Otaq yoldaşım Pinti (7-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 2 174
Səs ver:
(səs: 1)
Mən içəri girəndə izləyəcəyimiz filmə yarım saat qalırdı, zamanı itirməyə ən rahat yerin tualet olduğunu düşünüb kinoteatr işçilərindən tualetin yerini öyrənərək tualetə gedib kranda ovuc­ovuc üzümə soyuq su vur­ dum. Aynaya baxdığımda gözləri qızarmış, üzü pört­ müş, hüzn səhrasının isti qumları üzərində yanan, əzilmiş bir insanla rastlaşdım. Aynadakı o adamın sa­ kit, yazıq halına acıyır, hər şeyini itirdiyindən bu dəmdə olduğunu düşünür, nəsə bir kömək etmək, dərdini so­ ruşmaq istəyirdim. Onun üzündəki ifadədən qəlbindən keçənləri, başına gələnləri oxuduğumdan dərdini soruş­ madan, bir şey demədən, səssiz­səmirsiz tualetdən çıxıb bilet satılan yerə gəldim. Kinoteatr binasının əsas giriş qapılarının açıldığı böyük zalda müəllim və tələbələrin bir qıraqda toplaşdığını, Arzunun da sevgilisi ilə yanba­ yan tələbələrlə birlikdə dayandığını görüb məyus­məyus onlara yaxınlaşdım. Müəllim mənə: “Film indicə başla­ yacaq, bayaqdan səni gözləyirik, al, bu biletin, tələsin, uşaqlar, gedək”, – dedi. Biz də müəllimin dediyini edib, ikinci mərtəbəyə qalxaq deyə pilləkənlərə sarı getdik. Arzunun mənə üçüncü salamında onu eşidə bilmiş, sakitcə salamını qaytarmışdım. O, eybəcər sevgilisinin yanından bir dəqiqə də olsun ayrılmayır, qolundan qop­ mayır, filmi izləmək üçün sevinclə, həvəslə irəliləyirdi. Mənimsə hər şeyə həvəsim ölmüşdü, heç film izləmək havasında deyildim, evə qayıtmaq istəyirdim. Onsuz da film izləmək üçün gəlməmişdim ki, mənim niyyətim Ar­ zuya onu sevdiyimi demək idi, o isə sevdiyi ilə gəlmişdi. Bundan pis daha nə ola bilərdi ki? Təsirləndiyim o dram teatrın tamaşasından sonra göz yaşlarımı silmək üçün daha orada durmaq istəmirdim. Amma özümü məcbur edib müəllimə hörmətsizlik olmasın deyə zala girib biletdə göstərilən yerə əyləşdim. Sanki o gün mənim ta­ lesizlik günüm idi. Arzu sevgilisi ilə gəlib düz solumda əyləşdi – 500 nəfərlik oturacaqlı, o böyüklüyündə zalda. İlahi, nə bədbəxt adamam mən!
İşıqlar sönüb zalı qaranlığa qərq etdikdə zalın bö­ yük ekranı açılaraq bir şam kimi ətrafı işıqlandırdı. Si­ nemada olan digər filmlərin fraqmentləri göstərildikdən sonra izləyəcəyimiz film başladı. Hər kəsin fikri filmdə, mənimsə fikrim Arzu və onun qoyun sevgilisində idi. Elçin müəllimin dərsdə tələbələrə maraqlı dediyi film, sən demə, ruhlardan bəhs edən qorxu filmi imiş. Dərsdə müəllim bunu bizə deməmişdi. Mən də nə müəllimdən soruşmuş, nə bu günlə bağlı filmlərə Sinemanın saytın­ dan baxmış, nə də ki, film başlayanadək əlimdəki biletə diqqət yetirmişdim. Başım o qədər dağınıq idi ki, heç nəyə fikir vermirdim. Yalnızca fikrim solumda oturan­ larda, Arzu və onun qoyun sevgilisində idi. Mən özümü ölü kimi hiss edir, “Kaş filmə gəlməzdim, heç bunların şahidi olmazdım”, – deyə düşünür, filmə gəlməyimə it kimi peşman olmuş, boğula­boğula yerimdə oturur­ dum. Mən bura Arzu üçün gəlmişdim. Arzu isə sevgilisi ilə gəlmişdi – necə də xoşbəxt adamam mən! O gün hər şey sanki üst­üstə gəlirdi. Filmin 34­üncü dəqiqəsində, qorxulu bir epizod gəldiyi sırada Arzunun o yanında­ kı zibilə necə sığındığını görmək ömrümdən ömür aldı. Sanki bunları qəsdən, mənə acıq vermək üçün edirdilər. Bu artıq görmək istəmədiyim, sərhədlərimi aşmış, mən 10 yaşında, gördüklərimsə 18+ səhnə idi. Daha bu qədəri yetmişdi mənim üçün. Qaranlıq zalda oturacağımdan qalxıb, birbaşa qapıya yönəlib zalı tərk etdim.

***
Zaldan bayıra, işıqlı dünyaya çıxsam da, dün­ ya gözlərimdə qaralmış, üzərinə gün düşməyən so­ yuq Ay səthinə bənzəyirdi. Oradan üstümdə min tonluq yük varmış kimi əzilə­əzilə, bütün arzularım, düşündüklərim, xəyallarım məhv olmuş halda birbaşa Zabratda kirayə tutduğumuz evə qayıtdım. Evə çat­ dığımda, yaxşı ki, nə Zamin vardı evdə, nə də Kənan, çox şükür ki, Ənvər də çıxıb getmişdi. Onlara bu gün Arzuya sevdiyimi söyləyəcəyim barədə bir şeylər de­ mişdim. Əgər evdə olsaydılar, söhbətə tutacaqdılar, mən də onların bu barədə sorğu­sualına tab gətirə bilməyəcəkdim. Çarəsiz halda onlara puç olmuş eşqim barədə, yaxud başqa şeylərdən danışmağa nə məndə hal qalmışdı, nə də bir söz. Gördüklərimdən sarsıl­ mış, istəklərimin bu qədər tez bitməsindən tükənmiş, qəmimi boğazımdan keçirə bilməyib udqunmaqdan yorulmuşdum. Heç olmasa bir müddətlik yaşadıqla­ rımdan, gördüklərimdən, həqiqətlərdən doğan ağrılı əzabdan, ümumiyyətlə, dünyadan uzaqlaşmaq üçün, sadəcə, başımı atıb yatmaq istəyirdim. Nəhayət ki, bu gün bir istəyim ürəyimcə oldu – evə girməyimlə yata­ ğa girməyim bir oldu. Sadəcə, başımı balışa qoyduğu­ mu, Arzunun o qoyunu qucaqlamasını düşündüyümü xatırlayıram, ondan sonra məni dərin yuxu aparmışdı. Oyandığımda gecə saat 3 idi, bir az yerimin içində fır­ lanıb, uzandığım vəziyyətdə yataqda telefonumu axtar­ dım. Yerin içindən, qarnımın altından tapdığım telefo­ numa baxdığımda 2 dəfə Elçin müəllimdən, 2­3 dəfə də Ramillə Sənandan zəng gəldiyini gördüm. Onlar mənə təxminən günorta saat 4­də zəng etmişdilər, əks zəng etmək üçünsə heç də uyğun bir vaxtda oyanmamış­ dım. Uyğun zamanda oyansaydım da, zəng etməzdim, çünki mənim üçün əhəmiyyətli deyildi və onların niyə mənə zəng etmələrinin səbəbini anlamaq çətin deyildi. Onların filmdən xəbərsiz çıxıb getdiyim üçün “Sən hara getmisən? Niyə getmisən?” kimi gic­gic suallarına ca­vab verməyə niyə zəng edim, özümü yorum ki? Zəng edənlərin adlarını oxuduqdan sonra interneti açıb “Face­ book” profilimi yoxladım. Bu, demək olar ki, hər gün əl­ üzümü yumazdan əvvəl adət etdiyim şeylərdən biri idi, “Facebook” profilimdə mesajlar bölməsinə girdiyimdə mesaj yazanlar siyahısında Arzunun da adı var idi. Si­ yahıdakı adları oxuduqda Arzudan başqa 3­4 nəfərin də mesaj yazdığını gördüm. Bu gün gördüklərimlə xəyal qırıqlığından, Arzuya əsəbi olduğum üçün onun mesajına baxmaq istəmirdim, onun da yazdıqları zəng edənlərin niyyəti kimi aydın idi mənə – boş və mənasız. Mesaj yazanlardan digərləri Ramil, Sənan, Ülvi və Ni­ gar idi. Nədənsə ərinməyib boş və mənasız suallara elə boş və mənasız cavablar yazmaq keçdi ağlımdan. Dü­ şündüyümü edib Ramil, Sənan və Ülvinin yazdıqları­ nı oxuduqdan sonra üçünə də bir bəhanə taparaq eyni bəhanəni yazıb yolladım. Nigar qız olduğu üçün ona oğlanlara yazdığımdan fərqli, səmimiyə bənzər, şirin bir bəhanə uydurub, mədəni oğlanların yazdığı tərzdə bir az uzun cavab yazdım. Nigardan sonra növbə Ar­ zunun yazdığına gəlmişdi, amma saatlar öncə gör­ düyüm mənzərə Arzuya qarşı olan sevgimi tamamən məhv etmiş, əvəzindəsə yerinə bir böyük boşluq və bu boşluqdan doğan əzablı kədər qoymuş, əzab verən bu kədər də ona qarşı nifrət oyatmışdı qəlbimdə. Mənim məlul qəlbimin onun yazdığı şablon və mənasız sözləri oxumağıma taqəti çatmazdı, infarkt keçirərdim, dos­ tum. Mən daha naşad qəlbimə çəkdiyi ağrılardan artıq ağrı vermək, daha da əzab çəkmək istəmirdim. Elə ağrı­ əzabla dolu nifrət hissi ilə Arzunun yazdığı mesajı oxu­ madan telefonu söndürüb bir qırağa atdım.

***
Həmin gecəyarısı oyandığımda sadəcə bir şey üçün sevinmişdim. Sevindiyim o şey də ki, oyandığım vaxt Zaminlə Kənanın xorul­xorul yatdıqlarını görmək oldu. Sevindim, çünki oyandığım vaxt da onlarla bir şeylər danışmağa halım yox idi, yalnız sakitcə qəlbimi parça­ layan əzabı çəkmək, əzabın verdiyi acıyla həzz almaq istəyirdim. Bunlar bir yana, onu da deyim ki, həmin vaxt telefonu bir qırağa tolazlayıb qaçaraq tualetə getməyib, yerimdə azca da uzanıb qalsaydım, yatağı isladacaq­ dım. Yatarkən belə əynimdən çıxarmadığım şalvarımın kəmərini tələsə­tələsə açaraq, özümü zorla düşüncələri tüğyan etdirən məkana çatdırıb, yanğınsöndürənlərin əksinə yanmayan yerləri isladaraq, içimdə alovlanan yanğını söndürdüm, beləcə sidik kisəsindəki qalmaqal, böyrəklərdəki üsyan, kəmərdən aşağıdakı xaos yatdı, mən də yüngülləşib rahatlaşdım. Kəmərimi düzəldib, şalvarın zəncirbəndini dartaraq qapını bağlayıb evə girmişdim ki, tualetdən çıxıb əlimi yumadığım yadı­ ma düşdü. Ah, lənət olsun, bu küləkli, soyuq gecədə yenidən qayıdıb yaşadığım kirayə evin əsas qapısını açaraq eyvana çıxıb, yenə sol tərəfə istiqamət alaraq kra­ nın yanına dönüb üşüyə­üşüyə əlimi yumalı idim. Əlimi yumaq üçün həmin yerə təzədən getməyə ərindiyimdən özümə: “Onsuz əlimi vurmadım ki, şalvardan tutmuş­ dum, təmizdi əlim. Lap belə dəysin, öz orqanımdı da, nə olacaq axı?!” – deyərək təskinlik verdim. Şalvarımın cibindən əzilmiş siqaret qutusunu çıxarıb, içindən bir siqaret götürərək gedib aynabəndin başına qoyulan, qol söykənəcəyi qırılmış, yaşıl üzlü, qəhvəyi naxışlı divanda əyləşdim. Biz adətən yemək yeyəndə, çay içəndə, filmə baxanda, söhbət edəndə burada otururduq. Yataq otağı­ na isə ya kitab oxumağa, ya da bir­birimizdən gizlin por­ novideolara baxmaq üçün, bir də yatmaq üçün keçirdik. Üzərində yayxanmaqdan fətirə dönmüş, kirdən boz rəngə çalan, iki kiçik nalçadan birini divanla belimin arasına, birini də altıma qoyaraq yerimi rahatlayıb ba­ yaqdan bəri damağıma qoyduğum siqareti yandırdım. Qutudan neçə siqaret götürüb çəkdiyim yadımdan çıx­ dığı üçün siqaret qutusunu açıb, geriyə qalan siqaretləri saymağa başladım, siqaretimi ona görə saymırdım ki, mən buna adət etmişdim. Ona görə sayırdım ki, səhərə qədər bu zəhrimar mənə çatar, ya çatmaz. Sayı nəzərə alıb fasilə aralığını nizamlaya bilim ki, siqaretim səhərə qədər bitməsin, axı gedib siqaret almağım üçün biz qa­ lan evin yaxınlığında 24 saat işləyən bir market yox idi, həmin vaxt isə gecə saat dörd. Ancaq səhər saat səkkizi­ filan gözləməli idim. Belə bir vəziyyətdə siqaretə insa­ nın çox ehtiyacı olur, insanın sinirlərini sakitləşdirir, əsəblərini cilova ala bilir. Həm də o bəzən dərdinə sakitcə yanacaq tək ortağın, dərdini açıb­demədən səni hər nəfəs aldığında anlayacaq sirdaşın, hər nəfəs alıb­ verdiyində közərə­közərə, yana­yana özünü tükədəcək dostun olur. Hələ belə vaxtlarda, kefinin olmadığı bir vaxtda zəhrimar yağlı yemək üstündən çəkilən kimi çəkilir sinəyə. Siqaret çəkə­çəkə yenə dünən olanla­ rı düşünməyə başladım. Gələn cütlükləri təsadüfən gördüyümdə xanımı Arzuya bənzətməyimi, sonra o xanımın elə Arzunun özü olduğunu gördüyümü, sine­ mada sevgilisini necə qucaqladığını xatırladım. Orada keçirdiyim ağrılı­acılı hissləri düşünərək bir daha o gecə yaşadım. Sanki o hadisələr yenidən başıma gəldi, yenə qol­qola gəlir, yenə o adamla deyib­gülür, yenə onu qu­ caqlayır. O qorxunc mənzərə hər gözümdə canlandığın­ da beynimdə qaranlıqda sürünürmüşəm kimi, məni ələ salırmışlar kimi, Allahın ən aciz bəndəsi olduğum kimi bir hiss yaranır, gözlərim dolur, əllərim titrəyir, özümü bərbad hiss edirdim. Birinci tədris ilində oktyabrın orta­ larından başlayaraq məni hər gün səhər tezdən yatağım­ dan çıxarıb bəzəyib­düzəyən, sevinclə o ali təhsil oca­ ğına aparan, sevmədiyim maraqsız dərslərdə əksər oğ­ lan tələbələrin nəzərə aldığı qayıb limitini gözləmədən, dərsi öyrənməyəndə müəllimin sıfır yazmağına baxma­ yaraq, bütün dərslərdə iştirak etməyimə səbəb, kitabı önümə qoyduqda xəyallara dalıb oxuya, dərslərə hazır­ laşa bilməməyimə səbəb Arzuya olan saf eşqim idi. İndi isə artıq o sevgi, o eşq yox idi. Bəlkə də var idi, amma o sevginin üstündə ondan daha böyük olan nifrət hissi da­ yanmışdı. Nifrətimin yanında zərrə olan sevgimlə daha nə dərsə getmək, nə də onun üzünü görmək istəyirdim. Onsuz da dərslərdən o qədər sıxılıb təngə gəlmişdim ki, heç Akademiyaya getmək istəmirdim. Oxuduğum Akademiya yeni yarandığından özünəməxsus müəllim heyəti yox idi. Bu səbəbdən də buraya Bakı şəhərində yerləşən bir sıra universitetlərdən xüsusilə seçilmiş, tədris etdiyi fənni üzrə yaxşı mənada fərqlənən, adlı­ sanlı müəllimləri dəvət etmişdilər, həmin müəllimlər də dərslərə çox ciddi və tələbkar yanaşırdılar. Buna mənəvi baxımdan deyə bilərəm ki, tələbələrin yaxalarından yapışıb öyrətdiklərini tələb edirdilər. Hətta hüquq fənnindən dərs deyən bir müəllim var idi ki, kürsüyə çıxıb dərsi sətir­sətir, sözbəsöz, əla danışanda 10 ballıq qiymətləndirmə üzrə maksimum ya 8, ya 9 yazırdı. Bu­ nun səbəbini soruşduqda isə: “Heç kim 10­a layiq deyil, heç mən özüm də”, – deyirdi. Bir dəfə müəllim yenə belə deyəndə: “Belədirsə, 10­u çıxarsınlar, 9 ballıq sistemlə qiymətləndirmə olsun, ay müəllim”, – dedim, uşaqla­ rın hamısı buna gülüb və özlərinə sərf edən söz olduğu üçün zarafata basıb mən deyəni təsdiq etdilər. Daha mən müəllimlərin belə sıxma­boğmasından yorulub­bezmiş, üzləşdiyim bu kimi hallarla həvəsdən düşmüşdüm, üstəgəl 27 dekabrda sinemada olanlardan sonra nə dərsə getmək istəyirdim, nə də oxumaq. Ayağa qalxıb ətrafı vurub dağıtmaq, hər şeyi salıb­sındırmaq, dəli kimi ba­ ğırmaq, başımı götürüb buralardan, bu şəhərdən arxama baxmadan qaçaraq ayrılmaq istəyirdim. Sanki, dostum, illərdir o qızı sevirdim, ona elə möhkəm bağlanmışdım ki. Özünü bir mənim yerimə qoy və elə düşün ki, birini aylar yox, illərdir tanıyırmış kimi, illərdir onu sevirmiş kimi tanımısan və sevmisən. İndi isə sanki aylarım yox, illərim puç olmuş, o illərin bağı çürüyüb qopmuş, məhv olmuşdu. Məni oxuduğum o yerə, çürüdüyüm bu evə, bu qəsəbəyə, bu şəhərə bağlayan bir bağ yox idi artıq, yox olmuşdu. Yaşadığım hadisədən doğan hisslərin qəlbimdəki izi, onların mənə təsiri ilə sarsılmış, ağılsız başla düşündüklərim mənə o zaman heç də məntiqsiz görsənmirdi. Tələbə olmamışdan beş il əvvəl vaxtımın çox hissəsini oxumaqla keçirib, son iki ildə hazırlaşdı­ ğım kurs yataqxanasında gözlərimi korlayıb, gecəmi gündüz edərək, min bir əziyyət çəkərək oxuyub, hazır­ laşıb bu tələbə həyatına gəlib çıxmışdım. O zamansa bir nakam sevgiyə görə çəkdiyim əziyyətləri puç etmək, təhsilə xərclədiyim zamanımı heç etmək, həyatımı məhv etmək fikrinə düşmüşdüm, deyəsən. Siqaret çəkə­çəkə, olanları düşünərək, parçalanmış hisslərimlə birlikdə günəşin həqiqətən də şərq üfüqündən səmaya qalxdığını, ətrafı aydınlandırdığını gördüm. Havanın buludlu olmasına baxmayaraq, üfüqdən günəşin çıxma­ ğını, kölgələrə həyat verməsini, onu gizlətməyə çalışan buludları öz əzəməti ilə necə yavaş­yavaş parçaladığını görmək olurdu. Külək usanmadan günəşin parçaladığı buludların yerinə yenilərini dartıb gətirir, onun önünü qapayır, mübarizəni izləməyə aman vermirdi.

Yazar: Elmar Şahbazov
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 174
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri