Otaq yoldaşım Pinti (5-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 2 025
Səs ver:
(səs: 0)
Mesajın azadlığı
Avqust ayı dəhşət isti və yorucu olmasına bax­ mayaraq, mənim üçün ən gözəl aylardan biri oldu. O ayda düstur əzbərləmək, test etmək, sınaq­ lara getmək, ümumiyyətlə, oxumaq yox idi. Zeh­ ni əziyyət bitmişdi mənim üçün, ən azından bir ay ərzində. Daha məndən xoşbəxti olmazdı, sanıram. Həmin aylar kənddə bir qızdan xoşum gəlirdi, doğrusu, heç adını da bilmirdim o qızın. Bu adsız gözəl xanım haqqında bildiyim, sadəcə, başqa bir rayondan bizim qonşu kənddə yaşayan nənəsigilə yayı keçirmək üçün gəldiyindən ibarət idi. Adsız gözəlin ritmik yerişi, incə səsi, iti danışığı, sarı qıvrım saçları, işıq saçan gözləri, balaca burnu var idi və o da mənim kimi balacaboy, məndən də balaca idi. Bəlkə də o buna görə mənim daha çox xoşuma gəlirdi. Məni gözəlliyi ilə valeh edən, adı­ nı bilmədiyim xanıma ondan xoşlandığımı bildirmək istəyirdim. Bunu ona necə deyəcəyimi yüz ölçüb bir biçmədən düşünmüşdüm. Çox sadə bir plan qurmuş­ dum. Planıma görə adsızı kimsənin olmadığı bir yerdə gördüyüm zaman, əlimə düşəcək ilk fürsətdə, təmkinlə yaxınlaşıb, onu sevdiyimi deyəcəkdim. Avqustun 19­u günəş səmadan qürub edərək Talış dağlarının arxasın­ da itdiyi bir vaxtda nəzərimdə tutduğum o fürsət əlimə düşdü. Ürəyim yerindən çıxacaqmış kimi dəlicəsinə çır­ pınırdı, bəs olacaq qədər həyəcanlanmışdım. İndi deyə bilməsəm, bir daha deyə bilməyəcəyimi düşünüb, özü­ mü itirmiş halda ona yaxınlaşıb, dilim topuq vura­vura, elə birbaşa “səni sevirəm” dedim və bundan çox utan­ dım. Həmin an kaş yer aralanaydı da girəydim yerə. Ağıllı­başlı düşünülməmiş bir hərəkət oldu bu. Özü də ki, kənd yerində. Demək olar ki, heç tanımadığın bir qıza, heç adını bilmədiyin. Bunu etmək özü dəlilik, sarsaqlıq idi, mən də bu sarsaqlığı etdim. O gözəl xanım tərəddüd içində, gözləmədiyi bir sözdən çalxalanmış halda üzümə baxırdı. Olanlar, sadəcə, bir anın içində oldu. Hər şeyin necə başlayıb­bitdiyini heç özüm də anlamadım, sadəcə, yadımda qalanları deyirəm sənə. O kübar xanım özü­ nü­sözünü toplayıb, sağ olsun ki, yaman mədəni tərzdə mənə “eşşək oğlu, eşşək” deyib yanımdan qaça­qaça çıxıb getdi. Mən də o arada qeyri­ixtiyari dediyim sözə çaşbaş qalıb, əlimi üzümə tutmuş: “Mən nə etdim? Axı niyə dedim?” – deyə sayıqlayırdım, deməyimə çox peş­ man olmuşdum. Bu situasiya ilə ilk dəfə idi ki, qarşı­ qarşıya qalmışdım, nə edəcəyimi də bilmirdim. O kü­ bar xanım məni söydüyü sırada ona “bağışla, bağışla” dediyim də yadımdadır. O, atamı söyürdü, mən isə ona “bağışla” deyirdim. Görürsənmi dünyanın işini? Mən ona nə dedim axı? Azar demədim, dərd demədim, sadəcə “səni sevirəm” dedim. Kaş deməzdim. Bir atamı söydürməmişdim, kişini də söydürdüm. Mənim atam müqəddəs insandır, kobud xanım.

Qətliam
Bu xatirəni səhəri gün balıq ovuna getdiyimdə təfərrüatı ilə, sənə danışdığım kimi dostlarıma
da danışmış, lağ obyekti olmağıma baxmayaraq, başıma gələnlərə dostlarımla bərabər qəhqəhələrlə xeyli gül­ müşdüm. Dostlarımla balıq ovundan böyük qənimətlə geri dönmüş, fəxrlə evdəkilərə nümayiş etdirmişdik. Balığa getdiyimizdə ov alətimiz 1.5 metr eni, 3 metr uzunluğu olan, iki tərəfinə 2 metr uzunluqda, əllə dart­ maq üçün, nazik, amma davamlı taxta keçirdiyimiz tor idi. Ov edəcəyimiz yerə çatdıqda Toğrulla mən evdən gətirdiyimiz köhnə paltarlarımızı geyinib kanala gir­ miş, birimiz sağ tərəfdəki, birimiz də sol tərəfdəki tax­ talardan tutaraq toru kanalın içində sürüyürdük. Kanal yosundan, mamırdan təmiz olsa da, suyu bulanıq, həm də tor sürümək üçün dərin idi. Dərinliyinə baxmaya­ raq, Toğrulla 100 metr kanal boyu toru gah kanalın sağ sahilinə, gah da sol sahilinə dartır, balıqları tora salmaq üçün əlimizi torla əhatə etdiyimiz sahildə suya çırpır, ov alətimizi bulanıq kanal suyundan qaldırıb yoxlayır, qurbağa və tısbağadan başqa bir şey ələ keçirə bilmir­ dik. Kərimlə Mikayıl sahil boyu təpələrdən bizi izləyir, toru sahilə gətirdikdə arada çaya enərək suyu ayaqla­ rı ilə qarışdırır, uğursuz nəticələrdən təəssüflənirdilər. Biz bu kanal boyu cəhdlərimizdən gətirdiyimiz qənimət kisəsinə cəmi bir dənə əl böyüklüyündə çapaq ata bil­mişdik. Boş nəticələrlə toru darta­darta kanalı başa vur­ duqda görmüşdük ki, bənd vurulmuş çayın əkinləri suvarmaq üçün kanal çəkilmiş hissəsində mənasız cəhdlər edirmişik. Bəndi aşaraq yan tərəfləri qamış­ larla, böyürtkən kolları ilə sərhədlənmiş, üstünü azca mamır örtmüş, arabir yerlərində yosunlar çıxmış çayın sonradan bildiyimiz zəngin hissəsinə keçdik. Ümidsiz halda torun ağaclarını çayın bulanıq sularına salıb yana dartdıq. Kərim sahilin torla çənbərə aldığımız üçmetrlik ərazisində çaya girib, suyu şappıldadaraq bir sağa, bir sola qaçdı. Yenə ümidsiz və cəld toru yığaraq çaydan çıxardıq. Bu ümidsiz cəhddə çapaq balığından sonra ilk 8 ov özünü torumuza salmış, canlarını qurtarmaq üçün vurnuxurdular, biz də sevincək, tələsik balıqları kisəyə doldurub, toru zəngin çay sularına vurub yenə dartır, yaxalayır, yenə dartır, yenə yaxalayırdıq. Görməmiş kimi 200 metr çay boyu tor çəksək də, gözlərimiz doy­ maq bilmirdi, çayı ələk­vələk edib, tordan keçirərək düz bir kisə durnabalığı ovlamışdıq. Tor dartdığımızda bizi ən çox bezdirən sağa­sola, üstümüzə­başımıza atılan qurbağalar ilə tora ilişən tısbağalar oldu. Hələ yekə bir su siçanı da torumuza düşmüşdü. Toğrul vəhşicə dov­ şan dişli, arxa ayaqlarının enli pəncəsi olan, böyük, boz siçanın quyruğundan tutaraq tordan çıxarmış, başına qaldırıb quru torpağa çırparaq həyatına son vermişdi. Mikayıl suya girən böyük bir su ilanını və həmin si­ çanı gördüyündən çaya girmir, bizim tordan çıxarıb sahilə atdığımız balıqları kisəyə yığıb, söyüd ağacları­ nın kölgəsində siqaret çəkməklə, Kərim suyu qarışdır­maqla, Toğrulla mənsə çayın dibindəki palçığa bata­ba­ ta tor sürüməklə məşğul olurduq. Evə dönüb qəniməti bölüşdürdükdə hərəmizə 11­12 kiloqram durnabalığı düşmüşdü. Həzz üçün həyatlarına son verdiyimiz can­ lıların mənə düşən hissəsini qonşulara paylamış, pis əməldən azacıq yaxşı əməl qoparmağa çalışmışdım.
19 avqust hadisəsini tarixdən silsək, avqust ayını bütünlüklə nəşəli keçirmişəm. Dostlarımla hər gecə çay evlərində, kafelərdə içib­çəkməklə vaxt keçirərək, gündüzləri maşınla veyillənib orda­burda gəzib­ əylənərək gündüzlərimi gecə, gecələrimi gündüz edir­ dim. Demək olar ki, hər gecə qəlyan çəkir, pivə, çaxır, ya da araq içir, həftədə üç dəfə dostlarımla birgə ma­ rixuana çəkirdim. Əslində elə də çox içmirdim, pivənin 4­cü bakalı limitim idi. Bu limiti aşanda ürəyim açılır, hər yerə qusub­batırırdım, bütün “kayf”ım da ölür­ dü. Buna görə də özümə bir sərhəd müəyyən etmiş­ dim və dörd bakaldan artıq içmirdim. Amma onu da deyim ki, pivənin başı əladır. Mədə ağrısı, səhərlər də susuzluğu olmasa, zəhrimar tamam əladır. Hə, bir də çeşmənin gözü açılıbmış kimi gecəni tualetdə keçirirsən, o da pisdir, amma halın qəşəng olur. İçməyən dostlarım mənə “niyə içirsən?” dediklərində onlarla: “Yuxu adlı bu dünyada ayıq qalmaq düzgün deyil” – deyə zarafat edirəm. Əslində mənə mənalı gəlir zarafata dediyim bu söz. Səncə də elə deyilmi, dostum? İndi düşünürəm ki, əslində doğru deyil. Çox insan yuxuda olduğu za­ man onun yuxu olduğunu bilmək istər. Bilirsənmi niyə? Çünki yuxuda hər şey məhdudiyyətsizdir, düşündüklərimiz, xəyallarımız kimi. Fəlsəfəyə keçmək istəmirəm, söhbətimizə davam edək. Yay tətili içib­çəkə­ rək, gəzib­əylənərək qurtarmaqda, sentyabrın 15­i isə yaxınlaşmaqda idi. Dərslərə az qalmışdı, mənsə hələ də öz kefimdə kənddə əylənirdim, şəhərdə ev kira­ yələməmişdim. Bu səbəbdən, kirayə ev tapmaq üçün sentyabrın 10­u yola düzəlib Bakıya gəldim.

***
Əksər rayondan şəhərə işləyən taksi sürücülərinin etdiyi kimi, əyləşdiyim taksinin sürücüsü də məni gətirib Bakıda “20 Yanvar” metrostansiyası yaxınlı­ ğında taksidən endirdi. O vaxtlar bu şəhəri yaxşı tanı­ mırdım, hara necə getmək olar barəsində məlumatım yox idi. Bunun arxasınca Bakının Maştağa kəndi yolu üzərində yerləşən, qəbul olduğum Gömrük Akademi­ yasına heç çətinlik çəkmədən getdim desəm, ağ yalan olar. Taksidən endikdən sonra “20 Yanvar” metrostansi­ yasına girib qatarla bir neçə stansiya getdim, “28 May” metrostansiyasında qatardan enib işıqlı dünyaya, aydın­ lıq şəhərə çıxdım. 3­4 nəfər tanımadığım şəhər sakininə yaxınlaşaraq Maştağaya necə gedə bilərəm deyə soruş­ dum. Tərsliyə bax, kimdən soruşdumsa, bilmədiyini söyləyirdi. Bəlkə onlar da mənim kimi Bakının sakinləri deyilmişlər. Burada bir məlumat ala bilmədiyimi görüb, çıxdığım kimi “28 May” metrostansiyasından girib bir stansiya getdikdən sonra “Gənclik” metrosundan çıx­ dım. Yenə “28 May”da olduğu kimi, bir neçə nəfərdən suallar soruşdum. Bir orta yaşlı kişidən “Ulduz” met­ rosundan Maştağaya marşrut işlədiyini öyrənib dayı­ nın dediyinə əməl edərək “Ulduz” metrosundan Maş­ tağaya gedən avtobusa əyləşib qəbul olduğum Aka­ demiyaya gəldim. Akademiyanın açılışı mənim qəbul olduğum il edildiyindən hələ yeni binası tikilməmiş, Gömrük Komitəsinin Tədris mərkəzi binası müvəqqəti olaraq Akademiyaya verilmişdi. Çox da böyük olmayan bu məkanda 3 kiçik bina bir­birlərinə uzun bir dəhliz vasitəsilə birləşir. Dəhlizlə birləşdirilmiş soldakı bina 3 mərtəbədən, birinci mərtəbəsi sinif otaqlarından, ikinci mərtəbəsi müəllimlər və təhsil şöbəsi işçilərinin otaq­ larından, üçüncü mərtəbəsi isə tələbələr üçün olan ya­ taqxanadan ibarətdir. Dəhlizlərin mərkəzində yerləşən bina da üçmərtəbəlidir. Bu binanın 1­ci mərtəbəsi rek­ tor statusu almış rəis otağından, rəis müavinlərinin və mühasibin otaqlarından, ikinci mərtəbəsi iki sinif otağı və kitabxanadan, üçüncü mərtəbəsi isə konfrans zalından ibarətdir. Dəhlizə birləşdirilmiş, üçüncü, sağ­ dakı bloksa, digərlərindən fərqli olaraq, bir mərtəbə əskik, ikimərtəbəlidir. Bu blokun birinci mərtəbəsində idman zalı, tualet və hamam, ikinci mərtəbəsində isə yeməkxana, təmizlik və yemək işlərinə baxan xid­ mətçilərin otaqları var. Mən ilk dəfə Zamin və adaşım Kənanla həyətində kiçik futbol meydançasından sava­ yı bir şey olmayan həmin yaşıl damlı blokların önündə tanış oldum. Mən oraya zar­zor təkbaşına gəlsəm də, onlar ataları ilə birgə gəlmişdilər. Onlarla birlikdə Aka­ demiyaya yaxın ərazidə piyada gəzib­dolaşaraq nor­ mal bir kirayə ev tapıb mülk sahibi ilə sövdələşdik. O zaman lom udmuş, danışıb­dinməyən Kənanla Zamin indi­indi dilotu yeyiblər. Biz danışıb­dinməzlərin ataları ilə birlikdə kirayə ev sövdələşdikdən sonra ayrılıb uşaq­ lıqdan yaşadığımız doğma diyarlarımıza qayıtdıq. Sent­ yabrın 14­ü atamla birlikdə yükümü maşına vurub Ba­ kının Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən, qəbul olduğum Akademiyaya yaxın kirayə etdiyimiz evə gəldik. Tülkü Zamin məndən bir gün öncədən gəlmiş ən yaxşı yatağı özünə götürmüşdü. Mənə də bir il üzərində yatmaq məcburiyyətində qaldığım köhnə bir yatağı götürmək qalmışdı. Zibil yığını lap köhnələrdən, setka ilə həsirlənmiş olanlardan idi, özü də telləri bo­ şalmışdı. Üzərində uzandığım zaman dalım yerə dəyir, ayaqlarımla başımsa göydə qalırdı. Ona görə belim hələ də ağrıyır.
***
Kirayə tutduğumuz evdə ilk gün valideynlərimiz bizə bir xeyli məsləhət vermişdilər. Evdən özümüz üçün bişirib­gətirdiyimiz cücəni də yeyib getmişdilər, neynək, canları sağ olsun. Onların hər biri məsləhətlərində meh­ riban olmağımızı, yeməyi, qabları, evi təmizləməyi sıra ilə etməyimizi tövsiyə edirdilər. Biz də quzu kimi sakitcə onların söylədiklərini başımızla təsdiqləyir, nə deyirdilərsə, “yaxşı” deyirdik. O məsləhətləri dinləməyimizin, “yaxşı” deməyimizin üstündən qoy­ madıq ki, uzun zaman keçsin. Elə bundan 1 ay sonra erməni­müsəlman davası başlamışdı artıq. Bir­birimizə iyəşir, nə qab yuyur, nə də ev təmizləyirdik. Acdığı­ mız zaman da birnəfərlik bir şey bişirir, kolbasa qızar­dır, kartof qaynadır, ya da evdən gələn hazır, bişmiş yeməklərdən isidib yeyirdik. Hələ günün birində ortada çirkli bir boşqab var idi. Yuyulmamış boşqabın kimin ol­ duğunu tapa bilmir, bir­birimizə: “Mən o qabda yemək yeməmişəm, bunu sən bulamısan, sən də yumalısan”, – deyərək mübahisə edirdik. Kimin əməli olduğunu dəqiq bilə bilmədiyimiz yağa bulaşmış, çirkli, dilsiz­ağızsız, bu günahsız qabı üçümüz də yumaq istəmirdik. Belə bax­ dıqda o qabı yumaq çox da çətin iş deyildi, bir boşqabı yumaq nədir ki? Sadəcə, onda dost deyildik, bir­birimi­ zi yeni tanıyırdıq və kimsə kimsənin buladığı hər hansı bir qabı yumurdu. Belə baxanda düz edirdik. Ah, eqo, özümüzə sığışdıra bilməzdik bunu. Halbuki indi, 2016­ cı ildə mən onların yanındayam, Zamin əsəbiləşib evi silib­süpürdü, indi də qabları yuyur. Zamin qız olsay­ dı, 100 faiz zəmanətlə indiyə almışdılar. Yeməklərindən yesən, barmaqlarını yalayarsan. Mən o vaxtlar an­ caq yumurta bişirirdim, günün bu günü də yumurta bişirirəm. O isə yeməkdən fantaziyalar yaradır indi. O günlər mübahisələrdən bezib­usanaraq, təmizlik işləri və yemək bişirmək üçün cədvəl qurmaq qərarına gəldik və qurduq da. Cədvəli yazıb mətbəx divarına as­ mağımızdan çox keçməmişdi ki, yazdığımız bu nizam­ intizam cədvəlinin müddəalarının mənə sərf etmədiyini gördüm, özü də cədvəldəki sıralamanın əksəriyyətini özümün yazmağıma baxmayaraq. Özümü didib­ tökərək cədvəldəki sıralamanın dəyişilməsini, mənim üçün uyğun olmadığını Zaminə və adaşım Kənana söylədim. Axır 3­4 gündü ki, keçmək bilməyən bu istəyimlə əvvəlki cədvəli cırıb yenisini yazdıq. Lakin bu yeni cədvəl də əskisi kimi yararsız oldu. Beləcə biz kons­ titusiyalı monarxiya yaratmış kimi olduq. O cədvəli ba­ yaq yenə gördüm, hələ də vurduğumuz divarda eləcə, boş­boşuna asılı qalır. O bizim tarixi cədvəlimiz, ilk qa­ nunumuz oldu. Birlikdə yaşamağımızın üstündən bir müddət keçdikdən, bir­birimizə öyrəşdikdən sonra heç cədvələ də ehtiyac qalmadı. Biz bir­birimizə öyrəşmiş, yavaş­yavaş dostlaşmağa başlamışdıq. Daha yemək bişirmək, qabları yumaq, təmizlik etmək üstə mübahisə etmirdik. Üçümüz də mədənicə yemək bişirməkdən, təmizlik etməkdən üz döndərmişdik. Qablar yığın­yı­ ğın yuyulmağı gözləyir, kim yemək yemək istəsə, qab­ lardan birini yuyur, yeməyini yeyir və yenidən əvvəlki yerinə qaytarıb qoyurdu.
Akademiyada da hər şey öz yolunda idi. Qrup yoldaşlarımın adını bir­iki həftəyə tam dəqiq öyrənə bilmişdim. Doğrusu, əvvəl­əvvəl tələbə yoldaşlarım­ la bir­birimizi yaxşı tanımırdıq, hələ səmimiyyət ya­ ranmamışdı, aramızda soyuq və səmimi olmayan yol­ daşlıq münasibəti vardı. Zaman dərmanı işə düşdükcə səmimiyyət yaranırdı, bir­birimizi tanıyır, vaxt ötdükcə qaynayıb­qarışırdıq. Bəzi qrup yoldaşlarım mehriban idilər. Həftəsonları həmin qrup yoldaşlarımla birlikdə Dənizkənarı bulvara, İçərişəhərə dolaşmağa, film izləməyə gedirdik. Dərslərin başlanması günündən 3 ayına qədər hər şey çox xoş, tələbələrin hamısı səmimi görünürdü gözə, mən də elə sanırdım ki, yüksək bal toplayan, oxuyan insanlar mədəni, səmimi, hörmətli insanlar olur. Sən demə, oxumaqla, yüksək bal topla­ maqla adam olmaq olmurmuş, cahillər hər yanda olur­ muş. Az öncə dediyim dostluq­mehribanlıq adlı illüzi­ yanın sirri də 1­ci semestrin axırlarına yaxın açılmağa başladı, bu vaxtlar kimin kim olduğunu tanımağa baş­ lamışdıq. Bizim qrupun daxilində qruplaşmalar yaran­ mışdı, hər kəs bir tərəfə çəkilmişdi. Mənə görə mənim yanımda olanlar və qarşı tərəfin qrupunda olanlar var idi. Hə, bir də adət aldığı kimi ikiüzlülük çox yerdə olur, əfsus ki, burada da var idi. Hər hansı bir qrupla əlaqəsini pozmayıb hamısı ilə mehriban olmağa çalışan­ lar. Elələrini öz mövqeyimdən sevmirəm, sanki Ameri­ kadır o adamlar, bütün dünyaya qaradərili adamlarla, əsas ki, müsəlmanlarla yola getdiyini, tolerant olduğu­ nu göstərməyə çalışan, fəqət sevməyən Amerika. Belə insanların heç vaxt səmimi dostu olmur. Onlar kimi aldatdıqlarını hələ də anlaya bilmirlər. Onlar özlərini aldadırdılar, özlərini. Nə isə, Bunlardan yeri gələrsə da­ nışaram. Daha danışmaq istədiklərim, sadəcə, yaşadığım bu evə necə gəlib çıxmağım, Arzu və xor rəhbərinə bənzər, dilsiz­ağızsız otaq yoldaşım Pinti barəsində aydınlığa çıxarmaq istəyirəm səni. İndi isə kitabın əvvəllərində Arzu haqqında dediyim yalanları düşünmə və gözünü aç, doğ­ ruları dinlə, bu sözdə nəsə yanlışlıq var. Ən yaxşısı, kitabı oxumağa davam elə, dostum.

Yazar: Elmar Şahbazov
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 025
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri