Bir cüt qanad (4-cü bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 2 698
Səs ver:
(səs: 0)
Arxama belə baxmadan qaçırdım. Düzü, bunda Emmanuelin məni öz arxasınca dartmasının da böyük köməyi var idi, çünki belə bir sürətlə qaçmağım sadəcə mümkünsüz idi.
Qarşıdakı yoldan sola döndük və parkın içi ilə qaçmağa başladıq. Ara-sıra geriyə baxdıqda həmin adamların bizə çatmaq üçün can atdıqlarının şahidi olurdum və bunu bacarırdılar da. Sadəcə bir neçə addımlıq məsafə qalmışdı, desəm, yanılmazdım. Parkdan çıxaraq sürətlə hərəkət edən maşınların arası ilə dayanmadan yolu keçdik. Adamlardan qaçarkən yolda maşın vurmasından dünyamızı dəyişməyi heç istəməzdim, ona görə Tanrıya dua etməyə başladım və çox sağ olsun ki, səsimi eşitmişdi. Yolu keçdikdən sonra Emm dayandı. Bu qaçışın mələyi yormadığını bilirdim, ancaq dayanmasının əsas səbəbi mən olmalıydım. Çünki qaçmaq üçün taqətim qalmamışdı. Təngnəfəs bir halda əllərimi dizlərimə qoyaraq önə doğru əyildim. Dərindən və tez-tez nəfəs almağa başladım. “ Tələssən, yaxşıdır.” – dedi Emmanuel. “ Artıq çatmaq üzrədirlər.” Arxaya boylandığım zaman artıq onların az öncə keçdiyimiz yolun digər tərəfinə çatdıqlarını gördüm. Nəfəsimi

lazimi qədər ala bilməsəm də, dikəldim və özümü bir yarış meydançasında hiss edərək qaçmağa başladım.
Artıq Emmanuelin evinə çatmağımıza sadəcə iki küçə qalmışdı və qəribə bir şəkildə orada bizi heç bir təhlükənin gözləmədiyinə özümü inandırmışdım. Son dəfə olacağına söz verərək arxaya baxdım. Yorulmaq bilmədən şikarının arxasınca qaçan ac aslan kimi bizi təqib edirdilər. Ancaq gözümü arxamızca qaçanlara düşündüyümdən çox zilləmişdim ki, bir anda ayağım yolun ortasındakı kiçik bir daşa ilişdi. Səndələyərək yıxılmamağa çalışdım, lakin bunun öhdəsindən gələ bilmədim. Ani olaraq qolumdan tutan Emm də gerilədi və vaxt itirmədən əyilib məni qaldırdı. Bu aramızdakı məsafəni kiçiltmişdi. Hətta artıq bizə çatmışdılar.
Emmanuel məni geriyə itələyərək önümə keçdi. “ Dayanmadan evə doğru qaç. Qapıya çatdığın zaman gözlərini yum və içəri gir. Bunların dərsini verib səninlə orada görüşəcəm.” - deyə düşüncələrimə pıçıldadı.
Onu geridə qoyub bir qorxaq kimi qaçmaq istəmirdim. Ancaq əlimdən başqa nə gəlirdi ki? O mələk idi və bu sadəcə bir uşaq oyuncağından başqa heç nə ola bilməzdi bir mələk üçün.
Emmanuel irəli atılaraq ən öndə duran adamın yaxasından tutdu və qarnına bir neçə yumruq ilişdirdikdən sonra bir tük qədər çəkisi varmış kimi adamı başının üzərinə qaldıraraq yerə çırpdı.
“ Sənə qaç, dedim.” Beynimdə əks-səda verən səsi bu dəfə olduqca sərt çıxaraq mənə baxan qırmızı gözlərdən fikrimi yayındırdı. Emm yerə çırpdığı adamın üstünə çıxıb fasiləsiz yumruq zərbələri endirərkən digəri onların yanından keçərək üzərimə hücum çəkdi. Məhz o an beynim mənə qaç əmrini

verdi. Tək gördüyüm Emmanuelin yerdəkini buraxaraq mənə doğru qaçan adamı arxadan tutub özünə tərəf çəkməsi oldu. Sonrasında bir saniyə belə olsa, arxama baxmadan bütün gücümlə qaçmağa başladım.
İki iri binanın arasına keçdim. Mələyin evi buralarda olmalı idi. Həyəcan və qorxunun məni yanıltmadığına inanaraq yoluma davam etdim. Soldakı zibilqablarının yanındakı qapıya yaxınlaşdım. Buranın həmin yer olub –olmadığını düşündüm. Çünki bu gün çölə çıxarkən heç yandakı zibilqablarına fikir verməmişdim. Nə yalan deyim, bir mələyin belə yerdə ev tapması mənə qəribə gəldi, ancaq digər tərəfdən, diqqət çəkməmək üçün yaxşı ideya olduğunu qəbul etdim.
Dəmir qapını özümə tərəf çəkərək açdım və qarşımda yuxarıya doğru çıxan dəmir pilləkanlar peyda oldu. Ancaq belə bir şeylə evdən çıxarkən rast gəlmədiyimə əmin idim. Bir pilləkandan düşsəydim, yəqin ki, bunu xatırlayardım. Həyəcanla arxaya baxaraq kiminsə gəlmədiyindən əmin olduqdan sonra dərindən nəfəs aldım. Ətrafıma baxdım. Həmin yer, həmin binaların arası, açdığım da həmin qapı idi. Ancaq qarşılaşdığım mənzərə tam fərqli idi. Birdən onun dedikləri yadıma düşdü. “ Dayanmadan evə doğru qaç. Qapıya çatdığın zaman gözlərini yum və içəri gir. Bunların dərsini verib səninlə orada görüşəcəm.”
Eynilə dediyi kimi etdim. Gözlərimi yumdum. Əlimi uzadaraq qapını yenidən özümə doğru çəkdim və gözlərimi açmadan bir addım ataraq içəri girdim. Arxamca qapını bağladıqdan sonra gözlərimi açdım.
“ Təşəkkürlər, Tanrım.” Emmanuelin evində idim. Amma
Emmanuel? “ Tanrım, ona yardım et.”

Dırnaqlarımı yeyərək ayaqlarımı qucaqlayıb kresloda oturdum. Əllərim əsirdi. Bütün bu olanlar nə demək idi? Axı onlar kim idilər? Kim olduğunu bilməsəm də, Emmin deyil, mənim arxamca düşdüklərinə əmin idim. Çünki işləri Emmanuellə idisə, o adam mələyin yanından keçərək mənim üzərimə gəlməzdi. Amma məsələ burasındadır ki, onların kim olduqlarına dair ən kiçik bir fikrim belə yox idi. Xatırlamadığım həyatımdan birilərinin olduğunu təxmin etdim, ancaq mənim yaşımda bir qız bunun baş verməsi üçün nə etmiş ola bilərdi ki? Hələ o qırmızı gözlər...
Bir əlim belimdə, digər əlimi isə narahat bir vəziyyətdə saçlarımın arasında gəzdirərkən üç gündən artıq idi ki, duş qəbul etmədiyimin fərqinə vardım. Ancaq hal-hazırda bunu düşünmək istəmirdim. Tək istədiyim qapının açılması və Emmin içəri girməsi idi. Hətta bu baş verərsə, üzərinə atılaraq boynuna sarılmağı belə düşünürdüm. Həm bir mələyə dörd-beş adi insan ( amma insan olmadıqlarına əmin idim) toplusu nə edə bilərdi ki? Dördüncü mərtəbədən tullanaraq heç nə olmamış bir şəkildə düşən mələk, onların öhdəsindən gəlməyə bilərdimi? Əslində Bunların dərsini verib səninlə orada görüşəcəm deyərkən son dərəcə ciddi və özündən əmin idi.
Qapı açıldı.
Yenicə ortalıqda gəzməkdən yorularaq oturduğum yerdən atıldım. Qapıya gözümü dikdim.
“ Tanrım, Emmanuel...” Onu görən kimi heç düşünmədən qaçaraq boynuna sarıldım.
“ Kaş ki, bu tez-tez baş versə...” – pıçıldadı qulağıma özündən razı bir səs tonu ilə.

Özümü sındırmadan dərhal qollarımı doladığım boynundan ayırdım. “ Mən sadəcə... Mənim üzümdən başına nəsə gəlsin, istəməzdim.”
“ Onlar sadəcə qarşılarında kimin olduğundan xəbərsiz idilər.” Yanımdan keçərək düz qaməti ilə iri addımlar ataraq kresloda əyləşdi. Sol əli ilə digər əlini tutmuşdu. Bunu görən kimi dərhal yanına gedib əlinə baxdım. Yaralanmışdı. Bir bıçaq yarasına bənzəyirdi və bildiyiniz adi kəsiklərdən də deyildi. Bir zamanlar filmlərdə gördüyümü xatırladığım tərzdə dərin bir kəsik idi. Buna baxmayaraq mələyin üzündə heç bir ağrı hiss olunmurdu.
“ Yaxşısan?”
“ Adi bir kəsik.”
“ İlk yardım çantası haradadır? Təcili yaranı təmizləyib sarımaq lazımdır. Yoxsa...” Bir anda dəmir pul yerinə düşmüşdü. Qarşımdakı bir mələk idi və nə qədər ciddi görünsə də, bir bıçaq kəsiyi mələk üçün heç bir təhlükə sayılmazdı. “ Bəs sağalma...”
Sözümü kəsərək “ başımın üzərində dayanıb danışmağı kəsən kimi yaram da sağalmağa başlayacaq.” – dedi. “ Sadəcə mələk dərisi insan səsinə qarşı tez reaksiya verir.”
“ Əlbəttə, mən də inandım.” “ Amma mən ciddi idim.”
“ Dəri insan səsinə qarşı necə reaksiya göstərə bilər axı? Yəni mənim səsimi onu qorxutduğunu və buna görə də kəsiyin bitişmədiyini deyirsən?”
Çiyinlərini çəkərək “ zarafat edirdim.” – dedi və buna
inandığıma görə özümdən utandım.
Bu qədər də saf olmağı hər halda yalnız mən bacara bilərdim.

“ Onlar kim idi?”
“ Cəhənnəmə ilk biletlə yola saldıqların kim idi? – deyə soruşsaydın, daha doğru olardı.” – dedi. “ Luciferin sadiq köməkçiləri olan iblislər...”
“ Lucifer və iblisləri...” Köks ötürdüm. “ Necə də dramatik bir vəziyyət...” Bircə bunlar çatmırdı. İndi də Tanrıya qarşı üsyan edərək Cəhənnəmə göndərilən Lucifer çıxmışdı qarşımıza. “ Bəs nə istədiklərini soruşmaq kimi bir ağıllı iş gördünmü?”
“ Ah Qızılsaç, xətrimə dəydin. Əlbəttə... yox.” “ Tanrım...”
“ Soruşmadım, çünki nə istədiklərini bilirdim. Bura
göndərilərkən Uriel mənə xəbərdarlıq etmişdi.”
“ Çox düşüncəli bir hərəkət.” – dedim qəzəblə. Əgər bir gün Uriel qarşıma çıxsaydı, ona nə edəcəyimi düşündüm. Bəlkə də onun üçün ən böyük cəza o quş qanadlarındakı bütün lələkləri bir-bir yerindən qopartmaq olardı, ancaq bunun üçün qarşımda iki mane var idi. Birincisi, Urielin qarşıma çıxacağından şübhəliydim, ikincisi isə, qarşıma çıxsa belə bax, Cənnətdən sırf qanadlarımı qoparasan deyə, gəlmişəm. Bəlkə onda hirsin bir az soyumuş olar deməsini gözləmirdim. “ Və səbəb?”
“ Səbəb...” Dayanaraq işarə barmağını dodaqlarının üzərinə basdırdı. “ Səbəb sənsən, Qızılsaç.”
“ Mən?”
Başını tərpətdi. “ Əslində mələyin tərk etdiyi bədənin.” –
deyə məsələni inanılmaz dərəcədə izah etdi. Çox sağ olsun !!! “ Mələk ruhunun axtarışında olduğunu deyirsən?”
“ Demək olar ki.”
“ Demək olar ki?” Emmanuel, sanki, mənlə oyun oynayırdı
və məni əsəbi bir halda görməkdən ləzzət alırdı. Ancaq çox

təəssüf ki, mən bunun eynisi söyləyə bilməyəcəm. Çünki onun verdiyi hər qısa cavab məni özümdən daha çox çıxardırdı, nə də olsa, hər şeyin bir sərhəddi var idi. Qolundan tutub dartarkən əlimin qan olduğunu gördüm və böyük ehtimal ki, qolunda da əlindəki kəsikdən vardı, ancaq köynəyi üzərini örtdüyü üçün görünmürdü. Ani olaraq yarasına toxunub onun canını ağrıtdığım üçün özümə lənət oxusam da, mələklərin ağrını hiss etmədiyini xatırladım. “ Səndən cavab gözləyirəm. Və inan mənə, tapmaca tapası bir vəziyyətdə deyiləm.”
“ Sakitləş...” – dedi. “ İstədikləri sənsən. Çünki sənə işgəncə edərək baş mələyin sənə pıçıldadıqlarını onlara deməyini və beləliklə dünyada mələklərə qarşı ən güclü silah olan Cənnət bıçağını ələ keçirmək istəyirlər və bu baş verdiyi halda növbə sənin bədəninə çatacaq. Həmin ruhdan istifadə edərək bədənini Cənnətə keçid üçün bir qapıya çevirəcəklər. Bu qapının sayəsində Luciferin başcılığı ilə iblis ordusu Cənnəti darmadağın edib orada hökmranlığa başlayacaqlar. Və bu da anlaya bildiyin qədər bütün kainatın sonuna gətirib çıxarda bilər. Mələklərin olmadığı – hər nə qədər bəzən tək düşündükləri özləri olsa da – və iblislərin başçılıq etdiyi bir dünya düşün.” Bunu düşünməyim üçün susaraq mavi gözlərini qəhvəyi gözlərimə kilidlədi. Bunun qarşılığında eyniylə onun dediyi kimi belə bir dünyanı düşündüm. Fəlakət, xaos, müharibə, aclığın hökm sürdüyü bir dünya. Sadəcə xəyal etməsi belə tüklərimi biz-biz etməyə yetmişdi.
“ Onlardan xilas olmağın bir yolu olmalıdır, ya yox?”
“ Əslində bunun bir yolu var və onu da ilk söhbətimizdə dediyimi xatırlayıram.”

“ Cənnət bıçağı ilə kiçik bir kəsik və sonrasında içimdəki ruhun azadlığa qovuşması. Bunun üçün də mənim Urielin nə dediyini anlamağım və onu sənə deməyim lazımdır.”
“ Görürəm, artıq öyrənməyə başlamısan.”
“ Əlbəttə.” Niyə mən? sualını verib uşaq kimi ağlamaq keçsə də ürəyimdən, bunun əvəzinə mənə daha çox maraqlı gələn bir başqa sualı səsləndirdim. “ Uriel niyə özü gələrək bu yaratdığı zibili təmizləmək zəhmətinə qatlanmır?”
“ Qızılsaç...Uriel dünyaya yenidən endiyi halda etdiklərinin, yəni bir insan bədənini ələ keçirtməsini Tanrının qulağına çatacağından və Cənnətdən qovulacağından qorxur.”

Yazar: Murad Cəfərov
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 698
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri