Oyuncaq (19-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 4 557
Səs ver:
(səs: 0)
Zaman bir anlığına dura bilərmi indi?
Qarşımdaki insan həqiqətənmi, Yusif idi...
İç səsim 'Hə odu' dedi mənə...
Haqqlı idi...
Mən onu tərk edib getmişdim...
Sizidəmi tərk edib gedən olub?
Kicik səsizliyimizin ardından Yusif dodaqlarını aralayıb "Səni çox axtardım... Niyə tərk edib getdin məni?"dedi.

Beynimin için oxuyurdu görəsən? Ona veriləcək bir cavabım yox idi mənim. Var idi... Amma demək istəmirdim...

"Belə olmalı idi" dedim qısa bir cavab verərək.

Bu vaxta qədər ondan qaçdığım boşuna imiş... Çünki, onu yenidən gördükdə, bu günə qədər dözdüyüm bütün vaxtlarım boşuna getdi. Başa qayıtdım yenə... Əslində, darıxmışdım onun üçün... Ən çoxda gül dükkanında bərabər gül satmağımız üçün...

"Mənə ayrımağa, 5 dəqiqə vaxtın var?"dedi.

Hec düşünmədən başımı 'Həə' mənasında salladım. Bu hərəkətimdən sonra Yusif mənə doğru addımlar atmağa başladı. Nə edirdi? Mənə sarılacaqdı?! Əlimi 'dur' mənasında edib "Yaxın gəlmə mənə"dedim.

Yusifin üzündə bir balaca təbəssüm yarandı... Mənə bir addım daha yaxın gəlib, yerə əyilərək yerdəki poşetləri əlinə alıb "Bilirəm sənə yaxın durmaq olmaz" deyərək ayağa qalxdı. Utanmalı idim indi...! Yusif yerdəki poşetləri götürür mən isə gör nə düşünürəm! Binaların arasında boş bir park olmalı idi. Ora getməyi təklif etdim. Əlbət mənimdə ona veriləsi, kicik bir suallarım vardı.
Parka gəldikdə skamekaların birində əyləşdik. Bir küncündə O, bir küncündə mən...
Ətraf qaranlıq və səssiz idi... Park sadecə yaşıllıqdan ibarət olduğu üçün, gələn gedəni çox olmurdu. Göz ucu Yusifə dönüb baxdım. Qarşıda durmuş ağaca baxırdı fikirli - fikirli... Ağlından nə keçirdi? Mənmi...?

"Səni bu qədər çox sevərkən, getməli deyildin"

Nəhayət, səsizliyinin ardından danışa bilmişdi. Danışmışdı da, amma mən ona nə deyəcəkdim? Bir dəfə dürst olsaydım, özüm üçün yaratdığım qayda qanunu pozmuş olardım?

"Daha çox qala bilməzdim. Daha çox qalsaydım, hər sey bərabad olardı. Sən dostlarını itirə bilərdin... Mənim kimi bir qıza görə dəyməzdi..."

İçimi məhv edən cümlələrin bir miqdarını dedim ona. Oysa, içimdəkiləri bilsə, məni hec buraxmazdı.
Bu sözümdən sonra mənə dönüb baxdı. Məndə ona baxırdım...

"Mən itirdim... Onları yox səni... Arzudan başqa hec biri ilə əlaqəm yoxdu daha. Mən sadecə səni istəyirəm... Sənin yanında olmaq istəyirəm. İcazə ver mənə... Birdə, məndən getmə..."

Dostlarını itirmişdi...
Daha doğrusu dost dediklərini...
İlk başlarda dediyim kimi, onlar dost deyildi. Öz çıxarları üçün dost adı altında birləşmişdilər. Yusif onlardan uzaq durduğu üçün sevinməli idim.

"Nə yalan deyim, onlardan ayrılmısan deyə sevindim indi. İç üzlərini gördün" dedim böyük sevinc ilə. Yusifin isə üzü hec gülmürdü...

"Onları boş ver. Mövzu səninlə, mənəm... Məni sev demirəm... Amma məni özündən uzaq tutma. Yanında olmaq istəyirəm. Bilmirəm nə deyəm. Yenə gedəcəyindən, qorxuram"

Yusifin bu sözünə mənimdə gülən üzüm düşdü. Niyə bu qədər yanımda olmaq istəyirdi axı? Mən çətin qız rolunu oynamırdım... Mənə həqiqtən çətin idi. Bacara biləcəkdimi yanımda qalmağa? Gücü çatacaqdımı? Məni daşımağa...

"Sən indi məni sevirsən deyə, sənə hər sey asand görsənir. Amma elə deyil... Məni başa düş hər an içimdə bir şühbə olacaq mənim... Hər an... Təklif etdiyin bir çayda, hazırladığın br yeməkdə... Qollarını açıb, mənə sarılmaq istədikdə... Məni yanağımdan öpdüyündə... Başa başa bir yerdə qaldıqda... İçim, içimi yeyəcək mənim... Mənə yalandan sənə, sənə güvənirəm, sənə inanıram deyə bilmərəm. Mənim güvənimdə, inamımda qırılası çox olub. Gücün çatacaq indi bunlara? Mən hec vaxt normal insanlar kimi ola bilməyəcəm... Mənim bu qədərinə gücüm çatmaz, Yusif... Mən bu qədərinədə dözə bilmərəm"

Mən rahatlamışdım... Amma Yusifin qəlbi qırılmışdı... Ağır danışdım bir az...

"Olsun... Mən razıyam hər seyə. Əminəm mən bacaracam"dedi.

İnanılmaz gözlər ilə ona baxdım. Bu qədər ağır yükün altına girməyi qəbul etmişdi... Səssizcə ona baxmağa davam edəndə, üzünə bir təbəssüm gətirib "Hec tutmayım bu əllərindən, hec qucaqlamayım səni... Yanında deyil, bir az uzağında gəzim səninlə... Amma bu yolları səninlə gedim... Varsan bu yolda mənimlə birgə addımlamağa?" deyərək sadecə işarət barmağını mənə uzatdı.

İşarət barmağını belə uzatmaq bir söz vermək sayılırdı. O sözü verə bilərdim? İçimdən onunla bu yolda addımlamaq keçirdi. Amma ya bir gün bu yolumdan dönmək istəsəydim? Ya yollarımız bizi düz yerə gətirib çıxartmasaydı? Dizlərimin üstündə olan əlimi yavaşca qaldırdım. Əllərim titrəyirdi... Asand deyildi, mənim üçün. Yenidən eyni yollarda, başqa insanla eyni hissi yaşamaq, mənim üçün hecdə asand deyildi. İşarət barmağımı yavaşca açıb, Yusifin işarət barmağı ilə birləşdirib "Varam"dedim. Və tez bir şəkildə baramağımı geri çəkdim. Bu dəfə peşman olmaq istəmirdim...

Yusifin üzündəki gülüşlər getdikcə böyüməyə başlayırdı. İşin qəribə tərəfi məndə ona baxıb gülürdüm... Gülüşümü saxlayıb "Məni necə tapdın? Anam ünvanı sənə necə dedi?"dedim. Beynimindən bu sual keçirdi. Axı necə yola gətirə bilmişdi.

"Səni necə çox sevdiyimi, anana danışdım... Oda bir şərtlə ünvanı mənə verə biləcəyini"dedi.

Yusif necə bir sevgi ilə danışmışdı? Bəs anamın şərti nə idi?

"Nə şərti?"deyərək ondan böyük maraqla cavab gözlədim.

"Qızımı çox xoşbəxt et... Biz edə bilmədik"dedi.

Nə yəni, bunu anam demişdi? Mənim anam...

"Bəlkə qarışdırmısan"deyə özümü saxlaya bilməyib belə bir cavab verdim.

"Alisa, anan birdə dedi ki, mənim qızım sevgisini göstərə bilmir. Sevdiyi insanlardan qaçır... Bizə qarşıda elədi. Amma mən qızımı çox sevirəm. İnanıramki, bir gün hər sey dəyişəcək..."

Yusif nə etmək istəyirdi? Anamla aramı düzəltməyəmi çalışırdı? Qaşlarımı çataraq ona baxmağa başladım.

"Daha çox anam haqqında danışma. Mən bundan xoşlanmıram"dedim bir az ona sərt çıxaraq.

"Yaxşı... Bir kəlimə belə daha etməyəcəm bu məsələ haqqında. Mən çox darıxmışam, sənin üçün..."dedi.

O, nə üçün darıxmışdı?

"Sən nə üçün?"dedim

Mənim nəyə görə darıxdığım, bəlli idi...

"Gül dükkanı, sənsiz çox boşdu..."dedi

Dedi...
Və mənim, içim getdi...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 557
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri