Cənnətin ətri (9-cu bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 2 763
Səs ver:
(səs: 0)
Həmin gün həmişə olduğu kimi Nərmin gah balışı- mı düzəldir, gah su verir, gah da üzümün tərini silirdi. Bunlardan əlavə o gün mənə “Vəba günlərində eşq” kitabından 67 səhifə oxudu. Həyatımda ilk dəfə idi ki, bədii ədəbiyyat oxuyurdum. O da Nərminin vasitəsi ilə. Roman olduqca maraqlı idi, Markes sözlərdən möcüzələr yaratmışdı. Əsərin necə sonluqla bitəcəyini səbirsizliklə gözləyirdim. Bu möcüzə ilə qarşılaşma- mışdan öncə “pullarını gör nəyə xərcləyirlər axmaqlar, kimlərinsə yazdığı cümlələrə”, – deyərək kitabla- rın cansıxıcı, kitab oxuyanlarınsa ağılsız olduqlarını düşünürdüm. Markeslə oxucuların ağıllı, kitabların da maraqlı olduğunu anlamışdım.
Nərmin yanımdan getdikdən sonra anam yenidən otağa qayıtdı. Oturub ana-bala dərdləşdiyimiz bir vaxtı axşam çağı saat 8-də, ya da 9-da Elnur gəldi. O mənim yanıma bəzən gündə, bəzən iki gündən bir gələr, bir saata yaxın söhbət edib gedərdi. O günsə bir xeyli danışıb çərənlədi, getmək bilmirdi. Çənəsi açıl- mışdı sanki, boşboğaz mənim danışmadığımı görüb anamla danışmağa başladı. Əclaf adam durmadan suallar verərək danışmağa belə halı qalmayan yaş- lı anamı əldən salırdı. Onunla danışmaq məni yor- duğundan həmin gecə bir az tez yatmağa müvəffəq olmuşdum. Səhəri gün ziyarətimə Rauf gəldi. O əhvalımı düzəltməkdən, başımı qarışdırmaqdan ötrü hey mənə lağ edirdi. Zarafat edir, özü də gülür, məni də güldürməyi bacarırdı. O bir dəfə otağa girəndə: “Yekə oğlansan, xəstəxanada özünə otaq tapan kimi adam saymırsan, o yumşaq arxanı qaldır, dur bir adamla görüş, tərbiyəsiz”, – demişdi. Bir dəfəsində də oturub söhbət etdiyimiz yerdə: “Dur get çay gətir, di- lim-dodağım quruyub, elə hey çolaq kimi uzanırsan”,
– demişdi. Onun bu sözlərinə o qədər gülmüşdüm ki, bütün bədənimdə ağrılar əmələ gəlmişdi. Rauf həmin gündə:
– Ərindiyindən mərətinə şlanq salmısan, yeyib-içib yerində də işəyirsən, – deyərək üzümü güldürməyi bacardı.
Onun sözlərinə sirkələnərək ürəkdən gülüb:
– Ha-ha-ha. Buna görə çox xoşbəxtəm, gərək bunu pivə içdiyimiz vaxtlar edəydik, daha təcrübəm var, pivə içəndə istifadə eləyəcəm, – dedim.
– Daha qalx ayağa, darıxmışam keçən günlərdən sarı, birlikdə içdiyimiz, gəzdiyimiz vaxtlardan sarı, elə bil nəzər dəydi sənə, nə qədər vaxtdı bu haldasan? Səhv etmirəmsə qəzaya düşdüyün gün, – keçən ayın əvvəlləri idi. İndisə artıq fevralın axırlarıdı. Hardasa bir aydan çox olar? Hə?
– Qırx üç gündü, sən məni demirsən, belim quru- yub bu vəziyyətdə qalmaqdan. Elə istəyirəm ki, bir- iki addım atıb yeriyim. İnşallah yenə ayağa qalxacam, darıxma heç nədən sarı.
– İnşallah, Rasim, inşallah. Daha mən gedim, çox yormaq istəmirəm səni, özüm tez-tez gəlmirəm yanı- na, istəmirəm yorum səni. Mən də bir dəfə qəza ke- çirmişdim, yanıma kimsə gələndə əsəbiləşirdim, gəlib çərənləyib gedirdi, mənim kimi, ha-ha-ha.

– Hə, düz deyirsən, qohumlar gələndə bezirəm, amma sən yox, sən yenə maraqlı bir şeylər danışırsan, narahat etmirsən, narahat olma.
– Yaxşı görək, bəlkə də gedəndən sonra söyürsən ki, bayaqdan rədd ol get də, baş-qulağım xarab oldu. Ha-ha-ha.
– Yox, qardaş canı, elə şey yoxdu, ayıb olar.
– Yaxşı, qardaş, özünə yaxşı bax, daha gecdi, mən gedirəm.
– Necə istəyirsən, özünə yaxşı bax, yenə gözləyirəm. Rauf qapının cəftəsini çəkib, – sağ ol, – deyərək get- di. Onun ardınca anam otağa girdi. Həmişəki yerində,
yatağımın sol tərəfindəki stulda oturdu.
Mən:
– Ana, bir aydan çoxdur ki, yatıram, demək olar ki, bütün qohumlarım yanıma gəlib-gedib, atam xəstə olsa belə yanıma gəldi, sağ olsun, tanışlarım, uzaq qo- humlarım belə ziyarətimə gəliblər, gəl ki, yaxın dos- tum olan insan, o insan ki, məni çox istədiyini deyirdi, o yanıma gəlməyib. Heç zəng edib kefimi soruşmur, gəlməyi bir yana qalsın.
Anam qəhvəyi naxışlı sarı nimdaş yaylığını düzəl- dərək:
– A bala, indi elə zamandı qardaş qardaşı saymır, kimə etibar var axı. Ona görə əhvalını korlama. Təki canın sağ olsun, tezliklə ayağa qalxarsan. Tanıyıram onu? Kimdi bu vaxt ərzində yanına gəlməyən dostun?
– Mənə qan verən qızı deyirəm, ana, Səidəni, – dedim.
Anam dərin bir nəfəs alıb-verərək heç nə demədən susdu. Əhvalının dəyişdiyini hiss etdiyimdən:
– Nə olub, ana, niyə kefin pozuldu? Sən məndən nəsə gizlədirsən? Çoxdandı hiss edirəm bunu, düzü- nü de mənə, nə baş verib? – dedim.
Anam məyus halda başını qaldırıb gözləri yol çəkirmiş kimi tutqun baxışlarını bir nöqtəyə həbs edərək:
– Sən komada olan ikinci gün mən bura gəldim, onda sənə qan verən qız – oturduğu yeri göstərərək – burada oturmuşdu, elə yanıqlı-yanıqlı ağlayırdı ki. O məni görüb ağlaya-ağlaya otaqdan çıxıb getdi, səhəri günü əlində bir zərflə gəlmişdi. Məndən səni göstərib kimin olduğumu soruşdu. Ayaqüstü bir az söhbət et- dik. Sənə qan verdiyini, dostun olduğunu öyrəndim. O zaman mən də özümü pis hiss edirdim, o qız da. Çox söhbət edə bilmədik. Əlində tutduğu zərfi mənə verib gözləri yaşlı çıxıb getdi. Ondan sonra bir də gəlmədi.
Mən anamın sözün yarıda kəsib:
– Nə zərf, hanı? Səndədi? Yanındadı? – soruşdum. Anam ayağa qalxıb pəncərə önünə qoyduğu əl çantasından bir zərf çıxarıb mənə gətirdi. Sonra da ağ- laya-ağlaya otaqdan çıxdı. Səsləsəm də hay verməyib qapını örtüb getdi. Sağalmağa başlayan qollarımı zar- zor qaldırıb zərfi cıraraq içindən məktubu çıxardım. Bir A4 səhifəsinə əllə səliqə ilə yazılmış sözləri oxu- mağa başladım.
***
“Salam, Rasim, sən bunu oxuyursansa dualarım qəbul olub demək ki, sən həyatdasan demək ki. Əgər bunları oxu- yursansa Allahıma yüz dəfə, min dəfə, milyon dəfə şükürlər olsun. Sənin yanına gəlmişdim. Sən yataqda eləcə lal- dinməz yatırdın. Həkimlərdən vəziyyətin barədə soruşdum. Komada olduğunu, ölüm təhlükəsinin uzaqlarda olmadığı- nı, ölmə ehtimalının olduğunu dedilər. Mənə qəti bir fikir söyləyən olmadı. Nə edəcəyimi bilmirəm. Özümü çox pis hiss edirəm. Sənin qəzaya düşməyinin səbəbkarı, günahkarı mənəm. Səni çağırmasa idim, indi ayaq üstə olardın, ba- ğışla buna görə məni. Heç zaman belə olsun istəməzdim. Sanki bütün xoşbəxtliyimi əlimdən alıblar. İndi bircə şeyə görə təskinlik tapıram, o da ürəyinə girməyimə görə. Mənlə sağollaşıb getməyindən az sonra sənə zəng etdim. Telefonu bir qız açıb qəza keçirdiyini, çox qan itirdiyini dedi, deyəsən təcili yardımda idin. O gecə qan qrupunu öyrəndim. Eyni qan qrupuna aid olduğumuzu bilmirdim heç. Həmin gecə məndən qan götürüb sənə köçürdülər. Axır ki, sənin qəlbinə yol tapdım. Sən istəsən də, istəməsən də mən sənin qəlbinə girməyi bacardım daha. İndi mən sənin qəlbindəyəm. Əgər bunları oxuyursansa, çalış bir də özünə yaxşı bax. Qoyma heç barmağın cızılsın, barmağından axacaq hər damla qanda varam mən. Amma bunu bil ki, sən məni yenə tək qoydun. Sən məni əbədi həyatda tək qoydun. Buna görə çox şadam. Mən sənin ölümünə dözə bilməzdim. Səbir edə bilməzdim. Gözümün önündə ölsəydin mən necə yaşaya bilərdim? Sənin də ölümünü görmək istəmirəm, atam belə tərk et- mişdi məni, anamı. Necə dözdüyümü hələ də bilmirəm. Dərdimə yanmağına görə yazmıram bunları. Sadəcə bunu bil ki, sən məni sevməsən də, mən artıq sənin qəlbindəyəm, istəsən də çıxara bilməzsən. Sən mənim qəlbimdə hər za- man vardın, hər vaxt. Səni sevirəm, Həmişə də sevəcəm. Özünə yaxşı bax. Məni heç vaxt unutma. Mənə verdiyin pulları da halal et. Mən sənə haqqımı halal edirəm. Səndən bircə xahişim var. Əgər bunları oxuyursansa xahişimi yerə salma. Bu səndən son istəyimdi. Nərminə məni bağışlama- sını söylə, mənə haqqını halal etsin de. Az öncə ona zəng et- dim. Məni də, səni də bağışlamasını istədim, o məni təhqir edib telefonu söndürdü. Sənin qəzaya düşməyini, koma- da olmağını ona mesajla yazdım. Yazıq qız pərişan olacaq yəqin. Gedərkən belə başını ağrıtmaq istəmirəm. Məndən bu qədər, daha mən bacarmıram, atamın yanına gedirəm. ƏLVİDA, Rasim.” – yazmışdı.

Məktubu oxuduqca əllərim əsir, üzüntüdən quru- yan boğazım göynəyir, gözlərim dolurdu. Göz yaşım süzülüb balışı isladırdı. O məktubu oxuduqca sanki fəza çökürdü, kainat kiçilirdi, ulduzlar sönərək yerə tökülürdü. Sanki dünyadakı hər kəs yox olmuşdu, mən tək-tənha qalıb həsrət çəkirdim. Ürəyim sıxılırdı, zaman, an dayanmışdı. Hər tərəf donmuşdu. Məktub əlimdən sürüşüb yatağa düşdü. Səidə YOX idi artıq. Öpüşüb yatağa girdiyim insan yox idi artıq. Axırıncı dəfə mənə dediyi “çatanda xəbər et” – sözləri otaqda əks-səda edərək bağrımı yarırdı. Soyuq gecədəki öpüş, son öpüşümüz olmuşdu. O həyatımdan bir dəfəlik çıxmışdı. Uzaqlara, çox uzaqlara, məsafələr yetməyəcək qədər uzaqlara getmişdi, əllərim çatmaya- caq sonsuzluğa, nə zaman qovuşacağımı bilmədiyim əbədiyyətə. Düşündükcə parçalanırdım. Fikirlər beynimi yeyir, sancılar sinəmi dəlirdi. Ona dediyim qaba sözləri xatırladıqca əzab çəkirdim. Hər zəng etdiyində söylədiyim: “cəhənnəm ol, məni narahat etmə, bezdirmisən” – kimi sözləri xatırlayıb özümə işgəncə verirdim. Kaş yenə zəng edə, yenə bezdirə idi. Saatlarla, günlərlə danışmağa hazır idim. Kaş belə ol- mayaydı, kaş kaş deməyəydim. Lənət olsun. Hər şeyə lənət olsun, belə həyat olmaz, belə mərhəmətsizlik ol- maz, – deyə Tanrıya gileylənirdim. Bir an – bəlkə bu bir oyundu, quramadı, – deyə düşündüm. Məktubu bitirib acı fikirlərlə qıvrıldığımda anam otağa qayıtdı. Udqunub xırıltılı səslə:
– Ana, Səidə, Səidə... ona nə olub? Hardadı? – deyə soruşdum.
Anam ah çəkib:
– Bala, Səidə sənin dostundu demişdi mənə, mən də Nərmin tanıyar deyə ondan soruşdum, sən içəridə yatmışdın onda, biz xəstəxananın həyətində dolaşır- dıq. Səidə onun xalası qızı imiş demə. Soruşmağıma peşman oldum doğrusu...
Anamın sözünü kəsib:
– Ana, sən Allah day bəsdi, qısası nə olub onu de, ölüb? Özünü öldürüb? – soruşduğumda ana-ba- la gözlərimiz yaşla doldu. Anam yaylığının ucu ilə gözlərini silib, burnunu çəkə-çəkə:
– Özünü asıb, bala, – deyib susdu.
Təkcə anam yox, qapı, pəncərə, divarlar, ağaclar, külək, təbiət, bütün dünya, bütün aləm susdu. Mən də susurdum. Yalnız göz yaşlarım danışırdı. Burnu- mun suyu göz yaşlarıma qarışmışdı. Anam salfet ilə üz-gözümü sildiyində gözü yataqdakı məktuba sataş- dı. Tez onu götürüb bükərək otaqdan çıxdı. Mən onun arxasınca:

– Ana, neynirsən onu? – deyə səslədim. Bir az son- ra anam otağa qayıdıb:
– Yandırdım bala, o qız özün asıb, bəlaya salıb, sən də bəlaya düşmə deyə yandırdım.
– Mən niyə bəlaya düşüm ki?
– Polislər o qızın qaldığı evi axtarıblarmış, bəlkə kimsə öldürüb deyə, heç nə tapa bilməyiblər, mən də qorxumdan o qızın mənə verdiyi məktubdan heç kimə danışmırdım. Ona söz vermişdim deyə sənə verdim. Yoxsa çoxdan yandırmışdım.
– O məktub ondan mənə qalan son xatirə idi.
– Neynək bala, bir şey olmaz, canın salamat olsun.

***
Günlər ötdükcə yavaş-yavaş sağalırdım. Ayaq- larımı gipsdən çıxarıb, yaxında yeriyə biləcəyimi demişdilər. Anam Mingəçevirə qayıtmış, yanıma qar- daşım gəlmişdi. Qardaşımla birlikdə özümü rahat hiss edirdim. O mənə siqaret alıb gətirirdi. Arada özü də öskürə-öskürə birtəhər çəkirdi.
Ad günümə xəstəxana otağında girmişdim. Həmin gün otağım adamla dolu idi. İş yoldaşım, müdirim, dostum, sevgilim, qardaşım, dayıoğlum və gözəl bir tibb bacısı. Hər kəs hədiyyə olaraq başımın altına pul qoymuşdu. Təkcə Nərmin başqa hədiyyə ilə gəlmişdi.

O üzərinə “ad günün mübarək” və “səni sevirəm” cümlələri yazılmış karamelli tort almışdı. Tort üzərində alışan bircə şamı üfürüb söndürdüyümə görə otaqda- kılar məni alqışlayırdı, sanki böyük nailiyyət əldə et- mişdim. Bir yaş da qocalıb iyirmi altıya adlamışdım. Ömür necə də tükənir, bitir və biz hər il sevinərək onu qeyd edirik deyə düşünürdüm. Kimisi cavan, kimisi qoca – hər kəsi soyuq məzar gözləyir. Qırx gün son- ra hamı səni unudur, yada düşmürsən. İldə bir dəfə kimsə məzarın üstə gələr, o da unudulmasan bəlkə. Arxanca ən çox sevənlərin ağlar, onlar da varsa. Gözəl həyatın standart sonu. Eh cəhənnəmə ki, mən artıq sağalırdım. Asta-asta addımlayırdım, körpə uşaqlar, yenicə ayağa qalxan uşaqlar kimi. Yeriməyi unutmuş- dum sanki. Olduqca çətinlik çəkirdim ilk günlər.
Bir neçə gün sonra evə yolladılar. Qardaşım ma- şın tutub məni Mingəçevirə apardı. Evdə böyük se- vinclə qarşılanmışdım. Nədə olsa ölüb, ölümdən qayıtmış bir adamın qarşılanması. Qarşılanmanı gördükdə yenidən qəzaya düşməyi dilədim. Çünki bu zaman hər kəs sevgisini göstərir. Ona görə insan öləndə arxasınca xoş sözlər deyirlər, adətən. Qalan zaman ərzində sevgisini gizlədir insanlar. Kimisi uta- nır deməyə, kimisi qüruruna sığışdırmır, kimisinin də bir ayrı bəhanəsi var. Bu düşüncəsi, bu da insan.

Səidəyə olan sevgim də onun ölümündən sonra özü- nü göstərmişdi. Onadək özüm də bundan xəbərsiz idim, hamı kimi. Ölümlə bütün insanların bir-birinə nifrət hiss etdiyin sansa da, sevdiyini anlamışdım.
Ayağa qalxdığımda Səidəyə olan sevgimlə rayon- larına, onun dəfn olunduğu qəbiristanlığa getdim. Maşınımızla qardaşım məni ora aparmışdı. Özü qəbi- ristanlığın girişində dayanmış, mənsə Səidənin qəb- rini axtarmağa getmişdim. Çəliklə gəzmək asan olma- sa da onun məzarını tapmaq elə də çətin olmadı. O atasının məzarı yanında dəfn olunmuşdu. Başdaşına şəkli vurulmamışdı. Sadəcə adı, soyadı, doğulduğu və vəfat etdiyi tarix həkk olunmuşdu. Qəbrin gördü- yüm anda gözlərim yaşla doldu. Məzarı başında boy- nu bükük eləcə durmuşdum. Göz yaşlarım süzülüb qəbrinə damcılanırdı. Anlamaq çətin idi – bir vaxt susmayan, danışıb baş-qulaq bezdirən insan, indi torpağa dönüb daş tək səssiz olmuşdu. Necə ola bi- lir bu? Necə olur axı? Niyə belə oldu? – mərhəmətli Tanrıya gileyləndim, bəndənin iradəsini, seçimini düşünmədən.
Dəli kimi məzarla danışırdım: “Salam, Səidə, mən gəlmişəm. Bilmirəm, burda olduğumu bilirsən, məni görürsən, yoxsa yox? Sənin üçün gəlmişəm bura. Səni görməyə. Darıxmışam, Səidə, çox darıxmışam. Məni eşidirsənmi? Mən sənin üçün çox darıxmışam. Bəlkə də yalan dediyimi düşünürsən, ancaq düz deyirəm, inan ki, düz deyirəm, darıxmışam, nəyə inanırsan, ya da inanırdın ona and olsun ki, çox darıxmışam. Sən yaşayan vaxtlar bunu bilmirdim, hiss etmirdim, indi anlayıram, indi başa düşürəm, MƏN DƏ SƏNİ SEVİRƏM. Eşidirsənmi məni? Mən də səni sevirəm, eşidirsən, eşidirsən? Əgər məni eşidirsənsə, yalvarı- ram sənə, bir işarə ver, eşidirsən? Mənə bir işarə ver.” Boşuna tükətdiyim nəfəs idi. Nə bir işarə vardı, nə də bir səs. Az öncəki kimi bir neçə bəyaz topa buludlu mavi səmadan günəş parıldayır, asta əsən külək şehli yaşıl çəmənləri sağa-sola silkələməkdə, şam ağacları- nın budaqlarını oynatmaqda davam edirdi. Əfsanəvi bir şeylər olacaqmış kimi gözlərimi diqqətlə onun məzarına zilləmişdim. O səssizcə sükuta baxırdı. Onun səsini boğan əbədi sükut qulaqlarımı kar edirdi, dinlədikcə daha da səssizləşir, daha da dərinləşirdi. Əlimi ürəyimin üstə qoyub: “Bax, Səidə, sən düz bur- dasan, ürəyimdə. Hə, sən düz demişdin, ürəyimə girməyi bacardın. Sonsuzadək solumda qalacaqsan. Heç kim səni oradan çıxara bilməyəcək, heç vaxt səni unutmayacam. Bilirsənmi, Səidə, nənəm öləndə həyatı dərk etməyən anlamaz bir uşaq idim. Nənəm də sənin kimi qış aylarında, dizdən qar olan vaxtlarda tərk etmişdi məni. O gün hamı ağlayırdı, atam, anam, qardaşım, bibilərim, bütün qohumlar. Bir tək mən ağ- lamırdım. Hər kəs ağlamadığıma görə təəccüb edirdi, çünki nənəmi çox sevdiyimi bilirdilər. Nənəmin öldü- yü gündən iki həftə keçmiş, hər yerdə qar ərimişdi, bu vaxtı olanları anlayıb otağın küncündə qısılıb ağlayır- dım. Qardaşım ağladığımı görüb: “Niyə ağlayırsan?”
– deyə soruşmuşdu məndən. Mən ona: “Elə bilirdim qar əriyəndə nənəm qayıdacaq” – deyə cavab vermiş- dim. İndi mən həmin anlamaz uşaq deyiləm, daha həyatı dərk edirəm, bilirəm ki, qar ərisə də, bahar gəlsə də, güllər çiçək açsa da sən qayıtmayacaqsan. Amma bir gün mən sənə qovuşacağam, bəlkə bu gün, bəlkə sabah, bəlkə də gec, bilmirəm, amma qovuşa- cağam. Daha getməliyəm, yenə gələcəyəm, hələlik”
– dediyimdə ardınca çaşaraq – “özünə yaxşı bax” – sözlərini əlavə etdim. Sözlərimə düzəliş verməyə çalı- şaraq – “məni bağışla, nə danışdığımı bilmirəm, elə bil ağlımı itirmişəm” – deyərək məzarla sağollaşıb aya- ğa qalxdım. Çəliyimi götürüb səndələyə-səndələyə qardaşımın yanına getdim. Maşına əyləşib danışıb- dinmədən evə qayıtdıq.

Yazar: Elmar Şahbazov
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 763
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri