Otaq yoldaşım Pinti (2-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 3 621
Səs ver:
(səs: 0)
Mən bu şəhərdə bir çoxları, bəzi dostlarım kimi kirayə evdə yaşayıram. Artıq neçə kirayə ev dəyişdiyimin sayını unutmuşam. Ürəyim sıxılır, dəyişiklik yaşamaq istəyirəm. Nəticə olaraq da kirayələrdə gəzirəm. Bu dəfəki kirayə evi Qaraçuxurda tutmuşam – Qaraçuxur qəsəbəsində. Yeni yaşamağa başladığım bu kirayə evdə qəribə hadisələr baş verir. Artıq qorxmağa başlamışam. Bu gün bu zibil məni boğacaq və öldürəcək deyə ya­man qorxuram. Ruhlara inanırsanmı, dostum? Saysız insan inanır. Mən səni əmin edə bilərəm ki, burada baş verənlərin ruhlarla heç bir əlaqəsi yoxdur. Məni boğacaq və öldürəcək dediyim şey isə qazdır. Burada hardansa qaz sızıntısı baş verir. O gün hamamda əlimi yuyanda qapı gurultu ilə açıldı. Bunun qaz sızıntısından olduğu­ nu sezmək elə də çətin deyildi. Beləcə, məlum oldu ki, sızıntı haradandır. Bu gurultular­partıltılar hamamda suyu qızdırması üçün istifadə edilən qızdırıcıdan sızan qazla olurmuş. Mən sızıntı barədə ev sahibi ilə danış­ maqdan yorulmuşam, ev sahibi isə “axşam düzəltdim” deməkdən yorulmayıb. Artıq belə hadisənin 3 dəfə şahi­ di olmuşam. Onlardan biri daha qorxulu idi. Yaxınlarda evi dəyişmək fikrindəyəm. Mənim qorxularıma baxma­ yaraq, olanlar əsərin qəhrəmanının, otaq yoldaşımın qulağına da deyil. Sanki içində zərrə qədər də qorxu yoxdur.
Otaq yoldaşımla yeni dost olmuşam. Onunla bu il fevralın ortalarında tanış olmuşam. Doğrusu, heç adı­ nı da dəqiq bilmirəm. Mən ona “Pinti” deyə səslənirəm, həmişə də belə deyəcəyəm. Çünki o həqiqətən də pin­ tidir, həm də bu ad onun görünüşünə çox yaraşır. O Pinti var ha, kirayə pulu vermir, yemək bişirmir, qab yumur, qısası, heç nə etmir. Haqqına girməyim, etdiyi bir şey var. Bəy Pinti bütün günü yatmaqla məşğuldur. Onu tapmaq istəsən, bizim kirayə evdə, yataqda tapa bilərsən. Danışan biri deyil, susmağı seçib. Bəlkə də lal­ dır? Elə bil onu kimsə söyüb danışarsa deyə. Mən bu Pinti ilə birlikdə öz evimdən, ailəmdən, dostlarımdan uzaqda qalmaqdan bezmişəm artıq. Pinti həyatımda hər şey sanki təkrar­təkrar baş verir. Hər gün eyni yerə get­gəl, yemək bişir, yemək ye, qabları yu, paltarı yu, yudunsa, ütülə – günlük təkrar, həftəlik təkrar, aylıq təkrar, həqiqətən sıxıcıdır. Heyif deyilmi evdə?! Hazır­ layıb çağırırlar, bir az naz edib sonra gedirsən minnətlə hazır yemək yeməyə. Yeyib bitirdikdə qablara da əlin dəymir, hazıra nazirsən yəni. Nazir olduğum vaxtlar ya­ dıma düşdükcə kədərlənirəm lap. İndi kirayə qaldığım yerdə bir otaq mənə məxsusdur. Mətbəx kimi adlan­ dırılan yerisə kirayə qonşumla bərabər istifadə edirik. Həmçinin hamam­tualet də bu cür. Mənim kirayə ota­ ğım qızcığaz otaqları kimi çəhrayı rənglə rənglənmiş, bir pəncərəli, bir yataq və stoldan əlavə əşyaların sığ­ mayacağı qədər kiçikdir. Bu çəhrayı divarlar arasında həyatla mübarizə aparıram, dostum. Gündə bir dəfə yemək yeyirəm, o da mədəmin ağrısından. Ac qalmağım yeməyə bir şeyin olmadığından deyil, yemək bişirməyə, həm də yeməyə ərindiyimə görədir. Yemək bişirmək, qarına ötürmək bir yana qalsın, yedikdən sonra tualetə getməyə də ərinirəm. Elə ən xoşuma gəlməyən şeylərdir
– yemək ye, tualetə get, yemək ye, tualetə get. Təkrar­ təkrar eyni şeyləri nə qədər etmək olar? Bir ömür, bir ömür boyu tualet yollarında vaxt itirmiş olacağıq. Qa­ rınla tualet məsələsinin bir çarəsi olaydı kaş. Bu barədə az da olsa fikirləşdim, amma bir çarə tapmadım. Hin­ distanlı Prahlad Janidən1 savayı fəhlədən liderə hər kəs çarəsiz halda tualetin yolunu ölçəcək.
1 Prahlad Jani – 70 ilə yaxındır yemək yeməyən və su içməyən hindistanlı yoqdur.

Dostum, artıq dərsin vaxtı yetişib. Gəl birlikdə gedək, səni Akademiyamıza aparım. Məncə, getmək istəyərsən. Səni dostlarımla tanış edəcəyəm. İndi paltar­ larımı geyinirəm, mənə tərəf baxma. Axı sən naməh­ rəmsən. Aynaya baxır və bir yaraşıqlı oğlan görürəm, bax, o yaraşıqlı mənəm. Yenə çox danışdım, vaxt gedir. Gedək dayanacağa, ayaqqabılarım da yaman kirlənib. Siqaret çəkirsənmi? Ən yaxşısı çəkmə, mən sənin əvəzinə çəkirəm. Ətrafı şüşə ilə örtülü dayanacağımız­ da gözləyək bir az, aha, avtobus gəlir, gəl minək, yol­ pulu mənlikdir. Dostum, belə getmək bezdirib məni. Dünən təpili­tıxılı avtobusda sürücü: “ortaya keçin, yer var”, – deyirdi. Mən də əsəbi halda: “Hara keçək? Yer var? Üst­üstə çıxaq? Ya ələ salmısız milləti?” – dedim. Bəziləri buna gülür, sürücü ilə konduktor isə tərs­tərs mənə baxırdı. Sağ olsunlar: “Düz deyir də, milləti yığ­ mısız ağız­ağıza, yer var? Hara keçək?” – deyərək bəzi əsəbi sərnişinlər dəstək vermişdilər mənə. Sürücü sus­ maq bilmir: “Elə isə taksi ilə gedin, minməyin avtobusa”
– deyə bu cür sözlərlə davam edirdi. İki­üç gün əvvəl elə danışan bir avtobus sürücüsü var idi. Səbri tükənmiş sərnişinlərdən biri salıb aşağı it balası kimi çırpdı. Qadın­ uşaq bilmədən bir­birlərini söyürdülər. Başım qarışıb danışmağa, artıq çatırıq. “Qarşıdakı dayanacaqda sax­ layın, bir zəhmət”. Dostum hazırsanmı? Daha çatmışıq. Gəl, gəl, utanma. Amma asta­asta yeriyək. Tələbələrdən xoşuma gələn bir qız var, arxamızca gəlir, izin verək bizə çatsın. Dostum, sən kimisə sevmisənmi heç? Bilirsənmi sevgi necə bir hissdir? Mən o qızı hər görəndə sinəmdə qığılcımlar uçuşurmuş kimi bir hiss yaranır içimdə, ürəyim sürətlə çırpınmağa başlayır, ayaqlarım özünü itirir, beləcə, özümü itirirəm. Ona onu sevdiyimi demək istəyirəm, onun adı Arzudur. O, həqiqətən də mənim üçün arzudur. Arzunun çox gözəl parlaq gözləri, kiçik dodaqları, ortadan ayıraraq, belinə tökdüyü qəhvəyi rəngə çalan saçları, şipşirin təbəssümü var.
– Salam, Arzu, necəsən?
– Yaxşıyam, Kənan, sən necəsən?
– Mən də yaxşıyam, çox sağ ol, bu mənim dostum­ dur...
– Kim sənin dostundur?
– Eee... heç, heç, çaşdım, dərslər necə gedir?
– Yaxşıdır, səndə necədir? Gecikirik, dərsə gedək...
– Hə, sən get, mən də bir azdan gələcəyəm, hələlik. Ah, dostum, Arzu mənim dəli olduğumu düşünəcək. Ona səni göstərmək istədim, unutmuşdum, sən yal­ nızca bu kitabı oxuyursan və səni yalnız mən görürəm. Gedək, gedək. Sağ tərəfə bax, orada siqaret çəkənlər mənim dostlarımdır, sağdakı Zamin, onun yanındakı Fəxrəddin, soldakı Mehman, siqaret çəkməyən isə ada­ şım Kənandır. Aramızda bircə adaşım siqaret çəkmir. Kənan bizdən siqaret almasa da, heç çəkməsə də, ondan siqaret pulu almaq istəyirik. Çünki biz siqareti filtrindən az­az çəkirik, o isə havadan bizim çəkdiyimizdən çox çəkir. Pulumuzu da vermir.
Dostum, sənlə belə birlikdə gəzsək, çox yazmalı ola­ cağam, ən yaxşısı sən get, yat, bundan sonra nələr oldu­ ğunu mən sənə danışacağam.

***
Hə, dostum, inanmıram yatasan, yəqin ki, oxu­ maqda davam edirsən. Bəlkə də yatmışdın, bilmirəm, amma onu bilirəm ki, hazırda oxuyursan. İndi sən 5­6 saat keçdiyini fərz elə, elə düşün ki, sən mənim yaşadı­ ğım kirayə evdəsən, mən də Akademiyadan evə qayıt­ mışam və yenə də söhbətimizə davam edirik. Ah, dos­ tum, düşünmək çox gözəldir, məhdudiyyətsizdir. Bizim əlimizdən çox şeyimizi ala bilərlər, amma düşüncəmizi heç vaxt ala bilməzlər. Düşün ki, əsərimin içindəsən, biz evdəyik, xəyalən, otaq yoldaşım Pinti bax gör, nə edir? Hər zamankı kimi, o yatmağındadır: “Hey, Pinti, mən gəlmişəm, oyan, tük yığını, az yat”.
Boş ver, dostum. Söz verdiyim kimi, bu gün Aka­ demiyada nələr oldu, danışım. Deməli, dərsdə Arzu yanımda oturmuşdu. Elə həyəcanlanmışdım ki, ürəyim yerindən çıxacaqmış kimi çırpınırdı. Onu çox sevirəm, evlənəcəm onunla. Hə, bu gün mənim prezentasi­ yam var idi. Mövzu “qəsdən iki və ya daha çox şəxsin öldürülməsi, Cinayət Məcəlləsi maddə 120.2.7.”­dən. Yaraşıqlı olduğum kimi müdrik və çox səlis dərs da­ nışmağım var. Belə ki, həmin təqdimatımdan 9 bal al­ dım, məni təbrik elə. Akademiyada olanlardan bir şeyi nəzərə almasaq, demək olar ki, günüm yaxşı keçdi. Nəzərə almayacağımız şey dərsdə mədəmin zurna çal­ masıdır. Daha xəcalətimdən nə edim, bilmirdim. Başına gəlməsin. Özümü əzib­büzürdüm, gah qarnımı sıxır, gah da qarnıma hava alaraq şişirdirdim ki, səs çıxmasın.

Yenə də düzəlmirdi ki, düzəlmirdi, elə bil zibilə tütək veriblər. Elə ki səsi eşidirdim, başqaları da eşitməsin deyə başlayırdım danışmağa. Amma hər dəfə də nəsə bəhanə edib danışmaq olmur axı. Həm səsin nə vaxt çıxacağını bilmək olmur, həm də dərsdə çox danışdığı­ ma görə az qalmışdı ki, müəllim sinifdən çıxarsın məni. Ən çox utanıb, pis olduğum isə Arzunun: “Utanma, hər kəsdə olur, yemək yeməmisənmi?” deməsi oldu. Mən də yalandan ona: “Yooo... yemişəm, axmaqlığı tutub” – deyərək mövzunu zarafata saldım, amma rəngim qırmı­ zılığına saldı. Nə isə, buna görə kefimi pozan deyiləm. Bu gün iki dəfə 9 bal almışam. Özümə şənlik, yeyib­ içmək edəcəyəm, soyuducuda 3 dənə yumurta olmalı­ dır, iki dənə də kartofum var. Bişirib nuş eləyəcəyəm. Ac olanda adam nə yeyirsə ləzzət edir, özü də ki, yemək az ola, o zaman daha da ləzzətli olur. Aa... telefonuma zəng gəlib, bu, dostum Zaminin nömrəsidir. Evə gəlməzdən öncə, Akademiyada birlikdə olduğumuz vaxt söhbət edəndə onların qaldığı kirayə evə gələcəyim barədə ona söyləmişdim. Haydı, düzələk yola. Sabah onlar­ la birlikdə “Work and travel” ilə Amerikaya getmək barədə məlumat almaq üçün “Nizami”də yerləşən “Caspian Plaza”ya getmək istəyirik. Amerika işi alın­ sa, həm səyahət etmiş olaram, həm də pul qazanaram. Bu təşkilat ancaq 1, 2, 3­cü kurs tələbələrini bu layihəyə aid edir, vaxt ötürmək istəmirəm. Amerikaya gedən tələbələrin xeyli fayda əldə edərək geri qayıtdığını eşitmişəm, həm dil öyrənirlər, həm pul qazanırlar, həm də dünyagörüşlərini inkişaf etdirmiş olurlar. Bir dəfə bibim oğlu mənə “dostum 3 aydan sonra 30 min dol­ larla qayıtmışdı” – deyəndən sonra Amerikaya getməyə daha da həvəsləndim. Sən də get, dostum, həm səyahət edərsən, həm işləyərsən. İngilis dilini də öyrənmiş olarsan. Mən hələ getməmişəm, amma çoxdandır ki, xəyalını qururam. Bir düşün, getmişəm, 3 ay işləmişəm, Nyu­Yorku görmüşəm, ingilis dilində rahat danışıram, cibimdə 30 min dollar, ohhh. Gələn kimi ikinci əl maşın alaram. Son zamanlar maşınların qiyməti çox aşağı dü­ şüb, 7­10 min manata özümə yaxşı maşın ala bilərəm. Maşın almaq bir çox gəncin arzusu olduğu kimi, mənim də arzumdur. Maşınla vaxtına qənaət etmiş olur, avto­ buslarla 1 saata getdiyin yolu 15 dəqiqəyə başa vurur­ san. Maşınım olsaydı, Arzum ilə birlikdə gedib­gələrdik Akademiyaya. Ah, mənim gözəl xəyallarım. Mən də vaxtıma qənaət etmək, arzuma yetmək istəyirəm. İndi ən tez yetmək istədiyim arzum təkcə Arzudur, qalan heç nə maraqlandırmır məni. Amma hələ mən Arzuya onu sev­ diyimi deməmişəm. Bütün gücümü toplayıb gedəcək, əllərini tutaraq qarşısında diz çöküb: “Səni dəlilər kimi sevirəm, mənimlə bir ömür yaşamaq xoşbəxtliyini mənə bəxş edərsənmi? Mənimlə evlənərsənmi?” – deyəcəyəm. Ehh... Yox əşi, həmən romantik türk filmlərinə get­ di ağlım. Hələ yaşım çox azdır, atam özü 40 yaşın­ da evlənib, Arzuya eşqimi etiraf etmək bir yana, atam evlənmək istədiyimi eşitsə, cırar məni. Kaş elə hər şey o filmlərdəki kimi olsa. Bizim kimi gənclər də o filmlərə baxıb elə bilirik ki, həyat o filmlərdəki kimidir. Aksi­ yon filmlərinin əksəriyyətində filmin baş qəhrəmanı necə, nə qədər ölüm təhlükələrindən qıl payı canını qurtarıb ölmürsə, o səhnələri necə qabardıblarsa, sev­ gi filmlərinin də romantikasını eynilə elə qabardıblar. Sənə bunları danışa­danışa mən artıq Zabrata, dostları­ mın kirayə tutduqları evə gəldim. Hər biri ilə görüşüb hərəmiz bir tərəfdə oturub söhbət edir, çay içir, ordan­ burdan danışırıq, sən də duyursanmı? Yenə mən, Zamin və Fəxrəddin siqaretimizi çəkməkdəyik. Yenə də adaşım Kənan bizim hesabımıza tüstünü havayı çəkir. Kənan bir əlində alma, qulağında qulaqcıq kompüterdə nəyəsə baxır, ya da nəyəsə qulaq asır. Mən ona yenə “siqare­ tin pulunu ver” dedim, qulaqcıqları çıxarıb mənə baxdı: Necə yəni?” – dedi. Mən yenə eyni şeyi təkrar etdim. O dərhal qulaqcıqları qulaqlarına keçirib kompüterlə oyna­ ya­oynaya almasını yeməyə davam etdi. Ah, dostum, bu müasir zamana bax, hərənin əlində bir texnologiya zım­ bırtısı, söhbət yaddan çıxıb. Zamin, Kənan, Fəxrəddin də uşaq kimi oyun oynayırlar. Bəlkə eşitmisən, “Clash of Clans” oyunu, elə bil uşaqdırlar. Allah bunlara ağıl versin. Son zamanlar, demək olar, hər kəs bu oyunu oy­ nayır, kiçikdən­böyüyə hər kəs. Hə, bu arada mən də oynayıram, 60­cı səviyyədəyəm. Amma mən arada oy­ nayıram, qınama məni. Dostlarımdan nə Zaminin, nə Fəxrəddinin, nə də Kənanın sevgilisi var, yalnız yazıqlar bu oyunlarla vaxt keçirirlər. Doğrusu, bir­iki dəfə park­ da kiməsə yaxınlaşıblar, yaxınlaşdıqları da imtina edib, qırıb bunları. Bir dəfəsində Fəxrəddin bir qıza yaxınlaşıb tanış olmağı bacarmışdı. Fəxrəddin qoçaq tanış olduğu qızla gedib şəhərin mərkəzində bahalı bir kafedə oturub çay içiblər, hesab 25 manat tutmuşdu. Bədbəxtlik bura­ sındadır ki, Fəxrəddin qızın nömrəsini ala bilməmişdi, yəni anlayacağın quş pır­pır edib əlindən uçmuşdu. Düzdür, bunun sevgi ilə əlaqəsi yoxdur, amma belə şeylərdən ehtiyatlı ol deyə danışıram sənə. Dostlarımın sevgilisi olmasa da, çox yaxında mənim sevgilim olacaq, az qalıb. Bu sevgilisiz dostlarımın daha bir əhvalatından danışım sənə. Deməli, bunlar instaqramda bir qızla tanış olublar, həmin qıza Zaminin şəklini atıblar, Kənan qızla yazışıb, Fəxrəddin də danışıb. Necə bir yoxsulluqdursa, belə bölüşdürmələr aparıblar. Mən də onlara: “Siz bu qədər iş görmüsüz, gerisini də mənə buraxın” – dedim. Ölkəmizin əhalisinin 51 faizi qadın olsa da, qız yoxsul­ luğu dalğası, görünür, məndən də yan keçməmişdi. Ta­ mam, dostum, yorulmamısan ki? Yorulmusansa, bir az kitaba ara ver, amma çox uzağa getmə, səni bütün günü burada gözləyəsi deyiləm. Əlbəttə ki, zarafatdır, incimə. Bu kitabı illər boyu bir qırağa atıb oxumaya bilərsən.

***
Bax, dostum, sənə yenə kitabdan kənara çıxıb bəzi şeylər demək istəyirəm. Birinci olaraq onu deyim ki, kitabın əvvəlində dediklərimi bir söz yığını kimi qəbul etmə. Qəbul etməyəcəyinə ümidvaram. İndi de mənə, səncə, yalan danışmaq asandır, yoxsa doğru danış­ maq? Məncə, yalan danışmaq heç də asan deyil. Ən böyük oyun doğru danışmaqla oynanılır. Yalan danış­ dıqda isə yalanın qulu olur, dediyin kəlməyə uyğun olmaq məcburiyyətində qalırsan. Amma azadlıq kimi dadlı bir şey yoxdur. Sənə sözlərinin, həyatının ağası olmağı məsləhət görürəm. Məsləhət görmək necə də asandır! Kaş özüm də dediklərimə əməl edə bilsəm. Dinlə, dostum, artıq mən sənə xeyli yalan danışmışam, nəticədə yazdığım bu kitabda sözlərin qulu olub, real­ lıqdan kənara çıxıb, fərziyyələr uydurmuşam və səni də yalan həyata qonaq etmişəm. Daha hər şeyi doğru, real zəmində danışmaq, mövzumu daha emosional etmək istəyirəm. Mən vərəq üzərində yalan danışdım, vərəqdəki yalanı, bu yalan həyatı düzəldə bilərəm, amma real həyat nə sənə, nə mənə bu fürsəti verər. Ona görə sən, sən ol, doğrularla yeri yerindən oynat. İndi isə, mənim əziz dostum, sənə doğruları demək istəyirəm. Sənə göstərdiyim şeylərin bəziləri yalan idi, bəziləri isə doğru, yəni müasir media kimi. Hər şeyi lap əvvəldən danışacağam, boş­boş yalanlarla səni yorduğum üçün üzgünəm. Daha səninlə də bu vərəqdə vidalaşmalıyam, çünki əvvəlki həyatımda sən yox idin. İncimə məndən, yenə görüşəcəyik, hələlik, dostum.

Yazar: Elmar Şahbazov
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 621
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri