Bir cüt qanad (8-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 2 132
Səs ver:
(səs: 1)
Anam ayın parlaq işığı altında süni işıqlarla bəzədilmiş küçə ilə evə doğru sürürdü maşını. Evə çatmaq üçün tələssə də, olduqca xoşbəxt görünürdü. Bu gün olanlardan sonra evdən çıxmaq istəmirdi, lakin atamla onu güclə razı sala bilmişdik. Çünki hər Milad bayramında şəhər mərkəzindəki şənliyə qatılmaq bizdə bir adət halını almışdı. Lakin bu dəfə bir fərq var idi, atam yanımızda deyildi. Səhər evin qarşısındakı qarı təmizləyərkən yıxılaraq ayağını qırmışdı ki, anamın evdən çıxmaq istəməməsinin də səbəbi məhz bu idi.
Axşama doğru atamın ağrıları artmağa başlamışdı. Ancaq həkimin yazdığı sakitləşdiricini bir şərt qarşılığında qəbul edəcəkdi – anamın bu il də adətimiz üzrə şənliyə qatılması qarşılığında. Düzü, anam ilk başlarda buna razı olmasa da, atamın sakitləşdiriciləri qəbul etməyəcəyi fikrindən daşınmadığını görüb razı olmuşdu. Və bununla da atamı bir neçə saatlıq ağrılardan yuxu ilə azad edib evdən çıxmışdıq.
İndi isə atam oyanmazdan əvvəl evə çata bilmək üçün şənlikdən bir az tez qayıtmışdıq. Buna baxmayaraq kifayət qədər əylənmişdik.

Qarşıdakı döngədən dönüb küçəmizə daxil olarkən hər tərəfin parlaq qırmız işıqla aydınlandığını gördük. İlk öncə bunun sadəcə adi bir işıq olduğunu düşündük, nə də olsa, Milad bayramında idik. Lakin daha irəli getdikcə görüntü biraz da dəqiqləşdi. Bu, bir Milad işığından daha artıq idi. Bu bir...
Bu bir yanğın idi.
Həm də bizim evdə.
“ Ana...” – qışqırdım qorxuma qalib gələ bilməyərək. Anam titrəyən əlləri ilə özünü cilovlamağa çalışsa da, bunu bacara bilmirdi. Dərhal maşını yolun ortasında saxlayıb qaçaraq evə yaxınlaşdı. Yanğın göründüyündən də güclü idi. Evi, demək olar ki, öz ağuşuna almışdı.
“ Daniel...” Anam evin ətrafına toplaşıb əllərindəki su dolu vedrələrlə alovları söndürməyə çalışanları aralayıb özünü alovların içərisinə atdı. “ Daniel.” Dərhal qaçaraq onu saxladım. “ Atan, o içəridədir. Burax məni.” Onu saxlamağa gücum çatmırdı. Bunu görən tamaşaçılar hərəkətə gələrək anamı tutub saxladılar. Lakin anam olduqca inadçı çıxmışdı. Uzaqdan eşidilən yanğınsöndürən maşınların səsinə qulaq asmadan özümü içəri atıb atamı xilas etmək üçün irəli tullandım. İri alovların arasından içəri yenicə girmişdim ki, yuxarıdan tökülən iri taxtalardan canımı güclə qutarıb çölə çıxdım. Anam dərhal yanıma gəlib məni qucaqladı. “ Yaxşısan?” – soruşdu. Tüstüdən boğularaq öskürdüm. Başımı tərpədərək içəri girməyin bir yolunu axtarırdım ki, yanğınsöndürən maşınlar hər zamankı kimi vaxtında çatmalı olduqları yerə gecikmişdilər. Dərhal maşından düşüb işə başladılar.
Ətrafdan qopan qışqırıq səsləri arasında anamı
sakitləşdirməyə çalışarkən qarşımda yanmaqda olan evə baxan

bacımı gördüm. Yanımdakılara anamı tapşırıb qorxan bacıma yaxınlaşdım. Onu qucağıma alaraq bağrıma basıb ağladım. Yanğınsöndürənlər gələn kimi işə başlasalar da, evin yarıdan çoxu külə dönmüşdü. Və atamı düşünmək belə istəmirdim.
“ Tanrım, yalvarıram, mənə kömək et. Ev cəhənnəmə, amma atama heç nə olmasın. Xahiş edirəm səndən, səsimi eşit...”
“ Sən sadəcə hə de.” – deyə bir səs eşitdim. Dərhal başımı qaldırıb səs-küy arasından bunu kimin dediyini tapmağa çalışdım. Lakin alınmadı. Hər kəs yanğına, özündən getmiş anama baxırdı. “ Sadəcə hə de.” Yenidən o səsi eşitdim. Amma səs, sanki, beynimdə idi. Deyəsən, hadisənin təsirindən ağlımı itirirdim.
“ Sən kimsən?” – qışqırdım.
“ Sənin istəyini yerinə yetirəcəm, amma qarşılığında səndən istədiyimi qəbul et.” Mənimlə danışanın kim, ya da nə olması məni maraqlandırmırdı. Atamı xilas etdiyi təqdirdə, dediyi hər şeyi etməyə hazır idim. “ Razıyam.” – dedim. “ Nə istəyirsənsə, sənə cavabım hə-dir. Amma atamı xilas et.”
Bunu dediyim zaman birdən ətrafı parlaq bir işıq bürüdü. Hətta bu işığı yalnızca mənim gördüyümdən belə əmin idim. Gözlərimi qıyaraq atamın xilas olub-olmadığını görməyə can atsam da, heç nə alınmadı. Və birdən həmin parlaq işıq bir tüstü kimi süzülərək içimə daxil olmağa başladı. İçimdə yaranan qəribə bir hiss ilə göz qapaqlarım bağlanaraq yerə sərildim.

Gözlərimi qan-tər içində yatağımda açdım. Bir müddət önümdəki boş divara baxaraq dayandım. Sonra ətrafıma nəzər

yetirməyə başladım. Emmanuelin evində - otağımda idim. Bu gördüklərim isə yuxuydu.
Yox, əslində bir yuxudan artıq olduğunu bilirdim. Bunlar mənim başıma gələnlər idi. Bunlar mənim həyatım, mənim keçmişim, mənim unutduqlarım idi. Yanımdakı kiçik dolabın üzərindəki stəkanı götürüb suyu başıma çəkdim. Bir neçə dəfə dərindən nəfəs alıb özümə gəldim.
Artıq xatırlayırdım. Adımı, ailəmi, yaşadığımız evi, keçmişimi – bir sözlə, hər şeyi xatırlayırdım. Dərhal yerimdən çıxıb evə, ailəmin yanına getmək üçün dolabdan paltarlarımı çıxatdım. Lakin Emmanuelin dedikləri yadıma düşdü. Oraya gedərək ailəmi, sevdiklərimi təhlükəyə ata bilərdim. Arxamca düşən iblislər onlara zərər yetirə bilərdilər.
Ya bu belə deyildisə? Ya Emmanuel sırf buradan, onun yanından çıxıb getməməyim üçün bunu uydurmuşdusa?
“ Tanrım, yalvarıram, mənə yol göstər.”
Qapı açılaraq Emm içəri girdi. “ Səni eşitmədiyi halda öz Tanrınla danışmağını anlamıram.” – dedi. “ Həm ondan nə kömək istəyirsən?”
Ona hər şeyi demək üçün ağzımı açmağa hazırlaşmışdım ki, bundan imtina etdim. Bu dəfə bacaracağıma ümid edərək düşüncələrimin ətrafına hər zamankından daha qalın və hündür bir sərhəd çəkdim. Bunun işə yarayıb-yaramadığını öyrənmək üçün “eybəcər donuz balasına bənzəyən özündən razı axmaq”- deyə onu söydüm və buna qarşılıq verməsi üçün bir az gözlədim.
“ Yaraşıqlı olduğumu bilirəm, amma bu bütün günü mənə gözünü zilləməlisən demək deyil.” – tərslədi və bu bacardığıma bir işarə idi. Əks halda Emmanuel dediklərimi eşidib belə sakit dayanmazdı. “ İndi hazırlaş, döyüş texnikalarımız üzərində bir

az daha məşğul olmalıyıq. Gücünü idarə etməyi öyrənməlisən.” Otaqdan çıxdı. “ Yadıma düşmüşkən, Urielin göstərdiklərindən bir xəbər varmı? O bıcağın yerini öyrənə bildin? Bilirsən, bu nə qədər tez baş versə, bir-birimizdən bir o qədər tez xilas olacağıq.”
“ İnan ki, bunun üçün bütün gücümlə çalışıram.”

Yazar: Murad Cəfərov
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 132
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri