Oyuncaq (4-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 5 817
Səs ver:
(səs: 2)
Turanın və Arzunun yanından ayrılıb evə gəldim. Mesajı təkrar - təkrar oxumağa başladım. Cavab yazmalı idim? Ya deyildim, deyə düşdüm. Cavab yazsamda, kim olduğunu deməyəcəkdi. Belə mesajlarda yazmaqda məqsədi nə idi? Qarşıma çıxmağa cəsarət edə bilməyən adam, mənə təhtid mesajı yazırdı. Gülməlidi idi... Bir o qədərdə, müammalı... Telefonu əlimə alıb, qardaşımın mesajı oxuyub oxumamasına baxdım. Oxumuşdu... Bir cavab yox idi. Nə cavabı gözləyirdimki? Tək olduğumu hiss etdirmişdi yenə mənə. Bir necə müddətliyinə qardaşım yadıma düşməyəcəkdi. Çünki, Arzunun telefonundan Turanın nömrəsini gizlincə almağı bacardım. Başlasın oyun, başlasın əyləncə! Vaxt çatmışdı...
Turanın adına daxil olub ilk əvvəl son çıxış vaxtına baxdım. 22:56 nı göstərirdi. İndi isə saat 23:07 idi. Hər zamanki kimi düşünmədən ilk mesajı yazmağa başladım.

"Oyun başladı. Uduzmağa hazırsan?"

Qurbanlarımın ilk mesajı bu olurdu hər dəfə. Bu mesajla yola çıxıb, uzun bir yol qət edirdim. Maraqlı bir mesaj hər zaman diqqət çəkərdi. Mesajın 2 xət olduğunu gördükdə, gülüməsdim. 1 dəqiqədən sonra mənə yazacaqdı... Hər dəfə, oyuncaqlarımdan fərqli mesajlar alırdım. Görəsən, Turan nə yazacaqdı? Mesaj oxundu, 2 mavi xəttə rəngə boyandı. Cavabsız qoyacağını düşünmürdüm. Yazmağa başladı...

"Oyunu ədalətli oynasan, uduzumaram. Layiq olan qazanar"

Mənə gələn mesaja ilk 1 dəqiqə idiki baxırdım. Qəbul edirəm, belə bir cavabı hec gözləmirdim. Bu mesajla çəkiciliyim itmişdi! Maraqsız biri oldum onun üçün. Təcili, oyun mövzusundan çıxıb, söhbəti başqa yerə gətirməli idim.

"Qazanmağın üçün mənimlə 2 ay yazışmalısan. 2 ayda özünü tapacaqsan"

Mənə 2 ay bəs edəcəkdi. Bəlkədə bir az daha çox. Amma Turanı yola gətirəcəkdim. Onun ətrafında olmağım, mənim işimə yaramışdı. Onu hardan vuracağımı bilmiş olacaqdım.

"Özümü tapmaq istəmirəmsə? Hər kimsənsə, vaxtını boşa mənimlə itirmə"

Vaxtımı boş yerə xərcləməyi sevirdim. Səndə onlardan biri olacaqdın Turan bəy! Yazışmağa davam!

Alisa: vaxtımı səninlə itirmək istəyirəm.
Turan: kim olduğunu hər halda deməyəcəksən
Alisa: desəm, işin bütün dadı qaçar
Turan: yeməkdi dadı qaçsın?
Alisa: olduqca, zarafatçıl imişsən)
Turan: gülmədiyini bilirəm
Alisa: yaxşı zarafatın çox boyat idi
Turan: mənə niyə yazırsan?
Alisa: Çünki, səndən xoşlanıram
Turan: xoşlantı yazmağına səbəb ola bilməz
Alisa: elektirik alıram səndən
Turan: aldığın elektirik bir gün səni vurar
Alisa: vurmaz sarı :)
Turan: xoş deyil mənə, tanımadığım bir adamla belə yazışmaq
Alisa: yazışsan, tanıyacaqsan :)
Turan: Amma mən yazışmaq istəmirəm
Alisa: tərs olmağını hec sevmədim, mən deyən olacaq mənimlə yazışacaqsan
Turan: bloka atıram səni
Alisa: dayan, sənə ciddi bir söz deyəcəm
Turan: nədi?
Alisa: Ən yaxın dostun səni sevir
Turan: belə bir şey hec vaxt ola bilməz
Alisa: Elay səni sevir
Turan: Kim olduğunu bilmirəm, mənə belə oyunlarla gəlmə yaxşı?!
Alisa: Niyə əsəbləşdin? Kor olan sənsən. O qızın gözlərinin içinə bax. Onda səni sevdiyini görəcəksən!
Turan: Bu söhbəti birdə açma! Mən bilmədim sən məndən xoşlanırsan, ya xoşlantı bəhanəsinə məni tənqid edib, dostlarımla aramı vurmağa çalışırsan!
Alisa: ağıllısan
Alisa: çox ağıllısan
Alisa: Amma bu ağıllılığın, mən sənin həyatına gələnə qədər idi. İndi gözünü ac və ətrafına yaxşı bax.
Alisa: Öpdüm, səni sarı

Sonuncu şirinləşdirici mesajımı yazıb,telefonu söndürdüm.Hə, niyyətim aralarını vurmaq idi. Bu hələ başlanğıc idi. Onları bir - birinə düşmən edəcəkdim. Sevirdim, axı mən belə bir seyləri... İndi rahatlıqla başımı yastığıma qoyub, gözlərimi yuma bilərdim. Gözlərimi yumaraq, rahatlıqla yuxuya daldım.
Səhərin açılması ilə ayağa qalxdım. Bu gün özümü çox gümrah və rahat hiss edirdim. Bunu oyanışımdan anlamışdım. Bu gün bir çox işim vardı. İlk öncə, Arzu ilə görüşmək, daha sonra Turana yazmaq, birdə cəsarət edib, mənə yazan tanımadığım nömrəyə yazmaq olacaqdı.
Səhər yeməyini yeyib evdən çıxdıqda saat 10:12 idi. Yavaş addımlarla yeriməyə başlayıb, Arzunun mənə dün axşam dediklərini fikirləşdim. Dünən Həsən və Məryəmidə tanımışdım. Arzunun baxışlarından hiss etdimki, Həsəni sevir... Həsəndə Arzunu sevirdi deyəsən. Amma onların arasında Məryəm problemi yaşanacaqdı. Məryəm, Arzu kimi deyildi. İlk növbədə çox can sıxıcı bir tip idi. Acıq qəhvəyi saçları ilə özünü havalı biri sayırdı. Bütün gecəni Həsənə yapışmışdı. Arzuda yanında onu qısqanırdı. Əslində, onların dostluqları çoxdan parçalanmışdı. Hissələri ayırmaq isə mənə düşürdü. Yusif haqqda isə hec danışmaq istəmirəm. Öküz idi! Hələdə,onun üstünə yıxıldığıma inana bilmirəm. Onunda bir zəif nöqtəsi olmalı idi. Amma nə? Nə ola bilərdi? Onu hansı silah ilə vuracaqdım? Onunla yaxşı davranmağa məcbur idim. Turan əlimə hazır vəziyyətdə keçmişdi. Elay ilədə aralarını vursaydım, bu iş bitəcəkdi! Belə bir seylərin mənə niyə zövq verdiyini hələdə başa düşmürəm. Amma səbəbsiz, xoşbəxt oluram. Məsələm, qardaşım yadıma düşmür. Nə anam, nə də məni sevməyən atam...
Hara getdiyimi bilmədən, məhlədən çıxdım. Bəlkə, bir az şəhərin mərkəzinə çıxım. Uniyə qəbul olub olmadığımı, bilsəydim ona görə bir iş tapardım. İş demiş, görəsən yeni oyuncaqlarım nə ilə məşğul idi? Çünki, məndən 2-3 yaş böyük idi hər birisi. Bir tək mən balaca idim. Yaşın balaca olmasının mənası yoxdu, əsas insanlığın böyük olmasıdı.İnsan kimidə, çox dahi biri idim. Tam bir şəxsiyyət. Amma parabeyin olmaqla. Ətrafdan çox uzaqlaşmadan yaşadığım yeri gəzməyə başladım. Məhlədən çıxdığımdan sonra, uzanan bir yol. Onun sağında solunda dükkanlar salonlar, geyim mağazaları, kicik kafelər vardı. Bunları daha əvvəldə görmüşdüm amma, fikir verməmişdim. Fikirim başqa seylərə, taxılı olduğu üçün. Addımı saxlayıb olduğum yerə baxdım. Hal hazırda kicik bir gül mağazasının qarşısında dayanmışdım. Mənə gül alan biri olmamışdı həyatımda... Bəlkədə, hər sey yalan olduğu üçün... Güllərə bir az daha çox baxdıqda, içəridən orta yaşlı bir qadın çıxıb "Buyur qızım hansı güllərdən lazımdı sənə?"dedi.

Özüm özümə gül alacaqdım? Dəliliyin son nöqtəsi... Ya da yox qulağa xoş gəlmişdi. Özüm özümə bilmədən süpriz edərdim. Tam axmağam qəbul! Bir tərəfim getmək, istəsədə bir tərəfimdə içəri keç deyə, içimə isyan edirdim. Ona görə gülər üzüm ilə içəri daxil oldum. Hə, arada həqiqətən üzüm gülürdü. Buda onlardan biri idi. Amma bu gülər üzümə həmişə rast gələ bilmərsiz, qədirini bilib muzeyə qoyun. Yersiz fikilərimi keçərək,qızılgüllərə baxdım. Tanıdığım tək gül onsuz qızılgül idi. Yaxşı, yaxşı yasəmənlə nərgizidə tanıyırdım, amma onlardan o tərəfə bir gül tanımırdım mən.

Qızılgülün birini əlimə aldıqda "İşin avand olsun, Səmayə xala" dəyə bir səs eşitdim.

Dönüb qapı kənarına baxdıqda, Yusifi gördüm. Yusifi görməyim ilə gülün tikanı əlimə batdı. "Aa"deyə dilimdən bir nida çıxdıqda, Yusif mənim fərqimə vardı. Lənət! Qəsdən etməmişdim!

"Qızım tikan batdı əlinə?" deyən Səmaya xala mənə yaxınlaşdıqda, Yusifdə içəri addımını atıb yanıma gəldi. Gülü yerinə qoyub "Həə,hec nə olmaz"dedim.

Axı, gül almaq mənim nəyimə? Mənim bu deyişimə, Yusif "Narahat olma,ölmərsən" deyərək güldü. Bu oğlanın mənimlə şəxsi qərəzliyi vardı?

"Bu tikandan ölmərəm, amma sən öldürərsən məni"

Canıma qəsd etmə, səbəbim hal - hazırda bu oğlan ola bilərdi. Səmayə xala aramızda kecən dialoqa dodaq altı gülüb "Zamənə gəncləri. Yusif, sən 10 dəqiqə buralığı idarə edə bilərsən? Dərziyə paltar tikdirirəm, onun ölcülərini götürməlidi"dedi gülən üzü ilə.

Yusifdən belə bir şey istəmişdi?

"Buralıq mənə əmanət, rahatıqla gedə bilərsən"

Mən şok! Yusif razılaşmışdı... Səmayə xala getdikdən sonra, hələdə dünkanda qaldığımın fərqinə vardım. Ayaqlarım, niyə getmirsiz?

"Mən gedim" dedim Yusifə baxaraq. Yusif isə qızılgüllərə yaxınlaşıb, bir qızılgül çıxardaraq mənə uzadaraq "Al, hədiyyəm olsun"dedi.

Əlindəki gülə baxdım. Birdə ona... Mənə bu vaxta qədər gül alan olmamışdı. İlk gülüm olacaqdı, bu qızılgül? İçimdən kicik bir burxunluq keçdi... İlk dəfə idi belə hiss edirdim, əllərimi uzadıb gülü ondan aldıqda,əlimin titrədiyini gördüm. Niyə aldım axı gülü?

"Təşəkkürlər..."deyərək ona baxıb, yavaş addımları ataraq dükandan çıxdım. Əlimdə olan qızılgülə baxıb, gülümsədim...
"Gülü tikanı ilə sevəcəksən" statını xatırladım. Bəlkədə, bu tikan əlimə batmasaydı, Yusif bu gülü mənə verməyəcəkdi. Gülü qoxlamağa başlayıb, gözlərimi yumdum. Beynimdən hər şey silindi... Bir anlığına özümü başqa biri hiss etdim. O an qulağıma, mesaj səsi gəldi. Vaxtsız zamanlarda gələn həmin o mesaj...! Cibimdən telefonu çıxardıb,mesaja baxdım. Yenə həmin o nömərədən!

"Yazığım gəlir sənə. İnsan bu qədərmi sevilməz? Axmaq qız, sən hələdə mənim ciddi olduğumu başa düşməmisən? Oyuncaqlarından ehtiyyatlı yapış, yoxsa onlara mən zərər verəcəm. Sənə nifrət elədəyimi daha əvvəl demişdim? Nifrət edirəm sənə..."

Bölüm sonu...

Müəllif: Goncha
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 5 817
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri