Oyuncaq (28-ci bölüm FİNAL)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 2826
Hekayə: Oyuncaq
Səs ver:
(səs: 0)
Qorxu ilə telefonu ona uzatdım.
Telefonum kodda olmadığından, telefonu açıb nömrəyə zəng etdi. Məndə sakitcə, onun nə etdiyinə baxırdım. Çünki, onu bu qədər əsəbi görməmişdim. Dərindən nəfəs alıb dururdu. Gözlərindən isə alov çıxırdı sanki. 1 ci zəng açılmadıqda, 2 ci dəfə təkrar zəng edib, zəngi səs ucaldana qoydu. Telefon hardasa 15 saniyədən sonra açıldı.

Qarşı tərəfdəki alcaq "Alisa sən mənə naz etdin, məndə sənə edib, zəngi gec açdım"dedi.

Yusif qaşlarını çatıb, gözlərini yumaraq dodaqlarını dişlədi. Zəfər isə "Hey Alisa qorxma cavab ver"dedi telefon arxasından gülərək.

"Alisa deyil, sevgilisidi!" deyə Yusif nəfəsini dararaq söylədi.

Bu sözü ilə, telefon zəngini söndürdü Zəfər. Yusifin belə deməsini, Zəfərin zəngi söndürməsini gözləmirdim açığı.

"Alçağa bax, qorxusundan telefonu o dəqiqə söndürdü. Amma dayan sən, onu tapıb ağzı ilə burnunun yerin dəyişdirmək mənə borc olsun!"dedi öz özünə danışıb, əsəbləşərək.

Arada qalmış kimi hiss etdim özümü. Bu dəqiqə ona nəsə desəydim, məni yanlış başa düşəcəkdi. Birdə buna görə aramızın pozulmağını istəmirdim. Onun üçündə, susdum...
Yusifdə, bir sey soruşmadı məndən.
Çünki, O məni məndən daha yaxşı tanıyan insan idi. Bir az əvvəl olan hər seyi unutmuş kimi edib "Mən evə getmək istəmirəm. Gül mağazasına gedək?"dedim.

Güldü...
Sonra maşını işə saldı. Deyəsən, gedəcəkdik.
Yanımda O, var idi...
Çöldə isə narin - narin yağan yağış.
Mən isə başımı maşının pencərəsinə söykəyib, ətrafa baxırdım. Bir az əvvəl edilən, zəng ağlımdan çıxmırdı. Amma yanımda olan bu insan, məndən hec nə soruşmamışdı. Üstümə gəlmədiyini, sevmişdim...
Gül mağazasının qarşısına çatdıqda, yağış anidən möhkəmcə yağmağa başladı. Havada azacıq qaralmışdı. Və Səmayə xala mağazının qapısını bağlayırdı. Tam zamanında çatmışdıq. Tez bir şəkildə maşından aşağı endik.
Yusif Səmayə xalanın yanına məndən tez gedib "Salam Səmaya xala. Mağazanı bağlamayıb 2 saatlıq bizə versən?"dedi.

"Salam oğlum. Verərəm verməyinə amma bu havada gəlib gedən olmayacaq. Sizdə güllərin yerlərin dəyişdirərsiz onda"dedi gülərək.

Yaxşı insanların var olduğunun, sübutu...
Mağazanı açıb, içəri keçdik. Bir azda islanmışdıq. Əslində, bura bizim hekayəmizin başlandığı yer idi.

"Dünyam, nə gözəldi hə? Burdayıq və yenə yağış yağır"

Yusifin bu sözü ilə bu dükkanda keçən gülərimizi xatırlayıb, güldüm. İçimdən bir gün mənimdə belə bir gül dükkanımın olmasını keçirtdim. Bəlkədə, hec vaxt belə bir sey olmayacaqdı. Amma xəyalı belə gözəl idi.

"Gözəl olan sənsən"deyib şüşədən olan qapıya tərəf yaxınlaşıb çölə baxdım.Kimisi harasa tələsirdi, kimisi isə islanmamaq üçün qaçırdı. Mənədə onları izləmək düşürdü. Mən onlara baxarkən Yusif arxadan məni qucaqlayıb, əllərini qarın boşluğumda birləşdirdi. Başını boyun girəcəyimə salıb, nəfəsini boynuma verərək "Sevgilim, səni hər seydən çox sevirəm" dedi. Nəfəsi boynumu qıdıqlayırdı...
Mən belə sevgini haqq edəcək, nə etdim?
İndi özümü xoşbəxt hiss edirdim...
Hər sey boş idi. Tək həqiqətim O, idi...
Kaş, biri olsa bizi belə çəksə. Hər anımız ölümsüz olsa. Daha, başqa nə deyilə bilər ki, hiss etdiyim bu duyğuya?
Ondan ayrılıb, üzünə bir öpücük qonduraraq iş başına keçdim. Səmayə xalaya sözümüz vardı. Güllərin yerin dəyişəcəkdi. Yusifində köməyliyi ilə öhdəmizə düşən işimizi həll etməyə başladıq.
Bir çoxusunun adını belə tanımırdım. Amma güllər gözəl idi. Yağan yağışda kəsmişdi. İşimizdə bitmişdi. Getmək vaxtı idi...
Yusifə dönüb, söz demək istədikdə içəri bir nəfəsdə girən Arzunu gördüm. Hər halda Yusif burda olduğumuzu demişdi.

"Oh nə gözəl, sizin başınızda bir dam var mənim isə üstümə yağış yağır"deyərək əsəbi şəkildə deyinməyə başladı. Amma alınmamışdı. Gülürdü...
Yusifin çiyninə yavaşca vurub, mənə tərəf gəlib qollarını açdı. Məndə ona qarşı bir addım atıb, onu qucaqladım. Yusif mənə həm bir sevgi bəxş etmişdi. Həmdə bir dost...
Bəlkədə, bu gələcəkdə bir ailə olacaqdı...
Bizdən ailədə olardı, hə?
Arzu məndən ayrılıb, yenə ilk günki cana yaxınlığı ilə "Yusif burda olduğunuzu deyəndə, sənə görə gəlmək qərarı aldım. Yoxsa bu sevgidən gözü dönmüş üçün yox"deyib ona göz vurdu. Ona nə deyəcəyimi bilmirdim...

Yusif araya girib "Sən birdə Alisaya mənim gözüm ilə bax. Onu sevməsəydim, günah olardı mənə"dedi.

Bu sözü Leyli ilə Məcnunun oxşamasına bənzədi.
Özümdə kicik bir cəsarət toplayıb "Çox sağ ol Arzu... Məni qəbul etdiyin üçün... Bizə dəstək çıxdığın üçün..."dedim.

Əlləri ilə əlimdən tutub "Əsl sevgilərə hər zaman varam mən. Qara pişiklik etmək istəmirəm, amma sizə bir söz deməliyəm" dedikdə Yusif ilə bərabər maraqlı gözlər ilə ona baxdıq.

"Mən bu gün səhər Məryəm ilə yolda qarşılaşdım. Düzdü, hec birinin üzünü daha görmək istəmirəm. Amma bir ayaq saxladım... Yanımdan keçərkən, oda durub mənə baxdı. Bir az danışdıq. Daha doğrusu mənə söz atıb durdu. Sonda isə 'səndə onların tərəfindəsən, səndə cəzanı çəkəcəksən onlar kimi dedi. Onlar xoş gün görməyəcək'deyib yanımdan getdi. Məryəm boşu boşuna o sözü deməz. Onları tanıyırıq biz Yusif"dedi.

Nə edə bilərdilər axı?
Yusif ilə bir - birimizə baxdıq, Yusifin anidən yenə əsəbləşdiyinə şahid oldum. Gözüm əlinə sataşdıqda, əlini yumruq edib durmuşdu.

"Mən dəli olacam! Mən axırda dəli olacam!" deyib əli ilə saçlarını qarışdırdı.
Arzu ona yaxınlaşıb, əllərini aşağa salmağa çalışdı.

"Özünə gəl Yusif! Biz bir olduqdan sonra hec nə edə bilməzlər onlar!"dedi.

"Ediblər artıq! Ediblər! Alisanın həyatını korlayan insanı tapıb, ortalığa çıxardıblar!"deyə qışqıraraq danışdı.

"Nəəə...?"deyə bildim sadecə.

Onlarmı etmişdi?
Arzununda rəngi bir anda soldu.

"Bu qədər irəli gedə bildiklərinə inana bilmirəm! Necə vicdansızcasına hərəkətdi bu?!"
deyərək donmuş şəkildə duran mənə baxdı.

Yusif "Onlarda insanlıq qalmayıb! Cavab verəcəklər mənə!"deyərək irəli addım atıb dükkandan çıxmaq istədi. Özümü əla alıb, qarşısına keçərək onu saxladım.

"Döyməklə, bu işi həll edə bilməzsən... Onlar niyyəti pozublar..."dedim

Arzuda "Dayan Yusif! Alisa düz deyir. Bu iş belə olmaz. Nəsə fikirləşmək lazımdı" deyərək mənə dəstək çıxdı. Nə edəcəyimizi bilmirdim, amma ən ağıllı hərəkət oturub nəsə fikirləşmək idi. Arzuya bu gün olanları danışdıq. Məyuscasına mən baxmağa başladı. Bu məyusluq dost dediyi insanlar üçün idi. Bir az danışdıqdan sonra Arzunun ağılına bir fikir gəlmişdi. Zəfərə zəng edib, onu bir yerə çağıracaqdım. Təbiki sonra Yusif ilə Arzuda gələcəkdi. O, bizə hər seyi danışacaqdı... Dost dediyi adamlarında sonu olacaqdı. Bir daha həyatımızda onları istəmirdik. Onların kölgəsini belə... Bu dəfəki mübarizəmiz bu idi.

2 gün sonra.
Hər sey planladığımız kimi getmişdi. Zəfər Yusifdən gizlin onunla görüşəcəyimə inanmışdı. İndidə ağaclarla əhatə olunmuş boşluq bir ərazidə idik. Yusif ilə Arzu maşını uzaqda saxlamışdı. Mən isə tək başıma idim...
Bir azdan burda nə yaşanacağını bilmirdim.
10 dəqiqə keçdikdən sonra, mən havanın soyuğundan üşüməyə başlamışdım. Yusif telefonuma əvvəldən zəng edib, açaraq ceketimin cibinə atmışdı. Mən yerdəki daşı ayağım ilə sağa - sola fırladıqda tanıdıq bir səs "Oo Alisa gəlib"dedi.

Gəlmişdi...
O, idi...
Qorxma, Alisa...
Yusif hər nəfəsində səninlə idi.
Mənə tərəf gəlib üz - üzə dayandıq. Keçmişimi məhv adam ilə üzləşmək vaxtı idi. Amma zərrə qədər üzündə bir peşmançılıq hissi yox idi. Olsaydı, qarşıma çıxmağa cəsarət etməzdi.

"Məndən nə istəyirsən?! Mənim bir sevgilim var! Məndən uzaq duracaqsan!"dedim səsimin tonun ola bildiyim qədər dik tutmağa çalışıb.

"Səni görmək istədim. Mənsiz nə etdiyini, bilmək istədim. Dəyişmisən, bu 2 ildə"dedi.

Allahım, inana bilmirdim! Onunla qarşı - qarşıya söhbət edirdim!

"Düzün de! Niyə çıxıb gəldin?! Utanman yoxdumu sənin?!"deyə sərtcə ona baxdım.
Üzündə yaratdığı arsızca gülüşü silib "Sözlərinə diqqət elə! Unutma təkik burda!"dedi mənə göz vurub.

Dik duracaqsan Alisa!

"Qarşında balaca qız yoxdu daha!"dedim.

Bu sözüm ilə arxa - arxaya getməyə başladı. Nə yəni qorxmuşdu məndən?
Alcaq səs tonu ilə bir söyüş mırıldandı.

"Zibilə qalsın! Tək olduğunu demişdin!"dedi gözünü arxaya zilləyib. Dayana bilməyib, arxaya döndüm. Yusif ilə Arzu bizə tərəf yaxınlaşırdı. Demək qorxusu, Yusif imiş...
Güldüm...
"Bu da the and"dedim qürurlanaraq.

Yusif yanıma çatdıqda, ilk öncə məni özünə tərəf çəkib alnımdan öpüb, mənə güvən verdi. Sonra isə gözlərini Zəfərin üstünə zillədi.
Yusif ona tərəf addım atdıqca, Zəfər arxaya gedirdi. Hirslə addım atıb, yaxasından tutaraq ona bir kəllə atdı. Zəfər kəllənin təsirindən tarazlığını itirsədə yıxılmadı. Yusifin üstünə gəldikdə, Yusif qarın boşluğuna bir təpik atdı. Bunun təsirindən isə, Zəfər qarınını tutaraq aşağı çökdü.
Arzu isə gülərək "Yusif 15 yaşına qədər idmanla məşğul olub"dedi.
Bunu, bilmirdim...
Yusif Zəfərin sacından tutub təkrar dizi ilə sinəsinə vurub, onu yerə itələdi.

"Sənin kimi məxluqa nə deyim hə mən?! Nə desəmdə, yaşanan hec nəyi geri qaytarmaq olmayacaq! Sənə görə insanlara düşman olan, O qız var ha! O qızın çəkdikləri ağrı, acı geri gəlməyəcək! Amma mən nə qədərki sağam, qoyamaycam onun başından bir tükün belə əskik olmağına!"

Zəfərin üstünə çıxıb, onu yumruqlamağa başladıqda, Zəfər güclə "Bəsdiii... Yalvarıram bəsdiii"dedi.

Yusif isə qışqıraraq "Bəs deyil! Etdiyin iyrəncliyə bəs deyil! Ölməlisən sən əslində! Geri qayıtmaq ilə əcəlinə susadın! Gözüm bu dəqiqə elə dönübki, səni burdaca boğaraq öldürə bilərəm!"dedi.

Mən səhərdən nəyə baxırdım?! Yusifi ayırmalı idim... Yoxsa, olacaqları təxmin belə etmək istəmirdim.
Zəfər çabalamağa çalışdıqca, Yusif onu daha möhkəm vururdu. Yanına gedib "Yusif eləmə daha... Məni düşün..."dedim. Son anda yumruq edib, vurmaq istədiyi əlini saxladı.
Yusif "De görüm, səni kim göndərdi?! Niyə qayıtdın?! De, yoxsa əlimdə qalacaqsan!"deyə Zəfərin yaxasından yapışdı. Zəfər güclə "Turannn"dedi. Bu sözü deməyi ilə Yusifdən təkrar bir yumruq yedi.

"Bu sənə dərs olsun! Bir daha qarşımıza çıxsan, Alisanı narahat etsən, canını döyülməklə qutara bilməyəcəksən!"deyib təkrar ona bir yumruq daha ataraq ayağa qalxdı.
Yusif onu döyməmişdi...
Döyməkdən, daha betər hala salmışdı.

3 həftə sonra.
Ən son Yusif Zəfərdəndə həqiqətləri öyrənmişdi. Onun axşamı Arzu, Yusif və mən bərabər məkanlarına getmişdik. Bilmirəm, niyə amma onlardan daha güclü olduğumuzu düşünürdüm. Elədə, olmuşdu hətda...
Yusif mənə görə yenə onlarla qarşı - qarşıya gəlmiş, onlarla sərtcə danışmışdı. İndi başa düşmüşdüm, onların dava etməmək səbəblərini. Çünki, gücləri Yusifə çata bilməzdi... Arzu ilədə daha yaxın olmuşduq. Hətda bir gercək, anamın yanına gedib onunla səmimi bir söhbət etmişdim. Bu gündə iş yerimdən ilk maaşımı almışdım. Başa düşəcəyiniz, kefim əla idi. Hətda daha bol. Dərslərdə öz qaydasında gedirdi. Yusifdə, mənə köməklik edirdi. İlk maaşım ilə Yusifi bir yerə götürməyi planlayırdım. Amma Yusif mənə bir süprizi olduğunu dedi. Onun üçün indidə, iş yerinin kənarında onun gəlişini gözləyirdim. Maşınını gördükdə, yolun kənarına yaxınlaşdım. Qapını içəridən açdıqdan sonra maşına mindim.

"Sevgilim, necə darıxmışam bir bilsən"dedi özümə öpüş qondurub.

Gözlərimi bilərəkdən süzdürərək "Sabah görmüşdün məni"dedim

"Sən yeməyi cəmi gün ərzində bircə dəfə yeyirsən? Sənə doymaq olmur axı gözəlim" deyə yanağımı sıxdı.

"Maşını işə sal ən yaxşısı"dedim.

Bunu deməyim ilə cibindən orta boylu bir qırmızı kiçik şal çıxartdı.

"İlk əvvəl bunu bağlamalıyıq. Çünki, bir azdan süprizimi görcəksən"dedi.

Nə süpriz idi axı? Mən gözümü bağlayırdım...
Razılaşdıqdan və gözümü bağladıqdan sonra maşını işə saldı. Bir az yol getdikdən sonra maşın dayandı. Deyəsən, gəlmişdik. İlk əvvəl özü maşından aşağı endi. Daha sonra mənim əlimdən tutaraq məni aşağı endirdim. Addım atamağa başladıq. Mən isə möhkəmcə qolundan tutmuşdum.

"Yusif mən hec nə görmürəm. Birdən yıxılaram" dedim.

O an dayandıq.

"Çatdıq gözəlim. İndi gözünü açıram"dedi.

Gözümün qarşısı ilk öncə bulanıq gördü. Gözümü silməyə başlayıb qarşımızda duran mağazaya baxdım. Qapıları başdan ayağa görününən şüşə ilə örtülü qapı idi. İçi isə güllərlə dolu idi...
Gül alacaqdı mənə? Bu idi süprizi?

"Yusif gül almaq üçün gözümü niyə bağladın?"dedim.

Yusif isə sözümə gülməyə başladı. Nəyə gülürdü?

"Dünyam, bir mağazanın adına bax"dedi.

Bu sözü ilə mağazanın adına baxdım. Mağazanın adı "DÜNYAM" idi.

Burdan nə başa düşməli idim?

"Dünyam, bura sənindi. Gəl mağazana bax" deyərək əlimdən tutdu. Bir dəqiqə, bir dəqiqə bu gül mağazası mənim idi? Mənim idi hə? İçəri keçdikdə sevincimdən Yusifə möhkəmcə sarıldım.

"İnana bilmirəm... İnana bilmirəm..." deyib sevinc göz yaşlarımı sərbəst buraxdım. Məndən xoşbəxti ola bilməzdi...

"Hər sey çox gözəl olacaqdı, demişdim sənə?" deyərək göz yaşlarımı sildi.

"Hər sey çox gözəl oldu"dedim.

Çünki, hər sey çox gözəl idi daha.
Nə oyun vardı, nə də bir oyuncaq...
Sadecə Yusif, mən və bizim balaca dünyamız vardı...

Davam edəcək Son...

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2826
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 417
Xəbər sayı: 0
Sevinc €
Maraqli hekayedir Lusi xanim. Sizin hekayelerin coxunu oxumusam. Hamsi maraqlidir . Yusife halal olsun.
1 iyun 2020 09:40
5
Esil dostluq el ile göz kimidir. El ağrı yanda, göz ağlar. Gözden yaş gelince el onu siler... Varmi bele dostluq?!
----
Şərh sayı: 955
Xəbər sayı: 19
_abdullazadə_l_
Super final oldu. Kaş final olmayaydı. Çox gözəl sonluq
6 aprel 2020 15:42
4
Hərbiçi yarı
Şərh sayı: 439
Xəbər sayı: 0
Ays
Xoşbəxt sonluq
6 aprel 2020 13:11
3
Şərh sayı: 294
Xəbər sayı: 0
Naz_S
Mutlu son♡ Tewekkur edirem butun bolumleri maragla oxudum
6 aprel 2020 12:50
2
Şərh sayı: 3766
Xəbər sayı: 109
ÜlSi❤
-Ne oyun var idi, ne de bir oyuncaq!
Çox gozel bitdi, ama hele son deyil!
6 aprel 2020 11:48
1
... -'tek kişilik miydi ki bu şehir? Sen gidince bomboş kaldı da...✌❤☀:)

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri