Bir cüt qanad (9-cu bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 2 107
Səs ver:
(səs: 1)
Emmanuel sinəmdən tutaraq məni özünə çəkdi. Qarnımdan yumruq vurmağa hazırlaşarkən dirsəyimlə yumruğunun istiqamətini dəyişib burnunun üzərinə zərbə endirdim. Burnundan qırmızı maye axaraq geri büdrədi Emm.
Əli ilə qanayan burnunu silib “ gücünü ortaya çıxartmağı artıq öyrənmisən.” – dedi.
“ Sənin öhdəndən gələ bildiyimə görə...”
“ Çox göylərə qalxma, Qızılsaç.” – sözümü kəsdi. “ Qarşına çıxacaq iblislər sayca məndən çox və təcrübəli belə ola bilər.”
Çiynimi özümdən razı bir ifadə ilə tərpətdim. “ Onların da öhdəsindən gələrəm.” İlk dəfə idi ki, özümü belə güclü hiss edirdim.
Urielin bədənimi tərk edərkən geridə qoyduqları, üç həftəyə yaxın müddət ərzində öyrəndiyim qaçış və döyüş dərsləri sayəsində baş mələyin axmaq tapmacasını həll edənə qədər özümü müdafiə edə biləcəkdim. Bunlar bir yana, məni ən çox düşündürən yuxu idi. Onu gördüyümdən bəri artıq 2 həftədən çox vaxt keçmişdi. Və mən hələ də nə edəcəyimi bilmirdim.
Görəsən, ailəm indi nə edirdi? İtgin düşdüyüm gündən bəri məni axtarmağa başlamışdılar? Polislərə xəbər verib üzərində

mənim şəklim olan elanları hər yerə yapışdırmışdılar? Əlbəttə, etmişdilər. Lakin iki aydan çox vaxt keçmişdi. Mənim hələ də sağ olduğuma ümid edirdilər? Hələ də məni gözləyirdilər? Yoxsa öldüyümü düşünüb çoxdan yas tutmağa başlamışdılar?
Bəs atam? Onun sonu necə olmuşdu? Mələk mənim bədənimə daxil olarkən verdiyi sözü tutmuşdu? Atamın həyatını xilas edə bilmişdi?
“ Səyahət haradır?” Siqnal səsi ilə yerimdən atıldım. Emmanuelin baxışlarını üzərimdə görüb artıq maşında olduğumuzu anladım. Nə zaman meşədən çıxdığımızı belə xatırlamırdım. “ Hər şey qaydasındadır?”
Üzümə düşən bir tutam saçı qulağımın arxasına atdım. “ Yaxşıyam.”
“ Olduqca həyəcanlı görünürsən.” – dedi. “ Qəribəsi isə nə düşündüyünü oxuya bilmirəm.” Zəfər gülümsəməsi ilə ona baxmağa davam etdim. “ Yoxsa artıq onları gizlətməyi öyrənmisən?” Başımı tərpədərək təsdiqlədim. “ Bəs mənə deməyi nə vaxt düşünürdün?”
“ Bunu sənə deyiləcək bir hal olmadığını düşünürdüm, doğrusu.”
“ Əla.” Emmanuel qəfl əyləcə basaraq maşını saxladı. “ Başqa bilməli olduğum nəsə varmı? Urielin sənə göstərdikləri ilə ya da sənin yaddaşınla bağlı?”
Hər şeyi xatırladığımı demək, yuxunu ona danışmaq istədim. Ancaq dərhal bu fikrimin üstündən xətt çəkdim. “ Başqa heç nə.” Maşından düşərək gözlərimi yumub dəmir qapını açdım. Binanın girişi Emmanuelin evinə dönüşən zaman içəri daxil oldum.
Təmiz paltar və dəsmal götürüb birbaşa hamama keçdim. İsti suyu açaraq altına girdim. Suyun bədənimə hər təması ilə

düşüncələrim azadlığa qovuşdu, sanki. Yuxumu və nə qərar verəcəyimi bir daha düşündüm.
Və qərarımı verdim.
Hamamdan çıxar-çıxmaz mətbəxə keçib vaxt itirmədən bir hamburger hazırladım. Emmanuelin də ətraflarda olmamasından yararlanıb qarnımı doyuzdurduqdan sonra pencəklə çantamı götürüb evdən çıxdım.
Olduğumuz yerden evimizə beş saatlıq məsafə var idi. İlk öncə metro, ya da avtobusdan istifadə etmək istədim, lakin cibimde qara qəpiyin belə olmadığını xatırladım. Ən yaxşısı bir taksi idi. Pulum olmasa belə, çatdığım zaman anam , əgər xilas ola bilmişdisə, atam ödəyəcəkdi. Əslində ailəmin hələ də o evdə yaşayıb-yaşamadığını belə bilmirdim. Xatırladığım qədər yanğın çox güclüydü və evin böyük bir qismi artıq külə dönmüşdü, bu halda orada yaşamaq, çox güman ki, mümkünsüz idi.
Əsas yola çıxıb Emmanuelin məni görməməsini dua edərək tez bir taksi saxlatdım. Bildiyim ünvanı verib arxaya söykəndim. Nə də olsa, qonşulardan yeni ünvanımızı bilən olacaqdı.
Günəş bir neçə aylıq hakimiyyəti ələ alsa da, hökmranlıq taxtına hələ yeni yerləşirdi. Qışın öz soyuğunu götürərək buraları tərk etmək niyyəti yox idi. Sərin yaz havasının içəri dolması üçün pəncərəni azacıq açdım. Uzun müddət Uriel, sonra isə Emmanuel tərəfindən idarə olunduqdan sonra tək başıma hərəkət etdiyimə inana bilmirdim. Bu mənə çox qəribə gəlirdi. Üzərimdən bir yük qalxmışdı, sanki. Özümü ola bildiyim qədər yüngül və rahat hiss edirdim. İblislər və içimdəki mələkdən geri qalanlar belə ağlımdan çıxmışdı. Əvvəllər olduğu kimi normal bir gənc qız idim.

“ Buyurun, xanım.” Sürücü maşını saxlayaraq arxaya boylandı. “ Dediyiniz ünvana gəldik.”
Pəncərədən ətrafa baxdım. “ Bir neçə dəqiqə gözləyə
bilərsiz?”
“ Mənim üçün xoşdur, amma sayğacın işlədiyini xatırlatmaq
istərdim.”
“ Narahat olmayın.” – deyib taksidən düşdüm. Bu küçə mənə tanış idi. Evləri, yolları – hər şeyi tanıyırdım. Hətta ağaclar belə mənə əziz gəlirdi. Uşaqlığımın keçdiyi həmin yerdə idim. Yalnızca bir fərq var idi – evimiz.
Evimizin yerində kiçik bir uşaq parkı salınmışdı. Hər halından yeni olduğu seçilirdi. Görünür, ailəm artıq başqa yerdə yaşayırdı. Amma harada? Əlimdə heç bir məlumat olmadığı halda, onları necə tapacaqdım? Sonunda hər şeyi xatırlamışkən onlardan yenə ayrı düşə bilməzdim.
Sürücüyə bir az daha gözləməsini bildirib əvvəllər evimizə qonşu olan digər qapıya üz tutdum. Ailəmin hara köçdüyünü bilən biri var idisə, o da xanım Nora idi. Onların evinə yaxınlaşıb içimdəki cəsarəti üzə çıxararaq qapını döydüm. Sanki, qapının qarşısında onun döyülməyini gözləyirmiş kimi, dərhal qapını açdı.
“ Salam, xanım Nora.” Gülümsədim.
Dərhal məni tanıyaraq qucaqladı. “ Clara...sən haralarda
idin? Tanrım...”
Onu özümdən güclə və bacardığım qədər nəzakətli bir şəkildə ayırdım. “ Bir az qəliz məsələdir.” – dedim. “ Mən əslində ailəmin hara köçdüyünü...”
“ Əlbəttə.” Yandakı parka baxarkən gənc bir qadın qucağındakı balaca oğlu ilə parka daxil oldu. “ Sizin ev yanğından sonra yenidən təmir edilə bilməyəcək bir vəziyyətdə

idi. Buna görə və bir də...” Dayandı. Başını aşağı salaraq səs tonunu azaltdı. “ ... atanın vəfatından sonra Maria balaca bacınla buradan köçməli oldu.”
Atamın vəfatı... Lənətə gəlmiş Uriel onu xilas edə
bilməmişdi...
Özümü güclü göstərməyə çalışaraq “ yeni ünvanı bilirsən?”
– deyə soruşdum.
“ Dörd küçə aşağı.” – dedi. “ 567A – ağ qapı.”
Təşəkkür edib oradan uzaqlaşmaq istəyirdim ki, ağ rəngli bir Toyota avtomobili qapının qarşısında dayandı. “ Oğlumdur.” – dedi xanım Nora. “ Bilirsən, atası ilə birlikdə idi və keçən ay atası xəstəlik üzündən dünyasını dəyişdiyi üçün mənim yanıma gəldi.” Xanım Noranın gözlərinin içi sevincdən parıldayırdı. “ Salam, Lucas...”
Lucas? Arxaya döndüyüm zaman “dünya olduqca kiçikdir” cümləsinin bir daha şahidi oldum. Bir neçə həftə öncəki “Gecənin Mələkləri” qrupunun solisti həmin oğlan idi. Gözündəki gün eynəyini yuxarı qaldırıb saman sarısı saçına yerləşdirdiyi zaman yaşılın ən gözəl tonunda olan gözləri ortaya çıxdı. “ Clara? Clara Pedersen?”
Uzatdığı əlini sıxdım. “ Artıq qarşılaşmısınız?” – soruşdu xanım Nora.
“ İfa etdiyim gecələrin birində tanış olmuşduq.” – cavabladı
Lucas məni gözləmədən.
Bura niyə gəldiyimi xatırladım gözümü Lucasdan çəkməyi bacararaq. “ Elə isə gec olmadan mən gedim.” – dedim. “ Çox sağ olun, xanım Nora.”
“ İstəsən, Lucas səni apara bilər.”
“ Əlbəttə.” – gülümsədi Lucas, xanım Noraya baxıb. “ İcazə
versən, səni gedəcəyin yerə qədər apara bilərəm.”

Bir insan necə bu qədər nəzakətli ola bilərdı axı? Emmanuelin ondan dərs almağa ehtiyacı var idi, həm də tez bir zamanda. “ Amma taksi...” – deyə məni gözləyən maşını işarə etdim.
“ Onu yola salaram. Sən narahat olma.” Pulum olmadığını anlamışdı. Sanki, üzümdə yaranan ifadə pulum yoxdur- deyə qışqırıb bağırırdı.
Lucas taksinin pulunu verib onu yola saldıqdan sonra geri qayıtdı. “ Gedə bilərik?”
Qızılı saçlarımı düzəltdim. “ Hər şey üçün çox sağ olun, xanım Nora.” Onunla sağollaşdım. Lucas məndən qabaq gələrək oturmağım üçün qapını açdı və ardımca örtüb öz yerinə keçdi.
“ Səni haradasa gördüyümü bilirdim, amma o möhtəşəm uşaqlıq illərimin ən yaxın dostu olduğunu təxmin edə bilməzdim.”
“ Bir də mənə de.” – güldüm. “ İllər sonra səni gördüyümə
inana bilmirəm.”
“ Məntiqi cəhətdən görüşməmiz bir neçə həftə öncə idi, amma haqlısan. Bilirsən, anamla atam ayrılandan sonra məni atama verdilər. Anamın içki xəstəsi olduğunu, yəqin ki, xatırlayırsan. Sonra da atam, nə qədər soruşsam da, anamın harada olduğunu demədi. Yəni, altı yaşında idim.” Əlini havada yellədib gülümsədi. “ Atam vəfat etdikdən sonra anamın harada yaşadığını öyrəndim və... Belə...” – dedi. “ Sənin hekayən nədir?”
Güldüm istehza ilə. Atamın ayağı qırıldığı üçün onun ağrılarını azaltmaq məqsədi ilə sakitləşdirici verdik. Sonra anam və bacımla şəhərin mərkəzindəki şənliyə qatıldıq. Qayıdarkən evimizin yandığını gördük. Atam da içəridə idi.

Tanrıya onu xilas etməsi üçün dua edərkən şansım üzümə güldü və bir Baş mələk səsimə cavab verdi. Razılığım ilə bədənimə daxil oldu, ancaq verdiyi sözü tutub atamı xilas edə bilmədi. Bir aydan çox bədənimin idarəsi ona aid bir şəkildə yaşadım. Gözümü bir parkda açıb dəlixanaya yatızdırıldım. Baş mələyin göndərdiyi biri tərəfindən içimdəki ruhu azad etmək üçün Cənnət bıçağının axtarışına çıxdım, düzü, hələ də mələyin göstərdiklərini anlamış deyiləm. İtirdiyim yaddaşım, unutduğum keçmişim gördüyüm bir yuxu ilə geri qayıtdı. Və indi isə ailəmin yanına qayıdıram aylar sonra. “ Hər kəsdə olduğu kimi... Eyni şeylər...”
Lucas maşını bir evin qarşısında saxladı. “ Anamın dediyinə görə bura olmalıdır.”
Tələsik maşından düşdüm. “ Çox sağ ol, Lucas.” – dedim səsimdəki həyəcanı gizlədə bilməyərək.
“ Ən qısa zamanda görüşmək üzrə, Clara.” Lucas maşını sürərək uzaqlaşdı.
Bir müddət yolun qırağındaca dayanıb evi izlədim. Əvvəlkindən kiçik idi. Hər yanı kiçik yaşıl kollar və rəngli çiçəklərlə əhatə olunmuşdu. İçəri tez bir zamanda girmək istəsəm də, digər tərəfdən bu vaxtı bacardığım qədər uzatmaq istəyirdim. Çünki onların qarşısına keçib “ mən gəldim, aylar boyu itgin düşmüş qızınız.” – deyə bilməzdim. Amma burada da dayana bilmirdim.
Həyəcandan bir-birinə dolaşan ayaqlarımla sərxoş biri kimi hərəkətə başladım anamın boynuna sarılmaq üçün. Ürəyim heç olmadığı qədər surətlə döyünürdü. Necə nəfəs alındığını belə unutmuşdum. Evin qapısının düz qarşısına keçib dayandım. Bir neçə dəfə dərindən nəfəs alıb-verdim. Olmayan cəsarətimi güclə toplayıb zəngi basdım.

Yazar: Murad Cəfərov
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 107
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri