Otaq yoldaşım Pinti (9-cu bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 2 101
Səs ver:
(səs: 0)
Gündüz saat 11­12­də oyanar­oyanmaz kənddəki dostlarıma zəng edib zarafatyana vətəndə olduğumu dedim, axşam hardasa görüşmək barəsində danışdım. Gündüzü evdəkilərlə keçirib axşam sinif yoldaşım, həm də yaxın dostlarım Kərim, Toğrul, bir də həm qohum, həm də yaxın dostum olan Mikayılla kəndin qabağında­ kı köhnə binada sahmana salınmış kafeyə getdik. Yenə həmişəki kimi üçümüzə də pivə, yanında saçaqlı pendir və noxud istədik, siqaret çəkə­çəkə 2014­ü necə bitirək deyə, əylənmək üçün nə edək deyə söhbət etməyə baş­ ladıq. Mən:
– Sabah 2014­ün son günüdür, gedək səviyyəli bir restorana, yaxşıca yeyib­içək, sonra da qəlyana­filan gedərik. – dedim.
Mikayıl:
– Evdə yemək dolu olacaq, restorana­zada getməyək, amma qəlyana gedək, – dedi.
Toğrul:
– Axşam bir az da rayonda fırlanarıq, konsert ola­ caq, baxmağa gedərik, – deyib onunla razılaşaq deyə gözünü üzümüzə zillədi.
Biz onun sözünü təsdiqləyib, Kərim nə deyəcək deyə Kərimə baxdıq. Kərim bic­bic gülüb:
– Bilet tapşırmışam, Əfqanıstana, – deyib türk mahnısı olan: – uçacaqsın, uçacaqsın, havalara uçacaq­ sın... – əlavə edib güldü. Onun nə dediyini anlamaq çox da çətin deyildi.
Mən:
– Ə, lazım deyil, zibilə salacaqsan bizi, – desəm də, Kərimin fikri xoşuma gəlmişdi.
Kərim mən deyənə qarşılıq gülüb:
– Qorxma, mənlikdi, kef elə, – deyərək sözünə qüvvət verdi.
Pivələrimizi içə­içə sabah nə edəcəyimizdən, şəhərdən, ordan­burdan söhbət etdikdən sonra sağolla­ şıb hərə öz evinə getdi. Mən evə çatanda saat gecə 12­yə qalırdı. Atam:
– A bala, elə bu gün gəlmisən, tapa bilmirik səni, bir yarım saat evdə otur, üzünü görək də, – dedi.
Bu sözləri eşitdiyim ilk dəfə deyildi. Kursda oxu­ duğum vaxtlarda gəzib­dolanıb gec saatlarda evə döndüyümdə də eşitmişdim. Evdəkilərlə birlikdə çay içərək televizora baxıb, söhbət etdik. Saat birə qalmış artıq evdə hər kəs yatmışdı. Mən gec yatıb, gec qalx­ mağa öyrəşdiyim üçün, həm də pivənin təsirinə çox da düşmədiyimdən yuxum gəlmirdi deyə telefonda qurda­ lanmağa başladım. İnterneti açıb “Facebook” profilimə baxdığımda hər kəsin yeni il ab­havasında olduğunu görürdüm. Həmin günlər kimin statusunu oxuyurdun­ sa, bütün insanlara yeni ildə xoşbəxtlik arzuladığını, yeni ildə gözəl günlər dilədiyini, həyatın gözəl olma­ sını arzuladıqlarını görə bilərdin. Statusları oxuduqda anladım ki, insanlar bir­birlərini nə qədər çox sevir, lap gözlərim yaşaracaqdı, gəl ki, yaşarmadı. Bunların ha­ mısı, sadəcə, adət aldığımızdandı. İnsanlar yalandan bir­birlərini elə təbrik edirlər ki, guya bir­birlərini çox sevirlər. Əslində isə kütlə nə edir, sən də onu edirsən, mühitin təsiri. Başqa bir dünyada yaşasaydın, sonra bu dünyaya gəlsəydin, bu kütlənin bir­birlərini niyə təbrik etdiyini anlamayacaqdın, bunun nə qədər mənasız ol­ duğunu görəcəkdin. Çox qəribədir, il dəyişir öz axarı ilə, bu yandan millət bir­birini təbrik edir. Zamanın dili olaydı kaş, dönüb bizlərə: “Dəyişən mənəm, sizə nə dü­ şüb? Elə bil bunlar nəsə edib”, – deyə idi. Bizlərə bax e... bir, təbrik etmək üçün ayları, illəri gözləyirik, hər yeni günə görə niyə təbrik etmirik, görəsən? Bir fikirləş, dostum, yanvarın beşidir, hər kəs bir­birini təbrik edir, “Neçə belə yanvarın beşinə, bu yanvarın beşi arzulayıb içində qalan arzuların yerinə yetsin” – yazır, deyir. Yenə təkrar bu sözləri yanvarın altısı yazır, beləcə təkrar­ təkrar hər gün... Çox gülməli olardı, yəqin ki. Bəlkə də belə insanlar daha çox mehriban və səmimi olardı, hmmm, necə düşünürsən, dostum? Nə isə, düşünməyi boş ver, oxumaqda davam elə, daha bitir də bu kitabı, hələ bu vərəqdəsən. Həmin gecə saat 3­ə kimi telefon­ da qurdalandıqdan sonra gedib yatağıma uzandım. Bu vaxt ağlıma 18+ şeylər gəldi, elə bu vaxtlar nədənsə ağ­ lıma belə şeylər gəlirdi. Bu fikirlərlə yatıb 2014­ün son gündüzü saat 11­12­də oyandığımda ağzımdan leş iyi gəlirdi. Dünən axşam içdiyim pivə ilə çəkdiyim siqare­ tin təravətindən idi bunlar. Özüm­özümdən iyrənərək dişlərimi yuyub­təmizlədikdən sonra susuzluqdan ya­ nan ciyərlərimin dadına şirin çay ilə yetdim.

Sərxoşluq
Gündüzü boş­bikar keçirərək, arada qohumla­ ra zəng edib Həmrəylik günü münasibətilə
təbrik edir, ya da tələbə mədəmi nə iləsə doldururdum. Nəhayət, axşam saat 7­8­də evdəkilərlə birlikdə bayram yeməyini yeyib yola çıxdım. Kərimlə Toğrul maşınla gəlib məni yoldan götürdükdən sonra Mikayılgilə gedib onu da götürdük. Oradan Toğrul maşınla bizi kəndin əhalisindən daha çox insanın olduğu məkana, kəndin qəbiristanlığına gətirdi. Qəbiristanlığa çatdıqda Kərim cibindən kibrit qutusu çıxarıb içindən bir çay qaşığı qədər sellofana bükülü qurumuş ot çıxardı. Sonra bir siqaret götürüb dişləri ilə filtrini çıxarıb, yenidən yerinə taxıb gilizi ovuşduraraq içindəki tütünü əlinə boşaltdı. Tütünün böyük hissələrindən təmizləyib kibrit qutu­ sundan çıxardığı otla qarışdırdı. Bu vaxt Toğrul siqaret qutusunun qapağından bir az kağız cırıb yumrulaya­ raq Kərimi gözləyirdi. Kərim tütünlə qarışmış çətənə yarpağını ehtiyatla boşaltdığı gilizə doldurub, başını yumrulayaraq Toğrula verdi. Toğrul siqaretin filtrini yerindən çıxarıb yumruladığı kağızı gilizin filtr çıxa­ rılmış hissəsinə taxdı. Mikayılla mən sakitcə, həyəcan dolu nəzərlə onları izləyirdik. Toğrul marixuana dol­ durulmuş gilizi asta­asta tüpürcəyi ilə isladıb, həşiş deyilən şeyi hazır vəziyyətə gətirdikdə uşaq həyəcanı ilə maşından düşərək yandırıb çəkməyə başladıq. Uç­maq növbəsi mənə gəldikdə onlar kimi, onlar necə çəkirdisə, elə etdim. Damağıma qoyaraq siqaret kimi sinəmə çəkib bir az gözləyib onların “bir az da gözlə, buraxma” deməsinə baxmayaraq, tüstünü çölə buraxır­ dım, iki dəfə belə tüstülədib ötürdüm Mikayıla, hərəmiz iki dəfə belə çəkdik. Marixuana doldurduğumuz gilizin son közərtisi kağız taxdığımız hissəyə çataraq söndükdə bir­birimizdən “hə, nə oldu, tutub?!” deyə soruşurduq. Mən o sıra sinəmin sıxıldığını hiss edirdim deyə dönüb uşaqlara “sinəm dağıldı ki mənim” dediyimdə başladı­ lar üçü də buna dəli kimi gülməyə. Nədənsə məni də gülmək tutdu. Beləcə dördümüz də başladıq dəli kimi, möhkəm qəhqəhə ilə gülməyə. Kərim: “Ayə, bunu tu­ tub” – deyəndə qeyri­adi bir ifadə eşitmiş kimi Kərimin sözünə də gülüşdük. İçmək fikri ilə kafeyə getmək üçün maşına əyləşib, maşınla torpaq yolu eşərək toz­tozanaq qaldıracaq bir qazla yola çıxdıq. Maşında uçduğumuz­ da yolboyu nə görürdüksə, gülürdük, özü də ürəkdən gülürdük, demək olar ki, biz çöpə gülürdük, dostum. Uça­ uça həmişə adət etdiyimiz kimi kəndin qabağındakı kafeyə yox, rayonun mərkəzində yerləşən başqa bir kafeyə getdik. Kafeyə gülə­gülə girib bir masa arxasında əyləşib ofisiantı səslədik, ofsiant “buyurun” deyəndə bizi yenə dəli gülmək tutdu. Bilmirəm, ofisiant da çəkmişdi, nə idisə, o da bizə baxıb gülməyə başladı. Mən:
– Çaxır, bir də snikers gətir, qaqa, – dedim.
Biz sifariş verdiyimiz çaxırı süzüb içə­içə elə dəli kimi gülməkdə davam edirdik ki, başqa masada əyləşmiş dostları ilə içki içən biri kobud şəkildə:
– Ə, sakit də, nə olub? – dedi.
Toğrul əsəblə üzünü həmin adama tutub:
– Yaxşı eləyirik, xoşun deyil, çıx get, – dedi.
Mən çəkdiyimiz zibilə görə özümüzü idarə edə bilmədiyimizi anlayıb Toğrula:
– Qaqa, düz deyir də, bir az sakit olsaq yaxşıdı, – dedim.
Toğrul:
– Yaxşı, çıxaq gedək başqa yerə, – deyib sakitləşmişdi ki, az öncə dillənən şəxs gəlib əlini masaya çırparaq:
– Nə deyirsiz, ə? – deyəndə diksinib, dördümüz də əsəblə ayağa qalxdıq.
Toğrul o adamın hərəkətindən dərhal sonra çaxır iç­ diyimiz stəkanı götürərək həmin adamın başında sındır­ dı. Zərbə almış adam yırğalanaraq yerə yıxılanda onun­ la oturan digər dörd nəfər üstümüzə gəldi. Onlar cılız, cansız­bədənsiz göründükləri üçün biz özümüzə daha da arxayınlaşdıq. Üstümüzə gələnlərin hərəsini birimiz tutub yumruq­dava edirdik. Mən savaşdığım adamın bir yumruq qabırğasının aşağısından, boşluqdan, bir möhkəm düz zərbə də burnundan vurub yerə sərərək Mikayılla əlbəyaxa olanın üstünə cumdum. Digər tərəfdə Kərim birini yerə yıxıb, söyə­söyə təpikləyir, Toğrul da dördüncü adamı masanın üstünə çaxıb yumruqlayırdı. Kafedə olanlar, ofisiantlar bizi ayırmağa çalışanda biz: “Burax məni, burax deyirəm!” – deyə qışqırır, bizi tutub saxlamaq istəyən adamların əlindən çıxmağa çalışırdıq. Savaşdığımız adamlardan çöpə bənzəyənin burnu, keçəl olanınsa başı partladığından digər üçü onları da götürüb, maşına əyləşərək kafedən getdilər. Mübahisə etdiyimiz vaxtı əyləşdiyimiz masa aşmış, üzərindəkilər düşüb sınmışdı deyə, başqa masada oturaraq bizə yenə çaxır gətirməsi üçün ofisiantı çağırdıq. Ofisiant gəlib asta tonla:
– Administrator polisə zəng edib, tez çıxın gedin burdan, – dedi.
Biz hesabımızı və sınmış qabların pulunu ödəyib, ofisianta bəxşiş verib tez kafedən ayrıldıq. Maşına əyləşərkən dostlarıma:
– Yaxşı ki, burada bizi kimsə tanımır, yoxsa heç yaxşı olmazdı, polislər qapımıza gələrdilər, – dediyimdə gülərək məni lağa qoydular.
Bir gün öncəki planlarımızı unudaraq kəndə qayı­ danda da olanları danışıb­gülməkdə davam edirdik, o zibil bizə nə etmişdisə, biz hadisələri, olanları dərk edə bilmirdik, elə hey gülməklə məşğul idik. Kəndə çatanda saat 12­yə 10 dəqiqə işləmişdi. Yeni ilə evimizdəkilərlə birlikdə girək deyə hərə öz evinə səpələndi. Ayrılma­ mışdan əvvəl kafedə olanları kimsəyə danışmamaq barədə sözləşdik. Evə az qalmış paltarımın yaxasının cırıldığının, əlimin cızıldığının fərqinə vardım. Üst­ba­ şımı düzəldərək evə girdiyimdə birbaşa aynanın qarşı­ sına keçdim. Aynada boğazı qızarmış, mübahisə edənə bənzəyən birini gördüm. Üzərimdən dava etmiş fikrini yayındıra bilərdim, amma gözlərimin içi qızarmışdı. Bu alovlu qızartılar kafedə olanda Toğrulun, Kərimin, Mi­ kayılın da gözlərində parlayırdı. Bu qızartılar çəkdiyimiz o zibilə görə olmuşdu. Cəld gedib əl­üzümü yuyub qu­ rulanmadan qonaq otağına girdim.

Dəyər
tam yeni ili, hər il olduğu kimi, yataqda qar­ şılamağa getmişdi. Çoxbilmiş qardaşlarım sağ olsunlar, üst­başıma baxıb dava etdiyimi anlasalar da,
bir söz deməmişdilər. Anam məni görən kimi:
– Savaşıbsan?! – həyəcanla soruşdu. Mən də:
– Savaşmamışam e, uşaqlarla qapışırdıq, – deyərək bir bəhanə gətirdim.
Anam:
– Bəs yaxan niyə cırılıb? Boğazın niyə qızarıb? – deyə soruşdu.
Mən:
– Kərimlə qapışırdıq, əl atdı, yaxamdan tutdu, dart­ dı, belə cırıldı, – deyərək şirin­şirin güldüm.
Anam:
– Nç­nç­nç... nə vacibdi axı, a bala, bi yerdə qala bil­ mirsiz? – dedi.
Mən gülərək:
– İdman edirdik də,– deyib söhbəti zarafata yönəl­ dərək dəyişdim.
Yeni ilə 15 dəqiqə qalmış qardaşlarımın aldığı fişən­ gi, topu­tüfəngi götürüb çölə çıxdıq. Səkkiz atımlıq fişəngi aparıb yumşaq torpağa salaraq yerini bərkidib yeni il üçün hazır hala gətirdim. Uşaqlıqdan bayramlar­ da atdığım partlayıcılar, raketlər və başqa atəşfəşanlıq üçün partlatdığım şeylər çox xoşuma gəlirdi. Yaşımın üstünə yaş gəldikcə əylənməyin yaşa baxmadığını, insa­nın hər yaşda uşaq olduğunu anlayırdım. Qardaşlarım həyətdə:
– Savaşmısan, həəə? – məndən soruşdular. Mən də onlara:
– Sabah danışaram, – dedim.
Razılaşıb saata baxdığımızda yeni ilə 2 dəqiqə qaldı­ ğını gördük. Cəld dəmir sürahili, mərmər pilləkənlərlə yuxarı qaçıb evdən anamı da çağırdım. Yeni ilə saniyələr qala fişəngi yandırıb qaça­qaça yanından uzaqlaşıb kənardan tamaşaya durdum. Fişəngin gurultu ilə part­ layıb havaya qalxan, kimyanın yaratdığı ulduzun parça­ lanaraq rəngbərəng qığılcımlara dönməsi həqiqətən də çox möhtəşəm görünürdü. Düzdür, kənddə şəhərdəki kimi yarım saat ard­arda partlayıb göy üzünü tutacaq qədər atəşfəşanlıq olmur, amma şəhərdə qalıb onu izləmək öz doğmalarımla birlikdə partlatdığımız bu aciz fişəngi izləmək qədər gözəl görsənmir mənə. Kənddə öz cibimizdən 20­30 manat xərcləyərək aldığımız fişəng yüz minlərlə dollar pul xərclənib meqapolislərdə partla­ yan fişənglərdən daha ecazkar görünürdü mənim üçün. Fişəngin sonuncu ulduzu yeni ilin ilk gecəsi səmada part­ layaraq közərib yox olduqda anamın, qardaşlarımın yeni ilini təbrik edib, yeni ilin ilk gecəsinin yuxusunu almaq üçün özümü yun döşəkli, qalın yorğanlı, quş tüklü balı­ şı olan isti yatağıma atdım. Keçən il çəkdiyim və içdiyim zibillərə görə bu ildə yuxu gözlərimdən tökülürdü. Başımı balışa qoyan kimi yuxu şirin xəyallara apardı məni.
***
Yeni ilin ilk səhəri, yanvarın 1­i oyandığımda yenə dünya həmin dünya, yenə Kənan həmin Kənan olaraq qalır, zaman yenə öz ritmi ilə keçirdi, nə sürətli, nə ya­ vaş. Gündən, aydan, ildən başqa dəyişən bir şeylər yox idi. Oyandığım vaxt ilk yadıma düşən bir həftə sonra olacaq semestr sonu imtahanlar oldu. İmtahanlar yadı­ ma düşən an sanki sinəmdən basıb sıxdılar məni, içim sıxıldı, dostum. Gəl indi altı fəndən imtahana hazırlaş, heç imtahana hazırlaşmaq ab­havasında deyildim. An­ caq gəzmək, əylənmək istəyirdim. Yerimdən qalxıb, əl­ üzümü yuyub, həyətdə saxladığımız bal arısından öz əllərimlə aldığım bal ilə nahar edib, bu soyuqda hara getmək olar, nə etmək olar deyə fikirləşirdim özüm üçün. Bikarçılıqdan nə edəcəyimi bilmirdim. Televizo­ ru açıb ən birinci kanaldan başlayaraq yavaş­yavaş ka­ nalları dəyişməyə başladım. Bizim evdə birinci kanalda AzTv­dir, hər kəsin evindəki kanal sıralamasında oldu­ ğu kimi. AzTv­də fəvvarələr meydanından fəvvarələri göstərirdilər. Digər kanallarımızda konsert və xəbərlər gedirdi. Yavaş­yavaş kanalları dəyişərək gəlib türk ka­ nallarına çıxdım, orda da cansıxıcı seriallar, bəzi kanal­ larda xəbərlər gedirdi. Fikir dağıtmaq üçün Akıllı Tv­yə atıb bir az gülməli və maraqlı videolara baxdım. Pul­ tun belini sındıraraq yenə kanalı dəyişdiyimdə Yaban Tv önümə çıxdı. O vaxt həmin kanalda Norveçdə qara bürünmüş şam ağacları ilə dolu meşədə, əlində snay­ per olan bir adamın ova çıxdığını göstərirdilər. O adam snayperlə yabanı hinduşka ovlayırdı. Yazıq heyvanın öldürülməsi elə maraqlı görsənirdi ki, səbirsizliklə ovçu­ nun hinduşka ovlayacağı anı gözləyirdim. Ovçu şikarını görən anda sakitcə soyuq qarın üzərinə uzanır, nəfəsini çəkib nişan alır və atəş, hinduşkanın isti qanı bəyaz qarı qırmızıya boyayır. Mən də qan qoxusu almış balinalar, su görüb susayanlar sayağı norveçlini izlədikdə kefimə ova getmək düşdü. Bikarçılıqdan onsuz da bilmirdim nə edim. Mikayıla zəng edərək dədəsindən qalma köhnə, amma işlək olan ov tüfəngini götürüb bizə gəlməsini söylədim. Mikayıl bizə gələnə kimi ov dükanlarının birindən 15 manata 30­a yaxın dolu patron aldım. Pat­ ron aldığımdan 5­10 dəqiqə keçmiş Mikayıl dədəsindən yadigar tüfəngi ilə birlikdə özünü bizə yetirdi. Mən ona kəndimizin arxasında, maşınla 10 dəqiqəlik məsafədə olan meşəlik əraziyə getməyi təklif elədim. Ora ov üçün yaxşı bir yer idi. Kənddən ora ova gedənlər ördək, qaz, bildirçin ovlayaraq qayıdırdılar. Bir­iki nəfərin qaban ovuna çıxdığını da eşitmişdim. Mən də Yaban Tv­də izlədiklərimdən həvəslənərək Mikayılla birlikdə ov yerinə getmək üçün hazırlaşdım. Qonşumuz, həm də atamın əmisi oğlu olan Rüfət əminin motosikleti var idi. Meşəlik əraziyə ova gedəcəyimi Rüfət əmiyə danı­ şaraq ondan bir günlüyünə motosikleti mənə verməsini xahiş etdim. Sağ olsun, qırmadı məni, o ikiayaqlı tex­ nikanı, motosikleti mənə verdi. Yanacağının az olması ehtiyatı ilə, elə birbaşa yanacaqdoldurma məntəqəsinə baş çəkib, işimi ehtiyata alaraq motosikletə yanacaq vu­ rub evə döndüm. Evdən batareya ilə işləyən bir akusti­ ka götürüb, botlarımızı geyindik. Mikayıl ov çantasını çiyinlərinə keçirib, fişəng qatarını belinə bağladıqdan, mənsə tüfəngi çiynimdən asdıqdan sonra iki yoldaş mo­ tosikletin belinə əyləşərək, düzəldik yola.

Yazar: Elmar Şahbazov
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 101
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri