Oyuncaq (22-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 4
Baxılıb: 4 387
Səs ver:
(səs: 0)
Bir birimizə baxıb gülümsədikdə, işarət barmağımı barmağından çəkib ayağa qalxdım.
Qorxmurdum daha...
Yusifdə ayağa qalxarkən, bərabər ətrafa baxdıq. Bir araya toplaşıb bizə sərt bir şəkildə baxırdılar. Bilirəm, günahkar idim... Turana anonim şəkilində yazmağım, onları bir birinə düşman etməyim hec də düz bir hərəkət deyildi... Amma olan, olmuşdu... Geriyə dönüb hec nəyi dəyişə bilməzdim. Lakin, bundan sonra eyni sehvləri təkrar etməyəcəkdim. Mən Yusifə layiq biri olmağa çalışacaqdım... Düzdü sevmirdim onu... Bu tezliyindidə bu baş verə bilməzdi. Amma ürəyimin ritmini, yenidən dəyişdirən yeganə insan odu.
Mən beynimdə bunları fikirləşərkən Yusif onlara doğru addım ataraq qarşılarına keçdi.

"Son dəfə deyirəm. Birdə təkrar etməyəcəm! Alisanı rahat buraxın! Siz öz yolunuza davam edin, bizdə öz yolumuza..." deyərək mənə tərəf döndü bu dəfə. İşarət barmağı ilə məni göstərib "Mən bu qızı sevirəm... Mən bu qızı canımdan çox sevirəm. Və onun canının inciməsini istəmirəm! Dost olduğumuz vaxtların xətirinə uzatmayın daha. Sizdən son istəyim sadecə budu"dedi. Məni qoruyan biri vardı... Bunu necə bacarırdı?
Hamısı diqqətlə mənə baxdıqda, içlərindən sadecə Turan dərin bir ah çəkib
"Bəs mən? Mənim ürəyim...? Daşdandı bu ürək? Hecmi vicdanı olmadı..." dedi.

Buna mən cavab verməli idim. Amma susmuşdum... Baxışlarımı yerə dikdim... Nə deyim, haqqlı idi...

Mən cavab verməzkən, Yusifin səsini eşitdim.

"Hansı ürəkdən bəhs edirsən?! İnsan sevdiyi insana belə edərmi? Onun zəif nöqtəsini bildiyin halda, sahib çıxmadın. Sahib çıxmaq belə istəmədin! Sənin eləmədiyini başqası etdi deyə, bu qədər hirs dolu oldun?! İndi yanında səni səvən bir qız var! O qızın hisslərin düşünmürsən?! Bəs sən Elay hansı üz ilə Turanın yanındasan? Həsən və Məryəm ya siz? Arzunun arxasından iş çevirirsiz! Mən bunun fərqindəyəm... İndi siz deyin fərqiniz var Alisadan?"

Yusif haqqlı bir çıxış etmişdi..
Onlarda susmuşdu...
Başa düşdüyüm bir seydə, Turanında məni istəməsi olmuşdu... Burdan getməli idim artıq. Görəsən rahat buraxacaqdılar məni?
Baxışlarımı qaldırıb onlara baxdıqda, Turan mənə baxıb "Gedin..."dedi.
Üzümdə yaranan gülüşü basdırmağa çalışdım. Yusifin yanımda olması, bütün problemlərimi həll edirdi...
Yusif üzünü mənə döndərərək yanıma gəlib
"Gedə bilərik daha..."dedi.

Onların hec birinə baxmadan məkandan çıxdıq. Yusifin maşınına minib yola düşdük. Hər ikimizidə gülərək bir birimizə baxırdıq. Bir az yola baxsa, yaxşı olardı... İçim içimə sığımırdı... Həyatımda olan bütün dəyişikliklər üçün ona borclu idim. Yeni nəfəs olmuşdu mənə...
Hər sey yaxşı idi. Tək bir sey deyil... İşimə gecikmişdim... Çox güman qovulmuşdum. Bu düşüncəmidə yarıda kəsib Yusifə baxdım.

"Yusif, orda olduğumu necə bildin?"dedim.

"Arzu dedi. Həsən mesaj yazmışdı ona... Yaxşıki vaxtında çatdım..."dedi.

Arzu çox yaxşı bir qız idi. Həsən ona layiq biri deyildi.

"Həsənlə Arzu ayrılmalıdı... Gözünü açmalısan onun"dedim.

"Arzu bunun fərqindədi. Necə deyim, sevginin gözü kordu sadecə"dedi.

Cavabımı almışdım...

"Mən bir işə başlamışdım dünən. Yəqin bu gün gec qaldığım üçün də qovuldum"dedim üzümü asıb.

Unin ilk günü başıma gəlməyən qalmadı... Amma indi Yusiflə maşında yan yana oturmağı hec nəyə dəyişməzdim.

"Qovulduğunu kim dedi? Qovulub etməmisən. Amma sabahdan işinin başında olmalısan"dedi.

Hec nə başa düşə bilmədim dediyindən...

"Bir az daha açıq danışsan?"dedim

"Dünən səni bütün gün izləmişdim axı... Həmin mağazaya girməyin tam bir təsadüf oldu. Amma orda işləməyində bir az əlim ola bilər. Mağazanın sahibi dayımdı"dedi.

Bu qədər böyük təsadüf?! Təsadüfü boş ver Alisa... Sənin işə girməyində Yusifin əli var... Buna sevinsəmmi? Yoxsa məndən xəbərsiz bir iş tutmasına ona əsəbləşsəmmi? Əsəbləşib nə edəcəkdim? Boşuna qürur etməyin nə mənası vardı? Mənim pula ehtiyyacım vardı...

"Əslinə qalsa əsəbləşməliydim indi sənə. Amma əsəbləşməyə haqqım yoxdu. Sən məni düşünmüsən... Mənimdə bir işə həqiqtən ehtiyyacım vardı. Mən ailəmdən pul almıram... Bir tək uninin ödənişi onların boynuna düşdü. Bunada məcbur qaldım... Təşəkkür edirəm sənə"

Gülümsündü sözlərimə...
Bəzən bir gülümsəmə yetirdi, böyük sözlərin yanına...
Qəlbimi isidən isti, bir gülüş...
Gülümsəməsini kəsib "Yanında olmağım üçün, mənə icazə verdiyin deyə mən sənə təşəkkür edirəm. İndi hara getmək istəyirsən? Səni evə aparım? Ya bütün günümüzü birlikdə keçirək?" dedi.

Hec düşünmədən "Birlikdə..."deyib susdum.
Utanmışdım bir az...

"Əmrinizə tabeyəm o zaman. Amma utanma. Mənimlə olmaqdan çəkinmə"dedi.

Hər seyidə başa düşürdü...
Maşın harda dayanmışdı?
Biz harda idik?
Biz bir binanın qarşısında idik.
Bura niyə gəldiyimizi bilmirdim.
Bildiyim tək bir sey Yusifin ardıyca getməli olduğum idi.
Onunla birlikdə piləkanları çıxmağa başladıq. 4 cü mərtəbəyə çatdıqda dayandı. Cibindən açar çıxardıb qara qapını açmağa başladı. Evə gətirmişdi məni? Bilmirdimi, mən başa - başa bir evdə bir insanla qalmaqdan çox qorxuram...
Qapını açıb, kənarında dayanaraq "İçəri keç" dedi.
Ona baxıb durdum...
İçəri keçsəm, titrəyəcəyimə əmin idim. Keçməsəmdə, Yusifi üzəcəkdim...
Bu ev nə idi?
Niyə gəlmişdik?

"Seyy bu ev nədiki?"dedim.

Başqa necə deyim ki, bu evə girmək istəmirəm.
Yusuf divara yaslanıb "Alisa qorxma... İçindəki qorxunu yavaş - yavaş dəf etməyə çalış. Mən qapı kənarında durub sənə baxacam. Səndə tək başına bu evə girəcəksən"dedi.

Məni düşünən insana bunu edə bilməzdim. İrəli addım atıb içəri keçdim. İlk öncə uzun bir dəhliz vardı girişdə. Bir az daha addımı atıb, ayaq saxladım. Tək olmazdı...

"Yusif..." deyə səsləndim...

"Canımın içi..."deyə qarşılıq verdi mənə.

Həm canı, həm içi...

"Səndə gəl"dedim

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 387
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri