlar hörməyə məcbur qalmazdım... Qorxurdum, bir gün bu divarların altında qalmaqdan qorxurdum... Qabları yuyub bitirdikdə, yuxarı çıxıb üstümü dəyişərək aşağı endim. Saat 11-ə yaxınlaşırdı... Evdən çıxıb, maşına minərək yola düşdük. Bir az xoşbəxt olsam... Bunu kim deyir? Gələcəyin, psixoloqu... Mənim özümə hal hazırda psixoloq lazımdı... Həmdə, təcili... Maşının dayandığını gördükdə, aşağıs enib qarşımda dayanmış Avm - yə baxdım. Bahalı bir yerə bənzəyirdi. Renatla bərabər içəriyə keçid etdik. İnana bilmirəm, mənimlə birgə geyimlərə baxır. Vitrindən bəyənmədiyim paltarların mağazalarına daxil olmadım. Tam 1 saat idi ətrafda gəzirdim amma bir sey almamışdım. Mən belə biri deyildim axı... Dəyişmişdim...

Renat daha çox dayana bilməyib "Mələyim, bu 19 cu mağazdı artıq. Bir sey alsan?"dedi.

Qızla bərabər bir yerə çıxmaq asand bir is idi? Yox deyildi...
"Bəyəndiyim bir sey yoxdur. Neynəyim, bəyənmədiklərimi alım?"dedim qəsdən.

"Yox, təbiki... Amma səndə birin bəyən artıq... Bax bura yaxşı yerə bənzəyir, gəl girək"deyə işarət baramağını mağazaya tuşladı. Girməkdən başqa bir çarə yox idi. İçəri keçib, gündəlik geyimlərə baxmağa başladım. Daha yorulmuşdum, bir seylər alıb çıxmalı idim. Qıcıqlıq etməyəcəkdim yəni... Əlimə bir necə cins şalvar alıb baxdıqda, Renat "Mələk, buna bax" deyə əlindəki platyanı göstərdi mənə. Üstü sadə qara güpürdən, aşağısı isə ağ tüldən ibarət olan, dizimdən aşağı durcağını təxmin etdiyim bir platya idi.

Bunu harda geyinəcəkdimki?

"İstəmirəm" dedim sağ qaşımı qalıdırıb. Renat "Mən alıram amma"dedi rahatlığını hec pozmadan. Alacaqdısa niyə soruşurdu məndən? Əlimə bir neçə şalvar, könyənək alıb "Mən bunları alıram"deyib Renata göstərdim.

Təəccüblü gözlər ilə mənə baxıb "Geyinmədən?"dedi.

"Hə"dedim hec uzatmadan.

Burda təəccüblü bir şey yox idi. Hamsı əynimə olacaqdı... Onunda əlində bir necə paltar olduğunu gördüm. Bu qədər paltarı kim geyinəcəkdi? Yəqinki, mən... Paltar işi bitdikdən sonra bir kafeyə gəlmişdik. Qarşımda olan qəhvədən bir yudum içib, Renata baxdım. Əlində telefon vardı. İşin qəribə tərəfi üzü gülürdü... Onu elə nə gülümsədirdi? Can sıxıntısı ilə offlayıb, diqqətimi üzərimə çəkmək istədim amma, alınmadı... Mənə baxmadı hec... Nəyə gülümsünürsən, axı elə? Qəmzənidə hər kəs görür...

Dayana bilməyib "Bura telefon ilə oynamağa gəlmisən?" dedim.

Bu sözmüdən sonra baxışlarını telefondan çəkib, mənə baxdı. Nəhayət, baxa bilmişdi...

Əlindəki telefonu masanın üzərinə qoyub "Oynamağımın, sənin üçün bir problemi var?"dedi. Öz çıxarları üçün, deyilən bir söz... Gülümsünmüş kimi edərək "Var, narahat oluram"dedim.

Elə idi... Gülməsin... Qarşısında mən varamsa, mənə gülsün... Beynim, deyəsən qarşıb yenə... Renat dodaqlarını aralayıb, gülmək istədikdə telefonunun ekranı yanıb söndü. Telefona baxdıqda, məndə göz ucu baxdım. Deyəsən, mesaj gəlmişdi. Kimdən idi?

Hec düşünmədən "Kimdəndi?"dedim.

Telefonu əlinə alıb "Uşaqlıq dostumdu. Nömərimi yeni tapıb"dedi.

Bunda bir problem yox idi. Amma ya qız idisə? "Qızdı, ya oğlandı?"dedim hec çəkinmədən.

Renat baxışlarını telefondan heç çəkmədən "Qızdı"dedi. Yox, artıq bir problem var idi!

Bölüm sonu

Müəllif: Goncha

(səs: 0)
Şərhlər: 4
Baxılıb: 5 510
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri