Ay parası (5-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 7
Baxılıb: 5 306
Səs ver:
(səs: 0)
Məndən sözümün ardını deməyimi gözləyirdilər. Məndə sözü necə deyəcəyimi düşünürdüm...

"Mən necə vaxt idi bir qız ilə yazışırdım. Qızı tanımırdım. Qızda məni tanımırdı. Mesajlarında qəribəlik və tutarsızlıq var idi"dedim.

Sözümün ardını gətirmək istədikdə, Nicat "Bundan bizə nə?"dedi. Ona gözlərimi bərəldib baxdıqda, Rəhim yavaşca başının arxasından Nicata bir şillə çəkib "Sakit ol, görək nə deyir" dedi. Nicatla, Rəhimdən bir səs çıxmışdı. Amma Atilla sakitliyini qoruyub, göz altı mənə baxırdı. Mənidə qorxudanda bu idi...

"Mənə dünən gecə şizofren olduğunu dedi. Məndə daha onunla yazışmaq istəmədiyimi dedim. Dün axşam biləyini kəsib... Bu gün bacısı xəbər etdi mənə. Az əvvəldə xəstəxanadan gəldim... Hər seyi boş verirəm. Onu bir görsəniz, elə bilərsizki bir ay parasıdı..."dedim ağlıma mavi saclarını gətirib.

"Onu bir görsək, deyərik ki O, bir şizofrendi..." deyə Atilla səssizliyini pozdu. Məndə ilk əvvəl elə düşünmüşdüm. Düşüncəm, onu görməyim ilə dəyişmişdi...

"Baxın, qulağa hec xoş gəlmədiyini bilirəm. Amma inanın onun bizdən bir fərqi yoxdu. Bir az qəribəliyi var o qədər. Onu tanıdıqca bunada öyrəşəcəyik"

Qəbul etməsələr, Aylaya nə deyəcəyimi bilmirdim. Rəhimə dönüb baxdım. Bəlkə, mənə O köməklik edə bilərdi...

"Elvin sənin üstünə gəlmək istəmirəm. Mənə sadecə bir seyi de onun bu evdə yaşaması fikrini ortalığa kim atdı? Sən nəyə görə qəbul etdin?"

Rəhimin sakit yana verdiyi suallara bir cavabım vardı. Onu yola gətirə biləcəkdim.

"Ayla özü istədi... 3 dostum ilə bərabər yaşadığından ona bəhs etmişdim. Onun istəyi kicik bir qayğıdı... Mənsə, onu gördükdə qəribə oldum. Saclarının mavisi diqqətimi çəkdi. Həmdə ya biləyini yenə kəssə? Özünə bir ziyan versə? Hecmi günahkarlıq hissi keçirtmərsiz?"

Bu sözümdən sonra Atilla ayağa qalxdı.

"Dəli olacam mən! Bizə qalıb insanların yaxşılığını düşünmək! Sən şizofren insanların necə biri olduğunu bilirsən?! Məlumatın var?! Mən razı deyiləm! Nə də O qız bu evə gəlməyəcək! Sırf sən qızın gözəlliyinə aldanıb,O qızı bu evə gətirə bilmərsən!"deyə səsini ucaltdı. Son sözünə görə məndə ayağa qalxıb qarşısına dayandım. Mənim ayağa qalxmağım ilə Rəhimlə Nicatda ayağa qalxdı.

"Şizofren olan insan necə olduğu haqqda hec bir fikirə sahib deyiləm. Bunu yaşayaraq öyrənəcəyik... Nə deyirsən de, amma qızın gözəlliyi haqqda tək kəlimə belə etmə! Gözəl dediyin qızın 17 yaşı var! O, hələ uşaqdı... Ayaqda durmağa taqəti belə yoxdu... 40 kilo var yox... Atilla dostlugumuzun xətirinə mənə qarşı gəlmə"dedim.

"Kim olursa olsun! Evimdə şizofren bir qızı istəmirəm mən! O qız bu evə gəlməyəcək!" dedikdə dayana bilməyib yaxasına yapışdım. Rəhim aramıza girib məni var gücü ilə divana doğru itələdi. Üstümə gəlmək istəyən Atillanında qarşısına keçib dayanaraq
"Buna sən qərar verə bilmərsən! Özünü düşünməkdən əl çək! Egoistliyini, özünü bəyənmişliyini bir kənara qoy Atilla! Dünyaya bir dəfədə başqa gözlə bax! Hec kim sənin qədər şanslı doğulmur bu həyatda! Sənin həyatın gecə saat 12dən sonra clubların birində başlayır! Amma dünya elə bir yer deyil! O qızın yerində səndən,məndən, bizdən biridə ola bilərdi... Və O qız sabah bu evə gələcək! Sən qəbul etsəndə, etməsəndə..."dedi.

Atilla"Nə halınız varsa görün!"deyərək hec birimizə baxmadan yuxarı çıxdı.

"Rəhim... Sən olmasaydın"dedim sözümün ardını gətirə bilməyib. Çünki, səsim titrəyirdi...

Yanıma gəlib oturaraq əlini kürəyimə qoyub "Dostlar bu gün üçün var"dedi.

Ona gülümsünüb, qucaqlaşdıq.
Nicatın bizə tərs - tərs baxdığını gördüm. Onun fikrini hec soruşmamışdım...

"Elvin mənim bir sevgilim var. Qəbul edə bilmərəm. Daha doğrusu edə bilməzdim. Amma mavi saclı olduğunu dedikdən sonra fikrim dəyişdi. Nə də olmasa bir 'Şirin'əmiz olacaq. Qaldı Şirin babanı tapmaq" dedi bizi güldürməyə çalışıb.

"Aylanın yanında şit zaraftlarını etməyəcəksən ha" deyərək onu təhtid etdim. Hər üçümüzdə gülməyə başladıq. Sabah böyük gün idi...

Sabah açılmışdı.
Xəstəxanın qarşısında dayanıb, Aylanın çıxmağını gözləyirdim. Olduqca qəribə bir hal idi. Ağlımda isə sadecə bir söz vardı.
'Tanrı istədi...'
Yoxsa adama yuxu kimi gəlirdi. Ayılsaydım, hər sey bitəcəkdi... Mənsə yuxunu görməyə davam edirdim. Uzaqdan onların xəstəxanadan çıxdığını gördükdə, məndə söykəndiyim maşından aralanıb, onlara tərəf adımladım.
Gözümün qarşısında ətrafa gülücükləri ilə işıq sacan Ayla, onun yanında isə ailəsi vardı. Gözlərinin qarşısında, qızlarını özüm ilə aparacaqdım... Həqiqətən qəribə bir hal idi.
Onlarla üz üzə gəldikdə gözlərimi Ayladan çəkib valideyinlərinə baxdım. Yaşları 40 olardı ya yox... Cavan görsənirdilər, amma bir o qədərdə ruhu çökmüş bir insanlara. Nə deyəcəyimi, belə hec bilmirdim. Vəziyyətimizin normal bir açıqlaması yox idi...

"Salam Elvin. Tanış edim atam və anam. Ana və ata buda sizə bəhs etdiyim, qızınızın üzün güldürən Elvin bəydi"dedi Günəş aranı düzəltməyə çalışıb. Onlarla görüşdükdən sonra Günəş "Ayla sən maşına əyləş Elvində indi gələcək"dedi.

Ayla isə Günəşin dediyini edərək arxa qapını açıb maşına əyləşdi. O getdikdən sonra Aylanın atası "Bir valideyin olaraq qızımı tanımadığım bir insana əmanət etmək hec asand deyil. Günəş az çox bəsh etdi bizə. Hər sey sırf Aylanın yaxşı olmağı üçündü... Qızıma, nə qədər yaxşı baxa bilcəksənsə, o qədər bax... Gerisi Allaha əmanət olsun"dedi.

Sadecə başımı aşağı - yuxarı etməklə kifayətləndim. Anasınında gözləri yaşarmağa başladıqda bizim yanımızdan keçərək maşına doğru getdi. Atasıda onun dalıyca.
Günəş çantasını açıb bir resept kağızı ilə böyük miqdarda pul ola biləcəyini təxmin etdiyim kağız bir poşet çıxartdı.

"Aylanın reseptidi. Hardan ala biləcəklərini reseptin arxasında yazılıb. Bu da puldu... Dərmanları çox bahadı... Hələlik bununla idarə edərsən"

Uzatdığı resepti əlindən alıb, pulu isə özünə tərəf itələdim.

"Pula ehtiyyacım olduğunu düşünmürəm..." dedim. O pulu götürə bilməzdim...

"Ayla pişikləri hec sevmir. Onları başqa bir varlıq gözündə görür. İnsanlar ilə göz təmasına çox girmir. Bəzən dərmanı qəbul etdim deyir. Amma dilinin altında gizlədir. Ya da onu ayaq yoluna gedərək qaytarır... Normal söhbət etməyi o qədər bacarmır. Gündəlik gecən xeirə, sabahın xeir sözlərini işlətməyi bilmir. Ən əsası bir həftədən bir sacını mavi rəngə boyayır. Onuda evdə özü edir. Bir yerə çıxmaq istəsə, ki bu nadir hallarda olur. Onda da gözündən kənara qoyma. Çünki, yolu yadında saxlaya bilmir. Birdə maşının ancaq arxasında oturur... Çətin olacaq ... Bunu etməyədə bilərdin. Etdiyin üçün sənə bir ömür boyu borclu olayacağıq... Ailəmiz adına sənə təşəkkür edirəm"dedi.

Öyrəndiyim məlumatlardan sonra onlarla sağollaşıb, maşına minərək maşını işə saldım. Yol getdikcə, Ayla tək kəlimə belə etməyib pencerədən ətrafa baxırdı. Mən isə maşının qabaq güzgüsündən ona... İndi nə düşündüyünü bilmirdim. Bizi evdə nə gözləyəcəyinidə...
Evə gəlib çatdıqda, Ayla maşından aşağı endi. Mən mavi rəngli iki çamadanlarını maşından aşağı endirdim. Çöl qapını açıb, içəri keçdikdə həyitə baxmağa başladı. Bildiyimiz kicik bir villa həyiti idi. Ayaq altı yerləri daşlıq, ətrafında yaşıllıq olan səliqəli bir həyit idi.

Ayla addımını saxlayıb, evin piləkanına tərəf olan yerə işarət barmağını uzadıb "Ora bir yelləncək istəyirəm"dedi.

Necədə məsum bir istəyi var idi.

"Təki sən istə "dedim ona qarşılıq verib. Sonra piləkanları çıxıb evin qapısını açıb içəri keçdik. İçəri keçməyim ilə qarşımda Rəhim və Nicatı görməyim bir oldu. Onlar isə mən hec yox imiş kimi, Aylaya baxırdılar. Aylanında onlara göz altı baxdığını görürdüm. Amma bir sey var idi. Nicat ilə Rəhimin üzündəki gülüş getdikcə böyüyürdü. Nicat dilini saxlaya bilməyib "Vayy canına... Prensesdi sanki"dedi.
Ona arxadan gözlərimi bərələtdikdə, Ayla yavaş çıxan səs tonu ilə "Mən barbi kuklaları çox sevirəm"dedi. Bu sözü ilə piləkanın başında dayanıb bizə baxan Atillanı gördüm...
Ayla haqqında ilk düşüncəsinin nə olduğunu bilmirdim. Üzündə hec bir reaksiya yox idi. Sadecə baxırdı...
Rəhim bizə doğru bir addım atdım "Xoş gəldin yeni evinə. Mən Rəhim buda Nicatdı"dedi Nicatı göstərib. Bunu dediyi an Atillada aşağı düşdü. Hər dördümüzdə dönüb ona baxdıq. İlk sözünün nə olacağını düşünmək belə istəmirdim... Ayla bu qədər sevinərkən, Atillanın onu bir sözü ilə incitməsini hec istəmirdim...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 5 306
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri