Oyuncaq (11-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 2916
Hekayə: Oyuncaq
Səs ver:
(səs: 0)
Yusif ilə sahilə gəlmişdik. Yay ayı olduğu üçün ətrafda çox insan vardı. İnsanları sevmirdim... Bunu daha əvvəldən bilirsiz... İnsanların az olduğu tərəfə gəlib dənizin yanına endik. Yanımda Yusif, ətrafımda insanlar, qarşımda dəniz mənzərəsi... Sərin olan hava, isə içimi ürpədirdi... Yusifin mənə diqqətlə baxdığını, görə bilirdim. Bu qədər dərindən, bu qədər yaxından baxma mənə, adam... Çünki, inanıram sənə... İçimdən inanmaq keçir...

Yusif "Alisa üşüyürsən deyəsən?"dedi.

Başımı 'hə' anlamında aşağı salladım. Üşüyən bir bədən deyildi... Üşüyən, mənim xəyallarım idi... Tufana, leysana rata gələn xəyallarım...

"Onun üçün şortunu görəndə elə dedim sənə. Dəniz kənarı soyuq olur... Yoxsa geri düşüncəli bir adam deyiləm"

Yusifin bu sözü ilə baxışlarımı dənizdən çəkib ona baxdım. Nə etmək istəyirdi?

"Mənim üçün bir problem yoxdu. Uzaq başı yayın istisində qripləyirəm"dedim aradakı buzluğu əridməyə çalışıb. İç səsim 'Sənin etdiyini, oda sənə edir'deyirdi. Haqqlı idi yenə... Niyə bu qədər beynimə taxdımsa...

"Mənim üçünsə var amma. İstəyirsən başqa yerə gedək"deyib ayağa qalxdı.

Mən üşürdüyüm deyə gedirdik? Getmək istəyirdim, əslində... Yusifin Elaya dediyi söz yadımdan çıxmırdı... Məndə ayağa qalxdım. İlk öncə yuxarı çıxıb əlini mənə uzatdı. Məndə uzatmadan əlindən tutdum. Qarşıya tərəf irəllədikdə bir oğlan gitara çalıb oxuyurdu. Bəzi insanlarda onun ətrafına toplaşmışdı.

"Vazgec gönülü" oxuyurdu...

Ayaq saxlayıb, ona qulaq asmağa başladım. Mənim dayanmağım ilə Yusifdə dayanmışdı. Gitara çala bilmək uşaqlıq arzularımdan biri idi. Amma bu arzumda yarım qalmışdı. Bir az daha dinlədikdən sonra ordan uzaqlaşmışdıq. Maşına minib yola düşdük. Mənə bu üz siması yaraşımırdı... Üzüm çökmüş kimi gəlirdi özümə... Yusif maşını sürə - sürə həm yola həmdə mənə baxırdı.

Son baxışında "Bu gün çox səssizsən"dedi.

Səsimi batırmışdılar... Xəbərləri yox...

"Sadecə yorğunam..."dedim.

Qısa və net...

"İçində çəkmə acını, paylaş mənimlə"dedi

"Bəzi şeylər, paylaşıla bilməz..."dedim.

Qəlbimdə olanlar mənimlə birlikdə qalacaqdı.
Daraldığımdan əllərimi bir birinə sürtüb dururdum. Mən belə idim. Daha çox danışa bilməzdim. Yusif anidən əlimdən tutduqda, əlimi çəkmək istədim amma daha sıx tutub buraxmadı. Çək, əlini adam! Ürəyimin necə döyündüyündən xəbərin yoxdu! Ziyansan mənə... Zərərsən!

"Paylaşılar. Paylaşmadığın üçündə beləsən. Paylaşmasan mən səni necə tanıyacam hə?"

Gözümü əlimdən tutduğu əlinə çevirib, var gücümlə əlimi əlindən çəkib xilas etdim.

"Tanıma məni... Bu qədər tanışlıq bəsdi. İndi maşını sür. Evimə getmək istəyirəm!"dedim böyük əsəblə. Əsəblərini, basdır Alisa... Yusif bir sey demədən, maşını işə saldı. Məhləyə gəlib çatdıqda dərin bir oh çəkdim. Nəhayət, bu gün bitirdi! Evin önünə gəlib çatdıqda maşını saxladı. Bəlkədə, bu gün ən gözəl günüm olacaqdı. Amma olmadı...

"Gecən xeirə qalsın" deyib maşından aşağı endim. Maşından endiyim an mənə baxan Məryəmi gördüm. Məryəmin bizim tərəflikdə nə işi vardı? Məryəm böyük addımlar ataraq bizə tərəf gəlməyə başladı. Yusifdə maşından enib, mənim yanıma gəldi. Allahım, bu gün bitəcəkdi? Yoxsa davamı var hələ...

Məryəm saxta gülüşü üzünə taxıb "Oo artıq bir yerdə gəzmələrdə başlayıb. Yusif sənə hec yaraşdırmadım. Hec olmaya gözəl qız tapardın"dedi.

Tutmayın məni! Yolaram bu qızı sacın başın! Artist - artist danışığına bax!

"Məryəm yeri deyil. Gəl sənidə evinizə aparım... Yaxşı görünmürsən"dedi Yusif.

Əslində düz deyirdi... Sacları hec daranmamış kimi dağınıq, göz altlarıda şişmişdi.

"Yaxşı görsənmirəm hə?! Nə əcəb xəbərin yoxdu. Həsən ilə Arzu sevgili olub! Amma çox kecməz ayıracam onları! İsətdiyini Arzuda tapmayanda mənə qayıdacaq Həsən! Bu yanındaki qızdı hər seyi edən! Hər seyi edən odu!"deyə işarət barmağını mənə tuşladı.

Mən niyə onun cavabını vermirdimki?!

"Dostunun adına sevinmək varkən, sən onun arxasıyca danışırsan?! Budu sizin dostluğunuz?! Sizin dostluğunuz batsın! Elə sizdə batın!"deyərək səsimin tonun qaldırıb Yusifə döndüm. "Al bu `dostunuda çıx get!" dedim çöl qapısından içəri keçib. Məryəmin ciy - ciy səsin çəkəsi deyildim. Evə keçdim... Bu gündə tək idim... Dünənki kimi məni qoruyan bir Yusif olmayacaqdı... Evin içində bir az başımı qatdım. Qata bildiyim qədər... Biz Yusiflə maşında necə danışdıq elə? Hansı ara o qədər içdən danışdım onunla... Divanda uzanıb tavana baxdım. Beynimin içi sumayıb, öz özünə danışırdı... Tanış mənzərə olar. Sizdə beləsiz, yəqin. Bunun hələ öz özünə cavab verməsidə var. Təbrik edirəm, biz dəliyik... Biz bu dünyanın, ən dəlisiyik. Mən bunları fikirləşərkən, telefonuma mesaj səs gəldi. "Z" yenə hansı iynələcəyi bir mesaj atmışdı mənə görəsən? Telefonu əlimə alıb baxdıqda "Z" dən mesaj gəldiyini gördüm. Amma mesaj bir səsdən ibarət idi. Səsin yüklənməyini gözləyib, səsi açdım. Qulağıma bir melodi səsi gəldi... Mahnı... Dinləməyə başladım... Dinlədim...

"Sehabe ilə Aydilgenin - 1ayda unutursun" mahnısı idi...

Mahnı bir az məndən bəsh edirdi... Yaxşı, bir az deyil... Daha çox məndən bəhs edirdi... Bu mahnını niyə mənə atmışdı axı? Məni niyə tanıdığını sanırdı? Tanımırdı... İçimdə çəkdiyim ağrıdan, acıdan bir xəbəri yox idi. Hər kim idisə yanılırdı... Mahnını səhərdən bəri 35 ci dinləyişim idi... Kilitlənmişdim mahnıya... Amma ona yazmalı idim daha. Bəlkədə, mənə yaxşı gələcək insan O idi...


Alisa: Hər kimsənsə, qarşıma çıx artıq
Alisa: Mən günü gündən məhv oluram
Alisa: Mahnı eynən məndən bəhs edir
Alisa: Amma mən hec nəyi unuda bilmirəm
Z: Sənin qarşına çıxsam, mənə nəyə görə belə olduğunu deyəcəksən?
Alisa: Bilmirəm...
Z: Cavab bu deyildi
Alisa: İnanki hec nə bilmirəm... Mən özümü pis hiss edirəm yenə... Qorxuram... Əvvəlki kimi olacam deyə çox qorxuram...
Z: Cavab yenə bu deyil
Alisa: Cavab yoxdu çünki!
Alisa: Məni görürsən... Bəs yaralarımı niyə görmürsən?
Z: Sənin uzaq başı yaran, sevdiyin insanın səni sevməməsi olar
Alisa: Yanılırsan... Sənin mənim yaramdan xəbərin yoxdu! Bilirdim... Bunu bilmirsən... Z: Mənə hər seyi desən, qarşına çıxacam
Alisa: Buna gücüm yoxdu mənim...
Z: Gəl, görüşək
Z: Sən mənə yaralarını danış
Z: Mənsə sənin saclarını kəsim...

Bölüm sonu

Müəllif:Goncha
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2916
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 971
Xəbər sayı: 19
_abdullazadə_l_
Sitat: Miss
Axir ki Z ile gorusecek alisa
Meryemin elediyine Alisa niye susmusdu
Niye cavabini vermedi

Məncə Yusifə pis görünmək istəmirdi özündən asılı olmayaraq

Sitat: Btsarmy;)
12 ~Çi bölümü sebirsizlikle gozleyirem. Ne yaxwi hekayelerde "Bezi" seriallar kimi yalnız hefte ici deyil. 122 yoxsa Leylaynan men deli olardiq hekayeni gozleyene qeder 08 122

Həə düz deyirsən
20 mart 2020 13:56
2
Şərh sayı: 3788
Xəbər sayı: 109
ÜlSi❤
12 ~Çi bölümü sebirsizlikle gozleyirem. Ne yaxwi hekayelerde "Bezi" seriallar kimi yalnız hefte ici deyil. 122 yoxsa Leylaynan men deli olardiq hekayeni gozleyene qeder 08 122
20 mart 2020 11:24
1
... -'tek kişilik miydi ki bu şehir? Sen gidince bomboş kaldı da...✌❤☀:)

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri