Ay parası (6-cı bölüm)

Müəllif: Lusi
Şərhlər: 7
Baxılıb: 2616
Hekayə: Ay parası
Səs ver:
(səs: 1)
Hər üçümüzdə Atillaya baxarkən, ağlımızdan nə keçdiyini çox gözəl bilirdim. İndi hamımız onun dilindən düşəcək olan yaxşı bir kəliməyə möhtac olmuşduq. Atilla bir - bir hamımıza baxdıqdan sonra baxışlarını Aylaya yönəltdi. Çənə sümüyünün sıxıldığını gördüm...
Ayla isə Atillanın qarşısında dayandığını gördükdə, arxaya bir adım addım atdı...
Görnüşü, belə insanı hürkütməyə bəs idi. Atillanında saclarının önünü hər həftə bir rəngə boyadardi. İndi isə mavi idi...

Atilla salamlaşmaq üçün əlini Aylaya uzadıb "Xoş gəlmisən. Məndə Atilla..."dedi.

Bunu ürəyindən gəldiyi üçün etmədiyi, o qədər bəlli idiki mənə... Amma yenedə Aylanı incidəcək bir sey etmədiyi üçün azacıq sevinmişdim. Ayla Atillanın uzatdığı ələ baxmağa başladı. İncə dodaqlarını aralayıb nəsə deməyə çalışdı, nə deyəcəyini bilmirmiş kimi... Ayla normal ünsiyyet qurmağı bilmirdi... Atillaya əlini aşağı salması üçün, göz - qaş etdim. O, isə inada əlini aşağı salmadı...

Ayla "Sənində sacların mavidi..."dedi bu halına sevinərək... Atilla bu sözdən sonra əlini yavaş - yavaş aşağı saldı.

"Mən göyüzü, sən isə dəniz"dedi.

Atillanın onunla danışması bir möcüzə idi. Bizə isə kənardan durub onlara baxmaq düşürdü.

"Mən portağal, sən isə naringi"deyərək ona gülümsündü. Düzü bu sözünə bizimdə üzümüzdə gülüş yarandı. Hətda, Atillanın belə...
Nicat araya girib "Onlar narıncıdı axı"dedi.
Qəribə bir dialoq vardı. Nə məna verdiyini belə bilmirdim...

"Olsun narıncıda mavi qədər gözəldi" deyə Ayla Nicata qarşılıq verdi.
Atilla "Bir daha xoş gəlmisən. Mən gedirəm indi. Görüşənədək"deyərək yanımızdan keçib evdən çıxdı. Onun getməsi ilə qonaq otağına keçib əyləşdik. Daha doğrusu Nicat Aylanın düz dibində oturub ona heyran - heyran baxırdı. Düzdü, heyranlıqla baxılası bir qızdı. Amma niyə bunu bu qədər çox bildirirdi?
Nicat "Ayla harda yatacaq? 4 dənə otaq var evdə" deyə dilləndi.

"Mənim otağımda. Otağımda olan divanda da hər gün birimiz yatacağıq. Prenses qızı tək qoymaq olmaz"dedim.

"Ona şirin deyək bundan sonra. Ancaq bir qız bu qədər şirin ola bilər"

Görünən oduki Nicat onu qəbullanmışdı.

Ayla yavaş çıxan səs tonu ilə "Nicat sənə kivi desəm olar?"dedi.

"Niyə olmur,istəyirsən ananas de"dedi.

Nicatın bu sözünə bizi gülmək tutdu.

Rəhim araya girib "Bəs mən? Mənə bir ad tapmayacaqsan?"dedi.

Ayla düşünmüş kimi etməyə başladı. Gözlərini sağa - sola oyanadıb "Tapdım! Sənində adın Vişnə olsun. Elvinində adı Romeodu onsuz"dedi.
Hamsının adı meyvə adı idi. Bir tək mənimki secilirdi. Qəribə olduğu qədər maraqlı idi.
Bir az daha söhbətləşdikdəm sonra Aylanı otağıma çıxartdım. Evin hər yeri ilə onu tanış elədim. Mətbəximiz qonaq otağı ilə üz - üzə görünən idi. Bunu sevmişdi...
Bu gün hec birimiz hec yerə evdən çıxmamış Ayla ilə vaxt keçirmişdik. Sadecə mən bir ara dərmanlarını alıb gəlmişdim. İndidə axşam yeməyini Rəhim ilə hazırlayırdıq. Aylanın kəsici alətləri görməsin deyə Nicat ilə yuxarı çıxmasını tapşırmışdıq. Atillada çox güman gecə evə gec gələcəkdi... Amma hələdə bu qədər sakit durmasını, hətda Ayla ilə danışmasına şoka düşmüşdüm.
Süfrəni qurduqdan sonra Ayla ilə Nicatda aşağı düşdü. Ayla masanın yanına keçib masanın üstündəkilərə baxmağa başladı bir - bir. Bizdə onun yanında idik...

"Mən ac deyiləm"dedi.

Yemək yemədiyini, bilirdim...
Amma məcburən bir - iki sey yeyəcəkdi...
Rəhim stolu çəkib "Vişnə bəyiniz, yəni mən siz Şirin xanımdan rica edirik ki bu stola əyləşəsiz" dedi. Ayla belə bir təklifi geri çevirə bilməzdi. Məndə olsam çevirməzdim.
Ayla əyləşdikdən sonra bizda masa arxasına oturmağa başladıqda qapının zəngi çalındı. Bu vaxtı bizə gələn kim idi?
Nicat ilə Rəhim bir - birinə baxdı. Sevgillərindən biri idi gələn?
Nicat Aylanın yanındaki stolu çəkib əyləşərək "Vallah mən Gülaya bu gün bizə gəl deməmişəm. Yəqin gələn Sevincdi"dedi.

Rəhimində sevgilisini çağıracağını düşünmürdüm. Qapının zəngi yenə çalındıqda, Rəhim qapını açdı. Bizimsə gözümüz qapının kənarında idi. Biz tərəfə gələn Atillanı gördükdə, gözlərimə inana bilmədim... Atilla bu saatda evə gəlmişdi?

Aylanın qarşısında olan stolu çəkib əyləşərək "Mənsiz yeyəcəkdiz yeməyi?"dedi.

Ağlından nə keçirdi?
Bunu bilməmək çox can sıxıcı idi...

"Sən nə əcəb bu saatda evdəsən?"dedim

"Siz hansı səbəbə görə burdasınızsa məndə ona görə evdəyəm"dedi

"Naringidə gəldi..." deyə Ayla aramıza girdi.

O, hər Atilla danışmaq istədikcə, mənim ürəyim qopurdu... Bu hələ, başlangıc idi...
Atilla naringi sözünü yadırğayarkən, Nicat məcburi bir şəkildə gülməyə başlayıb "Mənimdə adım kividi. Rəhimdə vişnədi. Oda şirindi"dedi. İlk dəfə idi gülmək üçün deyildə, yaranmış bu vəziyyəti qutarmaq üçün ağıllıca danışmışdı. Atillanın əsəbləşməsini nə mən nədə O istəyirdi...
Hazırladığım çobansalatını Aylanın boşqabına əlavə edib, yemək yeməyə başladıq. Amma Ayla yemir, sadecə boşqabına baxırdı. Dayana bilməyib "Niyə yemirsən?"dedim.

"Mən pomidor yeyə bilmirəm"dedi.

Onun tam nə xoşlayıb, xoşlamadığını bilmirdim...
Rəhim Aylanın boşqabını bir az öz yanına çəkib içindəki pomidorları öz boşqabına atmağa başladı.

"Bax indi bunda pomidor yoxdu. Yeyə bilərsən artıq"dedi. Aylada sanki bunu gözləyirmiş kimi, salatdan yeməyə başladı.
Axşam yeməyi bitdikdən sonra Aylayla bərabər otağımıza çıxdıq. Əlimdə 2 dərman və su vardı...

"Onlar üçün şirin ola bilərsən. Mənim üçünsə Julietsən. Bunlarıda içməlisən"

Titrək əlləri ilə dərmanın birini əlimdən alıb ataraq su içdi. İkinci dərmanıda alıb suyu içdikdə, bacısının sözünü xatırladım. Çox vaxt dərmanları atmırdı... İndi atıb, atmadığını necə biləcəkdim?

"Juliet gəl belə edək. Hec vaxt bir - birimizə yalan deməyək. Mən aldadılmağı xoşlamıram" dedim. Bu sözüm ilə yarım qalan suyun hamsını tək nəfəsdə içdi...

"Yalan yox"dedi su bardağına baxıb.

Deyəsən, indi başa düşdüm. Dərmanı ilk əvvəl atmamışdı.

"Mən indi çıxıram səndə üstünü dəyiş. 5 dəqiqəyə gəlirəm"deyib otaqdan çıxdım. Bura qədər hər sey yaxşı idi. Amma gecə olanda necə olacağını bilmirdim. Bacısı dərmanlara görə biraz yaxşı olacağını dedi. Əslində, bu iradə və inam işi idi... Aşağı düşüb bizimkilərə baş çəkdim. Səssiz səmirsiz divanda əyləşmişdilər. Nicat məni görüb "Şirindən ötrü darıxdım. Nə tez apardın onu"dedi.

"Sizdə gedin otaqlarınıza. Daha gec saatda yatdı yoxdu. Şirinini sabah görərsən"dedim.

Atilla ayağa qalxıb yanıma gəldi.

"Onunla bir otaqda yatacaqsan?"dedi.

"Hə... Səni çıxmaq şərti ilə hamımız növbə ilə mənim otağımda olan divanda yatacağıq. Bu gün çox sağ ol..."dedim.

"Hələki, dözürəm... Bir gün harda bomba kimi partlayacağımı bilmirəm"deyərək yanımdan keçib getdi.

Onun getməsi ilə bizdə yuxarı çıxdıq. İlk əvvəl otağın qapısını döyüb içəri keçdim. Ayla çarpayının küncündə oturub gözünü bir nöqtəyə zilləmişdi.

"Juliet"deyə onu səslədim.

Gəldiyimi görməmiş kimi, amma səsimi eşitmiş kimi bir reaksiya verərək "Miki mouslu gecə paltarımı çox sevirəm"dedi. Bu sözü ilə onun geyiminə baxdım. Miki mousun şəkili olan gecə paltarı geyinmişdi.

"Çox gözəldi... İndi yerinə uzan"dedim.

Bir cavab verməyib çarpayıya uzandı. Məndə yorğanı üstünə çəkib ona baxdım.

"Mən yata bilməyəcəm... Yatmaqdan çox qorxuram"dedi.

"Mən yanındayam..."dedim.

Yanından ayrılıb işığı söndürüb divana uzandım.
Nə düşünürdü görəsən? Özünü necə hiss edirdi? Hər an tutmacaları tuta bilərdi...
Buna dayanmağa gücüm çatacaqdı...?

Bölüm sonu...

Müəllif: Goncha
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2616
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 431
Xəbər sayı: 0
Sevinc €
Ayla'nin yerinde olsaydim qorxardim. Onsuzda mene cesaretsiz deyir Aytac(refiqem, yolyoldawim) . 122
Mence Atilla Aylani sevecek "Rameo"-da
Tewekkurler
14 iyul 2020 20:33
7
Esil dostluq el ile göz kimidir. El ağrı yanda, göz ağlar. Gözden yaş gelince el onu siler... Varmi bele dostluq?!
----
Şərh sayı: 1491
Xəbər sayı: 9
sevgi qatarı
Guzel ve gulmeli bolum :)
18 aprel 2020 00:18
6
Sevgi Qatarı
Şərh sayı: 12302
Xəbər sayı: 0
tatyana
Yazıq qız..
Davamını gözlüyürem maraqla, tşk
12 aprel 2020 19:50
5
YAXŞILAR HER ZAMAN PİSLİYİN SACDIGI PİS QOXUDAN QOXARLAR, NE QEDER YAXŞI OLURSAN OL,ETRAFINDA PİSLİK VARSA SENE PİSLİK SAÇAR
Şərh sayı: 962
Xəbər sayı: 19
_abdullazadə_l_
Sitat: Btsarmy;)
-'Cooooox gozel bölüm ! Atilla Ayla'ni , Ayla'da Elvini sevecek.
Nicat- kivi
Rehim-viwne
Atilla-naringi
Oldummmmm gülmekten! 122

Eyni mən də sənin kimi fikirləşirəm. Çox gözəl bölüm oldu
12 aprel 2020 14:10
4
Hərbiçi yarı
Şərh sayı: 6341
Xəbər sayı: 0
Cema_Axodova
Gozel bolum oldu gozelim tewekkurler
12 aprel 2020 13:05
3
p.s
Şərh sayı: 439
Xəbər sayı: 0
Ays
Sitat: Btsarmy;)
-'Cooooox gozel bölüm ! Atilla Ayla'ni , Ayla'da Elvini sevecek.
Nicat- kivi
Rehim-viwne
Atilla-naringi
Oldummmmm gülmekten! 122

Məncədə Atilla ilə Ayla bir birini sevəcək
12 aprel 2020 12:41
2
Şərh sayı: 3766
Xəbər sayı: 109
ÜlSi❤
-'Cooooox gozel bölüm ! Atilla Ayla'ni , Ayla'da Elvini sevecek.
Nicat- kivi
Rehim-viwne
Atilla-naringi
Oldummmmm gülmekten! 122
12 aprel 2020 11:11
1
... -'tek kişilik miydi ki bu şehir? Sen gidince bomboş kaldı da...✌❤☀:)

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri