Səndən başqa (25-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 5 285
Səs ver:
(səs: 1)
Bölüm 25

Bəzən olur insanda... Hər şeydən uzaqlaşmaq istəyir. Qaçmaq istəyir, getmək istəyir... Bax, məndə eynən belə idim indi. Niyə belə olurdu? Ağsuda uniyə hazırlaşa bilməzdinmi? Əgər orda hazırlaşsaydım, bura gəlməmiş olacaqdım. Bakını bir nağıl kimi görürüdüm. Nağıllarda eynen belə idi. Bir var idi... Bir yox... İndi bu yuxudan ayılmaq mənə çətin gəlirdi. Ayıltmalı idim özümü. Nə qədər canımın yanacağını bilsəmdə etməli idim. Əsəbi bir şəkildə gözünü saata dikən Renata baxdım. Tək kəlimə belə etmədən, dərindən nəfəs alaraq divardan aslı olan saata baxırdı. Bir söz deməyədə, qorxurdum...

"Renat" dedim səsmin ən zəif tonunda.

Gözlərini saatdan çəkərək, mənə baxdı. Bu baxış, işlərin yolunda getmədiyindən xəbər verirdi...

"Röyalı harda görsən qaç"deyərək ayağa qalxdı.

Niyə qaçırdı axı? Niyə bir söz demirdi mənə? Onun ayağa qalxdığını görərək məndə ayağa qalxıb, sağ qolundan tutaraq qarşısına keçdim. Gözü qolunda olan əlimə taxıldıqda, əlimi tez bir şəkildə çəkib "Renat mənə bir sey deməmiş, bu evdən çıxıb gedə bilmərsən"dedim. Gözlərini yumduğunu gördüm. Gözlərini yumması, əsəbinə görə idi... Göz qapaqları titrəyirdi. Nəfəs alışı, daha da dərinlənmişdi...

Gözlərini açıb təkrar mənə baxdıqda "Bax, biz əvvəl hamımız bir birimiz ilə yaxın olmuşuq. Eyni məhlədə böyümüşük... Sonra isə böyüdükcə, hisslərimiz, duyğularımız dəyişildi... Onun üçündə Fəqan, Malik, Səyidə məni secdi... Qalan O, 3 qız və tanımadığın Arif isə Röyalı secdi. Bildiyin, bölündük... Çünki, Röyal ilə mən yola gedə bilmirdim... Niyə yola gedə bilmirdim? Böyüdükcə iyrəncləşirdilər... Görürəmki mən həyatıma onları başdan almaqla səhv secim etmişəm. Fəqanda ondan geri qalmır... Röyal çox ağıllıdı... Beyninə qoyduğu hər şeyi edir... Sənidə beynindən çıxartmayıb... Səni narahat etməsinə icazə vermərəm. Mən səni çox sevirəm İlknur... Mən səni hər seydən çox sevirəm..."dedi.


İndi itmiş puzzle parçaları yerini tapmışdı. İndi mənə hər sey aydın olmuşdu. Məni çox sevirdi... Sevirdi... Mən hec nədən qorxmurdum... Mənim yanımda Qəmzəli vardı! Qəmzəsini sevdiyim adam vardı! Susdum... Susqunluğumla ona anidən sarıldım. Möhkəmcə qucaqlayıb, çəkinmədən qoxusunu içimə çəkdim. Onun o sözlərinə yalnız belə qarşılıq verə bilərdim. Onunda əlləri məni möhkəmcə sardıqda, xatırladım... Mən bu hissləri hardasa, hiss edib, yaşamışdım... Yad deyildi, mənə bu duyğular. İndi başa düşmüşdüm. Özümə görə deyil, onun üçün qorxuğumda anladım... Onu sevirdim... Sevirdim ... Sevgidən başqası, deyildi hiss etdiyim bu duyğu. Ondan ayrılıb ona içdən gülümsədim. İçimdə olan eşq tumrucuqlarını ona deyəcəkdim.

"Məndə..."dedim utanaraq.

Aradan dəqiqələr keçdikdən sonra, Renat nə dediyimi başa düşməmişdi. Gözlərini məndən qaçırdıb "Nəyi?"dedi. Nəyi olacaq, qəmzəli... Səni sevdiyimi... Gecdə olsa başa düşdüm... İçimdə yaranmış olan bu qorxu sayəsində bunu başa düşə bildim. Ona nəsə olsa, mən yaşaya bilməzdim. Onunla yola getməməyimizim səbəbi bu idi. Çünki, bir tərəfim onu sevirdi... Mənim sol tərəfim, onu çox sevirdi... İnsan ən çox sevdiyi insana küsər... Ən çox, onunla dava edər...

"Qəmzəli, nəyi ola bilər səncə?"dedim.

Cavabını özü tapamasını istəyirdim. O üzündə yaranan ifadəni görmək üçün, səbirsizlənirdim hətda... Mən evləndiyim insanı sevirdim. Məni Bakıda yalnız, Renat gözləyirmiş. İçimdə uçuşan, kəpənəkləri sizə necə izah edim indi? Eşq idi bunun adı...

Renat "İlknur, tapmaca vaxtıdı?" dedikdə güldüm.

"Ən son nə dediyini xatırla başa düşəcəksən" dedim gülüşümü üzümdən silib.

"Ən soonn" deyərək düşünməyə başladı.

"Səni çox sevdiyimi demişdim" deyib susdu.

O an, gülümsündüm yenə... Sanki, yeni dərk edirmiş kimi "Səndə, məndə dedin. İlknur nə demək istəyirsən sən?"dedi daralaraq.

Mənə hər zaman başa düşmədiyini deyirdi. Amma özü məndən daha çox başa düşmürdü.

"Yəni, deyirəmki məndə səni çox sevirəm qəmzəli... Məndə səniii"dedim böyük sevincim ilə.

İnana bilmirdim bu sözü ona demişdim. Ani verdiyim qərar ilə ona sevdiyimi açıqlamışdım. Renatdan şokdan çıxa bilməyib "İlknur, zarafat etmirsənki? Bax əgər bu bir zarafat olsa"deyərəkən ona yaxınlaşıb, dodaqlarına yapışdım. Dodaqlarımız bir birini tapdıqda utanc hissi ilə ondan ayrıldım. Üzündə yaranan, xəfif bir təbəssüm ilə gözlərini yumaraq, alınını alınma yasladı.

"Mən bu anı aylardı gözləyirəm... İnana bilmirəm"dedi titrək səs tonu ilə. Səsinin titrəyişi, içimin üşüməsinə səbəb olmuşdu. Bizim ruhumuz idi bir - birinə aşiq olan... Başqa insanlarda sərf etdiyim, duyğu, bu dəfə düzgün bir insanda idi. Alınını alınmdan çəkib, üzümə böyük bir heyranlıqla baxaraq, alnıma düşən sac tellərimi qulaq ardına verib "Mavi tavana, narıncı divara, bizim sevgimiz çox gözəl yaraşacaq"dedi.

Onu sevməyimə, daha bir səbəb... "Səni çox sevirəm qəmzəli... Qəzmələrindən məni məhrum etmə"deyərək işarət barmağımı qəmzəsinə yaxınlaşdırdım. Bu dəfə bu qəmzəyə, qorxmadan tozunurdum... Üzündə olan əlimdən tutub, əlimi dodağına gətirərək, ovuc içimə bir öpüş qondurdu.

"Bu bir eşq etirafıdı... Əgər bu yuxudusa, məni bu yuxudan hec vaxt ayılma... Bu yuxu mənim sonsuzluğum olsun. Sənin üçün mübarizə apardığıma dəydi... Həyatıma girməyinə icazə verdiyim, ən düzgün insansan... Çünki, mənə bu hissləri yaşadan sən oldun. Bizi hec nə ayıra bilməz. Bizi hec kim yıxa bilməz" dedi. Daha sonra mənə yenidən sarıldı. Bəlkədə, başqa vaxtsa desəydim, bu qədər asand olmayacaqdı mənə. Amma doğru vaxtda, doğru zamanda, doğru insanda yaşanan bu hisslər çox özəl və doğmaydı mənə. Onun istəyi mən, mənim istəyim isə O idi... Çünki, biz başqaydıq. Həmd, çox başqa...

Bölüm Sonu...

Müəllif: Goncha
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 5 285
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri