Ay parası (3-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 11
Baxılıb: 3270
Hekayə: Ay parası
Səs ver:
(səs: 0)
9 cu gün saat (23:15)
Ayla: çox danışan bir insan deyiləm
Ayla: bəzən nə danışdığımı özüm belə başa düşmürəm
Ayla: gecələri hec sevmirəm
Ayla: həmcinin adımıda
Ayla: Ay' ilə başlayır çünki. Ayda gecəyə aiddi.
Ayla: işin qəribə tərəfi günəşi belə sevmirəm
Ayla: nəyi sevdiyimidə dəqiq bilmirəm
Ayla: musiqilər gözəldi
Ayla: musiqi deməyəkdə, mahnılar deyək.
Ayla: mən ingilis dilini bilirəm. Amma yavaş - yavaş yadımdan çıxır. Arada summere qış deyirəm
Ayla: yumurta yeməyi hec sevmirəm
Ayla: kök yeməyi sevirəm
Ayla: çayda içmirəm
Ayla: yadıma salmasalar yeməkdə yemirəm
Ayla: şəkil çəkdirməyidə hec xoşlamıram.
Ayla: qırmızı rəngə nifrət edirəm
Ayla: amma mavini sevirəm :)
Ayla: sənə bir sirr verim?
Ayla: saclarımda mavidi...
Ayla: rəngim isə bəyaz ...
Ayla: sevdiyim hec bir gül yoxdu
Ayla: yeganə xoşladığım sey barbi kuklalarıdı
Ayla: onlarla danışıram. Ən çox onlar mənə qulaq asır.
Elvin: bunları mənə niyə yazmısan?[23:20]
Ayla: oxu deyə
Elvin: oxudum oxumağına
Elvin: hec bir sey başa düşmədim. Hər seyi qəribə yazmısan.
Elvin: sən yaxşısan?
Ayla: əlayam mən
Elvin: mənə elə gəlmir
Elvin: qəribə qızsan
Elvin: amma işin tamam başqa, bir qəribə tərəfi var
Ayla: nə?
Elvin: bu qəribəliklərin məni özünə çəkir (oxundu)

10 cu gün saat (10:21)
Elvin: bu dəfə ilk mən yazım
Elvin: dünən sonuncu mesajımı oxuyub bir mesaj yazmadın mənə
Elvin: yazdığın mesajlarda diqqətimi çox sey çəkdi.
Elvin: səni tanımaq istəyirəm. Onun üçün sənə kicik suallar verəcəm
Elvin: razısan buna?
Ayla: təəcübləndirdin məni
Ayla: razıyam
Elvin: gecəni sevmədiyini deyirsən. Amma mənə həmişə gecə yazırsan. Həmdə hər gün bir dəqiqə gec olmaq şərti ilə. Bunun mənası nədi?
Ayla: bilmirəm
Elvin: bilirsən, demək istəmirsən
Ayla: indi hazır hiss etmirəm sənə nəsə deməyə
Ayla: mən səhərlər çox danışa bilmirəm
Ayla: çıxıram
Elvin: gecə sənin mesajını gözləyəcəm(oxundu)

Saat (23:16)
Ayla: yazdım
Ayla: kaş gecə ay əvəzinə günəş çıxsaydı
Ayla: nəticədə hər ikisinində işığı var
Elvin: hər ikisinində öz yeri var
Elvin: Ay'a küsmə
Ayla: Ay'ı boş ver
Ayla: nə edirsən?
Elvin: clubumdayam bir küncdə oturub sənə yazıram
Ayla: yanında kimlər var?
Elvin: bu gün təkəm, dostlarım evdədi
Ayla: dostlarınla birgə qalırsız?
Elvin: hə 3 dostum var. Mənimlə birlikdə 4 edir. Eyni evdə yaşayırıq
Ayla: təklik daha yaxşıdı məncə
Elvin: baxır yerinə və zamanına
Ayla: bəlkədə
Elvin: mənə verdiyim sualın cavabın vermədin hələdə
Ayla: nə sualı?
Elvin: niyə mesajları bir dəqiqə gec yazırsan
Ayla: Lali elə istəyir
Elvin: Lali kimdi?
Ayla: hec kim
Elvin: Ayla niyə bir sözün bir sözünü tutmur?(oxundu)

11 ci gün (23:17)
Ayla: 5 + 5 gələndə necə edir?
Elvin: 10 edir
Ayla: yox 2 dənə 5 edir
Elvin: yaxşı elə olsun)
Ayla: yaxşı bəs 10 + 10 edəndə necə edir?
Elvin: 2 dənə 10
Ayla: nc 20 edir
Elvin: misallardan yazışacağıq?
Ayla: sənə yazanda özümü rahat hiss edirəm
Elvin: narahat olmağının səbəbi nədi?
Ayla: suyun gec qaynaması
Elvin: Ayla uşaqlaşma
Ayla: Ayla yox Juliet deyeceksən mənə
Elvin: Juliet xanım böyüyəndə nə olmaq istəyirsiz?
Ayla: mən böyüməyəcəm
Elvin: böyüyəcəksən
Ayla: jurnalist
Elvin: ona görə mənə yazmaq əvəzinə dərsini oxuya biləsən
Ayla: mən məktəbə getmirəm
Elvin: necə getmirsən?
Ayla: getmədiyim bir seyi necə deyə bilərəm?
Elvin: ailən sənə təyziq göstərir?
Ayla: yox
Ayla: ailəm məni sevir
Elvin: bəs nə? Niyə oxumursan?
Ayla: Lali istəmir
Elvin: Ayla Lali kimdi axı?
Ayla: deyə bilmərəm
Ayla: dediyim an mənimlə yazışmayacaqsan
Elvin: yazış yazışmayacağımı hardan bilirsən?
Ayla: bir şizofren ilə kim yazışmaq istəyərki?
Elvin: Nəəəə? Zarafat edirsən hər halda
Ayla: yox ciddiyəm
Ayla: mən bir şizofrenem(oxundu)

Ayla sonuncu mesajının oxunduğunu görüb, bir cavabın gəlmədiyini gördükdə telefonu söndürdü. Düşündükcə dəli olmağa başlamışdı...
Səbəbsizcə Elvinə yazdıqda özünü rahat və xoşbəxt hiss etmişdi. Amma onunda bir gün gedəcəyini bilirdi. Hər kəs kimi, Elvinin həqiqətləri bildikdən sonra gedəcəyini bilirdi. Bəs ona bu qədər təsir edən nə idi? Niyə onun bir şizofren olduğunu bildikdən sonra, hər kəs onu tərk edirdi? Lakin, onun ehtiyyacı olan tək sey bu dünyadan qopmamaq idi. Lali yenə susmaq bilməyib danışdıqca, Ayla gözlərini qırpmadan dayanmışdı.

"Işıq suyu qızdırmır. Su qızmır!"deyib gözlərini möhkəmcə yumdu.

"Suda boğulacam! Su üstümə gəlir! Gəlməyin!" deyərək bu dəfə gözlərini açıb dərin - dərin nəfəs aldı. Suda boğulduğunu, görürdü...
Hər sevgisiz qalanda belə hadislər baş verirdi. Onu məhvə aparan şizofren olması deyildi. Onu məhvə aparan insanların yalnızca özünü düşünən bir məxluq olması idi.

"Axı onu çox istəməyə başlamışdım..."dedi.

Lali bu dəfə susmuşdu.
Bəlkədə, fırtına əvvəli bir səssizliyin xəbərçisi idi bu hal.

12 ci gün saat 23:18
Ayla: yazmayacaqsan hə mənə?
Elvin: bu saatda yazacağını bilirdim
Ayla: sualıma cavab ver!
Elvin: məni başa düş
Elvin: necə yazışım axı?
Ayla: mən qəribə deyiləm! Məni qəribə bir varlıq şəkilində görən sizsiniz!
Elvin: bax sənə nə yazım bilmirəm
Elvin: başıma birinci dəfədi belə iş gəlir
Ayla: bunu Tanrı istədi
Ayla: Tanrı səni tapmağımı istədi
Ayla: xahis edirəm, məndən uzaq durma
Ayla: mənim məni başa düşəcək bir insana çox etiyyacım var
Elvin: O insan mən deyiləm...
Elvin: istəsəm belə, O insan ola bilmərəm mən
Ayla: mən səndən çox sey istəmirəm
Ayla: istəyim, kicik bir mesajdı...
Elvin: bağışla amma edə bilmərəm
Elvin: birdə mənə yazma
Ayla: qəbul etməyin üçün nə edə bilərəm?
Elvin: başa düş, mən səninlə danışa bilmərəm.
Ayla: hecmi şansım yoxdu?
Elvin: hec yoxdu... (oxundu)

Bu dəfə daha ağır olmuşdu...
Hec nə düşünmək istəmədi...
Amma Lali susmağa niyyətli deyildi.

"Özünü öldür. Canını qutar hər seydən. Hec kimsə səni sevmir!"

"Sus Lali! Sus! Mən çox çarəsizəm... Niyə məni sevmirlər axı? Mən çoxmu qorxulayam"dedi ağlayaraq.

"Gözünün yaşını tökməkdənsə, ölməyə cəhd et. Bu dəfə mənə qulaq as. Düşün, ölsən daha bu ağrıları, acıları çəkməyəcəksən"deyə Lali Aylanı yoldan çıxarmağa çalışırdı.

Ayla "Ölsəm, birdə ağrı, acı hiss etməyəcəm" deyib ayağa qalxdı. Lali qələbəsini qeyd etmək üçün bir kənara çəkildi. Və susdu...
Aylanın isə gözü dönmüşdü.

"Öləcəm! Öləcəm və bitəcək!"deyərək kosmetika vaistələrini qarışdırmağa başladı. Ailəsi görməsin deyə, itici alətini onların arasında gizlətməyə çalışmışdı. İtici aləti əlinə alıb otağının bir küncünə keçib, aşağı oturdu.

"Bu dəfə edəcəm! Kəsəcəm və öləcəm!"

Qollarını açıb, biləyinə diqqətlə baxmağa başladı. "Tanrı, məni yanında qucaqla..." deyib biləyinə böyük bir cızıq atdı.

Son mənzərə üzünə və divara sıcrayan qan damlaları oldu...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 3270
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 482
Xəbər sayı: 0
Sevinc €
Maraqli oldu. Qiz demeli derse getmirmiw.
Tewekkurler
14 iyul 2020 11:53
11
Esil dostluq el ile göz kimidir. El ağrı yanda, göz ağlar. Gözden yaş gelince el onu siler... Varmi bele dostluq?!
----
Şərh sayı: 8570
Xəbər sayı: 279
❤Nilay❤Canan❤
Tsk maraali bir bolum daha
10 may 2020 00:01
10
Şərh sayı: 1491
Xəbər sayı: 9
sevgi qatarı
Her bir bolumu daha maraglidi
17 aprel 2020 23:24
9
Sevgi Qatarı
Şərh sayı: 589
Xəbər sayı: 1
monhappy
Ay parası :)) menim işletdiyim sözlerden :)) Men inanıram ki on ilden sonra Lusi sevilen yazıcılar sırasında olacaq , cünki ideyası böyükdür kisses
9 aprel 2020 23:50
8
Men LuNa :))) ❤️
Ömrümü ömrünə hədiyyə etdim ❤️
Şərh sayı: 626
Xəbər sayı: 335
Lusi
Sitat: tatyana
Sonunda kesdi bilekleri, gözlüyürdüm bunu, men real birini tanıyıram oda bu qız kimidi,qolunda izlerin sayı bilinmir uje, ona göre bu hekayeni coxx maraqla oxuyuram, tşk Lusi

Mən bu hekayəni yazarkən, şizofreniya haqqında bütün məlumatları axtarıb taparaq öyrənməyə başlamışdım. Sonra mənə yaxın olan tanışlar vardı. Onların ailələrində belə hal ilə rastlaşanlar olmuşdu. Demək olar hər gün onlarla söhbət edib daha dolğun məlumat almağa çalışırdım. Nəticəsidə bu hekayəni bu cür gözəl bir şəkildə yazmağım oldu.
Şəhrləriniz üçün təşəkkərlər ❤
Maraqlı bölümlər qarşıdadı ^^
9 aprel 2020 17:12
7
'- Dünya mavidir, tıpkı portakallar gibi ^^
Şərh sayı: 439
Xəbər sayı: 0
Ays
Realda şizofreniya xəstəsi birini tanımıram . Bu səbəbdən hekayə maraqlı gəldi
9 aprel 2020 15:51
6
Şərh sayı: 971
Xəbər sayı: 13
Army_Blink
Cooox maraqli bir bolum daha :)
9 aprel 2020 14:49
5
#**¶ Bu GÜnÜ yAŞa!!! SaBAhI düŞüNMe!
ÇÜnkÜ sABah OLmaYaDA bİlERsEn!!! *¢¶
Şərh sayı: 12302
Xəbər sayı: 0
tatyana
Sonunda kesdi bilekleri, gözlüyürdüm bunu, men real birini tanıyıram oda bu qız kimidi,qolunda izlerin sayı bilinmir uje, ona göre bu hekayeni coxx maraqla oxuyuram, tşk Lusi
9 aprel 2020 13:23
4
YAXŞILAR HER ZAMAN PİSLİYİN SACDIGI PİS QOXUDAN QOXARLAR, NE QEDER YAXŞI OLURSAN OL,ETRAFINDA PİSLİK VARSA SENE PİSLİK SAÇAR
Şərh sayı: 3768
Xəbər sayı: 109
ÜlSi❤
Super bolum oldu
9 aprel 2020 13:21
3
... -'tek kişilik miydi ki bu şehir? Sen gidince bomboş kaldı da...✌❤☀:)
Şərh sayı: 6341
Xəbər sayı: 0
Cema_Axodova
Lusim sene gore her gun girecem yene yoxsa bu aralar tembelliyim tutmuwdu:)
9 aprel 2020 12:46
2
p.s
Şərh sayı: 963
Xəbər sayı: 19
_abdullazadə_l_
Bombiş bir bölüm oldu.
9 aprel 2020 12:39
1
Hərbiçi yarı

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri