Oyuncaq (12-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 4 460
Səs ver:
(səs: 0)
Alisa: yaxşı
Z: yaxşı nə?
Alisa: Yəni qəbul edirəm dediyini!
Z: belə tez qəbul edəcəyini gözləmirdim
Alisa: sənə nə lazımdı? Saclarımı kəsmək istəmirsən?! Kəsəcəksən! Məndə səni görəcəm
Z: məni görməyi bu qədər çox istəyirsən sən?
Alisa: niyə istəməyim? Mənə nifrət etdiyini deyib mənə yazmağa davam edirsən. Həmdə hec nə bilmədən
Z: düzdü
Alisa: görüş yerin özüm təyin edəcəm
Alisa: amma bunu bilki hər kimsənsə sonda çox peşman olacaqsan
Z: Səni tanımasaydım, sənə inanardım :)
Alisa: inanma... səndə onlardansan...
Z: kimlərdən?
Alisa: özünə insanam deyib ortalıqda gəzişənlərdənsən...
Z: bəs sən kimlərdənsən?
Alisa: mən hekayənin ən məsumuyam...
Z: ən məsum ha?
Alisa: elədi...
Z: hec güləcəyim yox idi)
Alisa: ağlanılacaq seylərə gülmə
Z: sən mənim nəyə gülüb gülmədiyimə qarışa bilmərsən
Z: sənə gülürəm :)
Alisa: gül... necə olsa görüşümüzdən sonra gülə bilməyəcəksən
Alisa: mən verdiyim sözləri tutaram
Alisa: bu gün bir sey eşitdim. Artıq insanlar mənim arxamdan iş çevirir. Mən deyil...
Z: yenə kimlərdən bəhs edirsən?
Alisa: Yeni oyuncaq tayfasından
Z: Nə ediblər sənə?
Alisa: Hec nə. Etmək istəyirlər amma. Bu gün Yusif ilə Elayın danışıqlarını eşitdim. Bu məni bir miqdar üzdü. Mənim pis olmağıma sevinə bilərsən :) mənim düşmanım :)
Z: Baxma ağlayıb edərsən)
Alisa: mən ən son 2 il əvvəl ağlamışam. Məni ağlatmaq o qədərdə asand bir sey deyil.
Z: Yəni onların elə etməsi vecinə deyil?
Alisa: o qədərdə deyil. İnsanam nəticədə... Mənimdə bir qəlbim var
Alisa: qəlbimə toxundu...
Z: Afərim onlara onda.
Alisa: bir insanın acısına sevinirsən?
Z: sənin kimi :)
Alisa: adam mən sənə pisəm deyirəm! Acı çəkirəm! Nə anam nə atam nə qardaşım məni sevmir deyirəm! Sənsə mənim etdiklərimlə öz etdiklərini eyni tərəziyə qoyursan?! Təkəm mən evdə! Qardaşım gələcəkdi... Gəlmədi amma... Yenə yadına düşmədim... Kec güzgü qarşısına özünə bir sual ver. 'Nəyə görə bunu bu qıza edirəm?' de! Cavabını tap!
Z: Bəs sən niyə edirsən?! Sən özünə bu sualı vermirsən?!
Alisa: Güzgülər mənim dostumdu! Etdiklərimin hamsı haqqdı insanlara! Sən mənə ancaq əsəb verirsən!
Z: İçindən mənə qarşı nə keçir?
Alisa: Yalnız böyük bir əsəb!
Z: Başqa?
Alisa: səni tanımaq istəyi...
Z: bəlkə mənə aşiq olursan?
Alisa: dəli olma!
Z: aşiqsən?
Alisa: gözlərin yaxşı görmür deyəsən! Nə aşiq? Nə sevmək? Səni tanımıram!
Z: Turanı sevirsən?
Alisa: Turanla doğru düzgün danışmıram hec belə!
Z: Yusif?
Alisa: Yusifi bu işə qatma!
Z: Yenə soruşuram bəs Yusif?
Alisa: MƏN HEC KİMİ SEVMİRƏM!
Z: bu qədər niyə əsəbləşdin canım mənim :)
Alisa: xəstəsən sən!
Z: hə bu yay günü bir az qripləmişəm :)
Alisa: cəhənnəm ol daha! Sənlə doğru düzgün danışmaq belə olmur!
Z: bu mənə ikinci cəhənnəm ol deyişidin :) üçüncüsün deməyi hec tövsüyə etmirəm :)
Alisa: CƏHƏNNƏM OL!

Son mesajı yazıb telefonu söndürdüm. Hər kim idisə axmaq idi! Nə edə bilərdi mənə? Hec nə...
Yuxarı çıxıb otağıma gəldim. Yatmaq vaxtı idi daha... Hec nə, fikirləşmədən yatmalı idim.
İşığı yanılı qoyub ətrafa baxdım. Ürəyim daralırdı... Səhərə qədər işıqla yatmaq hec xoş deyildi. Amma başqa yolum yox idi. Pəncərəyə yaxınlaşıb, yarım qalan pərdəni tam çəkməyə çalışdım. O an gözüm maşınla evin kənarında durmuş Yusifə sataşdı. Niyə burda idi? Niyə evinə getməmişdi? Telefonumu əlimə alıb ona zəng etdim. Telefondakı zəngimi gördükdə, ilk öncə evimizə baxdı. Gözləri pəncərədə olan məni tapdıqda, telefonu açdı. Dərin nəfəs alışın hiss etdim... Gözləri isə hələdə məndə indi. Danışmalı idim...

Niyə ordasan?
-Qorxursan deyə
Qorxuram düzdü. Amma mənə görə orda dayanmaq lazım deyil.
-Bu gün məndən niyə uzaq qaçırsan axı?
Uzaq durmalıyam çünki. Xahis edirəm get
- Getməyəcəm, Alisa
Yusif uzatma! İstəmirəm orda qalmağını
-Sən rahat yat

"Yusif..."deyib qaldım...
Telefonu söndürdü. Bu insanı başa düşmürdüm! Elay ilə elə danışıb, mənim evimin qarşısında dayanmışdı yenə! Pərdəni sona qədər çəkib çarpayıma uzandım. İndi yata bilirsənsə, yat... Beynimdə olan fikirlərlə necə yatım axı? Gözümü yumub, beynimin içini təmiz saxlamağa çalışdım. Olmadı amma... Olmadı...

Gözlərimi açdıqda hava azacıq açılmışdı. Yenə tez durmuşdum... Bir az daha gözümün acısını alıb ayağa qalxdım. Bircə bu yay bitsəydi... Pəncərəyə yaxınlaşıb, Yusifin orda olub olmamsına baxdım. Orda idi... Amma bu dəfə onu yeməyə dəvət etməyəcəkdim. Pərdəni çəkib aşağı düşdüm. Gündəlik işlərimi həll etdikdən sonra tv - ni yandırdım. Boş - boş kanalları çevirib dururdum. Görəsən anam gələcəkdi bu gün evə? Qardaşım olacaq insanda gəlməmişdi. İnsan hecmi yara'maz ailəsindən? Ya sırf məndə belədi? Hamsı bir yerə toplanıb. Arada düşünürəm, bir bacım olsaydı onlar kimi olardı. Ya məni çox sevərdi? Bir bacının bacısı olmalı... Mən bunları fikirləşərkən qapının zəngi çalındı. Anam nə tez gəlmişdi? Ayağa qalxıb qapını açdım. Amma hec kim yox idi. Sağa solada baxdım hec kimi görmədim. Tam içəri keçəcək zaman qapının önündə balaca bir qutu gördüm. Kim gətirmişdi bu qutunu bura? Qara qutunu əlimə alıb içəri keçdim. Qutuya bax, qara rəngdə idi... Qonaq otağında olan masanın üzərinə qoyub qutunun qapağını açdım. Qutunun içində yenə bir balaca qutu vardı. Bu qutu isə qırmızdı rəngdə, üstündə də bir not vardı. Notu əlimə alıb oxumağa başladım.

"Alisa, məncə daha insanlar ilə deyil bu qutunun içindəki ilə oyna. Dün gecə çox düşündüm. Və qərara gəldimki sənə daha nifrət etməyim. Çünki, sən nifrətimə belə layiq deyilsən :)
İmza: Z"

Axmaq Z imis... Notu bir kənara qoyub növbəti qutunu açdım. İçində balaca bir kukla vardı. Bildiyimiz 5 yaşlı uşaqların oynatdığı balaca olan sevimsiz bir kukla... Evimə qədər bilirdi... Hər kim idisə qarşıma çıxdıqda etdikləri üçün bir - bir cavab verəcəkdi! Kuklanıda əlimdə tutub divanın üstündə qalmış telefonuda əlimə alıb Z- yə kicik bir mesaj yazdım

"Layiq deyiləm... Çünki, mən nifrət ediləsi bir insan deyiləm... Kukla üçündə təşəkkür edirəm. Amma bununla oynamaq yaşım keçib artıq. Mənə insanlar lazımdı... Yeni insanlar...
Yayı sevmirəm... İnsanları isə hec sevmirəm!"

Bəzi seyləri az sevərdim, bəzi seyləri hec sevməzdim... Kuklaya baxıb azcıq gülümsündüm. Mən bu məhləyə köçəndən hec bir işim düz getmirdi. Sanki üstümdə bir tilsim vardı... Hə, mən tilsimlənmişdim... Telefonumun mesaj səsini eşitikdə kuklanı divana atıb telefonu əlimə aldım. Z bəyimiz mesaj yaza bilmişdi.

"Yay'da səni səvmir. Amma insanları deyə bilmərəm. Axmaq insanların bəziləri səni çox sevir"

Mesaja güldüm...

"Onlardan biridə sənsən" yazaraq göndərdim ona. Axmaq xəstə olub məni əsəb etsədə, varlığı ilə həyatıma rəng qatmışdı. Amma qara rəng... Olsun qarada rəngdi...
Yenə bir mesaj səsi...

"Məni görməyin üçün son 24 saat"

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 460
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri