Bir cüt qanad (15-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 2 233
Səs ver:
(səs: 0)
Saata baxmasam belə, Qızılsaçın evə girməsinin üzərindən uzun müddət keçdiyini anlamaq olurdu. Burada gözləməyimi və geri qayıdacağını demişdi. Məni aldadacağını, ya da yalan dediyini düşünmürdüm. Nə də olsa, onun tərəfində olduğuma əmin idi və bu işdə məndən başqa güvənə biləcəyi başqa biri də yoxuydu.
Yoxsa var idi?
Qapının zəngini basmaq istəsəm də, bu fikri dərhal unutdum. Çünki qapını anası açacağı halda, saysız-hesabsız sual atəşinə tutulacağımı bilirdim və bununla itirəcək bir saniyəm belə yox idi. “ Qızılsaç?” – deyə düşüncələrinə danışdım. “ Qızılsaç, bəxtin gətirib ki, soyuğu hiss etmirəm, yoxsa burada donduğum hər anın hesabını verəsi olacaqdın.” Amma qarşı tərəfdə heç səs yox idi. Bəzən belə hallar baş verirdi, onunla danışdığım halda mənə cavab vermirdi. Ancaq bu dəfə tam fərqliydi. Dediyim heç ona çatmamışdı belə. Qızılsaç, düşüncələrini oxumağımın qarşısını ala bilərdi, ancaq onunla danışmağımın qarşısını ala bilməzdi. Bunun bir yolu olduğunu zənn etmirəm.
“ Qızılsaç?” Yenə cavab gəlmədi. “ Lənət olsun.”

Yeni güclərimdən istifadə edib kiçik bir barmaq hərəkətimlə qapını açdım. Hər tərəf qaranlıq olsa da, çölün işığı və mələk gözlərim sayəsində içərini açıq-aydın görə bilirdim. Axtarışına çıxarkən Qızılsaçın harada və kiminlə yaşadığını, hətta otağının belə hansı olduğunu öyrənmişdim. Düzü, bütün bunlar bir neçə günümü almışdı, amma əvvəlki həyatımda dedektiv olmadığımı nəzərə alsam, bu mənim üçün böyük bir irəliləyiş idi.
Pilləkanlarla yuxarı çıxıb qızın otağına girdim. “ Qızılsaç?” Yığıncaqda spirtli içkidən çox istifadə etdiyini, bunun üçün özündən gedərək yatdığını düşündüm. Çarpayısına yaxınlaşdığım zaman örtüyünün heç pozulmadığını gördüm. Amma qızın çantası çarpayının üzərində, ayaqqabısı isə onun yanındaydı.
Gözlərimi yumaraq güclərimi işə saldım. Digər otaqları gəzmədən evi səyahətə çıxdım. Bu ən çox sevdiyim bacarığım idi. Eyni anda xəyalən bir neçə yerdə ola bilirdim. Qızılsaçı xəstəxanada və burada məhz bu cür tapmışdım.
Qız evdə yox idi. Amma başqa hara gedə bilərdiki?
Otaqdan çıxmağa hazırlaşmışdım ki, çöldən səslərin gəldiyini eşitdim. Dərhal açıq pəncərəyə yaxınlaşıb ehtiyatla aşağı boylandığım zaman üç iblisin orada olduğunu gördüm.
“ Sən aşağıda dayan, mən otağa girib yazını götürəcəm.” –
dedi biri digərinə.
Yazı? Bunun Urielin qıza göstərdiyi həmin yazılar olduğuna əmin idim. Dərhal onu axtarmağa başlamaq istəsəm də, iblisin içəri girməsi an məsələsiydi. Ən yaxşı gizlənmək və iblis həmin yazını tapan kimi hücum edərək onun əlindən almaq idi. Paltar dolabının içinə girib gizləndim. Qapını iblisi görə biləcəyim qədər açıq qoyaraq onu izləməyə başladım.

Pəncərədən içəri daxil olan iblis ətrafa göz gəzdirdi. Sonra əli ilə qoymuş kimi çarpayının yanındakı kiçik dolaba yaxınlaşdı. Siyirtməni açaraq içindən bir vərəq çıxartdı. “ Artıq əlimizdəsən.” – dedi öz-özünə və dönərək otaqdan çıxmaq üçün pəncərəyə yaxınlaşdı.
Hərəkətə keçməyin tam vaxtıdır.
Gizləndiyim dolabdan çıxıb iblisin üzərinə atıldım. İblis qarşı gəlməyə belə imkan tapa bilməmişdi. Onu yerə yıxaraq üzərinə çıxdım və saysız –hesabsız yumruq zərbələrim ilə onu təsirsiz hala salmağa davam etdim.
“ Tələs.” Aşağıdakı iki iblis artıq narahat olmuşdular.
İblisin cibinə yerləşdirdiyi vərəqi götürdüm. “ Artıq mənim əlimdədir.” – deyib son dəfə bir yumruq ilişdirib gəldiyim kimi qapıdan çıxdım. Qızın anasının oyanmaması üçün asta addımlarla aşağı düşüb qapını açdım.
Digər iki iblisi qarşımda gördüyüm zaman geri qayıtmaq istəsəm də, bunu etmədim. İki iblis məni qorxudan deyildi. Vərəqi şalvarımın arxa cibinə qoyub pencəyimi çıxartdım. Döyüş formasını alıb üzərimə gəlmələrini gözlədim.
Qara dərili iblis ilk qurbanım oldu. Atdığı yumruqdan qorunub eynisini qarın boşluğuna vurdum. İblis iki addım geri gedib digəri ilə birlikdə hücuma keçdilər. Digər iblis qara dərilidən daha güclü idi və ona qarşı müdafiə olunarkən çətinlik çəkirdim. Yumruqlarımı daha bərk sıxaraq ayaqlarımı yerə bərkitdim. Qara dərili iblisi böyründən vurduğum bir ayaq zərbəsi ilə zəiflədib dirsəyimlə burnundan bir zərbə ilişdirdim. Belimdən hiss etdiyim ağrı ilə səndələdim və digər iblisi buraxdım. Qara dərili burnunun qanını silib digər iblisin yanında durdu və qəfil ardı-arası kəsilməyən yumruq və təpiklərlə hücuma keçdilər.

Başımı aşağı əyib bir yumruqdan qaçsam da, gözümün altından dəyən yumruqdan xilas ola bilmədim. Digər iblisin mənə tərəf gəlməsini görüb dərhal havaya qalxdım və başının üzərindən tullanaraq arxasına keçdim. Yerə düşən kimi bir təpik ilə belindən vurdum. İblis özünü saxlaya bilməyib yerə yıxıldı və o anda qara dərili iblisin dizindən bir zərbə endirdim. İblis dizinin qırılması ilə yerə yıxılarkən vaxt itirmədən digər iblisin yaxasından tutub üzündə özümə məxsus estetik əməliyat apardım. Artıq tərpənə bilməyəcəyi hala saldıqdan sonra ayağını qırdığım qara dərili iblisi qolundan tutaraq qaldırdım.
Sürüyərək maşınıma doğru aparıb baqaja qoydum. Digər iblislərin özlərinə gəlib arxamca düşməməsi üçün dərhal maşını işə salıb oradan uzaqlaşdım.
Evə çatan kimi maşında ehtiyat halda saxladığım zəncirləri və iblisi götürdüm. Qara dərili iblis hələ də özünə gəlməmişdi və bundan istifadə edib rahat bir şəkildə əlləri ilə ayaqlarını zəncirlə bağladım. Səsi çıxmasın deyə ağzına izolent yapışdırdım.
Hamama keçib üzümün qurumuş qanını sildikdən sonra çirkli paltarlarımı dəyişdim. Vərəqi çıxardaraq baxdım. Bilmədiyim bir dildəki yazıların nə olduğu haqqında düşünmədim, çünki onsuz da bunu anlayan deyildim. İblisə son dəfə nəzarət edib Urielin mənə verdiyi ünvana doğru yol almaq üçün evdən çıxdım.

Artıq günəş çıxmağa başlamışdı və mən ünvana yenicə çatmışdım.
Maşından düşüb kafeyə daxil oldum. Hələ səhər yeni
açıldığı üçün içəridə ik-üç nəfərdən başqa heç kim yox idi.

Pəncərənin qırağındakı masaya keçib əyləşdim. Əlimi qaldırıb birinin masaya yaxınlaşması üçün işarə etdim.
“ Buyurun.” Başımı qaldırdığım zaman axtardığımı görüb sevindim. “ Sən... necə...bu...” İyirmi iki yaşlarında görünən arıq oğlan, uzun saçlarının üzərinə düşdüyü qaşlarını qaldırdı. “ Axı bu necə ola bilər?”
“ Bunların sonraya saxlayaq.” – dedim. “ Urielin salamı var.”
“ Uriel?”
“ Mənə sənin adını Uriel verdi, Ambriel.”
Oğlan ətrafına baxdı, əlindəki sifariş dəftərini masanın üzərinə qoyub qarşımda oturdu. “ Mason.” – dedi. “ Artıq adım Masondur.” Həyəcanlı bir ifadə ilə gözlərini üzərimə dikdi. “ Nə istəyirsən?”
Ona güvənə biləcəyimdən əmin deyildim. Amma Uriel mənə onun adını dediyinə görə Masona etibar edə bilərdim. Cibimə yerləşdirdiyim kağızı çıxardıb oğlana tərəf uzatdım. “ Burada nə yazıldığını bilməliyəm.”
Mason sual dolu baxışları ilə kağıza bir neçə saniyə baxıb əlini uzatdı. Qatlanmış vərəqi açaraq yazını gördüyü zaman gözlərinin hədəqəsi böyüdü. “ Bunu haradan və necə əldə etmisən?”
“ Urielin köməyi ilə.”
“ Tanıdığım Uriel belə bir sirri heç kimə etibar edən deyil.” Gözləmədiyim bir anda masanın üzərindəki yağ bıçaqlarından birini boğazıma dayadı. “ Mənə bunu necə əldə etdiyini danış.” Mənim nə olduğumu bildiyi halda bir yağ bıçağı ilə təhdid etməsi sadəcə gülməli gəlmişdi, ona görə özümü saxlaya bilmədim. “ Onun məni öldürməyəcəyini bilirsən, düzdü, Mason?” – deyə güldüm. Əlimdə bıçağı boğazımdan aralayıb

arxaya söykəndim və ona hər şeyi danışdım. Urieli, Claranı,
iblisləri və bu yazını necə əldə etdiyimi.
“ Bunlar düşündüyün qədər də asan işlər deyil, bilirsən?”
“ Amma bunu etməli olduğumu hər şeydən çox bilirəm və bunu istəyirəm. Əlimdə başqa bir seçim yoxdur.” Kağızı göstərib “ onu oxuyacaqsan, ya yox?”- soruşdum.
“ Tanrının gözündə hər kəs eynidir
Və yalnızca Mələyin əlinə toxunanlar
İstədiyinə sahib ola biləcəklər.”
“ Sənə vərəqdəkini oxu dedim, bir tapmaca istəmədim.”
“ Mən də eynisini etdim.” – dedi Mason. “ Bunu gözləyirdim. Çünki Urielin Cənnət bıçağının yerini birbaşa deməyəciyini bilirdim. Əgər bu iblislərin əlinə düşsə, o zaman onlar ilk öncə mələk dilini oxuya bilməli, sonra isə bu tapmacanı tapmalıdırlar.”
“ Lənət olsun.” Əlimi içimdəki qəzəbdən azad olmaq üçün masaya çırpdım.
Gələn səs kafedə olanların bizə baxmasına səbəb oldu. Ambriel ayağa qalxaraq önlüyünü düzəltdi. “ Hər şey qaydasındadır.” – dedi bizə baxanlara. “ Artıq getsən, yaxşıdır.”
Bu lənətə gəlmiş yerdə qalmağı düşünmürdüm, amma tapmacanın cavabı üçün köməyə eytiyacım var.
Tapmacalara nifrət edirəm.
“ Mənə kömək etməyəcəksən?”
Başını iki yana salladı. “ Urielə sadəcə bir borcum var idi və onu da tərcümə ilə yerinə yetirdim. Qalanı məni maraqlandırmır.”
Qalanı məni maraqlandırmır. Onların səhvlərini düzəltməklə məşğul olan mən, ancaq bu işlə maraqlanmayan

isə onlar. Qəzəbimə qalib gələ bilməyib məndən uzaqlaşan Masonu arxadan tutaraq özümə tərəf çevirdim və gözünün altından bir yumruq ilişdirdim. “ Lənətə gələsiz.” – qışqırdım. “ Hamınız eyni zibilsiz. Ancaq işin gülməli tərəfi bundadır ki, sonda mən də sizin kimi eyni zibil olacam.”
İşcilər dərhal ətrafımıza yığışıb məni ondan ayıraraq çölə çıxartdılar. Üstümü düzəldib kağızın başqalarının əlinə düşməməsi üçün yandırb küllərini küləyin sovurmasını izlədim.
Bıçağın yerini tapmağa bir addım yaxınlaşdığım üçün rahatlaşsam da, Claranın başının bəlada olduğunu və yerini bilmədiyimi xatırladığım zaman içimdə qəribə bir hiss baş qaldırmışdı. Əvvəlki həyatımda bu hiss müxtəlif cür təsvir edilirdi – qorxu, narahatlıq, vicdan əzabı və aşiq olmaq.
Hal-hazırda hanısını yaşadığımı bilməsəm də, sonuncusu olmadığından olduqca əmin idim. İstəyimə nail olmaq üçün ona ehtiyacım var idi.
SADƏCƏ BU QƏDƏR !!!
İndi bundan daha vacib işlərim var idi – tapmacanı tapmaq
kimi, məsələn.
Masonun oxuduqlarını beynimdə bir neçə dəfə təkrarladım. Yenidən və yenidən...
Ancaq heç nə alınmadı. Bunun nə demək olduğunu, lənətə gəlmiş qorxaq Urielin nə demək istədiyini tapa bilməsəm də, cəhdlərimin sayını bir az daha artırdım. Çünki o bıçağa ehtiyacım var idi. Onu ələ keçirdiyim halda qalan hər şey çox sadə olacaqdı.
Bıçağı tapdıqdan sonra evimdə əsir aldığım iblisə şahidi olduğum işgəncələrdən tətbiq edib Qızılsaçın yerini öyərənəcəkdim. Onu xilas etdikdən dərhal sonra isə bıçağın

köməyi ilə qızın bədənində qalmış mələk ruhunu azadlığa qovuşduracaqdım. Və sonra...
Sonra da istədiyimi əldə etmiş olacaqdım.

Yazar: Murad Cəfərov
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 233
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri