Ay parası (1-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 14
Baxılıb: 7 274
Səs ver:
(səs: 0)
Ay Parası (Tanıtım)

İçində hiss etdiyi,başqa bir insan vardı. Ona, nə etməli olduğunu deyirdi. Ən başlıca, özünə zərər verməsini istəyirdi.
Çox danışırdı...
Hec susmurdu...
Beynindəki səsi basdırmaq üçün, davamalı qulaqcıq ilə mahnı dinləyirdi. Günlərin bir günündə içindəki səs, ondan tanımadığı bir insana yazmasını istədi. Çarəsiz qız isə, yenə içindəki səsə qulaq asdı. Tanımadığı bir nömrəyə yazıb, həmin nömrənin sahibi ilə danışmağa başladı. Normal biri olmadığı, mesajlarından qarşı tərəfə aydın olmuşdu. Amma işin qəribə tərəfi qız özünü xoşbəxt hiss etməyə başlamışdı. Lakin, günlərin bir günündə qarşı tərəf bütün həqiqətləri bildi. O gündən sonra mesajlar birdə gəlmədi...
Və qızın içindəki səs özünü yenidən öldürməsini istədi.
Qız isə sabahı, gözlərini xəstəxanada açdı. Yanında mesajlaşdığı oğlanı, ilk dəfə gördü... Əsl hekayə isə bundan sonra başladı.
Ona kömək etmək istəyən 1 oğlan və onun 3 dostu "Mavi saclı, bəyaz tenli qızcığaza" ümüd olmağa gəldilər.
Amma onu hec kim başa düşə bilməzdi.
Çünki ŞİZOFRENlər başa düşülməz idi...

Bölüm 1

1 ci gün saat 23:07
Anonim: indi bilirsen nə etmək istəyirəm?
Elvin: nə etmək istəyirsən?
Anonim: ölmək istəyirəm...
Elvin: ölə bilərsən
Anonim: ölmə deməyəcəksən?
Elvin: mən səni tanımıram
Anonim: tanımadığın üçün ölməliyəm mən?
Elvin: ölmək istəyən sənsən
Anonim: çox can sıxıcı bir tip imişsən
Elvin: bunu ölmək istəyən şəxs deyir...
Anonim: soruşmayacaqsanki, kimsən?
Elvin: yox
Anonim: qısa cavabları sevmirəm
Elvin: məndə özünü öldürmək istəyənləri sevmirəm
Anonim: özümü öldürsəm, vicdan əzabı çəkmərsən?
Elvin: yox niyə çəkməliyəm?
Anonim: mənimlə sonuncu dəfə yazışacaq insan olduğun üçün.
Elvin: vecimə deyil
Anonim: polis telefonumda sənin nömrəni tapsa necə?
Elvin: bu da vecimə deyil
Anonim: çox rahat insansan
Elvin: səndə narahat
Anonim: həmdə açıq sözlüsən
Elvin: səndə dəlisən
Anonim: söz yarışına çıxmaq istəmirəm
Elvin: bitdi sözlərin?
Anonim: deyəsən, bitdi...(oxundu)

2 ci gün saat 23:08
Anonim: ölə bilmədim...
Elvin:sən hələ yaşayırsan?
Anonim: -.-
Elvin: öldüyünü, sanmışdım
Anonim: bu gün özümü bir maşının altına atmaq istədim, son anda maşın dayandı. Bunu belə bacara bilmədim.
Elvin: Tanrı, yaşamağını istəyir deyə ola bilər?
Anonim: yaşamaq deyirsən buna? Mən yaşamıram , sadecə nəfəs alıram
Elvin: o zaman nəfəs aldığına dua et
Anonim: ağıllı danışmağa başladın
Elvin: bu gün sağ ayağım ilə yuxudan qalxmışam, ona görədi
Anonim: deyirəm axı, dünənki adam hara indiki, adam hara
Elvin: eyni adamam, sadecə dəyişən sey sol və sağ ayağımdı)
Anonim: gülə bilmədim
Elvin: gülməyin üçün demədim :)
Anonim: mənim ölüm səbəbim ola bilərsən?
Elvin: sənin ölmək üçün çox səbəblərin var məncə
Anonim: düzdü var ... Amma yenə ayaqdayam
Elvin: biləyini kəs
Anonim: onu dəfələrlə etmişəm. Amma gördüyün kimi yenədə sənə yazıram
Elvin: özünü as
Anonim: bunuda etmişəm
Elvin: maşının altınada bu gün atdın özünü, oda alınmadı
Anonim: aha şansım yoxdu
Elvin: onda su da boğul
Anonim: sən adamı tam xəstə edərsən!
Elvin: ölmək üçün varinatlar sayıramda sənə! Səndə birin et öl
Anonim: gedirəm
Elvin: hara?
Anonim: ölməyə (oxundu)

3 cü gün saat 23:09
Anonim: öləsim,var bu gecə...
Elvin: mən dünəndən, öldüyünü hesab eləmişdim yenə
Anonim: səndə nə maraqlısan,mənim ölməyimə
Elvin: nəticədə, ilk dəfədəki bir qız mənə ölmək istədiyini yazır
Anonim: ölməliyəm ona görə?
Elvin: ölməlisən
Anonim: sənin tanıdığın qatil yoxdu?
Elvin: həə var, mən səhərdən axşama kimi qatillər ilə oturub dururam
Anonim: işə yaramırsan sən
Elvin: yarayan birinə yaz
Anonim: mənə kiralıq qatil tap
Elvin: Meksikda yaşamırsan gözəlim :)
Anonim: mən gözəl deyiləm
Elvin: sözün gəlişi demişdim onu
Anonim: Adın nədi sənin?
Elvin: adımı bilmirsən yəni?
Anonim: bilsəydim, niyə soruşumki?
Elvin:sən bir anonimsən. Anonimlər hər şeyi bilməlidi. Məni tanıdığını, sanırdım
Anonim: yanılmısan ...
Elvin: deyəsən, sənə bu sualı verməyin vaxtı gəlib çatdı.
Elvin: sən kimsən?
Anonim: mən?
Elvin: hə sən...
Anonim: Tanrı tərəfindən sevilməyən və ölmək istəyən bir qız... (oxundu)

4 cü gün saat 23:10
Anonim: niyə son mesajlarıma cavab vermirsən?
Elvin: sən sağsan hələ?
Anonim: sənə yazmışamsa, sağam deməkdi
Elvin: yenə ölmək istədiyindən yazacaqsan?
Anonim: həə başqa nə yazım
Elvin: yazmaya bilərsən
Anonim: səndə cavab verməyə bilərsən
Elvin: bundan sonra vermərəm
Anonim: ahh dayan
Elvin: dayandım)
Anonim: həqiqətən adın nədi? Kimsən?
Elvin: sən məni tanımamaqda ciddisən?
Anonim: nömrəni sevdiyim rəqəmlərin təkarından yazdım. Qarşıma sən çıxdın :)
Elvin: ya qız olsaydım?
Anonim: ilk sözündən başa düşdümki, oğlansan. Amma həmdə qız oğlan fərq etmirdi. Mən ölmək üçün bir çarə axtarırdım.
Elvin: gördüyün kimi, məndə bir çarə yoxdur
Anonim: yəni?
Elvin: yazmağa niyə davam edirsən hələdə?
Anonim: Bilmirəmki...
Elvin: sən normal bir qıza oxşamırsan
Anonim: bir az anormalam :)
Elvin: mən ciddiyəm
Anonim: off normal olmadığımı bilirəm( Kim oldugunu de sən
Elvin: məndə sanmışdım tanıdığım qızlardasan. İndi belə çıxırki nə sən məni tanıyırsan, nə mən səni... Amma yazışırıq. Həmdə ancaq ölümdən...
Anonim: düz başa düşmüsən :)
Elvin: Niyə yazışmağa davam etməliyəm səninlə?
Anonim: bu həyatda ömürlük qalmayacam. Bu gün varam, sabah olmayada bilərəm. Başını çox ağrıdmaram yəni
Elvin:gəl belə edək, ölmək istəyən qız, ilk öncə adımızı sonrada yaşımızı deyək.
Anonim: yaxşı :)
Elvin: nömrəsini yığdığın oğlanın adı Elvindi. 22 yaşı var :)
Anonim: Elvin adını hec sevmirəm
Elvin: mövzumuz mənim adımı sevib sevməməyindi?
Anonim: həə, adını dəyişdirək gəl
Elvin: sən adını de sonra
Anonim: Ayla...
Elvin: adını sevdim :)
Anonim: 17 yaşımı 2 aydı tamam etmişəm :)
Elvin: 17 yaşın var?
Anonim: həə
Elvin: zarafat edirsən hər halda
Anonim: yox niyə ki?
Elvin: sən uşaq imişsən...
Anonim: böyük olsaydım  nə olacaqdı? Problemlərim azalacaqdı?
Elvin: bağışla amma səninlə yazışmağa davam edə bilmərəm
Anonim: yaşım böyük olsaydı, yazışacaqdın?
Elvin: sənin 17 yaşın var. Və sən bu yaşda ölmək istəyirsən. Mənim 17 yaşım olanda, mən sabah dərsə getməyin problemini çəkirdim
Anonim: sənin yaşında çox sayılmır sadecə aramızda 5 yaş fərq var.
Elvin: mən 17 yaşımda ölmək istəmirdim... Mən indidə ölmək istəmirəm (oxundu)

Bölüm sonu ...

Müəllif: Goncha

Ps. İlk başdan yazımki, bizim mentalitetdən çox uzaq hekayədi. Bu dəfə klassik bir sevgi hekayəsi yazmıram. İçində baş verəcək olan hadisləri ürəyi götürməyən olacaqsa, hekayəni yarıda kəsib oxumaya bilər... 4 dostun mübarizəsinə şahid olacağıq bu hekayədə. Hansı ki, ilk başlarda bir dost, qızımızı hec sevməyəcək... Mavi sacın sirrinidə bilmiş olarsız, hər halda...

"Sıradanlığı ilə deyil, sıra dışı olmağı ilə sevin bu hekayəni..."
(səs: 0)
Şərhlər: 14
Baxılıb: 7 274
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri