Cənnətin ətri (2-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 2 658
Səs ver:
(səs: 0)
Əlli dəqiqə sonra bir vaxt onun xalası qızı, mənim məndən küsmüş sevgilim Nərminlə kirayə tutduğu mənzilin qapısını döydüm. Qapını açanda önümdə sadəcə bir mavi rəng köynək geyinmiş Səidə dayan- mışdı. Köynəyin düymələrindən dördü açıq idi. Nü- mayiş etdirdiyi iri yumru döşləri gözlərimi qamaşdı- rırdı. Köynəyin ətəklərisə onun arxasını güclə örtməyi bacarmışdı. Yeridikcə köynəyin ətəyi yellənir, ətəyin altında yumru yancaqlarına sarılan qara üçkünc tu- manı üzə çıxıb-gizlənirdi. O qapını açdıqda qapının arxasında gizlənmiş, sadəcə başını göstərmişdi. Qon- şuların onu bu halda görmələrini istəmirdi yəqin ki. Evə girib ayaqqabılarımı çıxaranda:
– Bundansa önümə lüt çıxardın da, neynirdin bunu geyinib? – dedim. Sözüm ağzımda qaldı.
– Hə, elə? – deyib köynəyin düymələrini açıb əy- nindən çıxarmağa başladı.
Onun köynəyini soyunduğunu gördüyümdə geri- yə dönüb giriş qapısının bağlı olub-olmadığını bir daha yoxladım. Qapıdan geriyə döndüyümdə əy- nində təkcə qara tumanı qalmışdı. Ürəyimcə olmasa da yalandan:
– Pulu verib qayıtmağı düşünürdüm, – dedim. Səidə mənə tərəf addımlayıb:
– Bəsdi görək, yalançı, – deyib əllərini boynuma sa- rıyaraq yumşaq dodaqlarını dodaqlarıma yapışdırdı və bundan saniyələr sonra yatağa girdik. Mən də soyundum. Onun üzərində etdiyim azacıq hərəkətlərlə çox tərləmişdim, alnımdan tər damcılanırdı, yorğun- luqdan yuxulayırdım...
Ayıldığımda səhər idi və yataqda tək mən idim. Yataqdan qalxıb paltarlarımı geyinərək aynaya yaxın- laşdım. Aynanın önündə bir parça vərəq vardı. Səidə mənim üçün cızma-qara etmişdi. Vərəqi əlimə alıb oxumağa başladım: “Səni oyatmaq istəmədim, pulu cibindən götürmüşəm, universitetə getməliyəm, sağ ol“ yazmışdı.
Əl-üzümü yuyub yeməyə nəsə tapmaq ümidi ilə soyuducunu açdım. Soyuducuda duru yağ, üç yumur- ta, balaca kauçuk qabın dibində bir az da şor var idi. Bunlardan əlavə iki-üç boş banka. “Bu axmaq bunları niyə burda saxlayır ki” – deyə düşünərək çaydanı su ilə doldurub şəbəkəyə qoşdum. Onun kirli corabları, çirkli paltarları səpələnmiş tör-töküntülü evinə göz gəzdirərək çay dəmlədim. Soyuducudan tapdığım azca şoru taxta kimi çörəyə çəkərək səhər yeməyimi yeyib üstündən siqaret yandırdım.
Telefonda saata baxdığımda günorta saat bir idi. Tələsik üst-başımı düzəldərək hazırlanıb evdən çıx- dım. Təbriz küçəsi ilə piyada gəzərək Dillər Universi- tetinin önünə getdim. Saat ikiyə 10 dəqiqə qalırdı. Yo- lun kənarında səki üzərində dayanıb siqaret çəkərək

Nərminin universitetdən çıxmağını gözləyərkən narın yağış yağmağa başladı. Yarpaqlarının ucu sa- ralmış böyük bir ağacın altına keçib siqaretimi so- murmaqda davam etdim. Saat üçə iki dəqiqə işləmiş universitet qapısı önündə tələbələr göründü. Səmada süzən durnalar kimi tələbələr qrup-qrup çıxıb yola düzəldiyində saysız tələbə qələbəliyi içində Nərmini tapmağa çalışır, üzdən üzə keçirdim. Arada gözüm açıq-saçıq geyinən qızlarda qalırdı və gözdən itənə qədər onların arxalarına baxırdım. Qəfil ayılıb qələ- bəlikdə yenidən Nərmini axtarırdım. Hər eynəkli, hər saçını arxadan rezinə keçirmiş qəhvəyi rəng saçı olan qız gördüyümdə ona oxşadırdım, hər hündür boy bir qız gördüyümdə elə bilirdim odu.
Axır ki, gözlərim məni yanıltmadı. Qəhvəyi saçı- nı arxadan at quyruğu kimi yığmış, gözünə böyük çərçivəli eynək taxmış qəmzəli xanım universitet qa- pısından bayıra çıxdı. Onun yanında buruq-buruq saçını yana tökmüş, keçi saqqal saxlayan bir heyvərə vardı. Cinlər beynimdə təbil çalır, sinir damarları yerindən oynayırdı. Əllərimi sıxıb əsəblə dayanmış- dım. Bu vaxt onlar mənə tərəf addımlayırdı. Nərmin məni gördükdə əsəblə gözlərini süzdürərək üzünü yana çevirib yanındakı oğlanla nəsə danışmağa başla- dı. Keçi saqqal heyvərə də Nərmin nə deyirdisə başını aşağı-yuxarı edib səsini çıxarmırdı. Onların mənim yanıma çatmağına bir-iki addım qalmış irəli atıldım, buruq saç oğlanın yaxasından möhkəmcə yapışıb di- vara sıxaraq:
– Bu qoyunbaş kimdi, Nərmin? – deyərək bağır- dım. Elə bu vaxt yaxasından tutduğum, bilmirəm oğ- lanmı, yoxsa qızmı deməli, canlı fəryad çəkib:
– Bu kimdi, ay Nəriş? – deyərək madmuazel əzilib- büzülməsi ilə danışdı.
Nərmin: – Burax onu, – deyə mənə qəzəbləndi.
Ətrafdakı bütün tələbələr bizə baxırdı. Yaxından ötən bəzi qızların “aaa...” səsləri, bəzilərindən “elə bil heyvandır”, bəzilərindən “özünü göstərir“ kimi sözləri bir qulağımdan girib digərindən çıxırdı. Sadə- cə buruq saçın səsini eşitdiyimdən ürəyim yumşaldı, yaxasını buraxıb:
– Bağışla, elə bildim oğl..., heç nə, səni başqası ilə qarışdırdım, – dedim.
Nərmin:
– Gəl gedək, Firuz, gəl, – deyərək buruq saçı dart- dı və mənə: – bir də bura gəlib məni biabır eləmə, – deyərək yanımdan uzaqlaşdı.
Yavaş-yavaş güclənən yağış selinin altında onların yolun qarşı tərəfinə keçərək dayanacağa getməsini və avtobusa qalxıb uzaqlaşmalarını seyr elədim. Saçlarımı islatmış yağış suyu başımdan süzülərək üzümə axır, üzümdən boynuma süzülürdü, mənsə eləcə yerimdə donub qalmışdım. Cibimdən siqaret çıxa- rıb yandıraraq avtobus dayanacağına tərəf getdim. Gic kimi dayanacaqda oturub fikirli halda siqaret çəkir, yolda axan suları sıçradaraq şütüyüb keçən avtomobilləri izləyirdim. Heç nə etmədən on, ya da on beş dəqiqə dayanacaqda oturduqdan sonra avtobusla metroya, ordan da ev istiqamətinə yola düşdüm.
Metrodan çıxdığım vaxt yağış daha da güclənmişdi, binaya girənədək tamam islanmışdım. Evə qayıdıb hamama girdiyimdə isti suyun altında dərin xəyallara daldım. Nərminlə olub-keçən bütün anlar gözümün önündən gəlib keçirdi. İsti duşun altında taxta parça- sı kimi oturmuşdum, sadəcə göz qapaqlarım yumu- lub-açılırdı. Nərminin xalası qızı Səidə ilə tutduğum əmələ it kimi peşman olmuşdum. Bu işin içindən necə çıxacağımı, nə bəhanə uyduracağımı, nə edəcəyimi düşünürdüm.
Nərminin məndən küsməsinə səbəb: bir dəfə Nərmini görmək üçün onların kirayə qaldıqları evə getmişdim, amma o evdə yox idi və xalası qızı Səidə evdə tək idi. Bu hal birinci dəfə deyildi. Nərminə zəng etmədən onlara getdiyim dördüncü hal idi ki, o evdə olmur, hansısa təlimdə, ya da Alman dili kursunda olurdu. Sonuncu dəfə o evdə olmayanda Səidə ilə baş-başa qalmışdıq. Onun sərbəst olduğu və məndən xoşlandığı mənə çoxdan bəlli idi. Onun mənə qarşı hisslərindən istifadə etmək istəyirdim, amma necə edəcəyimi bilmirdim. Həmin gün istəyimə çatdım. Necə oldusa onunla öpüşdüm və sonra da yatağa gir- dik. Evin açarı Nərmində də olduğu üçün onun evə nə zaman girdiyindən heç xəbərimiz olmamışdı. Həmin gün Nərmin bizi yataqda yaxalayıb heç nə demədən ağlayaraq evdən çıxıb getdi...
Mən o zaman Nərmini itirmək istəmirdim. O, Səidənin tayı deyildi, o tamam başqa idi, o mənim üçün ilahidən göndərilmiş bir hədiyyə idi – kimi fikirlərlə yaşayır, – bu hədiyyəni əbədi həyata qədər qəlbimdə, sol tərəfimdə saxlayacağam, – deyə düşü- nürdüm. Onunla bir balışa baş qoymaq, bir yataqda qocalmaq istəyirdim. “Ah Səidə, məni nə hala saldın”
– deyə fikirləşib yenə ürəyimdə Səidəni söydüm. Ha- mamdan çıxıb birbaşa yerimə girərək yatdım.

Yazar: Elmar Şahbazov
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 658
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri