Səndən başqa (21-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 4
Baxılıb: 5 492
Səs ver:
(səs: 0)
Bölüm 21

Yox ya da nə problem olacaqdı... Uşaqlıq dostu idi. Bu vaxta qədər olmayan dost... Səyidəsi bitdi, indidə yenisi çıxdı. Səyidə demiş, görəsən Renat evləndiyini demişdi ona? Gözlərini telefondan çəksəydi, onunla söhbət edərdim. Amma gözlərini telefondan hec çəkmirdi. Nə yazışırdılar görəsən?

"Hey nə yazışırsız?"deyib yenə diqqətini çəkmək istədim. Bir necə saniyə mənə cavab vermədi. Daha sonra telefonu söndürüb cibinə qoyaraq mənə döndü.

"Salam necəsən, nə edirsən"

Bundan ibarət idi yazışma? Niyə uzun çəkmişdi bəs? Niyə telefonu cibinə qoydu?

"Telefonu bəs niyə cibinə qoydun?" dedim üzümü büzüşdürüb.

Renat gülməyə başladı... Yenə nəyə gülürdü?

"Qısqandın sən məni?"deyərək mənə bir sual verdi. Yox, bunun qısqanclıqla ələqəsi yox idi. Qısqanmamışdım... Ya da bilmirəm... Özümü göstərib "Məən? Sənii?"dedim onu işarət edərək. Renat başını 'hə' anlamında salladıqda, bu dəfə mən güldüm. Amma gülüşüm, onu haqqlı çıxartmamaq üçün olan bir gülüş idi.

"Yox daha nələr"deyib gözlərimi ondan qaçırtdım. Başqa edə biləcəyim bir sey yox idi. Üzündəki gülüş yavaş-yavaş silinməyə başladı.

"Qısqansaydın, yer göy dağılacaqdı? Ya da sən qüruruna bunu sığışdırmarsan hə? Nəysə..."

Biz bu gedişlə necə yola gedəcəkdik axı? Hər zaman belə olacaqdı... Söhbəti uzatmaq istəmədim... Oda bir daha açmadı. Kafedən qalxıb, evə gəldik. Gunorta idi və biz hec bir sey yeməmişdik. Ac deyildim amma. Canım hec nə istəmirdi... İndi necə olacaqdı? Renatla eyni otağa daxil olacaqdım?
Renat mətbəxə keçib özünə su süzüb içdikdə, bağçada olan hadisəni xatırladım. Onda necədə xoşbəxt idim... İndi xoşbəxt olmaq mənə niyə bu qədər çətin gəlirdi? Ona baxdığımı görüb "Dincəlmək istəyirsənsə, sən çıx otağa. Mən yemək hazırlayacam"dedi.
Beləmi olacaqdı? Yeməyi özümü hazırlayacaqdı? "Məndə sənə kömək edim?"deyə sual verib cavabını gözlədim. "Sən dincəl" cavabını ondan eşitdikdə, üstünə getməyib otağıma gəldim. Daha doğrusu, otağımıza gəldim. Üstümə rahat bir seylər geyinib çarpayıya uzanıb, düşünməyə başladım. Ümüd etmişdim mən bura gələndə... Ümüdlər sonda ölürdü? Bu son deyildisə, nə idi... Ölən mən idi ya mənim ümüdlərim? Yaşamaq həvəsimi məndən kim, niyə almışdı? Niyə hec nə yolunda gətmirdi... Ya daha bərbad vəziyyətlərə qalacaqdım? Bu dəqiqə düşünməli olduğum tək sey anam idi... Anam və onun sağlığı... Daha çox düşünməyi kəsib musiqi dinlənməyə başladım. Bir az keçdikdən sonra Renat qapını döyüb içəri daxil olaraq, yeməyin hazır olduğunu bildirmişdi. Yemək yedikdən sonra isə mən yenə otağa daxil olmuşdum. Canım hec nə etmək istəmirdi... Amma gözümdən bir hal qaçmamışdı. Telefon Renatın əlində idi... Mesajlaşırdı... Mənə nə? Amma... Bu fikirlər ilə, axşam düşmüşdü. Dünən axşamki kimi Renat özünə yerdən bir yer salmışdı. Renat, yerdə yatırdı... Təkrar edirəm, yerdə... Bu gecəni belə başa vurduqda, səhər açılmışdı. Dünənkindən fərqli Renat yatmışdı hələdə... Çarpayıdan qalxıb, yanına gələrək ona baxmağa başladım. Saçları bir birinə qarışmışdı... Üzündəki ifadə, məsum idi... Bu məsum ifadə, məni xilas etmişdi... 2 gün idi bu yerdə yatırdı... Gözümün dolduğunun fərqinə vardıqda, yanından ayağa qalxıb, üstümü dəyişərək otaqdan çıxdım.
Onun kimi mükəmməl bir süfrə hazırlaya bilməzdim, amma əlimdən gəldiyi qədərini etdim. Mən bütün illəri dərs oxuduğuk üçün, ev işlərini o qədərdə yaxşı bacarmırdım. Bişirdiyim tək yumurtanı çox qızartmışdım... Olsun... Çayı yeni dəmə qoyduqda, piləkanlardan gələn adım səslərini eşitdim. Renat durmuşdu...

Masaya baxıb güldüyünü gördükdə "Bu dəfə çaylar məndən"dedim dünəni unudaraq. Masaya əyləşdikdə, məndə çayları süzüb mətbəxdən çıxaraq yanına gəldim. Bu çaylar axı mətbəxdə qara görsənirdi. İndi niyə bu qədər açıqdı? Utanc hissi ilə çayı Renatın qarşısında qoyduqda, gülüməmək üçün özünü güclə tutduğunu anladım. Çayı dəyişmək üçün götürmək istədikdə, çaya uzanan əlimdən tutub "Dəymə, qalsın... Belədə içərəm"dedi. Gözüm əlində olan əlimə baxdıqda, əlini əlimdən çəkdi. Bu oğlan, əlimdən zəhərdə olsa içərdi... Məndə öz yerimə əyləşib, əlimə çörək aldım. Bu sırada Renat boşqabına yumurta qoymağa çalışırdı. Amma gülərək...

"Nəyə gülürsən? Bir az çox bişib"dedim özümü haqqlı çıxartmağa çalışaraq.

Yumurtadan bir çəngəl aldıqdan sonra "Nəzərinə çatdırımki, bu çox bişməyib... Bu çoxdanda çox qızarıb"dedi.

Düz deyirdi... Söhbəti dəyişim mən ən yaxşısı.

"Bu gün nə edirik? Sən harasa gedəcəksən?"dedim.

Dərslərin başlamasını səbirsizliklə gözləyirdim mən. Yoxsa bu sıxıntıdan ölərdim bir - iki günə...

"Mən hə... Aytəkin ilə görüşəcəm" dedi rahatca.

Aytəkin kim idi?

"O kimdi?"dedim.

Telefonuna baxıb söndürərək "Dünən yazan uşaqlıq dostumdu"dedi. Qəsdən, bilərəkdən belə deyirdi? Şeytana qulaq asma... Renat bilərək belə edir. Səni qısqandırmağa çalışır, qızım... İç səsimə haqq verib "Nə yaxşı... Uşaqlıq dostundu görüşməlisən"dedim məcbur gülümsənməyə çalışıb. Yox birdə görüşmə desəydim... Yeməklərimiz bitdikdən sonra, birlikdə süfrəni yığışdırmışdıq. Sonra isə yuxarı çıxmışdı. Aşağı düşdükdə, geyimini dəyişdiyini saclarını yuxarı qaldırdığını gördüm. Göz ucu ona baxdım... Yaraşıqlı idi... Gözüm barmağına sataşdı. Üzük yox idi... Ailələr üçün üzük almışdıq... Niyə taxmamışdı... Niyə soruşmuramki?

"Üzüyün hanı?"dedim səsimin tonun azacıq qaldırıb.

"Sənin üçün o üzüyün bir əhəmiyyəti var?" dedi.

Qaşlarımı çatıb ona baxdım. O üzüyü taxmalı idi... Bunu kim deyir? Yoldaşını qəbul etməyən bir qız... Məni sevmirsiz bilirəm...

"Sən o üzüyü taxmamış, bu qapıdan çıxa bilmərsən. O üzüyü tax sonra Aytəkin ilə, istəyirsənsə, Səyidə ilə belə görüş!"

Mən ciddi idim. Renat isə gülümsünürdü... Əlini cibinə atıb, üzüyü çıxardaraq mənə göstərdi. Sonra üzüyü barmağına taxıb "Qısqanc hazır olmağın üçün 10 dəqiqən var. Görüşə səndə mənim ilə bir yerdə gedirsən"dedi.

Bunu başından bəri deyə bilmirdi? Sırf qıcıqlıq olsun deyə belə edirdi... Yuxarı çıxıb üstümü dəyişərək yenidən aşağı endim. Evdən çıxıb maşına minərək, yola düşdük. İnanmıramki uşaqlıq dostu ilə görüşə mənidə aparır. Renatın beynindən istəyirəm... Dünən danışdığı qız ilə bu gün görüşəcəkdi... Maşını saxladıqda görüşəcəyimiz məkana çatmışdıq. Aşağı enib, içəri keçdikdə ən son masada oturan, zil qara saclara sahib olan bir qız Renata əl elədi. Deyəsən, gördüyü tək Renat idi. Mən deyildim... Renatla birgə qızın yanına irəllədik. Renat nəndən irəlidə olduğu üçün qızın yanına çatdıqda, qız ona anidən sarıldı. Sarıldı...! 'Yavaaşş'deyə içimdən keçirtdim.

Renat özünü geri çəkib "Xoş gördüm Aytəkin"dedi.

Mənim varlığım unudulmuşdu...

"Renat çox yaraşıqlı olmusan" dedi qız gülərək.

Qızdaki cəsarətə bax! Renat "Çox sağ ol..." deyərək mənə döndü. Hələ, şükür yadına düşə bilmişdik bəyimizin! Qızın gözü bir anda məni tapdıqda, gülən üzü düşdü.

"Tanış edim, bu İlknurdu. Həyat yoldaşımdı"

Renatın bu sözü ilə salamlaşmaq üçün əlimi qıza uzatdım. Necə qürurlandığımı, bilə bilməzsiz... Yaraşıqlı dediyi oğlanın, həyat yoldaşı qarşısında idi. Qız məcburən gülməyə çalışıb, mənim ilə salamlaşdı. Sonra masa arxasında əyləşdik.

"Mən evli olduğunu Səyidədən hec eşitmədim"

Aytəkinin bu sözü ilə, qıcıq basdı məni. Bu Səyidə hər daşın altından çıxırdı! Renatda evləndiyini ona deməmişdi! Sevmirdim O qızı... "Yeni evlənmişik biz. Ona görə çox adama deməmişəm" deyə qarşılıq verdi. Mən isə zəfər hissi ilə gülümsündüm. Masada belə söhbətlər davam edərəkən, Aytəkin "Əmin oğlu ilə aran necədi?"dedi. Renatın əmisi oğlu vardı? Mən onun haqqında niyə hec nə bilmirdim axı? "Aram yoxdu" dedi Renat təşfişə düşərək. Əmisi oğlu var idi... Onunla arasıda yox idi...

"Onsuzda siz Röyal ilə uşaqlıqdan yola getməməsiniz"

Bu Röyal O Röyal idi? Göz bəbəklərim böyüyərək Renata baxdım. Renatın üzündəki ifadə... Bu ifadə mənə hər seyi izah edirdi... Bu vaxta qədər mənə hec bir sey deməmişdi...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 5 492
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri