Ay parası (4-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 10
Baxılıb: 4 750
Səs ver:
(səs: 0)
Elvinin dilindən
Özümdən bəhs etməyi, hec sevmirəm. Hamı kimi sıradan, adi bir həyat yaşayıram. Amma ön sıradan...
Mən 3 ən yaxın dostum ilə eyni evdə qalıram. Hər üçüdə bir birinə zidd olan xüsusiyyətlərə sahibdilər. Yenədə yola gedə bilirik. Getməyə çalışırıq. İndidə başımı qatmaq üçün clubumda idim. Amma başımı hec cürə qata bilmirdim. Çünki, həyatıma Ayla deyə bir qız peyda olmuşdu. Təxmini 13 gün idi onunla yazışırdım. Daha doğrusu yazışmağa çalışırdım. İlk başda yazışmaq istəməsəmdə, sonradan diqqətimi çəkməyə başlamışdı. Qəribə, mesajları ilə...
Dün axşam isə qəribə mesajlarının nə olduğunu bildim. Sən demə şizofren biri imiş...
Məndə daha yazmamasını istədim. Səhv və ya düz etdiyimi bilmirəm. Nəticədə, ilk dəfədiki belə bir sey mənim başıma gəlir. Sonradan yazışmamaqdansa, ən başından yazışmamaq daha yaxşı idi. Yalan vədlər niyə verməli idim ona? Həmdə, hec görmədiyim bir qıza...
Mən bir insanın yükünü çəkəcək qədər böyüməmişdim...
Mən öz hisslərindən bir xəbərsiz olan, gününü gün edən biriyəm.
Saat 12 nin yarısı idi.
Hər zaman bir dəqiqə gec mesaj yazırdı mənə. Amma bu gün bir mesaj yox idi. Başa düşmüşdü...
Tam bunu fikirləşərkən əlimin altında olan telefonumun ekranı yanıb söndü. Başqa vaxt olsaydı, baxmazdım. İndi isə işıq sürəti ilə telefona baxdım. Adını "Juliet"deyə qeyd etmişdim. Julietdəndə bir mesaj vardı. Bu mesaja daxil olub, oxumağıda çox istəyirdim.

"Salam mən Aylanın bacısı Günəşəm. Sənə ilk əvvəl yazıb yazmamaq haqqında çox fikirləşdim. Sonda sənə yazmaq qərarı aldım.
Bilirəm, onun şizofren olduğunu bildikdə qorxdun. Amma Ayla o qədərdə qorxulu bir qız deyil. Onun istəyi, sadecə onu qəbul edib ona fərqli varlıq gözündə baxmayan insanların var olmasıdı. Ayla duranda mesajlarını oxudum deyə mənə əsəbləşəcək. Mənimsə başqa yolum yox idi. Mesajlardan gördüyüm qədəri ilə, sən Aylaya yaxşı gəlmisən. Sonra isə yazmamağını bildirdikdə, Ayla yenə öz dünyasına çəkilib. Bacım indi xəstəxanadadı... Dün gecə yenə biləyini kəsib... Vaxtında çatdırdıq, çox şükür onu. Bu dəfədə ölmədi. Amma biz hər dəfəsində çata bilmərik. Səndən çox xahis edirəm, hec olmaya Ayla ilə mesajlaşmağı qəbul elə. Mən birdə bacımı o vəziyyətdə görmək istəmirəm."

Mesajı təkrar - təkrar oxudum. Biləyini kəsmişdi? Mənim zarafatcasına dediyim, hər seyi O, qız həqiqətən edirdi...?
Günahkar hesab etməli idim, indi özümü...
Dünən ona o qədər sərt bir mesaj yazmasaydım, O qız gözünü xəstəxanada açmayacaqdı. Biz insanlar sadecə özünü düşünən bir varlıqlarıq...
17 yaşlı bir qız biləyini kəsmişdi...
Düşüncəsi belə tüklərimi biz - biz edirdi...
Hec düşünmədim...

"Xəstəxanın ünvanın yaza bilərsən? Gəlmək istəyirəm" yazaraq göndərdim. Gedib, etdiyim səhvi görmək istəyirdim. Bir, söz ilə insanların canının necə yandığını, özünə nələr edə biləcəyini öz gözlərim ilə görməli idim.
Gözlədiyim mesaj telefonuma gəldikdə, bu günki hesabı boş verib clubumdan çıxıb, maşınıma minərək yola düşdüm.
Söhbət 17 yaşlı qızın həyatından gedirdi. Bir dəfədə olsun, özümü düşünmədən bir hərəkət edə bilərdim.
Xəstəxanaya çatdıqda, bacısının yazdığı mesajı təkrar oxudum. 2 ci mərtəbə 46 cı palatada yatırdı. Qarşımda necə bir qız görəcəyimi bilmirdim. Amma onu görməyə can atırdım. 2 ci mərtəbəyə çıxıb gözüm nömrələri axtardıqda 40 cı nömrəni gördüm. Qarşıya irəllədikdə, bir küncdə oturan mənim yaşlarımda biz qız gördüm. Deyəsən, Günəş idi...
Məni gördükdə ayağa qalxıb, ağlayan göz yaşlarını sildi.

"Günəş?"dedim onu tapdığıma daha əmin olmaq üçün.

Başını azca yellədim "Aha... Səndə Elvinsən hə?"dedi.

"Oyam... Aylanı görmək istəyirəm"dedim hec bir sözü uzatmadan.

"İndi yatıb. Görə bilərsən, amma. Sabah onsuz çıxacaq xəstəxanadan"

Bu sözdən sonra qapıya doğru yaxınlaşdım. Onu niyə belə görməli idim axı? Həqiqətən bunu Tanrı istəmişdi?
Qapını açıb içəri keçdikdə, ilk öncə ətrafa baxdım. Xəstəxana otağında gözüm nə axtarırdı? Sadecə, onu gördüm...
Onu görməyim ilə, addımlarımı daha irəli atıb yanına gəldim. Qarşımda 'Mavi saclı, bəyaz tenli bir qızcığaz' var idi. Daha doğrusu, yaralı bir prenses...
Mavi sacları, bəyaz üzünə o qədər yaraşmışdıki, tam bir ay parasına bənzəyirdi. Adının haqqını verirdi... Kicik dodaqları, balaca üzünə tam yaraşırdı. Yanındaki stola əyləşib, gözlərimi hec qırpmadan ona baxdım. Gözüm biləyindəki, sarğıya sataşdıqda dün yazdığım mesajlar beynimdə qırmızı siqnal verməyə başladı. Çəkisi çox az idi. Balaca bir sey idi... Tanrı, bizi daha əvvəl niyə qarşılaşdırmamışdı? Gözümü hec çəkmədən ona baxmağa davam etdikdə, onda bir tərpəniş hiss etdim. Məni burda görsəydi, nə reaksiya verəcəkdi? Şizofren olan insanlar haqqında az - çox məlumatım var idi. Amma tam olaraqda, çox seyi bilmirdim. İndi Ayla ayılsa, ona nə deyəcəyimidə bilmədiyim kimi...
İstər, istəməz ayağa qalxdım. Mən ayağa qalxarkən, Aylada gözünü açıb, ayıldı...
Bir az tavana baxıb, anidən başını mən tərəfə döndürdü. Mənə baxması ilə, gözlərini başqa yana çevirib "İndidə adam, kimi adam görməyə başladım. Çıx get gözüm qabağından"dedi.

"Mən həqiqətəm... Elvinəm mən"dedim.

Hə, bu sözü güclədə olsa, dedim...
Bu sözümə göz bəbəklərini dahada genişlətdirdi.

"Sən həqiqtən varsan?"dedi göz ucu mənə baxıb.

"Mən həqiqətən varam. Sənə görə gəldim... Məni bağışla"dedim.

Hər seyi bir kənara atıram. Aylanın səsindəki hüzünü sizə başa sala bilmərəm. Səsi o qədər zərif çıxırki, sanki payız ayındaki saralmış bir yarpağa bənzəyir.

"Bu dəfə biləyimi, kəsməyim işə yaradı"deyib öz özünə gülməyə başladı.

Bu hallarına öyrəşməyimə zaman lazım idi.

"Mən sənin yanında olacam. Birdə belə sey etmək olmaz"dedim.

Bu sözümə daha çox güldü.
Bu an qapı açıldı. İçəri bacısı daxil oldu.

"Ayla bax gör kim gəlib?"dedi sevimli bir şəkildə bacısına doğru yaxınlaşıb.
Ayla bacısındanda gözünü qaçırdıb "Həqiqətən Elvindi? Ya onun yerinə kimisə gətirmisiz?" dedi. Bu qədərini hec kim ağıl edə bilməzdi.

"Bacın hec sənə yalan danışar. Mənim gözəlim"

Günəşin bu sözündən sonra gülümsəməyə başladı. Sanki, yenidəm bir ay doğurdu...

Ayla "Mən hansı rəngi sevmirəm?"dedikdə, "Qırmızını"dedim.

"Elədi, mən qırmızı rəngi sevmirəm. Bəs sevdiyim tərəvəz nədi?"dedi.

Məni yoxlamağa çalışırdı?

"Kökü sevirsən. Yumurtanı hec sevmirsən. Barbi kuklalarınıda daha çox xoşlayırsan"dedim üzümdə gülüş yaradmağa çalışıb.
Bu dəfə "Səninlə yaşaya bilərəm?"dedi üzündəki gülüşü silib.
Bacısına baxdım, bacısı gözlərini yumub, açdı. Bir oğlanla yaşamasına razı olacaqdılar? Məni tanımırdılar belə...

"Ayla, məni bilirsən mən 3 dostum ilə eyni evdə qalıram"dedim.

"Məndə 4 cu dostun olaram, onda. Durub şizofren bir qızı sevəcək deyilsizki..."dedi.

Əslində, evdə yaşayacaq bir qıza başqa gözlə baxan bir oğlanlar deyildik. Azda olsa, haqqlı idi...

"Yaxşı... Bizimlə yaşamağını qəbul edirəm"

Etməkdən, başqa bir çarəm yox idi. Ya yenə biləyini kəsmək istəsə? Ayla buna sevinmişdi...
Mənim 3 dostumun nə reaksiya verəcəyini isə hec bilmirdim. Bir az daha söhbət etməyə çalışdıqdan sonra Ayla ilə sağollaşıb, Günəş ilə çölə çıxdıq.

"Anan, atan buna necə razı olacaq?"

Günəş dərin bir nəfəs çəkib "Qızlarının gələcəyi üçün... Bacım gözümüzün qabağında, solub gedir. Və mən ilk dəfədirki onu bu qədər xoşbəxt gördüm. Sənə necə minnətdar olduğumu, bilə bilməzsən"dedi.

Kiminsə həyatına işıq olmaq...
Günəş ilə sağollaşıb evə gəldim. Bunu onlara necə deyəcəkdim? Söhbətə hardan başlayacaqdım bilmirdim. Saat 2 - yə işləsədə hec biri yatmayıb qonaq otağında oturmuşdu.
"Salam millət"dedim Rəhimin yanına oturub. Rəhim çox sakit hamı ilə yola gedə biləcək,və olduqca ürəyi yumşaq biri idi. Mənim qarşı tərəfimdə oturan mavi gözlü Nicat isə özünü zarfatcıl hesab edən, ancaq şit zarafatlar edən biri idi. Ən sonuncu isə Atilla idi. Atillanı izah edilməz bir insan idi. Onun damarını tutan olmasa, hec kimlə yola getməyən, özünə aşiq olan bir insan idi. Mənidə, qorxudan tək sey Atillanın Aylanı qəbul etməməsi idi.
Nicat aya qalxıb Rəhim ilə ortamıza keçib "3 nəfərdən nə millət? Millət dediyin clubda falan olur"dedi zarafatına salıb. Hecdə gülməli deyildi...
Atilla ona tərs - təra baxmağa davam edib "Elvin mənim əvəzimdən onun başına bir şillə çək. Özünü gülməli hesab edir?"dedi.
Mənsə sözə hardan başlayacağımı bilməyib "Sabah evə bir qız gələcək"dedim.
Atilla dodaq altı gülüb "No problem evdə olmarıq onda"dedi.
Axmaq...
"Elə deyil... Bir müddətliyinə bizimlə yaşacaq. İşin qəribə tərəfi qız şizofrendi"dedim. Bunu deməyim ilə bütün gözləri üstümə çəkməyi bacardım.

Bölüm Sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 4 750
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri