Ay parası (2-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 10
Baxılıb: 5 657
Səs ver:
(səs: 0)
5 ci gün (23:11)
Ayla: düşündümdə, sən insanları yaşlarına görə yarğılayırsan
Elvin: yenə yazdın
Ayla: üzsüz deyiləm
Ayla: bir, iki söz yazıb çıxacam
Elvin: Ayla mən ölümdən danışmaq istəmirəm
Ayla: amma əvvəl danışırdın
Elvin: onda yaşını bilmirdim. Bu düşüncələri beynindən at
Ayla: gəl belə edək
Ayla: mən birdə ölümdən yazmayacam. Amma sən də mənimlə yazışmağa davam edəcəksən :)
Elvin: mənim burdan qazancım nə olacaq?
Ayla: vaxtını itirəcəksən :)
Elvin: vaxtımı realdaki qızlar ilə səmərəli şəkildə, onsuzda itirirəm, nəysə bu mövzuya çox girmirəm çünki yaşın çatmır
Ayla: hər fürsətdə yaşımı üzümə vurma. Həmdə 17 yaş ən normal yaşdı.
Elvin: 17 yaşına ziyan vermə...
Ayla: ziyanın dibinə qədər girmişəm mən :)
Elvin: hazırcavab olma, sevmirəm
Ayla: Elvin sənə bir ad tapmaq lazımdı
Elvin: Öz adım yaxşıdı
Ayla: tapdım Romeo
Elvin: sənədə deyəsən Juliet deyəcəm
Ayla: sevərim :)
Elvin: uşaqlaşma öz adalarımız yaxşıdı
Ayla: yox Romeosan
Elvin: o gün başqa nömrə yaza bilmirdin, gəlib məni tapdın
Ayla: Tanrı istədi :)
Elvin: Tanrını bu söhbətə qatma.
Ayla: sevgilin yoxdu hə?
Elvin: təbiki yoxdu. Nə sevgili? Nə sevgi?
Ayla: elədə təxmin etdim. Qız falan deyincə, bildimki tək gecəliklərdən bəhs edirsən
Elvin: yaşına görə çox bilirsən, məncə irəli getmə
Ayla: məndə bundan irəlisi olmur onsuz :)
Elvin: indi çıxmalıyam
Ayla: hara axı yazışırdıqda
Elvin: həyatım tək bu telefondan ibarət deyil. Dostlarım clubların birində məni gözləyir. Sağ ol (oxundu)

6 ci gün 23:12
Ayla: gərək mən yazam
Elvin: sən yaz, mən cavab verim
Ayla: bu gün işin olmasın, mənimlə yazış :)
Elvin: niyə?
Ayla: özümü azacıq pis hiss edirəm. Özümlə danışmaqdan başım ağrıyır. Səninlə yazışsam, beynim susacaq
Elvin: sən dəlixanadan qacmadığına əminsən?
Ayla: yox daha nələr
Elvin: sən özün danış, özündə cavabını ver. Mən yenə çıxmalıyam (oxundu)

7 ci gün 23:13
Ayla: Romeo bu gündə yox demə normal danışaq
Elvin: mənim yazışmaqla aram yoxdu
Ayla: sadecə bu günlük :)
Elvin: yaxşı, belə bir sual verəcəm sənə. Niyə ancaq gecələr yazırsan?
Ayla: gecələr işin olmadığını təxmin etdiyim üçün. Səhərlər narahat etmək istəmirəm.
Elvin: əksinə, mən səhərlər boş oluram, gecələr isə boş vaxtım olmur
Ayla: işin gücün yoxduki sənin?
Elvin: var niyədə yoxdu
Elvin: bir clubum var gecələri orda oluram. Hal hazırda da burdayam
Ayla: vayy club falan halaldı sənə
Elvin: atamın bu ilki ad günümə hədiyyəsidi
Ayla: şanslılardan imişsən
Elvin: elədi
Ayla: yaxşı onda səni tutmayım
Elvin: sevinərəm :) (oxundu)

 1 həftə keçmişdi...
 8 - ci gün idi artıq. Gənc qız, gənc oğlanın sonuncu mesajına azacıq qırılmışdı. Bütün günü düşünüb durmuşdu. Yazmaqda səhvmi edirdi? Biləyindəki yaralardan, boğazında yaranan qızarmışlıqdan, ürəyindəki ağrılardan xilas olmaq istəyirdi artıq. Hər gecə beynin içində danışan səsə, susması üçün yalvarırdı.
Amma nafilə...
O səs susmurdu...
Beynindəki səsə qulaq asmaq istəmədiyi üçün qulaqcıqları qulağına taxaraq, mahnı dinləməyə başladı. Ən sevdiyi mahnı "Kina - get you" idi. Hər gecə bu mahnını yatana qədər dinləyirdi. Bir gün onuda kiminsə xilas etməsini, onu bu cəhhənmədən çəkib çıxarmasını gözləyirdi. Tək başına bacarmırdı. Nə etsədə, olmurdu...
Yanında yalnız ona dəstək çıxacaq bir ailəsi vardı. Daha onu sevəcək dostları və tanışları yox idi ətrafında. Çünki, hər kəs ondan uzaq qaçırdı.
Bir şizofren nə qədər sevilə bilərdi?
Nə qədər sevilə biləcəkdisə, o qədər...
Yəni, insanların ürəyi qədər. Kimisi qəbul edərkən, kimisidə qəbul etməzdi.
İlk dəfə 15 yaşı olarkən, özünə qapanmağa başlayıb, özünə zərər verməyə başlamışdı.
Uzun bir müddətdən sonra bu hal ailəsinin gözündən qaçmamışdı. 16 yaşı olarkən isə, həkimlər tərəfindən 'Paranoid şizofreniya' xəstəliyi adı altında bir şizofren olması təsdiq edilmişdi. İlk başlarda gənc qızımız xəstəliyini qəbul etmədiyi üçün, müalicələri hec bir müsbət tərəf göstərməmişdi. Daha sonra xəstəliyini qəbul etdikdə, isə gec idi artıq.
Paranoid şizofreniya olan xəstələr özlərinə zərər yetir, ətraf mühütdən tamami ilə qopurdu. Yalnız içindəki səs ilə danışa bilirdi. İçindəki səs ona nə etməli olduğunu deyirdi. Aylada, onlardan biri idi...
İçində olan ikinci şəxsiyyətə Lali adını vermişdi. Lali ona həm bir dost həm bir düşman idi. Bu bəzən Aylanı əsəbləşdirirdi... Çünki, Lali çox vaxt onu aldadıb, özünə zərər verməsini istəyirdi. Həm bir mələk, həmdə bir şeytan rolu oynayırdı. Onunla danışmamaq üçün yenə mahnını dinləyib yuxuya getməyə çalışırdı.
Amma bu dəfə öz içindəki səs, yatmağı deyildə, ondan Elvinə yazmasını istəyirdi. Bu qədər üzsüz bir qız deyildi... Yazsa, yenə mənfi bir cavab alacaqdı. Mahnının nəqarət hissəsini öz - özünə təkrarlamağa başladıqda, daha çox dayana bilmədiyini hiss etdi. Ya yazacaqdı, ya da güzgü qarşısına keçib öz özünə danışacaqdı. Başını qatmalı idi...
Dəqiqələrdə yaxınlaşdıqca, yazmalı olduğunu başa düşdü.

Saat 23:14

Ayla: Xahis edirəm, mənimlə danışmağa davam elə
Elvin: Ayla işim var mənim
Ayla: İşini bir kənara at
Ayla: Və mənimlə danış
Elvin: Nə danışım axı?
Ayla: Nəyi sevib, sevmədiyimdən :)
Elvin: Yəni ciddi - ciddi səninlə yazışacam hə
Elvin: De görüm sevdiyin insan var?
Ayla: Məni kimsə sevmir
Elvin: Sevməməkləri normal bir haldı
Ayla: Niyə elə deyirsən?
Elvin: İnsanın canına yapışırsan və qopmursan :)
Ayla: Düz sözə nə deyəsən
Elvin: Hec nə demə
Elvin: Saat 12 yə yaxınlaşır. Uşaqların isə yatmaq vaxtıdı :)
Ayla: Mən uşaq deyiləm
Elvin: 18 yaşın yoxdusa mənim üçün uşaq sayılırsan.
Ayla: Yaxşı (Oxundu)


Ayla telefonu söndürüb, gözlərini yumdu.
Hec nə fikirləşmək istəmirdi amma, Lali bunun tam əksini fikirləşirdi.

"Səni hec kim sevmir"dedi gülərək.

"Sus Lali! Hər sey sənin günahındır!"deyə Ayla gözlərini açdı.

Lali ilk başda, Aylaya yenə bir mələk kimi görünmüşdü. Tanımadığı bir nömrəyə yazıb, onunla dost ola biləcəyini deyib, onu aldadmışdı.
Ayla, yenə ona inandığı üçün peşman idi.
Hec cür, Lalini sevib qəbul edə bilmirdi.
Barışmırdı, özü ilə...
Normal bir gecə yuxusuda yox idi. Bəzən gözlərindən yuxu tökülürdü. Amma yata bilmirdi. Dərmanların sayəsində, azacıq yuxuya gedə bilirdi. İndidə, yenə həmin o saatlarda idi.
"Məni hec kim sevmir. Məni sevmirlər"deyə özü özünə təkrar edib dururdu. Dizlərini qarın boşluğuna yığıb, gözlərini qaranlıq otağda olan güzgüyə zillədi.

"İstəmirlər! İstəmirlər!"deyə qışqırdıqda otağının qapısı açıldı. Gələn özündən 4 yaş böyük bacısı Günəş idi. Aylanı nəzarətsiz buraxa bilmirdirlər... Bacısının yenə bu halını görüb ona yaxınlaşdı.
"Ayla özünə gəl! Mən səni çox istəyirəm" deyərək Aylanın qollarını dizindən çəkməyə çalışdı. Ayla özünü qəbullana bilsəydi, hər sey onun üçün asand olacaqdı. Amma O, hər seyi çətinləşdirməyə davam edirdi.

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 5 657
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri