Oyuncaq (3-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 6
Baxılıb: 5 513
Səs ver:
(səs: 0)


Turan məni evimə qədər ötürdükdən, sonra getmişdi. Məndə yenə boş evə gəlmişdim. Anamın gec gələcəyini təxmin etdiyim üçün özümü yuxunun qollarına atdım. Başqa edəcək bir seyim olmadığından...
Otağıma düşən günəş ilə gözlərimi açdım. Günəşi sevmirdim... Təcili bu günəşə qarşı bir tədbir görməli idim. Saat 08:36 göstərirdi... Anamın evdən çıxmasına 10 dəqiqə vardı. Tez aşağı düşsəydim, onu görə bilərdim. Məhşur Elza xanımı sizdə tanıyardız. Çarpayımdan qalxıb aşağı düşdüm. Anam çantasına sənədlər qoyurdu. Məndən bu gün qaçışı olmayacaqdı. Məni görməsi üçün, boğazımı təmizləməyə başladım. O an mənim fərqimə varıb, üzünü mənə döndərərək "Sabahın xeir qızım. Mən indi çıxmalıyam. Səhər yeməyin mətbəxdə hazırdı" dedi.

Bir dəfədə birlikdə səhər yeməyi yesəydik, dünya dağılacaqdı? İş qaçırdı?! Bunlara fikir vermədən "Turalda bizlə yaşayacaq"dedim gülümsünərək. Sizə bəlli etməsəmdə qardaşımın burda yaşamasına sevinmişdim. Onunla birlikdə səhər yeməyi yeyə bilərdik. Anam çantasını masanın üstünə qoyub, mənə doğru yaxınlaşdı. Saçlarıma sığal çəkməyə başladı. Yuxu idisə, ayılmayım...

"Qızım, qardaşın bizimlə yaşamayacaq. Pis olma"

Necə yəni yaşamayacaqdı? Üzümdə olan əlini geri itib "Ana Tural mənə dünən gecə dediki, artıq sizlə qalacam. Bu o deməkdiki burda bizimlə yaşayacaq"dedim.

Daha bir xəyal qırıqlığı yaşamaq istəmirdim mən...

"Alisa uşaqlaşma. Qardaşın dünən sən pis imişsən deyə elə deyib. Onun öz evi var. Bizlə gəlib qalar səncə? Qardaşını tanımırsan sən? Mən indi işə gedirəm. Bu söhbətidə birdə açma. Qardaşını narahat etmə"

Anamın bu tikanlı sözlərindən sonra əsəblə yuxarı öz otağıma çıxdım. Ağlamamaq üçün özümü güclə tutub, divarın bir küncünə sığışdım. Boğazımda yaranan düyüm kimi ağrı, məni daha çox incidirdi... İnctisin... Mən buna layiq idim. Tural mənə cavab verəcəkdi! Ayağa qalxıb telefonumu əlimə alıb, ona zəng etdim. Zəngimi açmırdı... Hakim ol özünə, Alisa...

"Budu sənin qardaşlığın?! Budu?! Məni aldadıb,mənə yalan danışmaqdı! İnanmışdım sənə! Mənimlə qalacağına inanmışdım! İnanmaq istəmişdim! Tək olduğumu yenə üzümə vurdunuz! Sizdən nifrət edirəm!"

Yazdığım mesajı ona göndərib, telefonu yerə çırpdım. Bir insan axı öz ailəsindən niyə nifrət etsin?! Anasından, atasından, qardaşından... Yenə yalan, yenə yalan... Sevincim yenə, boğazımda qaldı... Mənə sevinmək düşmürdü... Artıq oyuncaqla oynamağın vaxtı idi!
Hava qaralmağa doğru gedərkən, hazırlaşıb evdən çıxdım. Könhə telefonlarımdan birin, istifadə etmək üçün götürdüm. Yenisi, sınmışdı... Qardaşım hələ mənə geri dönməmişdi. Oxumamışdı mesajı... Onun üçün, bu qədər dəyərsiz biri idim... Bir mesajı oxumayacaq qədər, dəyərsiz... Qarşıya doğru irəlləməyə başladım. Onları bu gün tapmalı idim. Onların arasına girməli idim artıq. Mən irəllədikcə, telefonumun mesaj səsini eşitdim. Qardaşım yazmışdı? Cibimdən telefonu tez çıxardıb, ekrana baxdım. Yanılmışdım... Qardaşım deyildi... 2 gün əvvəl mənə yazan tanımadığım, o nömrə idi. Boş vaxtımdan istifadə edib mesaja daxil oldum.

"Niyə bu qədər ləngsən? Oyuncağın ilə oynamağa nə vaxt başlayacaqsan? Vaxt gedir, Alisa..."

Mesajı oxuyar, oxumaz bu gərəksiz - gərəksiz yazan insanın kim olma ehtimalın düşündüm. Adımı bilirdi... Oyuncaqlarımıda bilirdi... Amma mənim ətrafımda bunu biləcək biri yox idi axı... Səssizliyimi qoruyub bir cavab vermədim. Cavab almayıb, bəzərdi hər halda... Yoluma davam etməyə, başlayıb onlarla ilk qarşılaşdığım ağacın yanına gəldim. Turan ilk gün bu qapıdan çıxmışdı. Evləri bura idi yəqin. Qəribədi, onun haqqında hec nə bilmirdim. Amma onu yeni oyuncağım, elan etmişdim. Ağacın altında bir az daha durub, ətrafa boylandım. Bunların gələcəkləri yoxdu deyə düşünərkən, olduğum yerdən bir az uzaqlığında bir evdən bir qızın çıxdığını gördüm. Üzünə işıq düşdükdə, Arzu olduğunu anladım. Mənədə bu lazım idi. Şans buna deyərdim...

İri addımlarımı atıb "Hey Arzu" deyə onu səslədim. Adını eşidib, ayaq saxlayaraq mənə döndü.

"Alisa, necəsən? Dünəndə gözüm ancaq səni axtarırdı. Amma sənə hec rastlamadım"

Məni axtardığını bilirdim. Təxminimdə yanılmamağı sevirdim. Üzümü isti bir gülümsəmə qatıb "Bu gün rastladın mənə. Mənimdə ürəyim sıxılırdı evdə. Hava almaq üçün çıxdım çölə. Səninlə qarşılaşmaq nə xoş təsadüf oldu"dedim. Hava almaq yalanı ən işə yarayanı idi. Bunu beyninizin bir kənarına yazın.

"Məndə dostlarımın yanına getmək üçün evdən çıxmışdım. İstəyirsən səndə mənimlə gəl"

Bu təklifə yox demək olardı? Ələbətdəki hə! Onun razılaşıb, bərabər addımlamağa başladıq. Gedəcəyimiz yer istifadə olunmayan bir ev idi. Onların məkanı imiş... Özümü ələ vermək istəmədiyim üçün Turan haqqından bir sey soruşmurdum. Yaxın zamanlarda, öyrənməli idim... Onu hardan vuracağımı, zəif nöqtəsini bilməli idim. Məkan adlandırdıqları yerə gəlib çatdıqda, ətrafa baxdım. Ətrafda sadecə kicik bir tikili yararsız ev vardı. İçi necə idi görəsən? Turan məni görəndə, rekasiyası necə olacaqdı? Bəs Elayın? Ağlımda dəli - dəli fikirlər... Arzu xoş gülümsəməsi ilə dəmir qapını açıb, məni içəri dəvət etdi. İçəri ilk addımı atdıqda belə bir mənzərə ilə qarşılaşacağımı gözləmirdim. Divarlar kərpic mənzərəli sağ küncdə kitab rəfi. Ortada kicik bir masa. Ətrafında rəngli oturacaq yastıqlar və kicik ölcülü bir divan.

Arzu "Uşaqlar bu gün bir qonağımız var"dedi.
Arzunun səsi ilə Elay ilə Yusif bizə baxdı. Gəlişimizi hiss etməmişdilər. Başqada hec kim yox idi. Elay ayağa qalxıb "Bunun burda nə işi var?"dedi. Qonağı belə qarşılayardılar? Sevimsiz sey...

"Yolda rastlaşdıq. Buralıqda yenidi deyə tək qalmasın dedim, bunun üçün bura gətirdim"

Arzunun sözü ilə Yusif gülməyə başladı. Arzu gülünüləsi bir söz demişdi? Ya mən söhbəti qaçırmışdım? Yusif gülüşünü kəsib "Bu qız pişikdi nədi? Mənim ürəyi yumşaq Arzum"dedi. Deyəsən, Elay ilə Yusif qrupun qıcıq tipləri idi. Sanki, mən onlara çox maraqlı idim!

"İstəmirsizə gedərəm. Maraqlı deyiləm sizə" deyib arxamı döndükdə, qapı kənarında durub bizə baxan Turanı gördüm. Turan nəsə deməli idi. Çıxış yolum O idi.

"Elay və Yusif unutmayınki, sizidə Arzu gətirmişdi bura. Arada keçmişinizi yadınıza salın. Birdə, Arzunu pis vəziyyətdə qoyacaq bir hərəkət etməyin"

Turan vurdu qol oldu! Demək Turan ən çox Arzu ilə yaxın imiş! Vay! Turan sözünə davam edərək "Səndə xoş gəlmisən Möcüzə"dedi. Möcüzə deməyənə qədər, yaxşı idi. Qıcıq Yusif ilə Elay Turana tərs - tərs baxıb oturacaq yastıqlara əyləşdi. Mənim ilə Arzu isə divanda əyləşdik. Turan bir az ətrafa baxıb "Həsən ilə Məryəm hardadı bəs?"dedi. Demək, o biri oğlanın adı Həsən, qızın adı isə Məryəm idi.
Yusif əlində olan telefonu söndürüb "Harda olsa gələrlər. Mübarək, xeyriyə fondu olduq onsuz"dedi.

Yenə mənə söz atmışdı?! Ya səbr! Bu oğlan çəkilməzin biri idi! Arzunun "Yusifff" deyişi ilə, Yusif əlini susdum işarəti ilə dodaqlarına çəkdi. Mən sənə günün göstərdim,Yusif bəy. Amma dua eləki,işin içində bir iş var. Elaya ayağa qalxıb "Mən telefonla danışmalıyam, birazdan gələrəm. Arzu səndə bir çölə çıxa bilərsən?"dedi.

Sizcə Arzuya nə deyəcəkdi? Siz deməmiş mən deyim. "O qızı bura niyə gətirmisən" Arzunu pis vəziyyətdə qoyurdum. Olsun, mənim gözümdə hamı günahkardı onsuz. Arzu ilə Elay çölə çıxdıqda, Turan mənim yanıma əyləşdi.

"Səni burda görməyimə sevindim"

Məni demirsən, hələ... Sevincdən havalara ucacam... Saxta səmimiyyəti sevmirdim...

"Arzu gəlməyimi çox istədi, məndə onu qırmadım. Siz Elay ilə sevgilisiniz? Deyəsən məni qısqanır"

Tam yerində deyilmiş bir söz. Əsla şühbə çəkəcək bir vəziyyət yox idi.

"Yox bizim qrupda belə bir şey ola bilməz. Mən yeməyə bir seylər almışdım, onu gətirim gəlirəm"deyib yanımdan uzaqlaşdı. Məndə Yusifə baxmağa başladım. Anidən oynadığı telefondan gözünü çəkib mənə baxdı. Gözlərimiz bir - biri ilə toqquşdu. İlk gözünü kim çəkəcəkdi? Gözünü niyə çəkmirsən, Alisa? Gözünü çək! Gözümü çəkmək istədikcə, gözüm qaşında olan çapığa daha diqqətli baxırdı.

"Nə baxırsan? Adam görməmisən?"dedi anidən Yusif.


"Sən adamsanki? Burdan baxanda öküzə daha çox bənzəyirsən?"dedim özümə mane ola bilməyib. Aramı xoş tutmaqdan daha bərbad edirdim. Amma nə edim, elə suala belə cavab yaraşırdı. Üzündə bilmədiyim, əsəb yaranmağa başladı. Əlindəki telefonu sıxdığını gördüm. Dodaqlarını yavaşca aralayıb "Cəhənnəm ol onda"dedi. Ay maşallah qızla danışığına bax! Mən sənə cəhənnəmi bu dəqiqə göstərəcəm! Tərbiyəsizin biri tərbiyəsiz! Ayağa qalxıb yanına gəlib, bir az əyilərək gözlərinin içinə baxdım.

"Bir qızla belə danışarlar?! Öküz deməkdə haqqlı imişəm! Başıxarab!"

Sonuncu deyişim ilə qollarımdan tutub məni özünə çəkdi. Tarazlığımızı itirib, ilk öncə O, sonra isə mən onun üstünə yıxıldım. Gözlərimizi bir birindən hec ayırmadan, bir birimizə baxdıq. Mən bu səhnəni Turan ilə yaşamalı idim. Yusif ilə deyil! Üstündən qalxmaq istədikdə, öskürək səsini eşitdim. Yusifin üstündən qalxdıqda, Arzu ilə Turanı gördüm. Lənət! Turan bu mənzərəni gördü.

"Məən... Mənn birdən oldu"dedim işin içindən çıxmağa çalışıb. Yusifdə ayağa qalxıb "Mən gedirəm, sizə xoş söhbətlər"dedi kinayə ilə. Turanın ona tərs - tərs baxdığını gördüm. Hətda Yusif Turanın yanından keçərəkən, qoluna dəyərək keçdi. Necə dostluq idi bu? Hec biri, bir - biri ilə düz gəlmirdi... Yusif getdikdən sonra yenidən divana əyləşdim. İçim narahat olmuşdu, bu yaxınlığa... Saata baxmaq üçün cibimdən telefonu çıxardıb, ekranına baxdım. Səssizdə olduğundan eşitməmişdim. Bir mesaj vardı. Yenə, həmin tanımadığım nömrədən idi.

"Sənə nifrət edirəm! Sənə nifrət edirəm! Bir daha və bir daha yenə nifrət edirəm!"

Başa düşdüm! Hər kimsənsə, mənə nifrət edirsən!

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 5 513
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri