Oyuncaq (6-cı bölüm)

Müəllif: Lusi
Şərhlər: 1
Baxılıb: 5 058
Səs ver:
(səs: 0)
"Mən olsam, bitirərəm... Sevgi hissi olan yerdə, dostluqdan söhbət belə gedə bilməz..."dedim aranı daha çox vurmağa çalışıb. Belə etməklə görəsən nə qazanırdım? Nə qazandığımı bilməsəmdə, bu mənə xoş gəlirdi. Turanın dərin bir ah çəkdiyini eşitdim.

"Axı biz uşaqlıqdan dostuq... Aramıza məsafə qoysam, bəlkə hər sey düzələr... Ən pisidə bilirsən nədi?"deyə sual verərək mənə baxdı. Sözünün ardın gətirmişcəsinə, ona baxdım. "Bunu indiyinə qədər görməmişdim... Bir nəfərin sayəsində gözüm açıldı"

Üzüm necə bir hal almışdı mənim? Bəhs etdiyi insan mən idim. Anonimin sözü ilə Elay ilə danışmışdı. Kefim indi yerində idi. Axşam ona yazacaqdım. Həmdə, böyük bir keyfim ilə...

"Turan, bir - birimizi yaxşı tanımırıq. Amma yenədə sənə məsləhətim bu olarki dostluq adını sevgi ilə ləkələməyin... Həmdə sən O qızın kim olduğunu mənə demədin. Səni sevən qız kimdi?"

Bilməməzliyə yatmaq edə biləcəyim ən böyük iş idi. Sevirdim, bu xüsusiyyətimi...

"Elay... Kor gözlərim bu günə qədər bunu görmürdü..."

Safım mənim, sənin gözlərin hələ nələr görəcək... Nələrə şahid olacaq...

"Nə deyim, hec bilmədim... Zaman tanıyın bir - birinizə... Bir az özünüzdən bəhs edə bilərsən mənə? Sizi tanımıram..."

Necədə gözəl cümlələr qururdum. Mən belə bəzən yaxşı biri olduğuma inanırdım...

"Məndə səni tanımıram. Amma çox yaxşı birinə bənzəyirsən. Biz uşaqlıqdan Arzu ilə dost olmuşuq. O vaxtlar köhnə məhəlləmiz vardı. Sonra işlər böyüdü... Bizimkilər imkanlaşdı, bizdə bura köçdük. Arzu mənə dostdan daha artıq, bir bacı oldu... Bura gələndə 11 yaşımız vardı. 2 ildən sonra Arzu, Elay və Yusifi tapdı burda. Dost olmağa başladıq... Arzu insanlarla ünsiyyətdə olmağı çox sevir yəqin bilərsən. Həsən ilə Məryəmdə onların dostu idi. Sonradan bu yaşımıza qədər ayrılmaz dostlar olduq. Qızların 21 yaşları var bizim isə 22"

Klassik bir hekayə əhvalatı daha... Mənim hec dost tapmışlığım olmadı...

"Hardasa oxuyursuz? Ya axşama qədər boş bekar gəzirsiz"dedim.

İçimdə baş qaldırmış bu maraq hissinə niyə yox deyə bilmirdim?! Bu sonuncu sualım olacaqdı...

"Həə, hamımız eyni univeristetin başqa fakültələrində oxuyuruq. Bu il bizdə sonuncu ildi. İşə gəldikdə isə, bir tək Yusif məhlədəki mağazalara kömək edir həmişə. İnsanlara yardım eləməyi sevir. Yardım sevər biridi, mənim can dostum"

Gül mağazasında onu görəndə, bunu bilməli idim. Bu günlük bu qədər məlumat yetərdi. İndi evə gedib,iş başına keçməli idim!

"Çox gözəl... Turan, evə getmək vaxtıdı. Anam narahat olar mənim" deyərək ayağa qalxdım. Anamın məni düşündüyümü vardı? Anam demiş, görəsən gəlmişdimi evə? Turanda ayağa qalxaraq bərabər yeriməyə başladıq. Məni evə ötürdükn sonra, O getdi. Məndə evə keçdim. Evin işıqlarının yanılı olduğunu gördükdə, anamın evdə olduğunu anladım. Qonaq otağında idi... Mənim gəlişimi hiss edib, mənə doğru dönərək "Harda idin? Sən bu vaxtlar evdə olmursan?" dedi.

Nə gözəl mənzərə... Övladı ilə maraqlanan, ana...

"Sən evdə olsan, məndə evdə olaram..."

Sözümü deyib, piləkanlardan çıxdıqda "Dayan... Sən elə bilirsən mənə xoşdu? Mən sənin gələcəyin üçün çalışıram"dedi.

Yenə eyni sözlər. Bezmişdim! İstəmirdim mən gələcək!

"Hansı gələcək?! Mən bu vaxta qədər sənin bir qəpiyinə əl vurmuşam?! Hələdə başa düşmürsənki, mənim istəyim sadecə sənsən! Mən pul düşgünü deyiləm!"

Daha nə qədər dava ediləcəkdi... Anam yanıma gəlmək istədikdə, əlim ilə işarət edib, yaxın gəlməməsini bildirdim. O, an qapının zəngi çalındı... Kim idi bu saatda?! Anam qapını açdıqda, gördüyüm üz qardaşım idi... Əsəblərinə hakim ol, Alisa... Anamla qardaşımın görüşdüyün gördükdə, qardaşım mənə bir günahkar kimi baxırdı. Günkahar idi... Üzümü çevirib növbəti addımı atdıqda, qardaşım "Alisa..."dedi. Əllərimi üzümə yerləşdirib, əsəbimi sakitləşdirməyə çalışdım. Sərt bir şəkildə onlara çevrilib "Nə var?! Niyə gəlmisən?! Yenə yalan vədlər verməyə?! Sənin üzünü belə görmək istəmirəm daha! Ana oğul sizə xoş söhbətlər!"deyib tez bir şəkildə yuxarı çıxıb, öz otağıma gəldim. Bu dəfə, olmaz Alisa... Bu dəfə, ailəni fikirləşmə... Otağımda olan kicik divana qıvrılıb, uzanaraq telefonu kiliddən çıxartdım. Anonim şəklində Turana yazmaq vaxtı gəlmişdi gülərək, onun adına daxil oldum.



Alisa: Mən deyənə, gəlib çıxdınmı :)(oxundu)
Alisa: belə olmaz, oxuyub cavab yazmırsan?
Turan: sən axı hardan bilirdin, Elayın məni sevdiyini?!
Alisa: mən bir anoniməm, unutmusan bunu?
Turan: mənimlə oynama!
Alisa: oynamıram sarı :) səni sadecə sevirəm :)
Turan: bu necə sevgidi hə? Sən mənim ağlımı qarışdırırsan!
Alisa: oyy, oyyy sarım əsəbləşdi :)
Turan: mənə sarı demə!
Alisa: nə deyim bəs? Qara deyim? Sarısan axı
Turan: kim olduğunu de mənə
Alisa: Sarı, bir az rahat ol
Turan: Atıram bloka!
Alisa: Arzu Həsəni sevir
Alisa: Bum
Turan: Sən çox olmağa başladın!
Alisa: Olmadı sarı :) Elayı mən sənə dedim. Arzunuda ilk məndən eşit istədim. Bu yaxşılıqlarımı unutma
Turan: Yox, bu ola bilməz! Elay bir təsadüf idi... Amma Arzu ola bilməz...
Alisa: Həsəni Məryəmdə sevir :)
Alisa: Növbəti bumm
Turan: sən sadecə əylənirsən!
Alisa: əylənmirəm,gercekləri görməyini və bilməyini istəyirəm. Hamı səndən xəbərsiz bir iş çevirir.
Turan: əgər buda həqiqət çıxsa...
Alisa: həqiqətdi... Həmdə ən acı'sından...
(Oxundu)

Son mesajımı oxuyub bir cavab vermədən çıxdı. Ağlını qarışdıracaq, mesajlar yazmışdım. Ortalığın qarışmasını sevirdim... Sabah Arzu ilə mütləq və mütləq görüşməli idim. Əla... Bura gəldikdə, ilk başda sevinməsəmdə, indi bu qədər oyuncağa görə çox sevinirdim. Onlardan istədiyim kimi istifadə edirdim. Amma bir problemim vardı. Mənə yazan gizli nömrə... Kim idi? Kim ola bilərdi? Onu ciddiyə almalı idim? Həyatımda bu qədər aksiyon yaşamamışdım... Telefonu yenidən kiliddən çıxardıb, whatsappa girərək gizli nömrənin adını kontakata "Z" deyə qeyd elədim. Belə istəmişdi... Bay, gizli "Z"miz... Adını qeyd edib, çıxmaq istədikdə online olduğunu gördüm. Onun üçün yazmağını gözlədim. Yəni, gözləməyim ağıllıca bir hərəkət idi. Çünki, kimliyinin bilinməyini istəməyən biri mənim kimi bir başqa nömrə almışdı. Və sadecə mənə yaza bilərdi. Dediyim kimidə olmuşdu.

Z: Səndə qorxma
Z: Adam ölmür, ağrıdan
Z: Uzaq başı, küsəcəksən Tanırdan.
Alisa: yazığın gəlməsin mənə
Z: yazığım gəlmir
Z: yazıqdanda, daha betər halda olduğun üçün
Alisa: məni tandığını sanırsan, amma yanılırsan
Z: xarab radio kimi eyni sözləri təkrar edib durma
Alisa: amma elədi... Səndə mənə pislik etmək istəyirsən. Demək, səndə yaxşı biri deyilsən...
Z: sənin etdiklərinin yanında mən mələk qalaram :)
Alisa: nə desəm, sənə faydasız olacaq...
Z: rola girmə, inanacam sənə yoxsa :)
Alisa: istər inan, istər inanma... Amma unutma mənim itirəcəyim hec nəyim yoxdu... Bir canım var, onuda Tanrı məndən alsın deyə dua edirəm
Z: Ah, Alisa... Saf və təmiz bir qız olsaydın, daha yaxşı olardı...
Alisa: mənim ruhum kirlidi... Məndən kiməsə qarşı bir insaf gözləmə... Mən vicdan adlanan hissi çoxdan öldürmüşəm, qəlbimdə...
Z: Tək bir sual verəcəm
Z: Niyə?
Alisa: Niyəmi?
Z: Aha...
Alisa: boş ver
Alisa: beynində tanıdğın kimi qalım
Z: deməyə bir seyin olmadığı üçün, boş ver dedin
Alisa: sən elə say... Mən çıxmalıyam artıq
Z: saclarını kəs
Alisa: dəli olma
Z: saclarını kəs
Alisa: xəstə - xəstə danışma mənimlə!
Z: o saclar kəsiləcək
Alisa: sacımla nə işin var sənin?
Z: zəhləm gedir saclarından
Alisa: sənin beynin deyəsən, yolda havayı satılır səndə ordan almısan. Başqa çünki, hec bir açıqlaması ola bilməz...
Z: saclarını kəs yoxsa Turana kim olduğunu deyəcəm
Alisa: saclarımı kəsəcəm... Amma səninlə qarşılaşdığım gün... Bu sacları sən kəsəcəksən...
(Oxundu)

Bölüm sonu...

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 5 058
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri