Oyuncaq (21-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 4
Baxılıb: 4 241
Səs ver:
(səs: 0)
Üzümü çevrib öz yoluma doğru addım atdım. Onunla danışmaq istəmirdim. Hazır deyildim buna... İrəli bir addım daha atdıqda, yaxınımdan gələn bir səs "Alisa dayan"dedi.
Atdığım növbəti addımı saxladım...
Turanın mənim üçün, o qapının kənarında durduğunu bilirdim. Amma məni çağırmasını gözləmirdim... Geriyə dönməyimə ehtiyyac qalmadan, Turan mənim yanıma gəldi.

"Mənə bir salam vermədən hara gedirsən?" deyərək saxta bir gülümsəmə ilə məni başdan aşağıya qədər süzdü.

Titrəmə Alisa... Dik dur...

"Sənə salam verməli idim? Hansı üzlə qarşımdasan indi?"deyə sual verdim ona.

"Oo dilin uzanıb sənin. Amma mən o dilini qısaram! Danışmalıyıq!"dedi.

Nə danışacaqdı axı?! İstəyi nə idi?!

"Mənim səninlə danışılacaq bir mövzum yoxdur" deyərək yoluma davam etdim. Vaxtımı onunla boşuna xərcələyəsi deyildim! Mənim bir işim vardı. Mən işimə gecikəcəkdim...

Turan ardımdan "Var... Yusif desəm?"dedi.

O an addımı saxladım. Yusif haqqında olan bütün söhbətlər məni maraqlandırardı... Zəif nöqtəmi necədə bilirdi... Ona tərəf döndüm. Üzü gülməyə başladı...

"Sadecə 5 dəqiqən var. Mən tələsirəm"dedim ona tərəf gəlib.

"Mən səninlə Yusif haqqında ciddi bir söhbət edəcəm. Amma bu 5 dəqiqəlik bir mövzu deyil. Maşınıma min"dedi.

Çıxılmaz bir vəziyyətə düşdüm...
Onun maşınına minə bilməzdim...
Minməsəydimdə, mənə hec nə deməyəcəkdi...
Bunun bir səhv olmasını qəbul edərək, razılaşdım onunla...
Həyatımda nə düz idiki? Bu da düz olsun...
Bir səhvlə necə düzüm silinərdi?
Turanın maşınına mindikdə, söhbəti açması üçün gözlədim. Amma bunun tam tərsi, O maşını işə saldı. Maşını sürməyə başladı...

"Maşını saxla! Mən maşına söhbət etmək üçün mindim! Saxla sənə dedim!"deyərək qışqırdım.

Amma O eşitməməzlikdən gəlib, gülürdü...

Turan gülüşünü kəsib "Yusif deməsəydim bu maşına minməyəcəkdin! Qorxaqsan sən! Nə də mən bu maşını saxlamayacam!"dedi.

"Turan bu maşını saxla! Yoxsa özümü aşağı ataram!"dedim.

Bu sözümlə maşının sürətini dahada artırdı. Dəli idimi, nə idi?! Bu yolda bu sürətlə necə gedilə bilərdi?!

"Maşını çox möhkəm sürürsən! Turan eşit məni! Etdiyin hər sey boşunadı!"deyə yenə qışqıraraq danışdım. O isə, məni yenə eşitmirdi...

"Hec nə boşuna deyil, bu həyatda! Sus və yolun sonunu gör!"dedi maşının sürətini azaldıb.

Susdum...
Başqa çarəm vardımı?
Hara gedirdik?
Bilmirdim...
Niyə, indi ürəyim Yusifin yanımda olmasını istəyirdi? Turana niyə rastladım axı? Olmur... Həyatımda hec bir sey qaydasında getmək istəmir... İşimə gecikirdim mən... İşdə olmaq əvəzinə, Turanın maşınında idim. Hara getdiyimizi, bilmədən...
Yolu getdikcə, məni hara aparacığını təxmin etmişdim artıq. Bu yol bizim evimizin yolu idi... Məni məkanlarına aparacaqdı... Bəlkədə danışacaqdıq. Və hər sey bitəcəkdi... Amma başa düşə bilmədiyim bir sey vardı. Turanda olan bu hirs nə idi?
Təxmin etdiyim kimi maşını məkanlarının qarşısında saxlayıb, maşından aşağı düşdü. Məndə onun ardıyca...

Mənə baxmadan "İçəri kec"dedi.

Dediyini etməli idim...
Nə qədər qaçmaq olardı nəticədə?
Aralı dəmir qapısından içəri keçdikdə, içəridə məni gözləyən şəxslərə baxdım. Əzbərə tanıdığınız Həsən, Məryəm və Elay...
Qorxmalı idim?
Qorxmalı idim...
Amma qorxduğumu bildirməyəcəkdim, onlara.
Turanda içəri keçib qapını bağladıqda, Həsən "Nəhayət gəlib çıxa bildiniz. Balaca düşmanımızı gətirib çıxarda bildin" dedi.

Qaşlarımı çataraq, ona baxdım. Tam döyülməlik bir uşaq idi.. Arzu bunda nə tapmışdı?

"Balaca düşman deməyək balaca bir siçan deyək biz buna. Hamını bir birinə qatır" deyə Elay gülərək mənə göz vurdu.

Mənə sican demişdi? Mənə...
Qulağıma gələn gülüş səslərinə, bir fikir vermədim...

"İstəyiniz nədi?! Mən getməliyəm... Mənim bir işim var! Və mən hal hazırda gecikdim!"dedim.

Məni başa düşməklərini gözləməkdə, tam bir axmaqlıq...

Məryəm mənə doğru yaxınlaşıb "A olmadıki canım. İş vaxtının olduğunu gərək bizə deyərdin" dedi ciy ciy səsi ilə. Sonrasa üz ifadəsini ciddiləşdirib "Xəstəsən sən! Bu günü 1 aydan çoxdurki gözləyirəm mən! Sən cəzanı almalısan! Hamını bir birinə qatıb, sonra ortadan geri çəkilməkdə nəyin nəsidi?"dedi.

Bunlar beyinlərinə taxmışdılar məni! Hecdə yaxşı seylər olmayacaqdı!

"Turana qapını aç! Mən gedirəm! Sizin boş - boş sözlərinizə qulaq asa bilmərəm!"deyərək qapıya tərəf irəllədim. Amma bir əl qolumdan tutub məni saxladı. Nifrət edirdim, kiminsə mənə toxunmasına! Qolumu əlimdən çəkib "Əlini çək! Birdə nə badə toxunasan mənə!"deyə qışqırdım Turana!

"Niyə toxunulmazsan sən?! Görəndə deyər başqa bir sey edirəm!" deyə iyrənc bir cavab verdi mənə. Niyyətləri bəlli idi mənə! Psixoloji təzyiq edəcəkdilər... Edirdilərdə...

"Kiçilmə! Səviyyənizi qoruyun! Tək sən deyil hamınız!"

Burdan çıxmaq istəyirdim artıq! Mənim bu sözüm ilə Elay üstümə gəlib, çiynimdən vuraraq məni yerə itələdi. Arxası üstə yerə düşdükdə, qalxmağa çalışdım. Qalxdıqda, Elay məni yenə itələdi... Gücsüz hiss edirdim, özümü... Normal idi belə hiss etməyim? Mən yerdən qalxmadığım üçün, Turan aşağı yanıma çöküb "Saclarına bax. O gün orda Yusif ilə film çəkirdiz ya nə?"deyib əllərini saclarıma yaxınlaşdırdı. Mənim nə yaşadığımı bilə - bilə mənə bu təyziqi göstərirdilər?! Əlləri saclarıma dəyməmiş, əlini itələdim. Dolan gözlərimə fikir vermədən "Birdə buna cürət etmə! Toxunma dedim sənə!"deyərək daha möhkəmdən qışqırdım.

Bu qışqırışım ilə dəmir qapı möhkəmcəsinə açıldı. Boyunumu döndərib, qapıya baxdıqda Yusifi gördüm. Bura necə gəldiyini bilmirəm amma, artıq güvəndə olduğumu hiss edirdim...
İlk yerdə olan mənə baxıb, daha sonra baxışlarını ətrafda gəzdirdi. Son nöqtə Turanda dayandı... Turanda gülərək ayağa qalxdıqda, Yusif böyük addımlar ilə ona yaxınlaşıb yaxasına yapışdı.

"Ona toxunmaq istəyirdin sən?! Bu qədər gözün dönüb?! Bu qədər gözünüz dönüb sizin?!" deyib Turanı itələdi... Daha sonra Elay ilə Məryəmin üstünə gedib, məni işarət edərək "Bəs siz necə?! Bu qızın nə yaşadıqlarınızı bilə - bilə necə etdiniz bunu?! Ya sizin başınıza gəlsəydi... Utanın...! Hamınız utanın! Axı ondan nə istəyirsiz?! Çıxdı getdi həyatımızdan... Bəs etmədi sizə?!"dedi.

Yusifin səs tempi həm yüksək çıxırdı, həm də bir o qədər kövrək...

Elay "Yusif... O bizi bir - birimizdən ayırdı! Hər sey onun başının altından çıxdı?!"dedi.

"Budu onda cəzası?! Onun yaralı yerinə toxunmaqdı?! Siz insanı hissləri unutmusunuz... Belə etməklə nə qazandınız?! Cavab verirəm, hec nə... Mən ona bir sey olmasına icazə vermərəm. Siz Alisa kimi sevilməmisiz hələ... Onun üçündə sevgiyə acsız..."

Yusifin son sözləri ürəyim oturarkən, yanıma gəlib, dizlərini yerə atdı. Ona gülümsündüm...
Bilirəm, məni qucaqlamaq istəyirdi... Amma bilirdi, olmaz... Biz başqa idik... Ətrafda olan vicadansızlara fikir vermədən əlimi qaldıraraq işarət baramağı ona yaxınlaşdırdım. Yusif bu hərəkətimə gülürək, oda işarət barmağını mənim barmağıma tuşladı. Baramaqlarımız toxundu bir - birinə... Ətrafdakılar başa düşməzdi bizi. Çünki, bu bizim sevmək şəkilmiz idi...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 241
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri