Səndən başqa (23-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 5 656
Səs ver:
(səs: 0)
Bölüm 23

Nəhayət sabahdan dərslərim başlayırdı. Çox sevincli idim... Anamla hər gün telefonda danışdırdım. Onun üçün narahat olsamda, yaxşı olduğunu deyirdi. Renatla aramda yenə bir divar vardı. Eyni evin içində iki yad insan idik sanki. Onunla xoş danışmağa başladıqda ya O məni tərsləyirdi, ya da mən onu... Aramızda olan bu anlaşılmamazlıq bitmək bilmirdi. Amma onun üzünü çox görmürdüm bu evdə. Dediyi kimi, hər seyin ürəyimcə olmağını istəyirdi. Onun üçün hər səhər mən yuxudan ayılmamışdan əvvəl, gözəl bir süfrə hazırlayıb evdən çıxırdı. Axşamda gec saatlarında gəlirdi... Bunun nə vaxta qədər belə davam edəcəyini bilmirdim. Qıraqdan asand görünə bilər. Amma çətin idi... Onu tərsləməyimi sevmirsiz... Buna məcburam mən... Bir gün içində ananınızın xəstəlik xəbərini öyrənirsiz... Bununla yanaşı evlənməli olduğunuzda... Necə bir ruha sabib olardınız? Mənim darmadağın olduğumu niyə hec kim görmür? Niyə mənim acı çəkdiyimi görməyib, mənim yaşadığım həyatı mühakimə edərsiz?! Mənə belə xoş olduğunumu sanırsız?! Yox... Elə deyil, əzizlərim... Mən günü gündən soluram... Məni bir insanın çox sevməsinə rəğmən... Sevginin hər seyi düzəltməsinə gücü çatmır. Sevgi hər şeyi həll etmir. Renata qarşı nə duyğular bəsələdiyimdən bir xəbərsizəm mən. Bəzən öz özümə deyirəm "İnsan, insanı belə sevərəmi?" Niyə bu qədər çox sevir. Amma mən sevə bilmirəm...

Tv - ni yandırıb, divana əyləşdim. Düşündümdə mən sabah nə geyinəcəkdim? Tv - ni söndürüb ayağa qalxarkən, qapının açılma səsini eşitdim. Nə əcəb, Renat tez gəlmişdi?
Qonaq otağına gəldiyini gördükdə "Acsan?"dedim. Başqa nə deyə bilərdimki? Üzünün soyuq ifadəsini hec pozmadan "Bir az"dedi. Oda yorulmuşdu... Bir şey demədən mətbəxə gəlib, bişirdiyim kotlet tavasının altını yandırdım. Tavanın qapağının ağzını götürüb kotletlərə baxdım. Görəsən yeyəcəkdi bunları? Bir tərəfin azacıq yandırmışdım... Masanın üstünü hazırlamağa başladıqda, Renatda mətbəxə gəlib stolu çəkərək əyləşdi. Niyə səssiz idi bu qədər? Nəsə olmuşdu? Tavanın altını söndürüb kotletlərdən boşqaba yığaraq Renatın qarşısına qoydum. Evə köçdükdən sonra birinci dəfə idi mənim əlimdən yemək yeyirdi. Oda belə idi... Kotletə baxıb altdan - altdan güldüyünü gördüm. Gülə bilmişdi...

"Seyy... İstəyirsən yemə. Başqa bir şey hazırlayım" dedim orta stolu çəkib əyləşərək.

Çəngəl ilə kotleti bölüb yeməyə başladı. "Bir az duzu az olub, amma dadlıdı"dedi.

Onun bu deyişinə gülməyə başladım. Əksinə, yanmışdı deyə duzun dadı daha çox bilinirdi. Amma yenədə səssiz - səssiz yeməyə başlamışdı. Niyə düz əmməli bir sey edə bilmirdimki mən? Çayı dəmə çox qoyurdum, yumurtanı çox qızardırdım. Kotleti isə yandırmışdım...

"Nəyə görə etdiklərim yaxşı alınmasada, yaxşıdı deyirsən?"

Kim olsa belə etməzdi... Məndə olsam, belə rəftar etməzdim...

"Çünki, insanların qəlbini qırmağı sevmirəm. Yanmış bir kotletə görə niyə qəlbini qırım axı? Sabah daha çox yansa, dəmlədiyin çayın dəmi ya az olsa, ya da çox olsa mən sənə yenə hec nə demərəm. Sən bunları balaca əllərinlə, o böyük ürəyin ilə hazırlamsan. Əllərinə salıq..."deyərək ayağa qalxdı. Öz otağına gedəcəkdi... Bəs nəyə görə uni haqqında bir sey deməmişdi mənə? Mən sabah tək başıma o uniyə gedə bilməzdim.

Mətbəxdən tez çıxıb "Renat" dedim.

Otağının qapısının qarşısında idi. Adını eşidib mənə döndü.

"Sabah uniyə aparacaqsan məni? Həmdə mən geyinim sabah? Mənə kömək edə bilərsən?"

Nə çox sual verdim mən. Olsun otağa tez girməyindən yaxşı idi. Gözümə görsənməmək üçün 10 gündü belə edirdi. Amma mənim onsuz darıxdığımdan xəbəri yox idi. Renat qapının kənarına söykənib düşünmüş kimi etməyə başladı. Daha doğrusu düşünürdü elə...

"Mənim aparmağımı istəyirsən hə uniyə? Mən düz eşitdim?"

Göz qapaqlarımı açıb, bağlayaraq düz bildiyini vurğuladım.

"Yaxşı... Geyiminədə kömək edərəm"dedi.

Məndə öz otağıma yaxınlaşıb, qapını açaraq onun gəlməsini gözlədim. Çəkinərək otağıma daxil olub bir küncdə dayandı. Dolabıma yaxınlaşıb göz gəzdirdim geyimlərə. Renat isə qıraqdan durub mənə baxırdı. Kömək edənə hec oxşamırdı. Bir necə geyim çıxardıb ona göstərdim, amma hec birini bəyənmədən "Bu olmaz"dedi.
Birin bəyənəcəkdi görəsən? Belə seylərə diqqət edən biri deyildim mən. Birdən birə geyim həvəsinə hardan düşdüm? Renat mənə doğru yaxınlaşıb dolaba göz gəzdirməyə başladı.
Əlini acıq pudra rəngində, V yaxalı qısa bir platyaya uzadaraq mənə göstərib "Bunu sənə ilk alanda uniyə geyinməyin üçün almışdım. Əgər sabah soyuq olsa cins pencək geyinərsən. Altınada ağ bir keti, saçlarınıdı azacıq dalğalı bir buruq edərsən. Sənə çox gözəl yaraşacaq belə"dedi.

Əlindəki platyanı alıb ona gülümsündüm. Məni düşünürdü... Mənim gələcəyimi... Ona daha çox yaxınlaşıb uzun uzadı gözlərinə baxdım. Bir addım daha atıb aramızda olan məsafəni tam itirdikdə, mənə ciddiyətlə baxan üzünün, sağ tərəfinə kiçik öpüş qondurdum. Haqq etmişdi bunu... Üzündə qəmzəsi yarandıqda bir daha öpüb "Çox sağ ol, mənim qoruyucum" dedim. Baxışlarımız bir birini kəsdikdə gözlərimi yumdum. Onu, niyə bu qədər yaxınıma buraxmışdım mən? Niyə yumuşdum bu gözü? Göz qapaqlarımı açdıqda, Renatı yanımda görməmişdim. Məndən 3 addım geridə idi... Ürəyimin sürətli döyünməsinə, səsimin titrəyib - titrəməsinə fikir vermədən "Niyə bunu bir - birimizə edirik?" dedim. Niyə edirdik... Niyədə niyə? Nə gözləyirdim axı mən?

"Nə edirik? Edən sənsən... Beyni ilə ürəyi qarışıq olan sənsən... Sən nə gözləyirdin? Səni dodaqdan öpməyimi? İlknur... Sən məncə nə istədiyini bil... Mən səni öpsəydim, indi üzümə bir şillə yemişdim. Çünki, sən nə istədiyini bilmirsən... Mən, məni sevməyən bir qadına toxunmaram. O qadın, mənim yoldaşım olsa belə... 10 gündü səndən qaçırdım... Bir, bu gün qaçmadım, onda da belə oldu..." deyərək arxasını dönüb otağımdan çıxdı.

Ağlamadım bu dəfə... Mən həqiqətən nə istədiyini bilməyən bir qız idim. Elə idim yəni mən... Mən İlknur belə idim... Mən seviləsi bir yanım yox idi.. Mən özümü sevmirdim artıq. Sevmirdim... Bu gecəni belə başa vurduqda səhər açılmışdı. Renatın dediyi kimi hazırlanıb, otağımdan çıxmışdım. Renatında otağından çıxdığını gördükdə, başımı aşağı saldım. Başımı aşağı salarkən isə gözüm sol barmağımda olan üzüyə sataşdı. Mən onunla evli idim... Barmağımda Renatın üzüyünü daşıyırdım... Gözlərimi üzükdən çəkib ona baxdıqda, mənə baxdığını gördüm.

"Gözəl olmusan" dedi.

Gözəl idim ya deyildim... Əsas olan mənim özümü tanıya bilməməyim idi. Gözləri barmağımda olan üzüyə taxıldıqda "Birdə, üzüyü taxmayada bilərsən. İlk gündən evli olduğunu bilib, utanmağını istəmirəm" deyə sözünün ardın bu cür tamamladı...

Mən belə düşüncə bəxş etmişdim ona? Mən bu üzükdən utanan bir qız idim?

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 5 656
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri