Otaq yoldaşım Pinti (10-cu bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 2 130
Səs ver:
(səs: 0)
Vəhşilərin üzləşməsi
Təxminən 12 dəqiqəyə ov yerinə çatdıq. Ov üçün hər kəs səhər tezdən yerindən qalxıb gəlir, biz
isə günorta gəlmişdik. Motosikleti bir yerdə saxlayıb düşdük meşəliyə. Bir az olar meşənin içində addımla­ yırdıq ki, başımızın üstündən, ağacdan bir quş uçub getdi. Ovun bolluğunu sezərək Mikayıldan patron alıb tüfəngə qoydum. Mikayılla birlikdə səssiz addımlar­ la meşənin içində çox enli hissəsi olan, o qədər enli ki, kiçik gölə bənzəyən çaya tərəf gedirdik. Çünki orada qazdan, ördəkdən ovlaya bilərdik. 10 dəqiqə yeridikdən sonra çayın o enli sahəsinə gəlib çıxdıq. Özümüzə bir yer seçib çayın səthində o tərəf­bu tərəfə boylanaraq canına qıyacağımız canlıları axtarırdıq. Çayın qarşı sahilinə yaxın, bizdən bir xeyli uzaqda üzən bir ördək gözümüzə sataşdı. Gətirdiyimiz akustikanı USB ilə te­ lefona qoşub, internetdən yüklədiyim ördək səsini işə saldım. Akustikaya səs verərək səbirlə şikarımızın yaxı­ na gəlməsini gözlədik. İnsan alətindən çıxan səsi ça­ yın qarşı tərəfində üzən şüursuz canlı qarşı cinsi sanıb, səsini çıxarmağa, yavaş­yavaş bizə sarı üzməyə başladı. Biz kol­kosun, qamışların arxasında gizlənib, sakitcə ördəyin gəlişini izləyirdik. Ov uzaqda olsa da, çaxmağı çəkib tüfəngi onun sinəsinə tuşlamışdım. Nişanı çayın səthindəki ördəyə nizamladığımda qanad səsləri məni fikrimdən yayındırdı, əcəlinə susamış bir ördək uça­raq gəlib lap yaxınımıza qondu. Çayın səthindəki digər ördək də üzərək bizə yaxınlaşmaqda idi. Yeni şikarım çaşqınlıq yaratmışdı, bir az tərəddüddən sonra tüfəngi bizə yaxın olan ördəyə tuşlayıb tətiyi çəkdim, gurultu ilə tüfəng açıldı. Saçmalar ördəyin sinəsini dələrək ca­ nını aldı, yazıq ördək heç çırpınmağa da macal tapma­ dı. Bizə sarı üzən ördəksə tüfəngin səsini eşidər­eşitməz uçaraq qaçdı. Ovladığım ördək qamışlara ilişib suyun üzərində cansız yatıb qalmışdı. Biz cansız ovu yerindən tərpətməyib akustikaya səs verərək ördək gözləməyə başladıq. Sıra Mikayılın idi, tüfəngi ona verib böyürtkən kollarının arxasında yerə çöməldim. İlk ovdan son­ ra təxminən yarım saat səbir etməli olduq. Axırda 4­5 ördək uça­uça bizdən 25­30 metr aralı məsafəyə qondu. Mikayıl nəfəsini çəkib nişan alaraq tətiyi sıxdı və daha bir ördəyin həyatına qəsd etdik. Kaş tüfəngimiz qoşalülə ola idi, digər ördəklərin də canlarına qəsd edə idik. Sıra yenə mənə gəlmişdi, Mikayıl fəxrlə gülümsəyərək göz vurub isti silahı mənə uzatdı, silahı əlimə alıb lüləsinə fişəng salmış, səbirsizliklə gözləyirdim. Mənim sı­ ramda uzun vaxt gözləməli olduq, yarım saatdan da çox gözlədik, demək olar. Sonunda bir ördəyin çayın axını istiqamətində uça­uça keçdiyini gördük. O quş elə uçurdu ki, heç qonana oxşamırdı. Ayağa qalxıb nəfəsimi çəkərək nişanı ördəyin düz özünə yox, uçdu­ ğu istiqamətə tərəf, ondan azca qabağa, başından bir az irəli tuşlayıb, əminliklə məsafəni tarazlayaraq ən yaxın məsafədə tətiyi sıxdım, lülədən çıxan qığılcımlar və par­ tıltı səsi, ördək fırlana­fırlana çaya çırpıldı. Sıra yenə Mikayıla gəldi, tüfəngi ona verib akustikaya nəzarət elədim. O da mənim kimi yarım saatdan çox gözləməli olsa da, sonunda bir əcəlinə susamış ördək uçaraq gəlib, demək olar ki, tüfəngin lüləsinin önündə dayandı. Sanki ördək “Vur məni, Mikayıl” deyirdi. O, çox bəxtlidir, daş atsa, ördəyi vurardı. Nəfəs dayandı, atəş açıldı və qələbə. Dörd ördək ovlamışdıq beləcə, hərəmizə ikisi düşürdü. Çaya girərək qamışlara ilişmiş cansız ördəkləri götü­ rüb, çantaya atdıq. Digər əşyalarımızı da çantaya qo­ yaraq evə getmək üçün hazırlaşdıq. Evə dönmək üçün tələsməli idik, çünki bir saata hava tamamən qaralacaq­ dı, axşam burada olmaq həyatımız üçün təhlükəli olar­ dı. Bu meşədə çoxlarının canavarla rastlaşdığını eşitmiş­ dik. Hazırlığımızı görüb geriyə, motosikletimizi qoydu­ ğumuz yerə tərəf hərəkətləndik. Qaranlığa gömülməyə başlayan meşənin ağacları arasında addımladıqca duy­ duğum bayquş, qarğa səslərindən, ayaqlarımın altında sınan çör­çöp səslərindən içimə səksəkə düşdü. Ehtiyata Mikayıldan bir patron alıb tüfəngə qoydum, çaxmağı çəkib sağa­sola baxaraq vahiməli meşədə addımlamağa davam etdik. İki dəqiqə söhbət edə­edə getdikdən sonra qorxularım dağıldı, çaxmağı buraxıb tüfəngi belimdən asdım. Ovlamağımızdan, necə atəş açdığımızdan da­ nışıb, sevinə­sevinə gedirdik ki, Mikayıl “canavar!” deyə qışqırdı. Sanki məni elektrik vurdu. Qorxularım əbəs yerə deyilmiş, motosikletə yaxın bir yerdən cana­ var sürüsü keçirdi. Mikayılın səsinə canavarların ha­ mısı bizə sarı çevrildi. Biz canavarların vahiməsindən qorxaraq yanımızdakı böyük qarağac ağacının başına necə çıxdıqsa, yadımda deyil, amma ağaca çıxmışdıq ki, o vəhşi heyvanların ağacın altında dövrə vurmalarını, bizə baxaraq dişlərini qıcıyıb mırıldamalarını heç unu­ da bilmirəm. İndi də yadıma düşəndə tüklərim biz­biz olur. Biz ağacın başında dalımızın qorxusundan boğazı­ mızı cıraraq “kömək eləyin” deyə mənasız yerə, kimsə olmayan meşədə qışqırırdıq. Çığırıb­bağırarkən bir­iki canavar pəncələrilə ağacın gövdəsindən yapışır, ağaca atılıb ətimizi dişlərinə keçirmək istəyirdi. Vəhşilərin ağaca çıxa biləcəyini düşünüb elə əsirdik ki, qorxudan az qalsın şalvarımıza batıracaqdıq. Mikayıl böyük bu­ dağın üzərində ağlayacaqmış kimi: “Axı onlara nə etmi­ şik ki, bizi parçalayıb canımızı almaq istəyirlər? O qədər yeməli şeylər var ki, gərək bizi yeyələr? Gedin, rədd olun burdan, rədd olun, zibillər, vəhşilər!” – deyərək sa­ yıqlayırdı. Mən qorxudan doğan həyəcandan belimdəki silahın varlığını belə unutmuşdum, qəfil yadıma düşdü ki, axı bizim silahımız var. Tüfəngi belimdən götürüb, çaxmağı çəkib ağaca dırmanmağa çalışan boz canavara nişan alaraq tətiyi çəkdim. Bu atəşlə ağaca dırmanma­ ğa çalışan o vəhşi məxluqu, sadəcə, yaralamağı bacar­ mışdım. Axı bizim patronlar quş ovlamaq üçün idi, o vəhşinin həyatına son verə bilməzdi. Kiçik saçmalarla yaraladığım canavar, bədənindəki ağrılarla daha da az­ ğınlaşmışdı. Yaralı başımızdakı bütün tükləri dimdik edəcək qədər vəhşicəsinə mırıldanıb ağacın başında dövrə vurur, yanımıza çıxmağa çalışır, bizi parçalamaq istəyirdi. Xoşbəxtlikdən digər canavarlar tüfəngin çıxar­ dığı səsdən qorxaraq qaçıb getmişdilər. Ən azından on­ların getməsindən ürəklənib, yuxarıdan aşağı ilk atəşdə əlimdən düşəcək olan tüfəngi bərk­bərk tutaraq Mika­ yıldan dolu patron istədim. Bizim əlimiz necə əsirdisə, Mikayılın verməyə, mənim almağa çalışdığım ilk üç­ dörd patronu yerə salmışdıq. Axır dostumdan bir patron almağı bacarmış, tüfəngə qoya bilmişdim. Həmin yaralı canavara yenə atəş açıb vurdum, o yenə də ayaqda idi. Səkkizinci atəş, doqquzuncu atəş, on, on bir. Beləcə düz on iki patronu onun parçalayıb yemək instinkti ilə dolu başına çaxdım. Axır ki, biz onu yerə sərməyi bacardıq. O, yerə yıxılsa da, ölməmişdi, amma hərəkət etməyə də halı yox idi. Tüfəngə bir patron da qoyub yavaş­yavaş ağacdan yerə sürüşdüm, lüləni vəhşinin başına dayaya­ raq, onu sirkələdim, ayağa qalxmayacağından tamamilə əmin olmaq üçün tətiyi çəkib saçmaları onun al­qana bu­ laşmış başına boşaltdım. Mikayıldan alıb cibimə qoydu­ ğum patronla yenə tüfəngi doldurdum. Mikayıl da ağac­ dan düşəndən sonra əlimizdən yerə düşən əşyalarımızı yığıb qaçaraq motosikleti qoyduğumuz yerə getdik. Biz hardasa bir saata yaxın ağacda qalmışdıq, hava da yaman qaralmışdı. Tələsik motosikletə əyləşib sürətlə kəndə tərəf sürməyə başladım. Elə mən sürdükcə Mika­ yıl mənə: “Kənan, sürətli sür, day çataq, mənim ürəyim partladı” – deyirdi, mən də: “Bir də belə ova çıxsam, ağzımı...” – dedim. Kəndə gəlib yetişdikdə elə çox sevi­ nirdik ki, sanki illərdi kənddən çıxmışdıq. Həyətə girib evin qapısını açdıqda mənim qorxmuş ürəyim sakitləşib rahatladı, yenə oldum şir Kənan.

***
Evdəkilərə ovladıqlarımızı fəxrlə göstərib fərəhlənirdik. Mikayılı axşam yeməyinə qalsın deyə buraxmadım. Axşam hər kəs süfrə ətrafında olanda ov zamanı başımıza gələn canavar əhvalatını azacıq şişirdərək çox gözəl rəvayət elədim. Atam, anam, qar­ daşlarım təəccüblə məni dinləyirdilər. Mikayıl danışdıq­ larımı “hə, hə” deyərək təsdiqləyir, bəzi yerləri məndən betər şişirdib danışırdı. Canavar əhvalatının sonunda atam mənə: “Atasının oğlu, eynilə mənə çəkmisən, ha­ laldı sənə” – dedi, mən də fərəhlənərək özündənrazı bir təbəssüm göstərdim. Atam həmişə içdikdən sonra əsgərlik xatirələrindən danışır. O, hərbi müddəti So­ vetin tərkibində olduğumuz vaxt çəkdiyi üçün Sibir əyalətində başa vurmuşdu. Atamın dediklərinə görə, ora o qədər soyuq imiş ki, tüpürdükdə tüpürcəyi yerə buz kimi düşür, “cınq” edirmiş. Atam təkcə elə bu sözləri 16 dəfə mənə danışıb. Başqalarına da danışdığının sa­ yını demək istəyərdim, amma unutmuşam. Həmin axşam 17­ci dəfə həmin söhbətdən edib, soyuq Sibir meşələrində gecə növbələrindəki sərgüzəştlərini nağıl etdi. Axşam yeməkləri yeyib çaylarımızı içdikdən sonra Mikayılı motosikletlə evlərinə apardım. Geriyə qalan üç­ dörd patronu da ona verib, məni qırmayıb gəldiyi üçün təşəkkür etdim. Evə döndükdə çox yorğun olduğumdan yerimə girib yatdım. Sabah oyandığımda vəfasız Arzu yox, rəhmətlik nənəm yadıma düşdü, darıxdım onun üçün, buna görə də nənəmin doğma bacısı, yəni atamın xalası Bəsdi nənənin yanına getmək istədim. Bəsdi nənə Mikayılın doğma nənəsi, mənim nənəmin iki bacısından biri olan kiçik bacısı idi. Nənəmin atasının oğlu olmur­ muş deyə sonuncu qıza Bəsdi adı qoyublarmış. Bunları mənə əziz nənəm sağ olan vaxtları danışmışdı.
***
Rəhmətlik nənəmin xatirəsi ilə Mikayıla zəng edib harada olduğunu soruşdum, o:
– Evdəyəm, bir azdan nənəmi ziyarətə gedəcəyəm,
– dedi.
Mən:
– Elə mən də nənəni ziyarət etmək istəyirəm, türkün məsəli, – deyib güldüm.
Mikayılın atası – Bəsdi nənənin oğlu – evin böyük oğlu olduğu üçün, bizim yerlərin adəti ilə, ayrılıb başqa evdə qalırdı, bizim yerin adətinə görə, dədə­nənə obası kiçik oğula qalır. Nə isə, dostum, mən yeməyimi yeyib evdən ayrıldım. Hardasa telefonla danışdığımızdan bir saat sonra Mikayılla kənd məscidinin önündə görüşdük. Biz görüşdüyümüz vaxt gördük ki, günorta namazına az qalıb, Mikayıla:
– Bu vaxt möminlərimiz məscidə namaza gəlirlər, gəl biz də gedək, pulsuz çay içərik, 100 faiz gələnlərdən çay dəmləyən olar, – dedim.
Mikayıl:
– Hə, gəl gedək, içək, nənəm də bir azdan namaz qılacaq onsuz, – dedi.
Biz məscidə girdikdə kənddən bir neçə əməlisaleh adamın oturub çay içərək söhbət etdiyini eşitdik, yuxarı səslə möminlər komandasına salam verib, özümüzə çatıb süzərək bir qıraqda əyləşib, namaz əhlinin söhbətlərini dinləməyə başladıq. Söhbətə qulaq verdikdə eşitdiklərim kiminsə şəhərdən ev almağı, filankəsin oğlunun filankəsin qızını qaçırması, kimlərinsə görüşü barədə maraqlı və şirin qeybətlər oldu. Əməlisaleh insanlar şi­ rin­şirin dünyəvi söhbətlər edirdilər ki, azan eşidildi. Məktəbdə zəng vurulan vaxt uşaqlar tələsə­tələsə sinfə necə gedirsə, burada da şirin qeybətli, ağsaqqaldan ca­ vanına, hamısı tələsik gedərək dəstəmaz alıb, möhür gö­ türüb başladılar namazlarını qılmağa. Mikayılla bir­iki stəkan çay içib Allaha bizə bağışlaması üçün dua edib, çay dəmləyənlərə və içənlərin ruhuna salavat çəkərək məsciddən çıxdıq. Asta­asta yeriyərək gəldik Bəsdi nənənin evinə. Bəsdi nənə məni görən kimi çox sevindi, boynumu qucaqlayıb üzümdən öpdü. Bəsdi nənə:
– Nə vaxt gəlmisən, ay oğrəş, – təhqir edərək soruşdu.
Qoca nənələrin belə təhqiri adamın canına lap yağ kimi yayılır, dostum.
Bəsdi nənənin yanına gec gəldiyimdən inciməsin deyə yalandan:
– 31 dekabr, heç iki gün tamam deyil gəlmişəm, – dedim.
Bəsdi nənə:
– Bəs dünən niyə gəlmədin, ərkansız? – dedi. Mənsə söhbətdən yayınıb bir az ordan­burdan danış­
dıqdan sonra dünən başımıza gələn əhvalatı bütünlüklə Bəsdi nənəyə danışmağa başladım. Canavar əhvalatını dinlədikdən sonra Bəsdi nənə:
– Durun gedək məscidə, indi molla məsciddə olar, sizə qorxu duası yazdıracam, – dedi.
Mən də:
– Yox, lazım deyil, biz yaxşıyıq, heç nəyimiz yoxdu, nənə, – dedim.
Bəsdi nənə bizə dua yazdırmaq üçün məscidə apar­ maqda çox israrlı idi. Mikayılın “nənəm düz deyir, Kənan, gəl gedək, özümüz dua yazdıraq” deməsindən sonra Bəsdi nənə sakitləşmişdi.
Nənəmizlə sağollaşıb gedirdik ki, sevimli nənə boy­ nundan asdığı pul kisəsini çıxarıb Mikayıla da, mənə də 5 manat pul uzadıb:
– Birdən pulunuz olmaz dua yazdırmağa, alın bun­ ları, dua yazdırın haaa, – dedi.
Biz də:
– Yox, yox, lazım deyil, özümüzün var, – deyib ar­ tistlik eləyə­eləyə pulları alıb cibimizə qoymuş, sağolla­ şıb nənənin evindən ayrılmışdıq.
7 manat mənim pulum var idi, oldu 12 manat, 3 ma­ nat da Mikayılda var idi, oldu 8 manat. Biz kəndimizdəki marketlərdən birinə gedib hərəmizə bir qutu “Sobranie” siqareti alıb kəndin qabağındakı kafeyə gəldik. Kafedə əyləşdiyimizdə Toğrulla Kərimə zəng edərək kafeyə dəvət etdik. Onlar gələndə bizim pivə içdiyimizi görüb: “Bu soyuqda pivə içərlər?” – deyə təəccübləndilər. Belə demələrinə baxmayaraq, onlar da pivə sifariş etdilər. Onlara ova getdiyimizdən, ovladıqlarımızdan, qaba­ rıq halda başımıza gələnlərdən danışdıq. Onları ova çağırmamışdıq deyə bizdən bir az incidilər, canavar söhbətinə də inanmadılar.

İyrənclik
ivələyərək vaxtımızı keçirdiyimiz kafedə söhbət o yerə gəlib çıxdı ki, başladıq seks həyatından danışmağa. Bu mövzuda Kərim kənddəki, özünü müasir sanan əxlaqsız və quşbala bir qızla olan xatirələrindən da­ nışdı. Onun dediyinə görə, yay aylarında iki­üç gündən bir, gecələr saat birdə­ikidə görüşdüyü qızın yaşadığı evin həyətinə gizlincə girib, ona zəng edərək həyətə ça­ ğırırmış. Təndirxanada, hamamda, ya da həyətdəki kol­ kosun, ağacların arxasına, xəlvətə çəkilib dodaqlarını öpür, soyundurub qoşa pambıq təpələrini oynadırmış. Quşbala qızı buna yamamasınlar deyə o qızla həmişə anal sekslə məşğul olur, qız da bunun altında ağrı ilə qıvrılır, bu isə saatlarla onun üstündən durmurmuş. Saat dörddə­beşdə ondan ayrılaraq evə gəlib ayı kimi yatırmış. Seks mövzusunda Toğrul da elə Kərimin oy­ naşdığı qızla bir neçə dəfə olduğunu, bir də bizim kəndə qonşu kənddəki dul gəlinlə olan macəralarını nağıl etdi. Abırsız dostlarımın haqqında danışdıqları əxlaqsızları mən də üzdən tanıyırdım və başqa oğlanlarla da olduq­ larını eşitmişdim. Həmin ehtiras acgözləri ilə, demək olar ki, kəndin bütün abırsızları gecələmişdi. Bircə Mi­ kayılla mən gey kimi heç bir şey etməmişdik. Mikayıl­ la mənim seks həyatında yuxuda gördüklərimizdən başqa payımız olmadığı üçün susub Kərimlə Toğrulu dinləməkdə idik. Onlar bunu bildikdə söhbətin axırında qərara gəldilər ki, bu gecə bizi çarpayı güləşinə aparsın­ lar. Fahişə yanına getməyə tərəddüdlü olsam da, bunu dostlarıma bildirmədim. Mən həm getmək istəyirdim, həm də istəmirdim. Getmək istəməyimin səbəbi aydın idi. Bütün normal cavan insanlar kimi bu yaşlarım­ da qanım qaynayır, ağlımın bir hissəsi cinsi orqanıma işləyirdi, nəticədə cinsi ehtiras hisslərimdən doğan ehtiyacımı ödəmək istəyirdim. Getməmək istəyim isə hələ də bir qadınla əlaqədə olmadığımdan, bakir oldu­ ğumdan və bu təmizliyimi hansısa bir əxlaqsız qadın­ la, fahişə ilə kirlətməmək düşüncəsindən idi. Hansısa bir fahişə ilə özümü çirkləndirmək istəmir, ancaq ailə həyatı qurduqdan sonra təmiz bir münasibətə girmək istəyirdim. Mikayılın məndən fərqli, qəti olaraq bir istəyi var idi, o da getmək və ehtiyacını ödəmək. Onların üçünün də getmək istəyini görüb üzərimə gey şübhəsi salmamaq üçün həvəssiz onlarla razılaşdım. Doğrusu, mənə bu şübhə ilə yanaşmasalar da, bu mövzuda zara­ fatlar edəcəkdilər. Bu da ki mənim üçün heç xoş olma­ yacaqdı. Həm də bir yandan gedəcəkdim deyə nədənsə sevinirdim. Pivələrimizi içib sağollaşaraq kafedən ayrı­ lıb getdiyimizdə mən içkinin təsiri ilə evə çatar­çatmaz başımı atıb yatmışdım. Onda ayılıb gördüm ki, telefonu­ ma zəng gəlir. Zəng edən Kərim idi. Mənə günorta da­ nışdığımız kimi rayona oynaşmağa gedəcəyimizi, hazır­ laşmağımı, iyirmi dəqiqədən sonra gələcəyini söylədi. Əyin­başımı geyinib hazırlaşdıqdan iyirmi dəqiqə son­ ra biz artıq rayon yolunda idik. Rayon mərkəzindən 400­500 metr aralıda, önünə “Ailəvi İstirahət Mərkəzi”yazılmış restorana getdik. Məzə qadınları Xala adı ilə müraciət edilən insan alverçisi tərəfindən kamuflyaja bürünmüş həmin restoranın arxasında donuzdan belə ucuz qiymətə – 1 dəfəsinə 25 manat ödəyən müştərilərə verilirdi. Biz də müştəri kimi alış­veriş məqsədilə res­ toranın arxa tərəfinə keçib, həmin müqəddəs Xalanın yanına getdik. Restoranın arxasında, açıq havada qurul­ muş masanın baş tərəfində Xala ləqəbli insan alverçisi, ətrafında 8­9 nəfər həyat işçiləri, bir də Xala ilə rumka­ rumkaya vuran iki nəfər kişi oturmuşdu. Onlara bizim nə niyyətlə gəldiyimiz bütün gəlişlər kimi aydın idi. İn­ san alverçisi şeytani gülümsəmə ilə üzünü bizə tutub:
– Seçin, cavanlar, – dedi.
Sanki müqəddəs Xala qab­qacaq satıcısı, bizə “se­ çin” deyərək göstərdiyi məzə qadınları isə cansız əşyalar idi. Satıcının rahatca “seçin” deyə o qadınla­ rı göstərməsindən, onların bu qədər alçaldılmasından özüm xəcalət çəkdim. Amma elə görünürdü ki, o söz bədənlərini satmaq üçün sıraya düzülmüş arsız qadınla­ ra əzgin deyil, xoş bir ifadə idi. Deyəsən, cansız əşyalar kimi işarə edilən qadınlar heç o sözü eşitməmişdilər, çünki onlar heç nə duymamış kimi oturub, bizim seçi­ mimizi gözləyirdilər. Biz seçimimizi edib pulu ödəyərək qayıracağımız qadınlarla birlikdə restoranın arxa tərəfində yerləşən 4­5 otaqlı, evə bənzər obyektin içinə girdik. Seçdiyimiz qadınlarla birlikdə hərəmiz, sadəcə, ikinəfərlik böyük çarpayısı olan otaqlara keçdik. Mənim seçdiyim “qadın” (adlandırmaq olarsa) məndən uzun, bir az çəkili, 26­28 yaşlarında olardı. Onun sarıya boyan­mış saçları, balaca, sallaq sinələri, böyük gövdəsi var idi. Gözlərimə iyrənc görsənən göbəyi açıq, qısa ətəkli fahişə paltarlarını soyunduqdan sonra daha da eybəcərləşdi. Həyatımda ilk dəfə idi ki, canlı olaraq vajina görürdüm, o çox iyrənc, tikələnmiş ət parçalarının bir yerə yığıl­ ması kimi görünürdü. İlk dəfədi cinsi münasibətə gir­ diyim o vaxt sanki tamaşaya baxmağa getmişdim. Mən fahişəyə heç toxunmamış o çığır­bağır salır, məni ehti­ raslandırmağa çalışırdı. Deyəsən, dünyada heç fahişələr də işindən zövq almır, o, altımdan canını qurtarmaq istəyirdi. Bu işini sevməyən fahişənin hərəkətləri mənə çox iyrənc görsənirdi. O anlar: “Bu nədi axı mən edirəm? Necə də mənasızdı, heç zövq vermir. Bu zövqə görəmi bakirliyimi pozdum, özümü kirlətdim? Əlimlə mastur­ basiya etsəydim, bundan yaxşı olardı” kimi fikirlər ke­ çirdi ağlımdan. Onu qayırdıqca o, altımda öz artistliyini edib “öldüm, öldüm” – deyə qışqıraraq məni aldatmağa çalışır, mən də daha vəhşicə önə­geriyə hərəkət edərək “axı səni kim məcbur edir, öl” – deyə düşünürdüm. Beş dəqiqə sonra öz iyrənc hərəkətlərimdən, ən böyük akt­ yorun göstərdiyi tamaşadan zərrə zövq ala bilməyib eh­ tirasımı yana­yana qoyaraq paltarlarımı geyinib otaqdan çıxdım. Restoranın önünə keçdikdə Kərimlə Toğrulun bir masada əyləşib çay içdiklərini, deyib­güldüklərini gördüm. Yanlarına getdiyimdə onlar məni:
– İlanı yuvaya sala bildin? Necə oldu, xoşuna gəldi?
– kimi gülərək zarafat edib sorğu­suala tutdular.
Mən də onlara:
– Super, hər şey əla idi, ləzzət elədi, – kimi cavablar verdim.
Görünür, Mikayıla yaman ləzzət eləmişdi, çünki biz çıxmışdıq, söhbət edib çay içərək iyirmi dəqiqə ötür­ müşdük, lakin o gəlib çıxmaq bilmirdi. Mikayıl həmin vaxtdan on dəqiqə sonra gəldiyində:
– 25 manat verib ikinci dəfə götürdüm, əla idi, – dedi və utanmaz­utanmaz güldü.
Hamımız masa arxasında oturub çay içərkən üzü­ mü dostlarıma tutaraq:
– Görəsən, bu qadınlar niyə bu peşəni seçiblər? – dedim.
Kərim gülərək:
– Pul qazanırlar də, – dedi. Mən Kərimə baxaraq:
– Pul qazanmaq istəyirlərsə o qədər iş var ki... hələ özü də qadınlara, – dedim.
Toğrul böyük bir cavab verirmiş kimi:
– Ay qaqa, deyirəm, tək qadınlardı ki? Üzdəniraq kişilər də vurdurmaqla məşğuldu, bilirsən, nə qədər var? Düzü­dünyanı götürüblər, at ilxısı, köpək sürüsü, – dedi. Mikayıl Toğrulun sözünə qüvvət verərək:
– Hələ bu harasıdı? Transı var, geyi var, nə bi­ lim nəyi var, özlərini qoyublar axırıncı yola, – dedi. Mən daha söz tapmayıb:
– Yəqin ki, xəstəlikdi, – dedim. Kərim:
– Ayə, sənə nə lazımdı? Get vur, kefini çək də. Biz səfehlər hara pul xərcləyək bəs? – deyərək güldü.
Mən bu söhbətdən bezib:
– Hə, yaxşı, siz nə elədiz içəridə, xoşunuza gəldi? – deyərək söhbəti dəyişdim.
Beləcə həmin gecəki hünərimizdən söhbət edib çayımı­ zı içdikdən sonra kəndə, kəndə çatdıqdan sonra evləri­ mizə dağılışdıq.

Yazar: Elmar Şahbazov
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 130
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri