Otaq yoldaşım Pinti (6-cı bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 2 047
Səs ver:
(səs: 0)
Zaminlə, Kənanla olduğu kimi Arzu ilə də Akade­ miyada tanış oldum. Bəzi türk filmlərindəki kimi ilk görüşdən ona aşiq olmamışdım. O vaxt kənddən şəhərə yeni gəlmişdim, buna görə də gözlərim buqələmun gözləri kimi qaynayırdı. Bütün günü parklarda sülənir, açıq­saçıq geyinən qadınların çöldə qalmış sinələrinə, ayaqlarına, kiçik alətimi oyadacaq çılpaq bədənlərinə baxır, evə gəldikdən sonra masturbasiya edirdim. An­ layacağın axmaq­axmaq şeylərlə məşğul olur, gözümün önünü görə bilmirdim. Bir müddət sonra masturbasiya­ dan savayı digər iyrənc hərəkətlərimdən yaxa qurtarma­ ğı bacarıb, gözümün önündəkiləri görməyə başladım. Zamanla Arzuya qarşı hisslərim yarandı, bu hisslər, əlbəttə, cinsi ehtirasdan doğan hisslər deyildi. Bunlar pak qəlblərə məxsus saf məhəbbət hissləri idi. Bir qadı­ na qarşı necə belə hisslərin yarandığını soruşacaq olsan, buna bir cavab verə bilməyəcəm, deyəsən, bunlar taleyin oyunudur. Bildiklərim yalnız onun danışığı, hərəkətləri, gülümsəməsi, nə edirdisə mənə xoş gəlməsidir. Arzuya qarşı hisslərim elə bir həddə çatmışdı ki, onu, iradəmdən asılı olmayaraq, qısqanırdım. Bu məndən asılı deyildi, özüm də istəmədən onu qısqanırdım, sevgidən doğan qısqanclıqla. Arzu dostları ilə harasa gedəndə “evə tez qayıt” demək istəyir, dərsdə həmişə təsadüfən olurmuş kimi yanında oturub kimləsə yanbayan oturmaması­ na çalışır, dərsdən çıxanda qəsdən yubanaraq onunla birlikdə getmək istəyirdim. Xoşuma gəlməyən geyimi olduqda “bu nədir, geyinmisən?” demək ürəyimdən ke­ çirdi. Axı mən bunları ona necə deyərdim? O mənə “sənə nə” desə idi birdən, axı mən onda nə deyərdim Arzuya? Nə söz tapıb deyə bilərdim ki? Bu onun həyatı idi, öz istədiyini də edərdi. Belə bir şey olsa, düşünürdüm ki, filmlərdəki kimi “çünki səni sevirəm” deyərəm, sonra təkrar düşündüm ki, “əşi, Kənan, bu həyatdır, film de­ yil, birdən dönüb desə ki “o sənin problemindir”, onda nə deyəcəksən bəs?” Heç başlamamış bir eşqin sonu olardı. Hər şey o filmlərdəki kimi asan deyil ki. Ame­ rikan filmlərində olanlar bizim mentalitetdən tamam ayrıdır, oğlan bir qızı sevirmi... hə, belədə gedir qızı tu­ tur, dodaqlarını söykəyir dodaqlarına, nə bilim harasını əlləyir, axırda gedib çıxırlar yatağa, bir az da yataqda güləşdikdən sonra əl­ələ tutub gedirlər, xoşbəxt son. Gəl sən onu dalın çatır buralıqda elə görüm də. Şəlaləni göstərməyə, butulka söhbətinə qızın qohumlarının gənc kadrları namus borcu olaraq, gözlərini qırpmadan, başı üstə gələcəklər, bəlkə də çəkib “Youtube”a­filan “şərəfsiz adam” başlığı altında atarlar ki, hamı görsün, ibrət olsun. Həmin qızın əmisi, dayısı nə edər? Daha orasını da özün düşün, dostum. Gör hara gəldim çıxdım e... söhbətimin ardını gətirim, mənim əziz və mehriban dostum. Arzunu sevdiyimi bir neçə dostuma da demiş­ dim, ağlıma görə ağıllı adamlarla məsləhətləşmişdim. Bu günə kimi əli qız əlinə dəyməyən, sevgilisi bir yana, qız dostu olmayan bəzi dostlarım: “Nədən qorxursan axı, get de, de ki, səni sevirəm, nə bilim, səndən xoşum gəlir, qorxma, qaqaş canı, düz deyirəm, nə var axı bur­ da? Pis bir şey etmirsən ki, utanılacaq da heç nə yoxdur, get denən” – dedilər mənə. Mən də bu sözlərlə bir xeyli havalanıb yüksəldim. Onsuz da ürəyim partlayırdı, bu gün­sabah ona yaxınlaşıb sevdiyimi demək istəyirdim. İnşallah, avqustun 19­dakı kimi olmazdı, istədiyim kimi alınardı. Mən yenə ogünkü kimi – avqustun 19­da qərar verdiyim kimi özümü hazır hiss etdim, nə deyəcəyimi də çoxdan fikirləşmişdim.
***
26 dekabr, 5­ci gün dərsə çox tez getmişdim, Arzu­ nun gəlməsini gözləyirdim. Dərs başlamamış ona onu sevdiyimi deyəcəkdim. Eşq etirafı etmək fikrilə, ağılsız başımla, eşqlə yanan qəlbimlə həmin gün bir saat Aka­ demiyanın koridorunda Arzunu gözləmişdim, amma o gəlib çıxmaq bilməmişdi. O gün Arzu gələnə kimi dərsin vaxtı yetişdi, mən də keçib sinifdə, arxa sıralar­ dan birində əyləşdim. Müəllim sinfə girərək salam verib tələbələrə məxsus partalarla üzbəüz, sinfin sağ tərəfində, pəncərə önündə yerləşən, üzərinə kompüter qoyulmuş, müəllimlərə məxsus masanın arxasındakı stulda əyləşdi. Masa üzərindəki, müəllimlərin istifadəsinə verilmiş kompüterdə Akademiya saytındakı profilinə daxil olub jurnalı yoxlamağa başladı. Müəllim öz dəmində adını söylədiyində səsini eşitmədiyi tələbələrə qayıb yaza­ yaza digər tələbələrin adlarını çəkməkdə idi, mən isə: “Ay kor bəxtim, bu gün özümü toplayıb Arzuya sevdi­ yimi deyəcəkdim” – deyə düşünürdüm ki, qapı açıldı və Arzu sinfə girmək üçün müəllimdən icazə istədi. Müəllim Arzuya 2 dəqiqə gecikdiyi üçün minnət edərək: “Bir daha gecikmə, yoxsa qayıb yazaram” – demədi. Amma oğlanlardan hansısa geciksəydi, əminəm ki, deyərdi. Bəzi müəllimlər bu mövzuda qızla oğlan ara­ sında fərq qoyurlar. Nəinki bu mövzuda, bir çox möv­ zuda müəllimlər heç də obyektiv deyillər, subyekt nə cür obyektiv ola bilər ki?! Nə isə, o zaman qapını açanın Arzu olduğunu görəndə üzümü təbəssüm canlandırdı. Yenə: “İkinci dərsdən sonra 30 dəqiqəlik fasilədə ona sevdiyimi deyəcəyəm”, – deyə düşünməyə başladım. İkinci dərs fəlsəfə fənn müəllimi, Elçin müəllimin dərsi idi. Müəllimin maraqlı tədris metodologiyasına bax­ mayaraq, fəlsəfə mənə hədsiz sıxıcı gəlirdi. İki min il əvvəl kimlərinsə bir­birinə dediyi atmacaları mən niyə öyrənməliydim axı? Bir azca fəlsəfənin sıxıcı olmasını, qalan dərsin 70 dəqiqəsini isə Arzunu düşünməklə bi­ tirdim, son 10 dəqiqədə müəllimin: “Sabah şənbə günü­ dür, bəlkə sinemaya gedək, uşaqlar, çox maraqlı bir film var” – deməsində ayıldım. Getmək istəyənlər təsdiq ola­ raq əllərini qaldırmışdılar. Əllərini qaldırmış tələbələr sırasında Arzunun da əlini qaldırdığını gördüyümdə mən də əlimi qaldırdım. Müəllim neçə nəfər tələbənin gedəcəyini saydı, nəticədə mən də daxil olmaqla birlikdə sinemaya gedəcək olan tələbələrin sayı 12 nəfər oldu. Film “Nizami” kinoteatrının böyük zalında olaca­ ğı üçün sayın çox olmasının heç bir problemi yox idi, lap istəsən əlavə yüz nəfər adam yığ get, biz isə cəmi 25 nəfər tələbəyik, niyə saydı ki? Sinema işini nəzərə alıb: “Arzuya onu sevdiyimi sabah desəm, daha yaxşı olar”,
– deyə düşündüm. Böyük fasilədə Arzuya yaxınlaşıb sabah ona bir şeylər söyləyəcəyimi deyəndə israrla nə deyəcəyimi öyrənmək istəsə də, ona heç nə deməyib, qız kimi utanıb gülümsəyərək: “Sabah deyəcəyəm”, – de­ dim. O, israrından əl çəkib axır mənimlə razılaşmışdı. Razılaşmasa idi də, onsuz yenə deməyəcəkdim. 3­cü dərsi də bitirdikdən sonra evə yollanmaq üçün Arzu ilə birlikdə söhbət edə­edə dayanacağa getdik. Oradan da avtobusa minib Akademiyadan ayrıldıq. Mənim yolum qısa olduğundan təxminən 5 dəqiqədən sonra Arzu ilə sağollaşıb avtobusdan endim. Evə çatdığımda Kənanla Zamin qoca arvadlar kimi eşq mövzumla əlaqədar mənə: “Nə oldu? Nə dedin? Necə dedin?” kimi bir çox suallar yağdırdılar. Onların suallarının bitməyəcəyini düşü­ nüb, hələ söyləmədiyimi, sabah sinemaya gedəcəyimizi, filmdən çıxdıqdan sonra söyləyəcəyimi burada yazdı­ ğımdan daha təfərrüatlı danışdım. Söhbətimin sonunda adaşım Kənan:
– Ə, kişi ol, niyə qorxursan? – dedi, bəlkə də məni dəli etmək üçün.
Mən də Kənana:
– Bayaqdan məni haranla dinləyirsən, sabah deyəcə­ yəm də, – dedim.
Üçümüz də buna bir xeyli güldük desəm, yalançı olaram, amma güldük.
***
İndi olduğu kimi o zaman da bir xeyli şeir yazır­ dım, ən çox da sevgidən yazırdım, aşiq oldun, belə olur, neyləyəsən? Bu şeirlərimi hər kəs bəyənirdi, hər kəsin qəlbinə yol tapırdı. Bir Zaminin bibisi oğlu yazıçı, pub­ lisist, dramaturq, şair, Xalq artisti adını almayan, alim, professor olmayan Ənvər bəyə bəyəndirə bilmirdim. Elə şeirlərimdə bir balaca səhv axtarırdı ki, gözdən salsın. Ona oxuduğum bütün şeirlərin hamısında bir yanlışlıq axtarırdı. Öz şeirlərində qoyundan­quzudan bəhs et­ mirmiş kimi, sadəcə, qafiyədən və yerli­yersiz sözlərdən ibarət olan şeirlərini elə ürəklə oxuyurdu ki, sanki fəlsəfi, hikmətamiz nəsə yazıb. O gün bu Ənvər bizə qo­ naq gəlmişdi, bunları oradan xatırladım. Qonağımız bir paket günəbaxan da almışdı, sağ olsun, nə vaxt gəlsə idi, bir paket günəbaxan gətirərdi, heç vaxt əliboş gəlməzdi. Mən sabahla əlaqədar həmin gecə həyəcandan yata bilməyib, məcburən gecə saat 3­ə kimi Ənvərin oxu­ duğu şeirlərin sehrini görməyə çalışdım, ha çalışdım, çox vuruşdum, ancaq bir şeylər görə bilmədim. Onun şeirlərində sehr axtarmaq samanlıqda iynə axtarmaq kimi bir şeydi, o iynəni axtaransa ya ağıldankəmdi, ya da aşiq, eynən mənim kimi. Gecə saat 4­ə işləmiş insanın belinə rahatlıq verən, dünyalara belə dəyişməyəcəyim, zibilə qalmış yatağıma uzandım. Haradasa saat beşə kimi Arzunu, ona sevdiyimi necə deyəcəyimi düşünərək yerimin içində fırlanıb­dururdum. Axır nə vaxtsa yuxu qapını döymədən, asta­asta, səssizcə içəri girməyi ba­ cara bilmiş, gözlərim yumulmuşdu. Sabahı saat 10­da yerimdən qalxar­qalxmaz duşa girib, 4­5 dəfə saçımı şampunlayıb yuduğumu rahatlıqla deyə bilərəm. Ha­ mamda baş verən digər əhvalatları qədim avropalı­ lardan, suya həsrət afrikalılardan və dünya üzərində yaşayan heç nəsiz­kimsəsiz insanlardan başqa bütün insanlar bildiyi üçün daha buraya yazmıram. Ayna önünə keçərək bir xeyli saçlarımı sağa­sola, oyan­buya­ na fenləyib, yeni aldığım köynəyimlə cins şalvarımı ge­ yindim, Zaminin ətri ilə, demək olar ki, bir daha çimib, hazırlaşaraq evdən ayrılıb dayanacağa getdim.

Böyük Gün
Avtobusla “Koroğlu” metrostansiyasına çat­ mışdım ki, Elçin müəllim zəng edib harada olduğumu soruşdu. Mən də yalandan “28 May” met­ rostansiyasında olduğumu deyib, tələsik metroya gir­ dim. “İçərişəhər”ə gedən qatara minib, “Sahil” metro­ sundan “Nizami” kinoteatrının qarşısına gəldim. Mən gəldiyimdə Elçin müəllim, Sənan, Adəm, Əli, Ramil, Gülnar və Nərgiz orada dayanmış, digər tələbələrin gəlməsini gözləyirdilər. Arzunun burada olmadığını görüb film izləməyə gəlməyəcəyini düşündüm. Buna görə kimsə Arzunu xoşladığımı hiss etməsin deyə, san­ ki soruşanda Arzudan xoşlandığımı hamı biləcəkmiş kimi utanıb­çəkinməyimi gizlədərək, üzümü müəllimə tutub etinasızca: “Ülvi, İlkin, Nigar, Arzu hardadırlar bəs?” – soruşduğumda Nəcəf də özünü məclisə yetir­ di. Müəllim: “Nigarla Arzu harada olsa gələr, Ülvi ilə İlkin bayaq “Ulduz” metrosunda olduqlarını dedilər. Onlar da bir azdan burada olarlar” – deyəndə boşuna narahat olduğumu, “harda olsa gələr” – deyə düşün­ düm. Həm sevincli, həm də çox həyəcanlı idim. İçimdə kəpənəklər uçuşur, ürəyim sürətlə döyünür, gözlərim gülürdü. Nə vaxtdır Arzuya demək istədiyim sözü bu gün, axır ki, ona deyəcəkdim. O vaxt orada bir anın içində necə xəyallar qurduğum yadımdadır, xəyallarım o yerə kimi gedib çıxmışdı ki, artıq Arzu ilə evlənmiş, böyük evimizi romantik edən buxarının qızdırdığı ge­ niş otaqdakı masada uşaqlarımızla birlikdə şam yeməyi edirdik. Xəyallar aləmində olsam da, gerçəklikdə dinc dura bilmir, tez­tez əlimlə saçımı düzəldib hey ətrafa baxır, Arzunun gəldiyini görmək istəyirdim. Gah əlimlə qaşlarımı tumarlayır, gah köynəyimi dartışdırır, gah da kəmərimin toqqasını sağa­sola çəkir, hövsələsiz təkrar ətrafa boylanır, göz gəzdirirdim. Elə dinclik bilmədən, səbirsiz ətrafa baxdığımda uzaqdan, piyadalar üçün nəzərdə tutulmuş, ağacların kölgələdiyi yol qırağındakı səkinin üzəri ilə bir xanımın sevgilisi ilə qol­qola girib bizə sarı gəldiyini gördüm. O xanıma qəfil gözüm sa­ taşmışdı və Arzuya bənzətmişdim. Sevgilisi ilə qol­qola gələn xanımı bir anlıq Arzuya bənzətdiyimdə az qal­ sın ürəyim çıxacaqdı yerindən, sanki sinəmə iynə batı­ rırdılar, elektrik vurmuş kimi oldum. Bir anda karıxıb qalmış, özümü itirmişdim. O xanımın Arzu olmadığı­ nı yəqin edərək özümə gəlib, saçımı düzəldə­düzəldə yenə ətrafa boylanmağa davam etdim. Səbirsizliyə, həyəcana, yenə xəyallara bürünərək xoşbəxtlər dünya­ sının endorfin dənizinə baş vurdum. Dənizdən çıxıb qu­ rulanaraq az öncə görüb həsəd apardığım cütlük gələn yönə təkrar baxdım. Bayaqkı cütlüyün yaxınlaşdığını, bizə lap az qaldığını gördüm. Gözlərimə inana bilmir­ dim, bu həqiqətdirmi, yoxsa qorxulu bir yuxudayam? O anda gözlərim qaraldı, ürəyim dəlicəsinə döyünməyə, yenə məni elektrik vurmağa başladı. Sinəmdə ildırımlar çaxır, fırtınalar çuğlayır, xoşbəxtlər dünyasının endorfin dənizi donur, su pəriləri ölərək üzə çıxırdı. Gözlərimə inana bilmədiyimdən onları bərəldərək diqqətlə baxır­ dım. Amma heç bir şey dəyişmirdi. Gözlərim məni aldat­ mırdı. Az öncə gördüyüm o cütlük, Arzuya bənzətdiyim o qız elə Arzunun özü imiş. O, sevgilisi ilə qol­qola gir­ miş, bizə tərəf gəlirdi. Gördüklərim qorxulu yuxu kimi idi, lənət olsun ki, bu qorxulu yuxudan oyana bilmir­ dim, oyanmaq olmur. Nə edim indi mən? Yuxu deyilən həyatdanmı oyanım? Özümü öldürümmü? Bu 13­cü adam. Bu 13 rəqəmi həqiqətən uğursuz imiş, uğursuz­ luq oldu mənim üçün. 13 rəqəminin uğursuz olduğu­ nu eşitmişdim, amma inanmamışdım, həqiqət imiş. O cütlüyün gəliş səhnəsini çox izləyə bilməyərək su almaq adı ilə kinoteatr binasının içinə girdim, ipi qırılmış bu­ zov sayağı hara gedəcəyimi bilmirdim.

Yazar: Elmar Şahbazov
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 047
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri