Cənnətin ətri (15-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 3 493
Səs ver:
(səs: 0)
Gözlərimi açıb özümü divanla masanın arasında uzanmış vəziyyətdə tapdım. Başımın arxası möh- kəmcə ağrıyırdı. Əlimin içi ilə başımın arxasını ovxa- ladıqda qəfil Aytənin dediyi sözləri xatırlayaraq tele- fonu götürüb son zəng etdiyim adamın kim olduğuna baxdım. Son danışdığım adam Aytən idi. Onunla bir dəqiqə iyirmi yeddi saniyə telefonda danışmışdım. Bu həqiqətə inana bilmədiyimdən zəng edib bir də da- nışdım və xatırladığım ən pis həqiqəti bir də eşitdim. Nə edəcəyimi bilmədim. Heç nə düşünə bilmirdim. Hərəkətsiz halda dayanmışdım. Sanki havasız, qa- ranlıq bir boşluqda sürüklənirdim. Hər tərəf zülmətə gömülmüş kimi idi, qığılcım qədər işığa möhtac qal- mışdım. Əlimlə gicgahlarımı sıxır, düşdüyüm bataqlıqdan çıxmağa qapı axtarırdım. Hərəkət etdikcə daha da dərinə batırdım. Bu bataqlıqda tək qurtuluş yolu ölüm idi.
Ayağa qalxıb hamama keçdim. Aynanın önündən ülgüc qutusunu götürdüm. Qutudan birini çıxarıb ağır-ağır kağızını soydum. Sıra üz qırxmaq üçün istifadə edilən kəsici aləti damara çəkməyə gəlmişdi. Dərindən nəfəs alıb-verərək soyuq ülgücü asta-asta biləyimə yaxınlaşdırdım. Onu baş barmağımla işarə barmağımın arasında möhkəmcə sıxıb saxlamışdım. Ürəyim sürətlə çırpınırdı və bunu boğazımda hiss edə bilirdim. Göz yaşlarım axıb biləyimə damcılanır- dı. Bir parlaq iti ülgücə, bir də sol biləyimə baxırdım, biləyimdəki göyümtül damarlara. Azacıq ağrıdan bir neçə saniyə sonra huşumu itirib qan gölməçəsində çırpınaraq öləcəkdim sadəcə. Amma buna ürək edə, cəhd edə bilmirdim. Çox düşündüm, kəsim, kəs- məyim deyə. Fəqət qorxdum, bacarmadım. Ayıq başı- na canıma qıymağı bacarmadım. Ağlıma Səidə gəldi. Onun mənə məktubunda yazdığı:
– Qoyma heç barmağın cızılsın, barmağından axa- caq hər damla qanda varam mən – sözlərini xatırla- dım. Həm Səidənin sözlərinə, həm də qorxduğuma görə ülgücü yerə atıb pulqabımı götürərək evdən çıxdım. Küçə başındakı böyük marketdən bir neçə metrə ip, yeddi butulka aşırı spirtli pivə alaraq ha- rasa tələsirmiş kimi evə qayıtdım. Pivənin birini açıb içməyə başladığımda anama zəng etdim. Anam tele- fonu açıb:
– Salam oğul balam, necəsən? – dedi. Mən qəzəbli tərzdə:
– Hamısını sən elədin, sən elədin. Mən sənə dedim, mən dedim ki, ayrılmaq istəyirəm. Dedim sənə, sən nə dedin? Ağlayıb gözünün yaşın tökə-tökə yox bala, ayrılmayın, qızı bədbəxt eləmə, həyatın puç eləmə de- din. İndi yaxşı oldu? De mənə, indi yaxşı oldu? – ba- ğıraraq danışdım.
Anam:
– Nə olub, a bala, nə olub sənə?
– Nə olacaq, fahişə Nərmin başqası ilə qaçıb, nə olacaq, bunu istəyirdin? – bağırdım.
Anam:
– A bala, de evim yıxılıb ki... – deyəndə telefonu söndürdüm. Zəng etdiyində də məşğula verdim. İkinci butulkanı içib qurtaranda qayınanam olacağını sandığım itə zəng edərək:
– Sənin fahişə qızın başqası ilə qaçıb, – dedim. Onun:
– Fahişə anandı, it oğlu,
– deyərək telefonu sön- dürməyindən hər şeydən xəbərdar olduğunu anladım. Ardınca qayınatam olmaq istəyən oğraşa zəng vurub:
– Ay oğraş, sənin fahişən başqası ilə qaçıb,
– dediyimdə o heç nə demədən telefonu üzümə sön- dürdü.
Dördüncü butulkanı bitirib ipi götürərək yazı ma- sasının üzərinə çıxdım. Tavana asılmış çilçırağı bağ- landığı zəncirdən çıxararaq yerə tulladım. Mətbəx qapısından düşən işıqla alaqaranlıq olan otağın ta- vanında ipi zəncirə keçirib düyün vuraraq bərk-bərk bağladım. Boynumu ipin həlqəsinə keçirdiyimdə bü- tün həyatım, atam, anam, qardaşım, qardaşım oğlu, dostlarım, qohumlarım, bütün tanışlarım, uşaqlıq xatirələrim gözümdə canlandı. Atamın mənə idman elətdirməsi, qardaşımla güləşdiyimiz vaxtlar, mək- təbə getdiyim ilk gün, anamın danışdığı nağıllar... Uşaqlıda aynada gördüyüm əksimi xatırladım. Başı- mı əyib bütün bədənimə baxdım, ayaq barmaqlarım- dan əllərimin içinə kimi. Çox dəyişilmişdim. Əllərim, ayaqlarım, əzələlərim böyümüşdü. Uşaq vaxtındakı
1.30 sm boylarındakı Rasim yox, 1.80 sm boylarında bir Rasim idim. Cismən güclü idim. Amma ruhum çox zəifləmişdi. Mənən aciz biri olmuşdum. Həyatla mübarizə apara bilməyən aciz biri. Ağlımdan saysız fikirlər keçdiyindən və tam sərxoş olmadığımdan özümü öldürə bilmədim.
Boynumu həlqədən çıxarıb yenidən içki başına keçdim. Beşinci, altıncı və nəhayət yeddinci butulkanı mədəmə ötürüb aşa-aşa yerimdən qalxıb güclə masa- ya çıxdım. Artıq gözlərimin önündə yalnızca Nərminli xatirələr, gözlərimdə isə qan var idi. Boynumu həlqəyə keçirib masanı ayaqlarımla aşırmağa çalışdım. Masanı ayağımla silkələyir, silkələyir, aşırmağı bacarmırdım. “Lənət şeytana” – deyərək yenə boynumu həlqədən çıxarıb masadan endim. Mətbəxdən balaca oturacaq gətirərək masanı kənara çəkib oturacağı ipin altına qoydum. Oturacağa çıxmağa müvazinətimi tarazlaya bilməyib divanın üstünə, divanın üstündən oturaca- ğın üstünə qalxdım. Həlqəni boynuma keçirdiyimdə qapı döyüldü.
Mən:
– Yox, bu dəfə bəhanə olmayacaq, – deyərək ipi sıxdığımda qapı möhkəmcə yumruqlanırdı. Oturaca- ğı silkələdiyimdən saniyələr öncə qapının cəftəsinin əyildiyini və qapının açıldığını eşitdim, ardınca otu- racağın döşəməyə çırpılaraq çıxardığı səsi. Boynum- da ağrı, gözlərimdə qaraltı... Və kiminsə qışqırtısını bulanıq duydum.

***
Yenə qəzadakı tək qaranlıq, yenə qəzadakı tək anlaşılmazlıq və hərəkətsiz bir vücud vardı. Üzümə möhkəmcə şillələr çırpıldığın hiss edirdim. Alnıma, sinəmə çoxlu iynələr batırdı, buz kimi iynələr. Təkrar- təkrar şillə dəyir, ardınca iynələr batırdı. Dəyişiklik oldu, buz kimi iynələrin ardınca möhkəm soyuq küləklər əsdi. Üşüyürdüm. Gözlərimi açıb Raufun əksin gördüm. Əlindəki mavi dəsmalla sərin verirdi. Güclə eşidiləcək tonda:
– Rauf, – deyib sözə başladığımda öskürək danış- mağıma aman vermədi. Boğazımda yanğı hiss edir- dim, həlqənin yeri göynəyirdi. Rauf əlini suya batırıb alnıma, boynuma, sinəmə çəkərək:
– Özünü yorma, qardaş, – dedi.
Mən yenə boğazımdakı yanğı ilə dodaqlarımı tərpədib:
– Haradan çıxdın? – deyərək öskürəklə sözümü bi- tirdim.
Rauf dəsmalla sərin verərək:
– Elçin zəng etmişdi, tez sənin yanına gəlim deyə. Həyəcanla danışdı, mən də tələm-tələsik gəldim. Yax- şı ki qapı açıq idi. Bu nə axmaqlıqdı edirsən? Heç ata- nı, ananı fikirləşmədin?

– Nç-nç-nç, – dedi. Dodaqlarımı tərpədib danışmaq istədiyimdə öskürək boğdu. Rauf yenə əlini isladaraq üzümə-gözümə çəkib:
– Danışıb özünü yorma, oldu, keçdi daha, dur otur bir az, nə soruşsam azca başını tərpətsən kifayətdi, yaxşı? – dedi. Mən də onun sözünə astaca başımı aşağı-yuxarı tərpətdim. Birdən başım gicəlləndi və mədəm bulandı. İrəli əyilib evin ortasına qusdum, boğazım kəsilibmiş kimi göynədi. Öskürə-öskürə tü- pürüb köynəyimin qolu ilə ağzımı sildim. Rauf ayağa qalxıb hamama keçdi. Deyəsən duşu açmışdı, suyun səsini eşidirdim. Bir az sonra yanıma qayıdıb qoluma girərək məni hamama apardı. Paltarlarımı çıxarmağa kömək edib vannaya salaraq çimizdirdi.
O anlar özümü balaca, anlamaz uşaq kimi hiss edir- dim. Vannanın içində boynumu bükərək sakitcə otur- muşdum. Hərəkət etməyə halım yox idi, heç hərəkət etmək də istəmirdim. İntiharla ölməsəm də ölü kimi idim. Dostum dəsmal və yeni geyimlər gətirib məni qurulayıb geyindirərək yerimə apardı. Nə zaman yat- dığımı bilmədim, səhər oyandığımda Rauf hələ də yanımda idi. Qonaq otağına keçib tavana baxdım. İp yerində yox idi. Deyəsən Rauf ipi açıb atmışdı, üstəlik döşəməni də silib təmizləmişdi. Ətraf çox sakit idi. O ankı ürək sıxıntısını zərrə qədər də olmasa zərrənin zərrəsi qədər belə ifadə edə biləcək sözlər mövcud deyil, Tanrının təsəvvürü insan oğlunun şüurunda mövcud olmadığı kimi. Təsəvvürün mümkünsüzlü- yü qədər özümü bədbəxt hiss edirdim. “Filankəs necə bədbəxt adamdı” sözünün mənasını o an anlamışdım mən.
Günorta qardaşım gəlmişdi. Evə girən kimi möh- kəmcə qucaqlayıb o üzümdən-bu üzümdən öpmüşdü. Rauf çıxıb getmişdi, qardaşımla birlikdə qalmışdıq. Elə də çox danışmırdıq, sakitlik hökm sürməkdə da- vam edirdi. Zaman keçir, sakitlik böyüyür, otaq sıxılır, dünya kiçilirdi. Kimsə ilə danışmaq, kəlmə kəsmək, kimsə ilə üz-üzə gəlmək istəmirdim. İstəmirdim ki, bir qadına sahib çıxa bilməyən adamın üzünə kimsə baxsın. İstəmirdim ki, qadını əlindən alınmış yapalağı kimsə görsün. Kimsəyə baxmağa üzüm qalmamışdı. Nərminin ona etdiyim o qədər şeyi heç etməsi, məni ataraq başqasına getməsi, qadınımın məni aldatması çox ağır gəlirdi. Bu ağırlıq altında özümü ayaqlar al- tında qalıb əzilən böcəklər kimi hiss edirdim. Onun başqası ilə öpüşdüyünü, başqası ilə yatağa girdiyini düşündükcə özümü zibil kimi, heç kimi, yoxmuş kimi hiss edirdim. O kiminsə altında sikdirib həzz alırdı, mənsə əzab çəkirdim. Yaşamın ən ucuz və ən iyrənc əzabı ilə yaşamağı qüruruma sığışdıra bilmirdim.

***
Qardaşım mənimlə birlikdə artıq on yeddi gün idi ki, qalırdı. Danışdığımız sözləri bir araya yığsaq heç bircə səhifə etməzdi bəlkə. İyul ayının ortaları idi. Saat ya yeddiyə, ya da səkkizə qalırdı.
Qardaşıma:
– Çörək alıb gəlirəm, – deyərək düz-əməlli sürə bilmədiyim maşınımın açarını götürüb evdən çıxdım. Aytənə zəng edərək: – Salam, Aytən, necəsən? Səndən bir şey xahiş edəcəm, – dedim.
– Salam, Rasim, səsini eşitdim, yaxşı oldum, sağ ol, əlbəttə buyur.
– Xahişim odur ki, buruq baş gədə var idi ha, Firuz idi, kim idi, tələbə yoldaşın, onu zəng edib görüşə ça- ğırasan. Bilirəm ki, mən desəm gəlməyəcək. Onunla işim var, xahiş edirəm, heç nə soruşmadan edəsən, səndən indiyədək heç nə istəməmişəm, amma bunu et.
– Yaxşı Rasim, inşallah qorxulu heç nə yoxdur, ça- ğıraram, hara çağırım? – demişdi.
Aytənə Firuzu hansı məkana dəvət etməsi ilə bağ- lı məlumatları verib sağollaşdım. Bir az sonra Aytən zəng edib Firuzu dəvət elədiyi yerin adını dedi. Tele- fonumu söndürüb, məhəllə marketindən böyük bıçaq alıb maşınla yola düşdüm. On beş dəqiqəyə Aytənin dediyi məkana çatdım. Firuz yolun kənarında dayanıb saçı ilə oynayaraq yol gözləyirdi. Maşını onun ya- nında saxlayıb sağdakı ön qapının şüşəsini endirərək üzümə səmimi ifadə verib:
– Salam, qardaşım, necəsən? Nə var, nə yox, burda nə edirsən? – dedim. O məni görüb açıq şüşədən əlini içəri salaraq:
– Aaa... Salam, əzizim, yaxşıyam, sağ ol, sən necəsən?
– Mən də yaxşıyam, sağ ol, burda nə edirsən? Hara gedirsənsə aparım.
– Dostumu gözləyirəm, Aytəni, tanıyırsan da?
– Hə, niyə tanımıram, gəl otur maşında gözlə, bir az söhbət edək, çoxdandı görmürəm səni, darıxmışam.
– Narahat etmərəm ki, – deyərək keçib maşınımda əyləşdi. O qapını örtər-örtməz maşını qazla yerindən tərpətdim və üzümün ifadəsi dəyişdi. Firuz dəliyə dönüb qorxu içində:
– Aaa..., sən nə edirsən? Hara gedirsən? Saxla düşürəm, saxla, – dediyində maşını gözdən uzaq, kimsəsiz əraziyə sürürdüm. İynəyarpaq küknar ağac- ları ilə sıx, qaranlıq yerdə onu maşından düşürüb bı- çaqla hədələyərək Nərminlə Əlinin yaşadığı evin ad- resini soruşdum.
– Allaha and olsun bilmirəm, vallah bilmirəm, bu- rax gedim, qurban olum,
– deyə mənə yalvardı. Onu maşına söykəyib bir əlimlə köynəyinin yaxasından tutub bıçağı boğazına dayayaraq:
– Nərminə zəng edirsən, heç nə bildirmədən evi- nin adresin soruşursan, desə ”neynirsən?”, sən də deyərsən “darıxmışam, səni görmək istəyirəm, qo- naq gəlmək istəyirəm”, başa düşdün? Əgər nəsə bildirsən, hiss elətdirsən, – boğazına dayadığım bıçağı göstərərək, – başını bu bıçaqla üzəcəm, qoyun kimi ça- palayıb öləcəksən, heç səsini də çıxara bilməyəcəksən. Başa düşdün? – dedim.
O qorxub:
– Hə, hə, ba... ba... başa düşdüm, – deyə pəltək- ləyərək Nərminin yeni nömrəsinə zəng vurub danış- dı. Aralarındakı uzun söhbətdən, Firuzun darıxmaq, qonaq gəlmək haqda yalanlarından sonra Nərmin evinin adresini deyib Firuzla sağollaşdı. Adresi də- qiqləşdirmək üçün Firuza:
– Nərminə təzədən zəng et, de ki, whatsappdan sənə mövqeyin1 yollasın, yenə də əvvəlki kimi danı- şırsan, – dedim. O yenə Nərminə zəng edərək mənim dediklərimi təkrarladı. Firuzun əlindən telefonun alıb whatsapp proqramın açdım. Bir neçə saniyə sonra Nərmin evin mövqeyini yolladı. Firuzun telefonunu cibimə qoyub, özünü də kimsəsiz yerdə atıb xəritədə

1 Xəritə üzərində koordinat. göstərilən adresə doğru yola düşdüm. Telefonun gös- tərişləri ilə Bakıxanova – mövqe göndərilən ünvana çatdım.
Önümdə qırmızı kərpicdən hörülmüş üç mərtəbə, qara damında yuvarlaq pəncərələri olan böyük bir ev ucalırdı. Ətrafına çəkilmiş üç metr hündürlükdə ha- sarla şəhərdəki əksər evlərdən fərqli dizaynda tikil- miş ev qala kimi görünürdü. Maşını hasarın yanında saxlayıb üstünə çıxdım. Maşının üstündən də hasara atıldım. Hasara əllərimi atdığımda üstünə çəkilmiş xırda şüşələr əllərimi doğrayaraq göynətdi. Ağrılara baxmayaraq hasarın üstünə dırmanmağı, oradan da həyətə girməyi bacardım. Həyət bütün simmetrik düzülmüş qırmızı və qara rəngli kafel döşəmədən, hasar kənarı səliqə ilə dördkünc formada budanmış şam ağaclarından və kiçik klassik üslublu işıqlan- dırıcılardan ibarət idi. Bir də həyətin ortasında qara rəngli “BMW X6” vardı. Maşının kapotuna tüpürərək yanından keçib evin üzərində qar kristallarına bənzər qızılı rəng ornamentləri olan dəmirdən böyük giriş qapısına yaxınlaşdım. Giriş qapısının yaxınlığındakı şam ağacının dibindən yaş torpaq götürüb qapının gözlüyünə sürtdüm. Gözlük palçıqla tamamilə tutul- duğunda qapı zəngini bir neçə dəfə vurdum. Astadan addım səslərinin qapıya yaxınlaşdığını eşidirdim.

Yazar: Elmar Şahbazov
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 493
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri