Oyuncaq (27-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 4 517
Səs ver:
(səs: 0)
Dərin bir nəfəs aldım...
Bəlkədə, üzləşməyin vaxtı idi artıq.
Xoşbəxtliyimə bu dəfə kölgə sala bilməzdi. Nə mən əvvəlki mən idim, nə də əvvəlki tək saf bir qəlbə sahib idim. Bu işin içində də bir iş vardı. Buna adim kimi əmin idim.
Keçmişin keçməsi üçün, məndə buraxdığı izi silməsi üçün ona cavab yazacaqdım. Həyat, bunu öyrətmişdi mənə... Qorxuların üstünə getmək lazımdı. Yoxsa qorxu sənə güc gələr. Səndə aydınlığı görə bilmərsən... Üstümdə daha bir kölgə olmasına imkan verməyəcəkdim...
Onun mesajına daxil oldum. Əllərim titrəməli idi... Titrəmədi amma...

"Uzatmayacam...
Sadecə, bilmək istəyirəm məndən nə istəyirsən?!
Hansı üzün ilə yazmısan mənə?!
Hecmi, utanman yoxdu..."

Uzatdıqca uzatmışdım...
İçim dolu idi...
Üzləşmək, asand deyildi...
Bu nə vaxtsa olmalı idi...
Qismət, isə bu günə imiş.
Mesajımın oxunduğunu gördükdə, gözümü çəkmədən ekrana baxmağa davam etdim. Həzm etməyə çalışırdı, hər halda yazdıqlarımı... İlk 2 dəqiqə ekrana boş - boş baxdım. Sonrasa yazmağa başladığını gördüm.

"Üstündən 2 il keçib. Unutduğunu hesab edirdim. Bir səhv idi etdim. Səndə qarşılığında mənim bədənimdə bir iz buraxdın :)"

Arsız idi...
Başa düşdüyüm tək sey bu idi.
Bəhs etdiyi iz, bıcaq izi idi...
Səhv idi hə...?
Bu qədər güclü olduğumu hec təxmin etməzdim mən!

"Mən səni hec xatırlamıram belə! Sən öz cəhənnəmində boğul! Birdə məni narahat eləmə! Mən əvvəlki qız deyiləm! Boş - boş yazıb nə özünü yor, nədə məni!"

Yenə utanmadan bir cavab tapıb yazacaqdı!
Düşündüyüm kimidə olmuşdu. Yazmışdı!

"Səni bir az əsəbləşdirmək istədim. Amma sən daha çox əsəbləşdin. Bu hələ başlanğıcdır. Sabahda zəng edib səsini eşidəcəm"

Mesajı oxuyub gözlərimi bərəltdim. Xəyal dünyası geniş idi!
Daha bir cavab yazmadan, bloka atdım. Yazsaydım, uzandıqca uzanacaqdı bu mövzu...
Belə insanlara yazığım gəlirdi! Onun yazdığını, ona cavab verdiyimi düşünməməli idim. Yusifidə yazdığını deməli idim, yoxsa deməli deyildim? Bunuda bilmirdim...
Yox, mən saf və ağılsız deyildimki Yusifdən bunu gizlədəm. Amma içimdə başqa bir qorxu var idi. Ya Yusif zərər görsə bu işdən? Ondan nə edərdim mən? Bax bu düşüncəyə görə qalmışdım.
Ayağa qalxdıqda yerdə olan poşetlərə gözüm sataşdı. Beynimdə olan hər seyi bir kənara atıb, poşetlərin içində olan geyimləri çıxardıb baxmağa başladım. Uzun qol köynəklər, şalvarlar, rəngli cins penceklər almışdı. Hamısıda zövqümə görə idi. Yəni, fərqli tərz seylər. Yusifi haqq edəcək, nə etmişdim görəsən? Yusif mənim üçün böyük bir mükafat idi. Yeni geyimləri gardirobuma yerləşdirib, otağımdan çıxıb mətbəxə keçdim. Hazır bir yemək axtarırdım. Amma yox idi...
Həm ac idim, həmdə yorğun...
Evdə tək başına yaşıyırmış kimi hiss edirdim özümü. Atamı ara - sıra görüm ya yox. Nə bişirim? Ağılıma yenə 'pomidor ve yumurta' gəldi. Soyuducudan pomidor və yumurta çıxartdıqda qapı döyüldü. Atam nə tez gəlmişdi? Əlimdəkiləri masanın üstünə qoyub mətbəxdən çıxaraq qapıya yaxınlaşıb, qapını açdım. Qapını açanda, qarşımda Yusifi gördüm. Mənə baxıb, gülümsünürdü...
Onun burda olmağı, nə dərəcə düzgün idi?

"Darıxdım, sevgilim"dedi.

1 saat əvvəl gördüyü mən üçün?
Allahım nə deyim axı ona?

"Seyy gördün, indi gedə bilərsən"dedim.
'Dəlisən sən Alisa' dediyinizi eşidər kimi oldum. Amma nə edim? Nə deyim...

"Yaxşı gedirəm. 5 dəqiqədə yetdi mənə. Amma hec olmaya əlimdəkini al. Yeyərsən" dedi.

Bu sözümü ilə əlinə baxdım. Pizza qutusu vardı əlində. Bu mənim üçün göydən düşmə bir süpriz oldu. İndi üzümün güldüyün təxmin edirdim. Əgər, o pizza olmasaydı Yusif gəlməzdi. Düşüncəli idi, O...
Mənsə onu qovmuş kimi oldum.
İndi etdiyim hərəkət nə qədər düz olmasada, bir anda Yusifin qolundan tutub içəri ataraq qapını bağladım. Bu oğlanı şok edib dururdum mən. Arsızca gülməyə başladıqda, qoluna möhkəmcə vurub "Hey elə gülmə! Borcum vardı sənə, onun üçün belə elədim"dedim.

Yoxsa başqa nə düşündünüz? Niyyətim sevgilimi qucaqlamaq idi. Əlindəki pizzanı əlindən alıb mətbəxə keçərək masaya qoydum. Sonra yenidən dəhlizə gəldim. Yusif hələdə orda durub divarlara baxırdı. Bu halına gülmədim, deyil. Bizim qəribə sevgi anlayışımız var idi.

"Borcunu nə vaxt ödəyirsən? Mən çox darıxdım" deyib balaca pişiklər tək boynunu bükdü. Hə, sevgilimi balaca pişiklərə oxşatdım.

"Amanda aman, mənim sevgilim darıxarmış"deyib üzünü sıxdım. Üzündə olan əllərimi aşağı salıb, gözlərini gözlərimə dikdi
.
"Bu anı yaşamaq üçün necə mübarizə apardığımı bilirsən. Halımdanda görünür bu. Sənə bir ömür boyu ömrümü verəcəm. Hər kəs uzun sacı sevsin, mən qısa saçlada sevəcəm. Hər kəs sevgini bədənlərdə axtarsın, amma mən sevgini sənin nəfəsində axataracam. Çünki, dünya olmaq buna deyilir. Səndə mənim dünyamsan"

Bu sözlərə ürəyim getməsə idi yaxşı idi. Əlimdən tutduğu əlini, əlimdən çəkib onu qucaqladım. Oda məni qucaqladı. Ürəy döyüntüsünü eşidirdim. Ürəyi çox sürətli atırdı.
Bu sevgiyə daxil idi. Ağlıma anidən Zəfərin yazdığı mesaj gəldi. Yusifə bunu deməli idim. Deməli idim, amma bu anımızı pozmaq istəmirdim. Aramızda kicik bir məsafə yaradıb ona baxdım.

"Dünyan, səni çox sevir" dedim yavaş səs tonum ilə. İçimdən gəlmişdi, bu söz... İçimdən gəldiyi kimidə rəftar edirdim.
Üzündə adım - adım böyüyən təbəssüm ilə təkrar mənə yaxınlaşıb alnıma bir öpücük qondurdu. Qondurduğu öpücük belə özü kimi titrək və zərif idi. Sonra ayrılıb təkrar bir birimizə baxdıq. Deyəsən, getmək vaxtı idi.
Sağollaşaraq çıxıb getdi. Məndə gülərək mətbəxə daxil olub, pizzadan bir dilim alıb yeməyə başladım. Dediyi kimi "Hər sey çox gözəl olacaqdı"
Gecəni böyük xoşbəxtlik ilə birdə bir az narahatlıq ilə yatmışdım. İndidə sabahın açılmağı ilə ayağa qalxdım. Bu gün günlərdən şənbə idi. Dərsim yox idi. Amma işim var idi...
Ayağa qalxıb, otağımın pəncərəsinə yaxınlaşıb ətrafa baxdım. Yusifin dediyi kimi var idi. Külək güclü əsirdi. Pəncərə kənarından çəkilib güzgü qarşısına keçdim. Nədənsə gözəlləşdiyimi hesab edirdim. Ya sevgi gözəlləşdirmişdi məni? Özümə baxmağı kəsib gündəlik işlərimi həll edərək evdən çıxdım. Yusifə işə özüm getmək istədiyimi, iş çıxışı almasını demişdim. Oda məcbur qalıb razılaşmışdı. Havanın soyuq olması içimi, ürpətmişdi. Bir yandan ağlıma Arzu gəlirdi. Yusifdən maraqlanım gərək, onun haqqında. İşə çatıb, işimin başına keçdim. Nə qəribə, bütün gün öz özümə gülürdüm. Amma bir tərəfdəndə gözüm telefonumda idi. Ya zəng edəcəkdisə? Ağılı olsa, etməzdi...
Bu gün havaya görə işdən bizi tez buraxmışdılar. İndidə Yusifin maşnında idik.

"Yusif, Arzu neynir? Hələdə sevgilidilər Həsənlə"dedim.

"Yox. Məryəmlə Həsəni bir yerdə görüb. Sonrada Həsəndə bir şillə çəkib. Məndə bir tək Arzu ilə görüşürəm"dedi.

Bu sonunun belə olacağı mənə əvvəldən aydın olmuşdu. Amma içimdən Arzu ilə dost olmaq keçirdi. Keçirdidə, O qəbul etməzdi məni...

"Arzu görəsən, mən haqqda nə fikirləşir?" dedim hec düşünmədən.

"Arzu o birilər kimi deyil. Sənində bir günahın olmadığını bilir. Həmdə sən mənim sevdiyim qadınsan. Sənin haqqında nə fikirləşə bilər? Fikirləşdiyi tək sey hər seyi bir kənara atıb, səninlə dost olmaq istəməsidi"

Böyük ürəkli qız. Allahım çox təşəkkür edirəm sənə.

"Məndə, məndə onunla dost olmaq istəyirəm" dedim sevinərək. Bir dostum olacaqdı.
Mən bunun sevincini yaşayarkən, telefonuma zəng gəldi. Çantamda olan telefonu çıxardıb ekranına baxdıqda, qeyd olunmamış nömrə gördüm. Bu O, idi...
Zəng rədd edib, yola baxdım.
1 dəqiqə sonra yenə zəng gəldi. Təlaşla telefonu sıxmağa başladım.

Yusif "Alisa, telefonu açsan artıq"dedi.

Aça bilməzdim...
Bir daha yenə zəng etdikdə, telefonu səssizə atdım.

"Evə gedəndən yığıb danışacam" dedim yalandan gülümsəməyə çalışıb.

Yusif maşını bir az daha irəli sürdükdə, maşını saxladı. Mənə dönüb "Zəng edən odu?!"dedi hirsli səs tonu ilə. Özümü çox bəlli etdim mən hə? Düzünü deməkdən başqa bir çarəm yox idi. Alt dodağımı dişləyib yavaşca "Həə odu..." dedim.

"O it sənə hansı cəsarətlə zəng edir?! Telefonunu mənə ver"dedi.

Qiyamət indi qopacaqdı, deyəsən...

Bölüm sonu.

Müəllif: Goncha

Ps. Finala son 1 bölüm
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 517
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri