Otaq yoldaşım Pinti (11-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 2 322
Səs ver:
(səs: 1)
Kənddə keçirdiyim sonrakı günlərin gündüzlərini qohum evlərində, axşamlarını dostlarımla kafelərdə, gecələrini də yatağımda keçirirdim. Yataqda olduğum vaxtlar arabir Arzu yadıma düşür, kefim pozulur, içi­ mi çəkib yatırdım. Yəni anlayacağın, dostum, dərslər yadıma düşmürdü. Ayın 8, 12, 16, 21, 26­sı, bir də 29­u imtahanlarım var idi. Mənsə heç bir imtahana hazır deyildim. Ayın 6­sı qatara bilet alıb, ailəmlə, dostla­ rımla sağollaşaraq, hazırlıqsız axşam saat 11 qatarı ilə Bakıya yola düşdüm. Səhər saat 7­yə işləmiş qatar “28 May”a çatdığında iki şey kefimi pozdu, biri hava­ nın çox ürəksıxıcı görsənməsi, digəri isə Arzu ilə bağlı xatirələrin yadıma düşməsi. Kefsiz halda vağzaldan bir­ başa Zabratda kirayələdiyimiz evə getdim. Evin soyuq olmağından çox səssiz olması kefsizliyimə qol­qanad ol­ muşdu. Böyük kefsizliklə setkayla həsirlənmiş çarpayı­ ma girib yatdım. Gözlərimi açdığımda Zaminlə Kənanın evdə olduğunu gördüm. Görüşüb aynabənddəki yerlərimizə oturub rayondakı ab­havadan, Yeni ili necə keçirdiyimizdən, nə etdiyimizdən danışdıq. Onların da­ nışdıqlarından, analizimə görə, bu qısa tətilləri mənimki kimi maraqlı olmamış, durğun keçmişdi. Maraqlı dedi­yim ov və marixuana idi. Mənim onlara ilk söhbətim ov macəramdan olmuşdu. Onlar mənə təəccüblə baxır, maraqla dinləyirdilər. Bu macəra söhbətim onların çox xoşuna gəlmişdi. ikinci söhbətimdə rayonda çəkdiyim həşiş ilə bağlı təəssüratımı bölüşmək var idi. Bu, Kənana maraqlı görsənsə də, Zamini daha çox cəlb etmişdi. Belə ki, o mənə “rayona yenə gedəndə gətirərsən, mən də çəkərəm, heç çəkməmişəm” demiş, mən də gətirəcəyim barədə ona söz vermişdim. Səhəri gün Akademiyaya Azərbaycan dilindən imtahan verməyə getdim, ayın 12­si isə tarixdən. Bu fənlərdən imtahanlar çox asan oldu mənə. Kursda öyrəndiklərimin bəhrəsini bu imta­ hanlarda bir daha topladım. Bütün imtahanlar qurtar­ dıqda dörd fəndən keçmiş, ikisindənsə kəsilmiş oldum. Kəsildiyim fənlərin hərəsinin bir kəsilmə səbəbi və ya da bəhanəsi var idi. O fənnin birini sevmir və oxumurdum, digər fəndən kəsilməyimə səbəbsə, imtahanına gedəndə özümü çox rahat hiss edib, arxayınlaşmağım olmuşdu. İmtahanlarla birinci semestr sona yetdi və ikinci semestr start götürdü.

İkinci semestr
İkinci semestrin əvvəllərində dərslərdən, qəm­ kədərdən fərqli bir şey olmasa da, ortalarında yeni
sevgi sərgüzəştim başladı. Bu sərgüzəştim martın orta­ larında iştirak etdiyim pulsuz ingilis dili danışıq klu­ bunda tanış olduğum Günay adlı qızla közərdi. O gün Günayla danışıq klubundan ayrılaraq söhbət edə­edə gedib Dənizkənarı bulvarda yerləşən kafelərdən birində əyləşdik. Orada bir az ordan­burdan, dərslərdən­ filan söhbət etdik. Kafedə boş­boş söhbətlərdən son­ ra sağollaşıb ayrılmışdıq. Kafedə oturduğumuz vaxt “Facebook”dan ona dostluq dəvəti atmışdım, o da ya­ nımdaca dəvəti qəbul etmişdi. Günay da mənim kimi 1­ci kursda oxuyurdu. Bu, müsbət haldı, yaşı yaşıma uy­ ğun idi yəni. O 1.60 sm boylarında, qara saçlı, iri gözlü, iri dodaqlı, cəlbedici bir qız idi. Məni ona ən çox cəlb edən iri dodaqları və gözəl bədən fiqurasının olması idi. Armudu stəkana baxsan, necə fiquranı nəzərdə tutdu­ ğumu anlayarsan, böyük dal və sinələr. O çox şeyi ilə gözlərimi oxşamışdı. Onun dik sinələri, işıldayan gözləri tamam ağlımı əlimdən alırdı. Onu sevirdim, yoxsa onun bədəninimi əldə etmək istəyirdim suallarını özümə bir neçə dəfəvermiş, ammacavabında birtərəfli olmamışdım. Günayla tanış olduğum günün axşamı onun “Facebook” profilində paylaşdığı nə varsa bəyənib, “Salam, necəsən, çatdınmı evə?” – yazaraq mesaj yolladım. Bir az da tele­fonla mesajlaşıb əksər cavanlar kimi səbirsizliklə cavab yazmasını gözlədim. Otaq yoldaşlarımla yemək yeyib çay içərək, söhbət edərək vaxtı səbirsizliklə ötürürdüm. Bu arada mən ikinci semestr başlayanda Zabratdakı kirayə evdən – Zamingildən ayrılıb Əcəmiyə, başqa dostlarımın yanına köçmüşdüm. Əcəmidəki kirayə evin sahibi hazırlıq kursundan sinif yoldaşım Nurlanın öz evi idi. Bu evdə Qüdrət, Nurlan və mən – üç nəfər yaşayırdıq. Biz üçümüz də bir­birimizlə hazırlıq kur­ sunda tanış olmuşduq. Onların ikisi də məndən arıq və uzun idi. Qüdrət ovalsifət, qarayanız idi, Nurlanınsa üçbucaq sifəti, sarıya çalan dərisi var idi. Onların ikisi də mənim kimi hüquqşünaslıq ixtisası üzrə oxuyurdu­ lar. Qüdrətgillə müəllimlərdən, dərslərdən, qızlardan söhbət edib mesajı yazdığımdan bir saat sonra profili­ mi yoxladıqda Günaydan cavab gəldiyini gördüm. O: “Salam, yaxşıyam, bəs sən? Hə, çoxdan çatmışam, ma­ raqlandığın üçün çox sağ ol” yazıb sonunda smaylik qoymuşdu. Mən də tez: “Mən də yaxşıyam, təşəkkürlər. Narahat oldum, dedim görüm bu xanım evə çatdımı­ çatmadımı” yazıb sonuna utanan smaylik qoyub yolla­ dım. O da: “Məni də bu qədər düşünən olarmış” yazıb sonuna mənim kimi utanan smaylik qoymuşdu. Beləcə hər gün nəsə bəhanə edib yazışaraq bir­birimizə daha da yaxınlaşırdıq. Lap əvvəl tanış kimi, sonra dost, ən axır­ da da sevgili kimi danışmağa başladıq. Bunların hamı­ sı biz müasir gənclərin əlində texnikanın inkişafı kimi, çox sürətlə baş vermişdi. Dost kimi münasibətdə olan­ da hər həftə sonu ya sinemaya, ya buzda sürüşməyə, ya bovlinq oynamağa, ya da başqa bu kimi əyləncələr üçün görüşür, birlikdə vaxt keçirirdik. Ondan xoşlan­ dığımı, deyəsən, aprel ayının ortalarında “Facebook” üzərindən mesajla yazmışdım. O buna görə üç gün məni “Facebook”da dostluqdan çıxarıb bloka atmışdı. Bundan əlavə iki gün danışdırmayıb naz etdikdən son­ ra etiraf etmişdi ki, o da məndən xoşlanır. Sevgili kimi görüşdüyümüz ilk gün mənə çox həyəcanlı gəlmişdi, bu sevgili münasibətləri həyatımdakı ilklərdən biri idi. Həyatımdakı ilk addımım, ilk sözüm, ilk qarla ta­ nışlığım, ilk tənhalığım, ilk seksim, ilk sevgilim və bundan sonra olacaq bütün ilklərim. Günayla sevgili münasibətindən başqa bir ilkim də öpüşməyim olmuş­ du. Bu hadisə sevgili olduğumuzda şənbə günü birlikdə getdiyimiz qaranlıq sinema zallarından birində baş ver­ mişdi. O ilk öpüş çox qısa sürmüşdü. Həyatımdakı o ilk əksər ilklərdən daha ləzzətli, daha ecazkar idi. Qaranlıq zalda dodağımı uzadıb onun qırmızı rəngli, böyük do­ daqlarına söykəmişdim. Onun iri dodaqları çox yumşaq və isti idi. İsti dodaqlarından yediyi şirin popkornların şəkərini dilimdə hiss etdikdə ayaqlarıma qədər keyimiş, sağ tərəfimi hiss etməmişdim. Mən o dadı yenə dadmaq, o hissi yenə yaşamaq, onun iri, isti dodaqlarından saat­ larla yapışmaq istəyirdim. Günay da bir dəfə mənimlə saatlarla öpüşmək istədiyini dilə gətirmişdi. Biz də ra­ hatca öpüşə bilək deyə yeni alternativ axtarıb tapmış­ dıq, ya bir günlüyünə oteldə otaq kirayələyirdik, ya da günlük kirayə evləri. İlk kirayəmiz otel otağı olmuşdu. Mayın əvvəlləri, gözəl yaz günlərindən biri, səhər saat 10­da görüşüb otaq sifariş etdiyimiz otelə getdik. Otelin otağına girər­girməz öpüşməyə başlamışdıq. Dodağımı­ zı ayırmadan yatağa uzanıb bir­birimizi bərk­bərk qu­ caqlayaraq yarım saat eləcə öpüşdük. Damarımdakı qan qaynamağa başladıqda onun əynindəki qısaqol köynəyi çıxardım. Döşlərini görməyimi əngəlləyən, dağların üs­ tünü qar kimi örtmüş bəyaz sinə geyiminin bağlarını tələsə­tələsə, çətinliklə açdım. Həmişə köynəyin altında gördüyüm, daha doğrusu, görə bilmədiyim dik sinələri günəş kimi gözlərimi qamaşdırdı. Öz köynəyimi də çıxa­ rıb onun sinəsinin ucundan sovurmağa, inək danasını yalayan kimi yalamağa, içinə su doldurulmuş şar kimi oynatmağa başladım. Üstünə uzanıb sinəsini özümə sıxaraq boynundan öpdüyümdə ehtirasdan altımda çapalayır, heyvani səslər çıxarırdı. Ehtiras gözlərimi bürüdükdə cins şalvarının düyməsini açıb dartaraq əynindən çıxardım, öpüşmək məqsədilə kirayələdiyimiz otaqda daha niyyətimiz dəyişdi, tamamən lütlənib anal seks etməyə başladıq. Hava qaralanadək qan­tər içində ancaq sekslə məşğul olduq. Axşam olmamış oteldən xoşbəxtcəsinə çıxaraq evə getmək üçün ayrıldıq. Sonra­ kı həftə sonları da kirayələrdə görüşür, öpüşür, sekslə məşğul olurduq. Bir fahişə ilə bakirliyimi pozduğum­ dan bir an olsun təmizliyim barədə düşünmürdüm. Mənim üçün ancaq ləzzətlər və günahlar var idi, dün­ yamda su pərilərinin göz yaşları dayanmış, qəm dəryası qurumuşdu. Xoşbəxtlər dünyasının kralı mən, kraliçası isə Günay olmuşdu. Günahlı həyatımda dərsləri tamam unutmuş, Akademiyanın yolunu itirmiş, qayıbları sıra­ya düzmüşdüm və bunlara baxmayaraq, kefimi kök tu­ turdum. Günaylı həyatımda məni narahat edən, kefimi pozan, sadəcə, bir şey var idi. O da ki sevgilisi olan bir qızı, sevgilim ola­ola, hər gördüyümdə kədərlənməyim idi. Mən Günayla eşq həyatı yaşasam da, Arzunu hər gördüyümdə Günayı unudurdum. Köhnə xatirələr yadı­ ma düşür, Arzunun sevgilisi var deyə təəssüflənir və an­ caq o anlar Arzunun xəyallarına dalırdım. Amma geriyə qalan bütün vaxt Günayı, onunla yaşadığım şeyləri düşünürdüm. Bu çox qəribə bir hissdir, iki nəfərdənmi xoşlanıram mən? Ad da qoya bilmirəm. Bəlkə də şor­ gözlükdür, bilmirəm.

Həqiqət
2015­ci ildə Bakıda keçiriləcək olan Avropa oyun­ larına görə şəhərdə yerləşən təhsil müəssisələri həmişəkindən tez yay tətilinə gedəcəkdi. Bu səbəbdən ikinci semestrin imtahanları may ayına çəkilmişdi. İmta­ hanlar o aya çəkilmişdi ki, mən həmin ay ancaq ehtiras­ larımın dalınca qaçır, dərs oxumur, imtahanlara hazır­ laşmırdım. Həmin vaxt imtahanların aralığında rayona getmişdim. Mən kəndə getdiyim vaxtdan üç ay öncə Toğrul el­obamızı qorumaq üçün xidmətə, əsgərliyə get­ mişdi. Kərim günün günorta çağı rayondakı kafelərin birində dostları ilə birlikdə marixuana çəkib sərxoş hal­ da rayona çıxdığından polis tərəfindən üzərində ma­ rixuana ilə yaxalanıb iki ay inzibati həbsdə olduqdan sonra hərbi xidmətə yollanmış, Mikayıl da kənddə tək canavar kimi qalmışdı. Kənddə olduğumda Mikayılla kafelərdə avaralanıb ancaq içməklə məşğul olmuşdum. Şəhərə döndüyüm zaman Kərimin tutulmasından ibrət almayaraq Zaminə söz verdiyim kimi özümlə iki baş marixuana da gətirmişdim. Onun bir başını Zaminlə doldurmağa, digərini isə özüm üçün kimləsə çəkərəm deyə elə­belə götürmüşdüm. O elə­belə götürdüyüm marixuananı Günayla birlikdə, ondan ayrıldığım gün çəkmişdik. Biz marixuananı ona görə çəkməmişdik ki, ayrılıq qəmindən yaxa qurtaraq, çəkdikdən sonra ayrıl­

mışdıq. Onunla günlük kirayə evlərin birində özümüz üçün əylənərkən aldığımız çaxırı içib, daha da dərinliyə gömülək deyə cibimdə gəzdirdiyim kibrit qutusuna qoyduğum çətənə otunu gilizə dolduraraq çəkmişdik, bundan sonra ayrılmışdıq. Ayrılmağımıza səbəb onun iradəsiz halda dediyi cümlə olmuşdu. Günayla içib­ çəkdikdən sonra meylə yatağımıza uzanıb öpüşəndə o mənə gözləri axa­axa: “Sən yaman yaxşı öpüşürsən, – deyib gülərək əlavə etdi: – Mövsüm dodaqlarımı yara edirdi”. Bu iradəsiz etirafından sonra onu həyatımdan birdəfəlik çıxardım. Çünki başqası ilə oynaşmış qadın mənim üçün ən dəyərsiz, ən gərəksiz qadındı. Elə bir qadını sevə bilməz, ürək rahatlığı ilə həyatımda yaşa­ da bilməzdim. Axı qadının müqəddəsliyi yalnız cinsi orqanından ibarət deyil. Onun gözləri başqasına bax­ mışsa, əlləri başqa adamın əllərini tutmuşsa, saçları ilə Mövsüm oynamışsa, dodaqlarını başqasına vermişsə, daha onun müqəddəsliyi necə olacaq bəs? Daha onun mənə məxsusluğu nə olacaq? Nə başqasına baxan göz, nə başqa əli tutan əl, nə o ürək, nə o dodaqlar, nə bədən, nə də o gözəllik mənə gərəkdi. Bir kişinin qadını öz müqəddəsliyini itiribsə, o kişi hər şeyini itirib deməkdir, amma xəyanət etmiş kişinin qadını heç nə itirmir, axı kişi qadın qədər müqəddəs deyil. Mən nəyimisə itirmək istəmirəm, qadınım da nəsə itirməyəcək. Mən, heyif, əvvəldən anlamamışdım ki, Günay Kərimin oynaşdığı, kənddəki quşbala qızdan heç də fərqlənmir. Sadəcə, biri gic, biri isə bic idi.

***
Günayla ayrıldıqdan sonra həyatım yenə qəm axa­ rına düşmüş, Arzulu xatirələr canlanmış, su pərilərinin göz yaşları sel olmuşdu. Nə yaxşı ayrılıq zamanı im­ tahanlar bitmiş, dərslər qurtarmışdı. Mən yenə kəndə
– ailəmin, dostlarımın yanına qayıtmışdım. Kəndə qa­ yıtmazdan öncə Zaminlə çəkmək üçün gətirdiyim ma­ rixuananın zibilinə düşdüm. Elə bir zibil ki, ömür boyu o zibilin içindən çıxa bilməz, özümü bağışlaya bilməz, daim vicdan əzabı çəkərək yaşayardım, ya da yaşaya bilməzdim. Həmişə kənddə dostlarımla tütünə qarışdı­ raraq hazırladığımız həşişlər kimi Zaminlə birlikdə ol­ duğumda da gətirdiyim marixuananı tütünlə qarışdırıb gilizə dolduraraq hazırladım. Əvvəllər daim birlikdə oturub söhbət etdiyimiz kirayə evin aynabəndindəki ya­ şıl üzlü divandan ayağa qalxıb gilizi yaşlayaraq birinci özüm çəkdim. Zaminə də necə çəkmək gərəkdiyini ən pis müəllimin ən yaxşı danışdığı mövzu kimi öyrətdim. Zamin közərən gilizi damağına qoyub çəkdiyim kimi tüstünü ciyərlərinə çəkdi, 1­ci nəfəs, 2­ci nəfəs, 3­cü nəfəs. Üçüncü tüstünü alaraq həşişi mənə qaytardıqda ciyərlərinə çəkdiyi tüstünü çölə üfürüb: “Sinəm sıxılır”
– dedi. O, tez­tez nəfəs alıb­verərək əllərini alnına tutub yerə çöməldi. Əllərini üzündən çəkib qızarmış gözləri ilə mənə baxaraq: “Özümü pis hiss edirəm, gözlərim qaralır”, – dedi və huşunu itirərək üzüstə göy rəngli, nazik xalının üzərinə aşdı. Zaminin bu halını əvvəlcə zarafat sanıb çiyinlərindən tutaraq silkələdim. Üzünə baxdığımda ağzından bulanıq su gəldiyini gördüm. Za­minin zarafat edəcək halının olmadığını, həqiqətən də huşunu itirdiyini gördükdə əllərim əsmiş, özümü itir­ mişdim, çaşbaş qalıb nə edəcəyimi bilmirdim. Əvvəlcə onun çiyinlərindən tutaraq möhkəmcə silkələdim, gəl ki, o ayılmaq bilmədi, ayılmadı. Özümü birtəhər ələ alıb nə edəcəyimi düşündüm. İlkin tibbi yardım kitabından təqribi yadımda qalan bir­iki tədbiri sınadım. Əynindəki yüngül, yarımqol köynəyi çıxarıb şalvarının belindəki kəməri boşaltdım. Belinin altına iki­üç dənə balışdan, nalçadan qoyub soyuq suda islatdığım parçalardan birini alnına, digərini isə sinəsinin üstünə qoydum. Əlimə keçən bir dəftərlə yavaş­yavaş sərinlik verdim. Xoşbəxtlikdən təqribən etdiyim iki­üç hərəkət işə yara­ dı. Zamin yavaş­yavaş gözlərini açıb məni həyata qay­ tardı. Onu uzandığı yerdən güclə ayağa qaldırıb təmiz havaya çıxardım. Açıq havada gəzdirdiyimdə mədəsi bulandı, nə yemişdisə, qusdu­batırdı. Qusduqdan sonra eyvandakı krandan üzünə soyuq su vurub yenidən içəri saldım. Bir­iki stəkan soyuq su içdikdə əhvalı bir azca düzəlsə də, başı ağrıyırdı. 30 dəqiqə sonra əvvəlkinə nisbətən yaxşılaşdı. Zamin onu saldığım hala görə mənə baxaraq, sadəcə, gülümsədi. Kaş gülümsəmək yerinə durub yumruq­təpiyin altına salaydı, üzümə tüpürüb qovlayaydı. Haqqı da vardı, onu az öncə nə hala sal­ mışdım, o isə mənə, sadəcə, gülümsəmişdi. Bu mənə ölümdən də betər idi. O an: “Bir insanı, özü də yaxın bir insanı, dostumu zəhərlədim, necə də alçaq bir in­ san, necə də alçaq bir dostam”, – deyə düşünür, özümə zərər vermək istəyirdim. Halbuki mən ikinci bir alçaq­

lıq edib Zaminin gülümsəməsinə gülümsəyərək qarşılıq vermişdim. Üçüncü dəfə alçalmamaqdan ötrü bir daha kimisə zəhərləməmək üçün Zaminlə baş verən hadisə ilə birdəfəlik marixuananın, narkotik vasitələrinin daşı­ nı ataraq kəndə döndüyümdə dostum Mikayılı da bu kimi məşğuliyyətlərdən ayırmağı bacardım.
***
Kənddə olduğum həmin yay hər dəfə kənddə ol­ duğumda elədiyim şeylərdən əlavə məşğuliyyətlər tapmışdım. Bu məşğuliyyətlərim üzgüçülük, boks və body­building idmanlarından ibarət idi. Həmin məşğuliyyətlərə görə bədənim xeyli inkişaf etmiş, hərəkətlərim çevikləşmişdi. Bu məşqlərlə həftənin 2, 4, 6­cı günləri məşğul olurdum. Saat 10­da rayonumu­ zun olimpiya kompleksinə gedir, 1 saat hovuzda üzür, Bölgə üzrə Regionla boks mərkəzində iki saat boksla məşğul olur, axırda body­building məşqinə girirdim. Axırıncı məşqdən çıxdıqdan sonra iki dənə banan ye­ yir, bir litr süd içirdim, hər hansı bədən inkişaf etdirən dərmanlardan qəbul etmirdim. İdmanla məşğul oldu­ ğum üç ay ərzində gündə beş dəfə yemək yeyirdim. Nizamlı məşqlərimin ilk iki ayında artıq yaxşı əzələli bədən formalaşdırmışdım. Həmin zaman ərzində danış­ dığım mövzular da ancaq idmana aid şeylərdən ibarət idi, kimlə söhbət edirdimsə, baş­qulağını xarab edirdim. Bu idmanlarla məşğul olmağımın hər birinin öz səbəbi var idi. Üzgüçülüklə ona görə məşğul olurdum ki, bəlkə zəhmətimə Allahın rəhmi gəldi, bir az uzana bildim. Boksla ona görə məşğul olurdum ki, bu həm uşaqlıqda məşğul olduğum idman növü idi, həm də elə uşaqlıqda düşündüyüm kimi pis insanlardan özümü müdafiə etmək məqsədi daşıyırdı. Body­buildinglə, demək olar ki, mənasız yerə, özümü qızlara, camaata idmançı biri kimi göstərmək məqsədilə məşğul olurdum. Belə bax­ dıqda elə üzgüçülüklə məşğul olmağım da göstəriş xa­ rakteri daşıyırdı. Biri boyumun uzun olması ilə özümü göstərmək məqsədi daşıyırdı, digəri isə idmançı olaraq. İndi boyumun uzun olmasını özümə o qədər də komp­ leks etmir, başımın içini yeni biliklərlə doldurmağa çalışır və bunun daha önəmli olduğunu düşünürəm. Söhbətimin canı həmin yay avaralanmayıb ən azından fiziki inkişafıma yönələn şeylərlə məşğul olduğumu çat­ dırmaq idi. Yay ərzindəki bir məşğuliyyətimi deməyi unutdum. Bu məşğuliyyətim də bədii kitablar mütaliə etmək idi. O zaman həyatımda ilk dəfə idi ki, bədii kitab oxuyurdum. Bu ilkimi yaşadıqda son qənaətim “mən də belə kitablar yaza bilərəm” olmuşdu və oxuduğum kitablardan xeyli maraqlı məlumatlar əldə etmişdim.
***
Yaydan sonra yenə dərslər, yenə imtahan, yenə Arzu... Bunların üçü də canımı sıxır, üçündən də uzaq olmağa çalışır, amma ola bilmirdim. İkinci kursda oxu­ duğumda kirayə evi dəyişmişdim, Nərimanovda, kur­ sdan dostum olan Əhmədlə birlikdə qalırdım. Burada kirayə evlər baha olduğundan bir mənzildə beş nəfər yaşayır, aylıq kirayəni beş nəfər arasında bölürdük. Beşliyə daxil olan digər kəslər Əhmədin tələbə yoldaşla­ rı idi. Əhməd vasitəsilə onlardan ikisi ilə dostlaşmışdım.

Biri ilə isə yola gedə bilmir, hey mübahisə edirdik. Bu evdəki söhbətimizin əksəriyyəti, demək olar ki, hamısı ancaq dinlə, Allahla bağlı idi. Ən çox da içəndən sonra bu mövzuda söhbətlər etməyə başlayırdıq. Mən Əhmədə Allahın varlığını anlatmağa çalışdıqda onun anladığı­ nı bilir, ancaq bununla razılaşmaq istəmədiyini anla­ yırdım. Axı Allah olsa, azadlığını itirəcək, istədiklərini ürək rahatlığı ilə edə bilməyəcəkdi. Axı Allah olsa, fahişələrlə cinsi münasibətə girə bilməyəcək, içki içə bilməyəcək və İncildə, Quranda qadağan olunan digər şeyləri edə bilməyəcəkdi. O, bəlkə də, varlığına inanmaq istəmədiyi Allaha hörmətdən belə edirdi. Biri var Alla­ hın varlığına inanan və qadağan edilmiş şeyləri edənlər, biri də var Allahın varlığına inanmayıb qadağan edilmiş şeyləri edənlər. Belə baxdıqda ikincisi daha yaxşıdır. Çünki o, ən azından Allahın qadağan etdiyini bilə­bilə hörmətsizlik edib onu etmir. Amma birincisi isə Alla­ hın var olduğunu anlayır, nəyi qadağan etdiyini bilir və buna məhəl qoymadan öz istədiyini edir. Mən Allah deyiləm, kimsənin ürəyindən keçəni oxuyum, niyyətini bilim, fərqli düşüncələr, fərqli niyyətlər ola bilər və mən hər düşüncəyə, hər niyyətə uyğun hər şeyi hər zaman tamamilə bilə bilməz, əhatə edə bilmərəm. Amma özüm şahid olduğum bir şey var – bu, Əhmədin oxuduğu elmi bir kitabdan Allahı tapması, qadağan olunmuş hər şeyə son verməsi və mənim çaşqınlığımda şübhələrimə ay­ dınlıq gətirməsidir. Yenicə Arzu ilə barışıb sevgili oldu­ ğum, Əhmədin Allaha qayıtdığı bir vaxt ağlımda qaran­lıq qalan, həmişə müzakirə etdiyimiz mövzuya aydınlıq gətirmək üçün o mənə belə bir sual verdi:
Arzunu niyə sevirsən? Mən çaşqın halda:
Axı mənim münasibətimin bu mövzu ilə nə əlaqəsi, ay Əhməd? – dedim.
Əhməd gülümsəyərək səmimiyyətlə:
Əlaqəsi var, sən, sadəcə, suallarıma cavab ver, – dedi. Yenə soruşdu: – Hə, de görüm, niyə sevirsən?
Mən Arzunu niyə sevdiyimi bilərək:
Həm tərbiyəli, həm də gözəl olduğu üçün, – dedim.
Əhməd sanki elə bu cavabı gözləyirmiş kimi, nə tələsmədən, nə də gecikmədən:
O qədər tərbiyəli, həm də gözəl qız var, axı niyə onu sevirsən? – deyə bir az çaşdırıcı sual verdi.
Mən:
Burada nə var ki, mənim o xoşuma gəlir, onu sevirəm, – dedim.
Bu sözü dediyimdə cavabımda nəyinsə çatışmadığını hiss edirdim. Əhməd yenə səmimiyyətlə gülümsəyərək: Elə mən də onu soruşuram, axı niyə o xoşuna gəlir?
O qədər tərbiyəli, gözəl qız ola­ola?! – soruşdu.
Mən də axır təslim olub, bir az pərt olmuş halda: Bilmirəm, – dedim.
Əhməd yenə də bu sözü gözləyirmiş kimi:
Hə, Kənan, bax bu bilmədiyin şey sənin taleyindir, sən ona bilmədən boyun əymisən, – dedi.
Mən:
Axı mən onun tərbiyəsini, gözəlliyini sevib, iradəmlə bunlara görə seçimimi etmişəm, – dedim.
Əhməd:
Özün də dediyin kimi, o bildiklərin sənin iradəndən, bilmədiklərinsə taleyindən asılıdır. Allahın yazısı var, biz isə ona bilmədən boyun əyirik, necə ki sən indi edirsən, – dedi.
Əhmədə həmin vaxt bəhanələr gətirib razılaşmasam da, sonradan mənə onun dedikləri aydın oldu və onunla razılaşdım.
***
İndi, dostum, sənin ağlındakı sual, yəqin ki, Arzu ilə necə, nə zaman sevgili olduğumuzdur. Buna sənin üçün, həm də öz istədiyim üçün aydınlıq gətirim.
İkinci kursun ortalarında Arzunun dostu, mənim də tələbə yoldaşım olan Nigar xanımla “WhatsApp”da ya­ zışırdım. O mənə: “Salam, Kənan, necəsən? Sabah Bakı Dövlət Universitetində “sahibkarlıq fəaliyyəti” ilə bağlı hüquqi təlim olacaq, gəlmək istəyirsənmi?” – yazmış­ dı. Mən də hal­əhval tutduqdan sonra: “Hə, gələrəm, onsuz da bikarçılıqdı, bizdən başqa kimlər gələcək?” – yazmışdım. Nigar: “Bizim tələbələrdən bir mən, bir də Arzu” – yazıb cavabımı gözləmədən arxasınca: “Hə, bir də Arzunun qardaşı, keçən kurs sinemada tanış olduğu­ muz oğlan” – yazmışdı. Onun yazdığını oxuyanda san­ ki sinəmə nəsə sancdılar, bir əcaib hiss keçirib, ağlımda yaranan şübhəyə aydınlıq gətirmək üçün tələsik: “Nə vaxt? Hansı oğlan?” – yazdım. Sonrakı yazışmalarımız­ da hər şey mənə aydın olmuşdu. Sən demə, birinci kur­ sun axırlarında Arzu ilə qol­qola girib bizə sarı gələn oğ­ lan Arzunun özbəöz qardaşı imiş. Bunu anladıqda həm çox sevinir, həm də çox təəssüflənirdim. Sən demə, bir ilə yaxın mən boş­boşuna vaxt itirir, xəyaliliklə özümə əzab verir, Arzunun sevgilisi olduğunu düşünürdüm. Onunla bağlı xatirələri unutmaq üçün hər iyrəncliklərə əl atır, min bir oyundan çıxırdım. Necə axmaq olduğu­ mu, hər şeyi anlamadan, bilmədən qərar verdiyimi dü­ şünürdüm. Bu yazışma ilə yaxın keçmişdə baş verənləri heç olmamış kimi unudub yeni hisslər yaşamağa baş­ ladım. Birinci kursda sinemaya getməzdən əvvəlki hisslərim yenə qəlbimdə canlandı. Arzuya qarşı olan saf məhəbbət hissi bir daha qəlbimdə közərib şiddətlə alov­ landı. Sabahı gün hazırlaşıb Nigarın dediyi yerdə onlar­ la görüşüb, getdik Bakı Dövlət Universitetinə. Sinemada eybəcər görünən, qoyuna bənzətdiyim, nifrət etdiyim o oğlan indi yaraşıqlı, alicənab, mehriban bir oğlan kimi görünürdü gözlərimə. Bir il ərzində Arzu ilə olan soyuq münasibətimdən sonra ona bu dəfəki səmimi yanaş­ mam onu çox sevindirmişdi. Əlbəttə ki, buna mən də çox sevinirdim.

Yazar: Elmar Şahbazov
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 322
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri