Oyuncaq (23-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 3 966
Səs ver:
(səs: 0)
İndi ikimiz bərabər evin ortasında idik. Yəni qonaq otağında... Mən səssizcə ətrafa nəzər yetirirdim, Yusifdə mənə...
Tanımadığım bir evdə, biri ilə baş - başa idim. Yusif daha, başqa nələrə qadir olacaqdı? Gözlərimin qarşısında modern tərzdə bəzədilmiş bir ev, və mebellər vardı. Artıq sual verməyin vaxtı gəlmişdi.

"Bura kimin evidi? Bura niyə gəldik?"dedim ona baxıb.

"Bura mənim evimdi. Daha doğrusu evim idi. İndi ikimizindi..."dedi.

Dediyi sözə necə bir reaksiya versəm? Bura onun evidi.. Mənsə onu sevmirəm.Bu dəqiq bir seydi. Onun xəyallarını yıxmaq ən son istədiyim bir seydir. Amma olmur... Yusif həddindən çox xəyal qurur...

"Yusif, ikimiz deyə bir sey yoxdur. Sən bu qədər ümüdlənirsən... Ya sonda ümüdlərin ölsə? Ya mən dəyişə bilməsəm... Mənim gücüm çatmasa... Məni öz evinə gətirib, ikimizin evidi deyəcək qədər, çox sevmə... Bunu nə özünə et, nə də mənə"deyərək evdən çıxmaq üçün irəllədim. Tam bu sırada qarşıma keçib məni saxladı.

"Addım at, atdığın addımlardan qorxma. Sən düşsən, mən səni tutaram. Mən düşsəm əgər, mən yenə özüm özümü tutaram. Mənim buna gücüm çatacaq. Biz bacaracağıq bunu... Daha həyatımızda hec kim yoxdu. Sadecə ikimiz varıq. Birdə bu ev var... Mən sənə evimi deyil, içimi açıram... Getmə, Alisa... Bu gün burda qal və birlikdə vaxt keçirək"

Mənə ümüd dolusu baxan gözləri, geri çevirmək istəmədim. Razılaşdım...
Bəlkə, bu gün bu evdə qalmaq mənə yaxşı gələcəkdi. Ya da keçmişdəki, xatirələri mənə xatırladacaqdı... Yusif nə qədər yaxşı biri olsada, içimdə olan şühbə hec vaxt keçməyəcəkdi. Belə yaşamaq asand deyildi...
Yusiflə qərarlaşıb ilk öncə evi gəzməyə başladım. Qonaq otağı ilə yanaşı 2 otaq və 1 mətbəxdən ibarət idi evi. Otağının qapısını açdıqda, çəkinərək otağa daxil oldum. İlk öncə diqqətimi səliqəsi çəkdi. Diqqətimi otağın səliqəsi çəkərkən, çarpayasının üstündə olan fotolara gözüm sataşadı. Nə fotolar idi?
Qapıya yaslanıb, mənə baxan Yusifə baxdım. Burda olmağıma, sevinmişdi...
Bir sey deməsəm belə, üzündə təbəssüm vardı...
Onun üçün hördüyüm, divarları yıxırdım.
Bir gün bu divarların, altında qalmaq təhlükəsinin olduğunu bilə - bilə...
Niyə an'ın gözəlliyini yaşaya bilmirdim?
Bu da ən sevmədiyim cəhətim...
Otağının divarları Parisin Eyfel qülləsi olan aboyları ilə örtülmüşdü. Deyəsən, Parisi sevirdi...
Addımı çarpayasına tərəf yaxınlaşdırıb, çarpayının üstündə olan fotalara baxdım.
Ah, deyəsən fotolardaki, mən idim...
Yusifə, baxmadan fotoları əlimə aldım.
Onun məni izlədiyini bilirdim.
Bu şəkillərimi niyə çıxartmışdı?
Bir - bir çevirərək şəkillərə baxdıqdan sonra çarpayının künücünə əyləşdim.

"Şəkillərim?"dedim.

Daha sonra şəkilləri çarpayının üstünə atıb "Bizim hec şəkilimiz yoxdur" deyərək sözümə davam etdim. Diqqətimi, birdə bu çəkmişdi...

Yusif "Səni bura gətirmək bu gün fikirimdə olmadığı üçün şəkillər yadımdan çıxıb, çarpayının üstündə qalıb. Şəkillərin olsun istədim mən. Şəkillərimizdə olsun istəmişdim... Qismət bu günə imiş"dedi.

Qapı kənarından çəkilib yanıma gələrək, dizlərini yerə atıb qarşıma çöküb, gözlərini gözlərimdən ayırmadan mənə baxmağa başladı. Bu baxışlara, öyrəşə bilmirdim...
Sevgi dolusu, idilər...
Yusif çox yaxınımda olduğundan, qoxusu burnuma dolmağa başlamışdı. Necə bir çarəsiz vəziyyətdi? Qoxusunu hiss edirsən, amma toxuna bilmirsən... Əlin çatmır...
Lavinia qoxusunu, sevəcəyim ağlıma gəlməzdi.
Mənə baxan Yusifə, dolan gözlərimi silərək "Seyy yastığını qoxlaya bilərəm?"dedim.

Bunu acını hər kəs hiss etməz. Hiss etməyinizidə istəmərəm... Qoxusu bir anlıq burnunuza dolar, dəlicəsinə onu yanınızda istəyərsiz, onu qucaqladığınız an hər sey keçər... Amma məndə keçməyən yaralar var...

Yusif "Bura sənindir daha. Mən indi çıxıram sən tək başına bu otaqda qala bilərsən. Amma unutma, bir gün qoxum sənin üstünə həbs olunacaq" deyərək ayağa qalxdı.
O an "Dayan"deyib "Şəkilimizi çəkəcəkdin. Çəkməmiş hara gedirsən?"dedim
Addımını saxlayıb yanıma gələrək çarpayıya oturdu. Arada məsafəmiz olsada, telefonunu çıxardıb birlikdə şəkilimizi çəkdi. Daha sonrasa otaqdan çıxdı. O getdikdən sonra yastığını əlimə alıb qoxlamağa başladım. Bu qədər ağır gəlməməli idi mənə... Yastığı əlimdə tutub çarpayıya uzanıb, gözlərimi yumdum. Bu gün çox yorulmuşdum. Yatmalı idim...

Yusifin dilindən davam
Yarım saat qonaq otağında tək başına qaldıqdan sonra qapını açıb otağıma daxil oldum. Alisanın yatdığını gördüm. Çarpayının yanına gəlib, aşağı çökərək onun yatışını izlədim. Yatışından belə məsumluq axırdı... Yatışı belə nə qədər ağrı, acı çəkiyini göstərirdi. Onu səhv tanımağım, həyatımda etdiyim ən böyük yanlışım idi. Ona anonim kimi yazıb, lazımsız sözlər deməyim hələdə ağlımın bir küncünə ilişib qalmışdı. Onu tanımadan mühakimə etmişdim. Tanıdıqca isə sevməyə başladım. O gün o təpənin yanında yaşadıqlarını deməsi, saçlarını kəsməsi, mənə həyatımın dərsini vermişdi. Məyərsə, mən kor imişəm...
İndi onu hec buraxmaq istəmirəm. Bir parçam olsun istəyirəm. Amma bu çətindi...
Alisanın vaxta ehtiyyacı var...
İndi çarpayımda yatan bu qıza mən çox aşiqəm. Ona doya - doya sevdiyimi deyə bilməmək məni incidir... Saclarına belə toxuna bilmirəm... O mənim qoxumu bilir, amma mən onun qoxusunu bilmirəm...
Mənə onu qıraqdan izləmək düşür...
Bunuda şükür edirəm...
Amma bəzən şükür etmək belə yetmir ...
Niyə, onunla 17 yaşında qarşılaşmadım?
Niyə, həyatının ən böyük travmasını aldı?
17 yaşlı qızdan, O alcaq nə istədi axı?!
Bunları düşündükcə, dəli olurdum...
Hec vaxt 17 yaşını düzələdə bilməyəcəm, mən...
19 yaşına isə kicik bir ümüdüm var.
Təkəm bu savaşda...
Yükümün nə qədər ağır olduğunu bilirəm.
Bu gündən sonra hər seyin yaxşı olacağına inanıram. Qollarımı çarpayıda birləşdirib, Alisaya bir az daha yaxın durdum. Nəfəs alış verişini belə eşitmək, ruhumu oxşayırdı mənim...
İşarət barmağımı üzünə yaxınlaşdırıb, gözünün altında gəzdirdim. Sonra isə əlim donub qaldı. Nə edirdim mən?
Alisa, belə seyləri sevmirdi...
İşarət barmağımı tez üzündən çəkdim.
Bəzi seyləri nə qədər çox istəsəndə, olmazdı...
Otağı tərk etmək üçün ayağa qalxdıqda, mesaj səsi eşitdim. Mənim telefonum deyildi... Yəqin, Alisanın idi... Qapını açdıqda yenə bir mesaj səsini eşitdim. Bu mesajlar bir az daha gəlsəydi, Alisa yuxudan ayılacaqdı. Telefonuna baxmağım düzgün olmasada, səssizə atmalı idim. Yanında olan telefonunu əlimə alıb, ekranı açdıqda, Səbinə adlı birindən mesaj gəlmişdi. İstər istəməz gözüm mesaja taxıldı...

"Salam Alisa"
"Zəfər sənin nömrəni məndən istəyir. Verim ya yox?"

Zəfər kim idi?

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 966
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri