Oyuncaq (9-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 5 930
Səs ver:
(səs: 0)
Qapıya yaxınlaşıb, kimin gəldiyinə baxdım. Turan sağa sola baxıb qapını açmağımı gözləyirdi. Onun nə işi vardı bu saatda mənim qapımda? Telefon deyə bir sey vardı... Qapının zəngin yenidən basdıqda, 10 saniyə sonra qapını açdım. Məni görməyi ilə üzü gülümsənməyə başladı. İndi yadıma düşdü, mən ona necə gündü yazmırdım...

Turan ilk sözünə "Bağışla gecə vaxtı narahat etdim səni" deyə başladı.

Narahat etdiyini bildiyi halda, niyə gecə vaxtı qapıma dayanmışdı? Nəzakətli davranmayacaqdım...

"Gecə vaxtı məni narahat etmək səbəbin nədi?"dedim hec çəkinmədən.

"Səni təlaşlı şəkildə Yusifin evindən çıxan gördüm. Onun üçün gəldim... Yaxşısan sən?"


Tək səbəb bu idi? Allahım, məni niyə bunlar ilə sınayırsan axı?

"Telefon deyə bir sey var" dedim kinayəli şəkildə. Getməyini istəyirdim mən. Hec kimlə söhbət etmək istəmirdim. Xüsusi ilədə Turanla...

"Məndən niyə uzaq qaçırsan? Bir, iki gün özün mənə yaxın durdun. Sonra isə uzaqlaşırsan. Məndən sənə pislik gəlməz, Alisa..."dedi.

Niyə uzaqlaşdığımı bilmirdim... İstəmirdim amma. Birinci dəfə idi, artıq kiməsə yaxın durmaq istəmirdim. Günü gündən hər şey mənə pis təsir edirdi...

"Turan, səndən uzaqlaşıb etmirəm. İşlərim var... İndi icazə versən, otağıma gedib yatacam. Gecən xeirə" dedim üzümdə olan sərt ifadəni bir az yumşaltmağa çalışaraq.

"Yaxşı... Gecən xeirə Alisa" dedi məyus halda. Məndə qapını bağlayıb, divanda qalan telefonumu əlimə aldım. Otağıma çıxıb, işığı yanılı qoyaraq yatmağa çalışacaqdım. Turanın mənasız gələn səmimiliyi isə məni sıxmışdı... Piləkanı yenicə çıxmağa başladıqda, qapının zəngi yenidən çalındı. Ya səbr! Turan nə istəyirdi məndən?! Əsəblə qapını açıb "Nə var?! Niyə gəldin yenə?!"dedim. Amma qarşımda olan insan, Turan deyil Yusif idi... Off! Uşağı bir döymədiyim qaldı...

"Mən daha əvvəldə gəlmişəm?"dedi qıcıqlığına salıb gülərək. Bu niyə gəlmişdi axı?

"Yusif niyə gəlmisən?" dedim bir az əvvəlki əsəbimi basdıraraq. Yusif bir söz demədən,irəlli addım atıb boş qalan yerdən evə girdi. İnsan bir icazə alar! Ətrafa baxmağa başladıqda, qapını bağlayıb yanına gəldim.

"Mən səni evə dəvət etmədim"

Necədə açıq sözlüyəm... Lazım olanda, danışa bilirəm...

"Məndə evə girim deyə səndən icazə almadım" dedikdə "Amma bura mənim evimdi!"dedim.

İşarət barmağını anidən dodağıma basdırıb dil ucu "Suus"dedi. Məndə susdum...
"Afərim" deyərək barmağını dodağımdan çəkib güldü. Bir insana ancaq gülüş, bu qədər gözəl yaraşa bilərdi... Qonaq otağına irəlləyib divanda oturdu. Məndə yanına gələrək düz dizinin dibində oturub ona baxdım. Turanı az əvvəl qapı kənarından qovdum. Bəs Yusif niyə hal hazırda mənim evimdə idi?! Həmdə hec bir acıqlama etmədən... Bir söz deməsi üçün onun üzünə baxırdım, amma O buralı deyildi... Bilə - bilə danışmırdı... Sırf mənə qıcıqlıq olsun deyə...

"Bəlkə danışasan?!"dedim daha çox dayana bilməyib. Gözlərini gözümdən hec çəkmədən, azacıq gülümsünüb, gülüşünün sonuna "Səssizlik daha gözəldi" deyə əlavə etdi. Səssizlik daha gözəl olsada, bura niyə gəldiyini bilməli idim. Az əvvəl, mən onun evində idim...

"Sən ilk məni görəndə, daha sonra məkanınızda olanda məndən hec xoşun gəlmirdi. Nə dəyişdi indi? Sən mənim evimə gəldin. İndi yanımdasan... Və mən gülümsünürsən..."

Bilmək istəyirdim... Dediyim sözlərdən sonra gözlərini məndən qaçırdıb, yerə salaraq əllərini birləşdirib oynadmağa başladı.

"Bunun bir cavabı yoxdu... Ürəyim indi sənin yanında olmaq istədi, məndə onun üçün gəldim. Həmdə, tək qalma..."

İnsanda olan özgüvənə bax! 'Bunuda qov getsin Alisa!' deyən iç səsimə haqq qazandırırdım. Amma edə bilmirdim... Onu qova bilmirdim evimdən... Sanki, bütün sözlər yadımdan çıxmışdı. Dilim bir söz deyə bilmirdi... Niyə belə olmuşdum axı mən?!

"Sadecə yarım saat... Sonra evinə gedəcəksən. Oldu?"

"Olmadı... Gecəni sizdə qalacam. Elə bu divanda yataram mən. Səndə sol tərəfdə olan divanda yatarsan"

Hər halda zarafat edirdi? Gülə bilmədiyim, bir zarafat!

"Yusif sən deyəsən nə dediyini o qulaqların eşitmir. Mənim evimdə niyə qalırsan sən?! Olmaz! Mən tanımadığım adam ilə bir yerdə qala bilmərəm"deyib ayağa qalxdım.

Yox... Olmazdı... Yusifdə ayağa qalxıb, qollarıma toxunmaq istədikdə, dahada geri durdum.

"Toxunma mənə!"

Özümdən aslı olmadan dediyim sözə, utanmışdım...

"Alisa, niyə bu qədər qorxursan?"dedikdə Yusif, qapını işarət edib "Xahis edirəm, çıx get evimdən"dedim.

Allahım, getsin... Getməsəydi, mən özümü itirəcəkdim... Yusif daha bir söz demədən evimdən çıxıb getdi. Mənidə qəhər boğmağa başladı... Mən hec bir oğlana yaxın dura bilmirdim. Qorxurdum... Özümdən aslı deyildi... Hər kəsin niyyətinin fərqli olduğunu düşünürdüm. Bilirdim, Yusif elə biri deyildi... Amma yenədə, özümə söz keçirə bilmirdim. Otağıma keçib, işığı yandırdım. Məni necə yuxu tutacaqdı? Pəncərə qarşısına keçib, ətrafa baxmağa başladıqda, daş hasarmız olmadığından qapımızın kənarında dayanan bir maşın gördüm. Bir az daha diqqətli baxmağa başladıqda, maşında olan insanın Yusif olduğunu başa düşdüm. Getməmişdi... Bəs niyə? Onu nə məcbur edirdi axı buna? Əlimdə tutduğum telefonun ekranın yandırıb ona adi bir mesaj yazmağa başladım. Nörməsini Arzudan almışdım...

"Niyə evimin qarşısındasan hələdə?"

Deyəsən, yazdığım mesajı oxudu... Gözlərini telefondan çəkib mənim otağımın pəncərəsinə baxdı. Daha sonra gözlərini məndən çəkdi. Bir az sonra isə mənim telefonuma mesaj gəldi.

"Alisa, bilmirəm niyə bu dərəcə qorxdun. Gün gələr bəlkə, səbəbini mənə deyərsən. Amma indi rahatlıqla işıqları söndür yat. Mən sabaha qədər burda olacam. Şirin yuxular sənə"

Oxuduğum mesajdan sonra ona pəncərədən 'sağ ol' mənasından əl edib pərdəni çəkərək çarpayımda oturdum. Üzüm niyə belə gülürdü axı? Gülməsi, lazım deyildi... Üstümü dəyişib, işığı söndürərək çarpayıma uzandım. İşığı söndürə bilmişdim... Gözümü yumub yatmağa çalışdım, amma olmadı... Telefonda saata baxdım. Saat 00:37 ni göstərirdi. Görəsən Yusif yatmışdı ya yox? İnterneti açıb bir az instagramda girdim. Bircə bu gecə bitsəydi... İnstagramda da bir az daha oyalanıb çıxaraq gözlərimi yenidən yumdum. Deyəsən, yatmağın vaxtı çatmışdı.

Gözlərimi açdıqda, havanın açıldığını gördüm. Nəhayət, sabah açılmışdı... Divarda asılı olan saata baxdım saat 7 - yə qalmışdı. Bu tezliyində durmuşdum? Gözlərimi ovuşduraraq ayağa qalxıb, pəncərə qarşısına keçdim. Yusifin maşını hələdə orda idi. Yatıb qalmışdı... Ona bir təşəkkür borcum oldu. Gündəlik işlərimi həll edərək özümə səhər süfrəsi hazırlayıb, çayımıda süzərək masaya əyləşdim. Ürəyimdən, Yusifidə bura dəvət etmək keçirdi. Bəlkə dəvət edim?

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 5 930
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri