Oyuncaq (18-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 4 230
Səs ver:
(səs: 0)
1 ay 12 gün sonra
Səhərin açılması ilə gözlərimi açmışdım. Sentyabr ayı idi artıq.
Ağaclar saralmağa başlamışdı.
Ara bir yağış yağırdı...
Sentyabr, ayı özünü payıza hazırlayırdı.
Mən isə həmən ki mən idim.
Amma bir az dəyişik...
Bu gün tam 1 ay 12 gün idiki mən atamla qalırdım. O gün hər seyə bir son qoyub atamın yanına gəlmişdim. Çox istədiyin bir insanı arxanda buraxıb gəlmək ilk başlarda hecdə asand olmadı. İnanın mənə, olmadı... Çox darıxırdım onun üçün. İndi də darıxıram, bu ayrı bir hekayə... Amma başqa yolum yox idi. Hamını bir birinə düşman etdim. Bu idi istəyim... Lakin, Yusifi tanımağa başladıqdan sonra istəyimdən uzaqlaşdım. Niyə belə oldu? Oysa qəlbim acımadan onları ayıracaqdım. İndi isə elə deyildi. Qəlbim yenə və yenə acıyırdı... Hec birindən xəbərim yox idi. Arxamda qoyub gəldiyim, Yusifdən belə... Mən getdikdən sonra anam hər gün mənə zəng edirdi. Hər gün bir oğlanın evimizə gəlib 'səni axtardığını, ona zəng etməyini' istədiyini deyirdi. Çox güman Yusif idi. İnsan hər gün gəlməkdən niyə bezmirdi axı? Yaddan çıxmalı idim axı... Çox düşündüm yenə. Ən yaxşısı ayağa qalxmaq idi. Sabah uni başlayırdı. Özümə geyim almalı idim. Çarpayımdan qalxmaq istədikdə, telefonuma zəng gəldi. Ekrana baxdıqda 'Elza Xanım' yazısını gördüm. Anam yenə niyə zəng etmişdi? Bir daha çaldıqda telefonu açdım.

Eşidirəm ana
- Qızım nə vaxt qayıdacaqsan evinə?
Mən atamla qalıram. Niyə eyni söhbətləri təkrar - təkrar açırsan?
- Alisa bu oğlan kimdi bilmirəm amma məni əsəb edir artıq. Nömrəni verəcəm, məndən günah getdi
Yox ana! Nömrə falan vermirsən. Yoxsa səninlə ömür boyu danışmaram! Qov getsin!
- Necə qovum axı?! Gecələr belə evin qarşısında gözləyir. Sən bu oğlana nə etmisən belə? Bu gün yenə qapını döyüb sənin ünvanını istədi. Birdə dediki, onu tapsın... Sənsiz nəfəs ala bilmirmiş. Qızım sən bu oyunlarından nə vaxt əl çəkəcəksən axı?!

Anamın son sözünə bir cavab vermədən telefonu söndürdüm. Of adam! Əl çəkmək bu qədər asand bir seykən sən niyə inadla məni axtarırsan?! Mənsiz niyə nəfəs ala bilmirsən... Halbuki, mən sənsiz alıram... Daha doğrusu məndə aldığımı sanıram. Hər nəysə... Bu qədər düşünmək həm ağıla həmdə ürəyə ziyandı. 2 həftə olmamış bəzərdi hər halda... Məndə artıq oyun falan qalmamışdı... Nə də kiməsə oyuncaq olacaq bir hal... O hekayə bitmişdi artıq. Mən içimdəki məni bitirmişdim. Yarım qalmışdı hekayəm...

Hazırlaşıb evdən çıxdım. Sizə bəhs etmədim hə? Atamın evi 4 otaqlı bina evindən ibarət idi. İlk başlarda atamla qarşı qarşıya gəlməmək üçün gözünə belə görsənmirdim. Sonra boş verdim hər şeyi. Məni bilən, bilirdi onsuz... Qardaşım Tural ilədə bir dəfə görüşmüşdük. Atamla qaldığımı bildikdən 2 həftə sonra mənə baş çəkməyə gəlmişdi. Mənsə ona üz göstərmədim. Ona inanmaq yox idi... Havada tutqunluğa bir iç çəkdim. Normalda bildiyiniz kimi belə havanı sevirdim. Amma bu gün nədənsə, havanın belə olması içimə oturmuşdu. Daha çox oyalanmadan bir geyim mağazına daxil oldum. Bir necə parça bir sey alıb daha sonra çıxdım. Bütün saatımı geyim almağa həsr edəcək deyildim. Mənim geyimlərim qara dizi cırıq bir şalvar, qara sadə futbolka bir köynək, böyük botlar idi. Bir sözlə sərsəri sərbəst küçə stili... Cici geyim geyindiyimi hər halda sanmırdınız. Əslində saclarımında rəngin dəyişmək istəyirdim. Aralarına yaşıl atırsaydım daha əla olacaqdı. Of! Mən nə danışıram belə? Mən artıq tələbəyəm... Yaşıl rəng nədi? Tələbəyəmdə nə bir işim var nə də bir gücüm. Son pulumda bu paltarlara getdi. Azacıq bir miqdarda pulum qaldı. Bu qədər passivləşmişəm... Mağazaların qarşısından keçəndə gözüm geyim mağazasına yazılan 'Satıcı qız tələb olunur' yazısına taxıldı.
Gülümsündüm... Hər nə iş olsa işləməyə hazır idim. Onsuz bu işdə təcrübəmdə vardı... İçimdən dua oxuyub mağazaya daxil oldum. Böyük sayıla biləcək, elit mağazalardan biri idi. Mən ətrafa baxdıqda yaşı 30 dan çox olan bir qadın mənə yaxınlaşıb "Buyurun, sizə necə kömək edə bilərəm?"dedi. İstəməzcədə olsa at dodağımı dişlədim. Bacara biləcəkdim burda?

Dərin bir nəfəs alıb "Mən iş elanı üçün gəlmişdim"dedim.

Qarşımda duran qadın bu sözüm ilə məni başdan aşağı süzdü. Görnüşüm, hec də pula ehtiyyacı olan biri kimi durmurdu...

"Bizə çox vacib bir işci lazımdı... Amma sən bura uyğun olan birinə bənzəmirsən"

Yox oxşayırdım! 50 manat pulum qalmışdı mənim...

"Xanım, mən belə işlərdə daha əvvəldə çalışmışam. Mənim üçün hec bir problemi olmayacaq. Xahis edirəm məni qəbul edin. Çox ehtiyyacım var bu işə. Əgər məmnun qalmasınız çıxaram işdən" dedim nəfəs almadan.

"Sadecə 2 gün verirəm sizə. İndidən başlaya bilərsiz. Maaş, iş saatı gunorta danışılar."

Olley! Şansa bax!
İndi nə etdiyimi deyim sizə?
Yeni gələn geyimləri vitrinlərə yığırdım. Bir sözlə geyimləri yerləşdirirdim. Necə sevindiyimi bilə bilmərsiz... Buranın maaşıda yaxşı olardı hər halda. Mən düşüncələrimdə yanılmırdım.
Həə demək günün sonuna gəlmişdik. Mağazanın sahibi Rasim bəy günorta gəlmişdi. 50 yaşlarına yaxın orta boylu gülərüz bir insan idi. İlk başdan sabahdan tələbə olacagimi açıqladım. Adam xoş qarşıladı... Hələdə belə təmiz ürəyli insanların var olmasına inana bilmədim.
Sabah əgər unidə səhər simeni olsaydım, saat 2 dən 7 yə qədər burda işləyə biləcəkdim. Gunorta gəldiyim üçündə maaş bir az aşağı düşmüşdü. Nə qədər aşağı desəniz 350 manat deyərəm. Pis deyildi... İndidə işdən çıxıb evimə doğru gedirdim. İş çıxış saatı olduğundan hər kəs bir təlaşda idi. İnsanlar hər zaman nəyəsə tələsirdi... Mən isə yavaş addımlarımla irəlləyirdim. Nəhayət bütün yolları geridə qoyub evimin yoluna tərəf irəllədim. Hündür binalar, alcaq insanlar... Hər yer işıqlı idi amma nədənsə mənim yaşadığım yerin işığı az idi. Qaranlıq desəm, tam yeri olar. Bir az daha irəllədikdə qulağım arxadan gələn ayaq səsi eşitdi. İçimə qorxu düşmədi, deyil... Bilərəkdən yavaş addım atıb, məni keçməsini gözlədim. Amma adım səsləri dayandı... Fikir vermədən addımlarımı sürətləndirdim. Mən getdikcə, arxamdanda kimsə gəlirdi... Bir bu çatışmırdı!

"Kim var arxamda?!"deyə bağırıb arxama tərəf çöndüm. Onun üzünü görməyim ilə əlimdəki poşetlər yerə düşdü...

"Yusif"dedim dodaqlarımın arasında.
Əli ilə gözlərini ovuşdurub "Dünyam..." dedi.

Zamanın durmasını istədim... Anam hər seyi ona demişdi... Bu vaxta qədər ondan qaçdığım boşuna idi? Ya mənim hekayəm bundan sonra başlayırdı?

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 230
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri